"50 milyondan artıq azərbaycanlının dil qibləgahına laqeyd yanaşmaq yolverilməzdir"
Oxunub: 3998
30 Nov 2017 | 22:33
Məlum olduğu kimi, bu yaxınlarda Nəsimi adına Dilçilik İnstitutunda 2018-ci ildə çap olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bəzi sözlərin yazılışında ediləcək dəyişikliklər haqqında  təkliflər irəli sürülüb və ictimai müzakirəyə çıxarılıb.

Moderator.az-ın müsahibi  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovdur. Onunla söhbətimiz orfoqrafiyanın mahiyyəti, ədəbi dil normalarının təkmilləşdirilməsində düzgün yazı qaydalarının rolu, mövcud sözlərin yazılışında edilən dəyişikliklər, orfoqrafiya lüğətinin tərtibinə dair prinsiplər və s. məsələlər haqqındadır.  

- İdris müəllim, heç şübhə yoxdur ki, ədəbi dilin inkişafında dəqiq müəyyənləşdirilmiş orfoqrafiya qaydalarının xüsusi əhəmiyyəti vardır. Orfoqrafiya haqqında qısa məlumat verməyinizi istərdim.

- Müasir Azərbaycan ədəbi dilinin əsas şöbələrindən olan orfoqrafiya düzgün yazı qaydalarından bəhs edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqalarına çatdırmaq üçün insanlar arasında vacib sosial vasitədir. O, bəşəriyyətin tərəqqisi üçün yeni-yeni perspektivlər açır. Mədəniyyətlərin sürətli inkişafı da məhz yazı vasitəsilə gerçəkləşir. Orfoqrafiyaya aid nəzəri əsərlərin  meydana gəlməsinin tarixi, əsasən, son dövrlərlə bağlıdır. Yəni,  ofoqrafiya nisbətən gənc anlayışdır. Bu anlayış yunan dilində iki sözün birləşməsindən əmələ gəlib (orthos “düzgün”, qrapho“yazıram”), “düzgün yazıram” deməkdir. Qərbdə ciddi orfoqrafiya çalışmalarına erkən yeni dövrlərdən başlanılıb. Hələ ingilis qrammatiki Ceyms Qrinvud 1753-cü ildə orfoqrafiyanı düzgün yazmaq sənəti kimi xarakterizə edirdi. Amerikalı yazıçı və bukinist Yakob Kaminqz (1823) orfoqrafiyanı, yaxud imlanı heca və sözləri öz spesifik hərfləri vasitəsilə ifadə etmək sənəti adlandırırdı. İngilis alimi Albert Rayta (1870) görə, orfoqrafiya hərflərin təbiətini və gücünü, eyni zamanda imla (yazı) qaydalarını öyrədir. Ümumiyyətlə, orfoqrafiya söz və morfemlərin normativ yazılışını tənzimləyən ümumi qəbul olunmuş qaydalar sistemidir. O, ümumxalq dilinin, vahid dilin, xüsusən, mədəniyyətimizin ən vacib vasitələrindən biri sayılan yazılı nitqin qanuniləşmiş normasıdır. Orfoqrafiya lüğəti vaxtaşırı təkmilləşir və nəşr olunur.

- Ümumiyyətlə, bütün lüğətlərdə olduğu kimi orfoqrafiya lüğətinin də tərtibində müəyyən qayda və prinsiplər olmalıdır. Bir dilçi kimi sizcə hansı qayda və prinsiplərə əsaslanıb daha mükəmməl orfoqrafiya lüğəti tərtib etmək olar? 

- Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, dilçilikdə mühüm məsələlərdəndir biri odur ki, fonetika, morfologiya, sintaksis, hətta dilçilik elminin ən yeni nailiyyətlərinin mənimsənilməsi ilə yanaşı,  dilin fonetikası, səs quruluşu, eyni zamanda alliterasiya, ritm, qafiyə, epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza, epenteza, paraqoqa və s. kimi stilistik üsullar və fonoloji deviasiya fiqurlarının, seqmental işarələrə daxil olan sait və samitlərin, supraseqmental işarələrə aid vurğu, pauza, qovuşma, morfem, səs yüksəkliyi və s.-nin öyrənilməsi dilin orfoqrafik özülünə elmi nüfuz etməyin labüd üsullarındandır. Bilməliyik ki, dilin akustik strukturu üçün vacib olan bütün bu elementlər mətnin fonoestetikasının əsasını formalaşdırır. Qaydalara riayət edilməsi mətndə söz ehtiyatının strukturlaşmış xarakteri ilə nəticələnir. Bu zaman orfoqrafiya ilə orfoepiya, deviasiya arasındakı fərqləri nəzərə almaq zərurəti ortaya çıxır. Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf edib. Orfoqrafiya qaydalarının müəyyən edilməsində fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici, etimoloji və digər prinsiplərdən istifadə olunur. 

