“Türk dünyasının bölünməsinə hesablanan “Vilson modeli” bu gün də işləməkdədir”
Oxunub: 3331
12 Oct 2017 | 08:23
“Türk dünyasının bölünməsinə hesablanan “Vilson modeli” bu gün də işləməkdədir”
Son günlər Yaxın Şərq regionunda baş verən hadisələr, eləcə də Türkiyə ilə Qərb dövlətləri arasında yaşanan gərginlik, bəzi beynəlxalq təşkilatların ölkəmizlə bağlı nümayiş etdirdiyi qərəz və s. ölkəmizdə və dünyada ciddi narahatlıqla müşahidə edilməkdədir. Moderator.az - ın əməkdaşı bu və digər məsələlərə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışıb. 
- Bədrəddin bəy, son vaxtlar həm Türkiyə, həm də Azərbaycana qarşı Qərbin bəzi dairələrinin təzyiqi hiss olunmaqdadır. Sizcə hər iki türk dövlətinə qarşı Qərbin ortaya qoyduğu eyni aqressiya Avropanın bütün türk dünyasını hədəf alan vahid anti-türk siyasətinə möcudluğu ehtimalını aktuallaşdırırmı?

- Bu məsələyə hər şeydən öncə tarixi konteksdən yanaşmaq lazımdır. Baxın, XVIII əsrdən etibarən türk dünyasına qarşı anqlosakslarla rusların cəbhə almağa başladığını görürük. Bu tarixdən etibarən türklərin Avropadan, Balkanlardan, Qafqazlardan çıxarılması prosesi başladı. Türkiyə I Dünya müharibəsində də Qərbin təzyiqləri ilə üzləşdi. Qərb Türkiyəni bir dövlət kimi yox etmək, onu parçalamağa çalışırdı. Məhz belə bir zamanda orduya rəhbərlik Atatürkə həvalə olundu. Hansı ki, Atatürk 1915-ci ildə sadəcə mayor rütbəsində idi. Məhz Atatürkün yaratdığı sistem nəticəsində Türkiyə bu cür aqibətdən xilas oldu və proseslər 1923-cü ildə Türkiyənin qələbəsi ilə yekunlaşdı. 
I Dünya müharibəsində “Vilson modeli” mövcud idi ki, bu model Türkiyənin bölünməsinə hesablanmışdı. Bu ərazilərdə Ermənistan və Kürdüstan yaradılmalı idi. 1915-ci ildə Osmanlı imperiyası daxilindəki ermənilər, eləcə də xristian mənşəli bir çox şəxslər müxtəlif təxribatlara əl atmağa başladılar. Türkiyə isə buna cavab olaraq erməniləri neytrallaşdırmaq üçün məcburən bəzi addımlar atmalı oldu. Bundan sonra ermənilərlə bağlı layihə Azərbaycan üzərində gerçəkəşdirilməyə başladı. Osmanlı türklərinə gücü çatmayan qüvvələr bunu oğuz türkü olan bizlərin üzərində reallaşdırmağa çalışdı. Bizim ərazilərdə Ermənistan yaratmağa başladılar. 1918-ci ildə Bakı ingilislərin nəzarətində idi. Türklər 1918-ci ilin 15 sentybarında Bakı Kommunası ilə yanaşı, həm də ingilislərlə vuruşdular. Bu faktın özü bizim anqlosaksların planlarında hansı konteksdə yer aldığımızı bütün çılpaqlığı ilə göstərir. O zaman Vilson planına əsasən Qərb türk dünyasının məhvi hesabına öz maraqlarını müdafiə etməyə çalışırdı. Hansı ki, Vilson planı bu gün də işləməkdədir.

- Vilson planının mahiyyəti nədir? 

- Vilson planı dünyanın istənilən nöqtəsində neft və qazla zəngin olan əraziləri ələ keçirməyi, həmin ərazilərdə Amerikanın nəzarətini bərpa etməyi nəzərdə tutur. Bu, yeni dünya düzəni deməkdir. Bu o deməkdir ki, həmin ölkələrdə Amerikanın diktəsi ilə hərəkət etməyən qüvvələrin hakimiyyətə gəlişinə imkan verilməsin, həmin xalqlara isə elə problemlər yaradılsın ki, onlar ciddi məsələlərə diqqət ayıra bilməsinlər. 

- Müsahibənin əvvəllində anqlosakslarla rusların türklərə qarşı cəbhə aldığını vurğuladınız. Sizcə bu əməkdaşlıq sadəcə türklərə qarşı yönəlib, yoxsa digər məsələlərdə də öz mövcudluğunu hiss etdirir?

- Məsələ bundadır ki, biz bu