2018-ci ildə “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” nin növbəti 7-ci nəşri planlaşdırılır. 6-cı nəşrdəki ciddi qüsurlar haqqında mətbuatda geniş yazılıb, diskussiyalar açılıb. Sizcə, növbəti nəşrdə həmin iradlar nəzərə alınacaqmı? Bir də orfoqrafiya lüğətinin vaxtaşırı təkmilləşməsi dedikdə nəyi nəzərdə tuturdunuz? 

- Əvvəla, deyim ki, düzgün yazı qaydalarının son istinadgahı “Orfoqrafiya lüğəti”dir. Mənim üçün “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” yazı qaydalarımızın Kitabi-Müqəddəsidir. Orfoqrafiyanın müqəddəsliyi müstəqil dövlət atributu olan ana dilimizin müqəddəsliyidir. Dövlət müstəqilliyimizdən 25 ildən artıq bir zaman keçir. Belə bir vaxtda 50 milyondan artıq  azərbaycanlının dil qibləgahı və yeganə düzgün mötəbər mənbə saya biləcəkləri “Orfoqrafiya lüğəti”nin tərtibinə laqeyd yanaşılması yolverilməzdir və bu, bir sıra fəsadlara yol aça bilər, ədəbi dili zədələyər. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş, dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin yazılış qaydasını dəyişdirməyə təşəbbüs edilməsini dilçiliyimizin inkişafı üçün xidmət saymıram. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir. Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək templi inkişaf perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn (yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət yetirilməlidir. Lakin təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır, onda  bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz, məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. İrəli sürülən təkliflər, ümid edirəm ki, analoji ənənəni təkrarlamayacaq.

- Yəni, nə mənada?

- Məsələn, dilimizdə pasportlaşmış, qəlibləşmiş, hətta danışanın məqsədindən asılı olaraq nitqə təntənə, əzəmət, qalibiyyət ruhu verən bir sıra sözlər mövcuddur. Uzun əsrlər zehnimizdə oturuşmuş, diləyatımlı, milliləşmiş həmin sözlərin yazılışının dəyişdirilməsi Orfoqrafiya lüğəti üçün  qəbul edilmiş vahid prinsipi zədələyə bilər.

- Bildiyimiz qədər, “Orfoqrafiya lüğəti”ndə yazı qaydasının dəyişdirilməsi təklif olunan sözlər başqa dillərdən, ələlxüsus, ərəb dilindən alınmalarla bağlıdır. Sizcə, bu, dilimizi yad təsirlərdən mühafizə etmək niyyətini güdmürmü?

- Bəri başdan deyim ki, bütün dillərdə alınmalar mövcuddur və bu amil yalnız dillərin qarşılıqlı əlaqəsi, zənginliyi və inkişafına xidmət edir. Məsələn, ingilis dili sözlərinin 65 faizi alınmalardan ibarətdir, rus dilində “A” və “F” hərfi ilə başlayan əsl rus sözü, demək olar ki, yox dərəcəsindədir. Deməli, dilin strukturuna təsir etmədikcə alınmalar normaldır. Azərbaycan dili də öz tarixi inkişaf prosesində bir sıra xarici dillərdən, xüsusən, ərəb, fars, o cümlədən rus, yunan, latın, italyan və digər şərq və qərb dillərindən sözlər əxz edib. Həmin sözlər dilimizdə artıq çoxdan milli pasport qazanıb, düşüncə və təfəkkürümüzün zəruri ifadə vasitəsinə çevrilib, şairlərin, yazıçıların, filosofların və ədiblərin əsərlərində dərin fikirlərin ifadəsinə xidmət edib, natiqlərin, dövlət və incəsənət xadimlərinin nitqlərində, çıxışlarında doğmalaşıb.

- Alınma sözlərin düzgün yazılışında, ümumən, orfoqrafiya lüğətinin tərtibində vahid prinsipə riayət edilməsinə necə əməl olunur?  

- Çox ciddi bir məsələyə toxundunuz. Orfoqrafiya lüğətinin tərtibində vahid prinsipə riayət olunmazsa, fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsipləri pozular. Onun tərtibinə elmi-sistematik yanaşılmalıdır. Xatırlayırsınızsa, apostrofun dəyişdirilməsi ilə dilimizin orfoqrafiya lüğətinə edilən yanlış müdaxilələrə, bir növ, start verildi. Sonra şer sözünün şeir və bir müddət sonra isə fel sözünün  feil kimi yazılması qərara alındı. Sən demə, siyahı hələ bitməyibmiş. Növbədə səbr”“səbir korrektəsi də var imiş.

- Yəqin, yazını tələffüzə uyğunlaşdırmaq məqsədilə...

- Tələffüzü orfoepiya öyrənir. Biz düzgün yazı qaydalarından danışırıqsa, orfoqrafiyanı əsas götürməliyik. Məgər Azərbaycan dilində söz necə yazılırsa, elə də tələffüz edilməlidir? Elə isə, orfoepiya lüğəti ilə orfoqrafiyanın nə fərqi olar? Digər ciddi bir məsələyə diqqət edək: şeir, feil, eyib, nəsil, meyil, səbir sözləri də ərəb di¬lindən alınmadır, “fiilun” və “fəəlun” modelləri üzrə düzəlib. Eyni modeldən olan və dilimizdə işləklik hüququ qazanmış sözlərin siyahısını uzatmaq olar. Peşəkar yanaşma prinsipi olmadığından üç-beş ildən bir eyni qəlibdən olan sözlərin yalnız bir-ikisinin yazılışında dəyişiklik edilməsi orfoqrafiyanı təkmilləşdirmək sayıla bilməz, əksinə, bu, növbəti çaşqınlıqlara, yazı etibarsızlığına, nəticə etibarilə, “necə gəldi, elə də yaz” kimi zərərli meyllərə gətirib çıxara bilər ki, bu da dilin bütövlüyünü zədələmiş olar. Sual olunur, mənbə dildən eyni model üzrə dilimizə gəlmiş, indiyədək yazıçıların, şairlərin, ədiblərin, ictimai-siyasi xadimlərin, xülasə, bütün ziyalı təbəqənin eyni cür yazdıqları sözlərin bəzilərinin  yazılış qaydasını hansı əsasa görə dəyişmək lazımdır? Axı eyni qəlibdən olan və indiyədək eyni cür yazı qaydasına malik həmin sözlərin beş-altısının yazısı dəyişdirilirsə, onda dil qanunauyğunluğuna görə bu yazı qaydası həmin sözlərin hamısına şamil edilməli deyilmi? Əgər ərəb dilindən əxz etdiyimiz “eyb” sözü “eyib”, yaxud “səbr” sözü “səbir” şəklində yazılmalıdırsa, bəs onda nə üçün eyni mənbədən alınan, eyni qəlibdən olub eyni qanunauyğunluğu paylaşan “qeyb”, “seyr”, “qeyz”, “qeyd”, -“əsr”, “qəsr”, “nəşr”, “nəzm”, “rəmz”, “hərf”, “hicr”, “əhl”, “səhv” və s. sözləri müvafiq olaraq “qeyib”, “seyir”,“qeyiz”, “qeyid”, “əsir”, “qəsir”, “nəzim”, “nəşir” şəklində yazılmamalıdır? Bunları deməkdə məqsədim heç də həmin sözlərin yazılışının dəyişdirilməsinə təşviq etmək deyil, əksinə, orfoqrafiya lüğətinin tərtibində yol verilmiş ciddi uyğunsuzluqları göstərməkdir. Atalar demişkən, “Zərərin yarısından qayıtmaq da xeyirdir”. Uzun illər boyu dilimizin yazı qaydalarında özünə yer etmiş sözlərə hərf artırılması, yaxud hərfin ixtisarı, fikrimcə, dilçiliyimizə, o cümlədən orfoqrafiyamıza xidmət sayıla bilməz. Bu, orfoqrafiyanın təkmilləşdirilməsi yox, çətinləşdirilməsi, qarışdırılması və əlavə süni problemlərin yaradılmasına gətirib çıxara bilər. Bayaq dediyiniz kimi, bəziləri belə əsaslandırmağa çalışırlar ki, alınma sözlərdə yazı qaydası tələffüz qaydası ilə eyni olmalıdır. Bu iddia ilə razılaşsaq, onda ərəb dilindən alınmış “kitab”, “münasib”, “mürəkkəb”, “ailə”, “məişət”, “aid”, “növbə” və s. sözləri müvafiq olaraq “kitap”, “münasip”, “mürəkgəp”, “ayilə”, “məyişət”, “ayid”, “nöbə”  kimi; yaxud italyan dilindən alınmış “abreviatura” sözü “abreviyatura” şəklində, və ya “aeroport” (yun. “aero” və lat. “port” sözlərinin birləşməsi) sözü “ayraport” kimi yazılmalıdır və s. Bu isə ədəbi dil normalarımıza ziddir. Göstərilən faktlar “Alınma sözlərdə yazı qaydası son dildə  deyilişinə görə  yazılıb oxunmalıdır, tələffüz qaydası ilə eyni olmalıdır” müddəasını təkzib edir, yəni müasir Azərbaycan dilinin orfoqrafiyası üçün bu, məqbul sayıla bilməz.

(ardı var)

Elmin Nuri
Oxşar xəbərlər
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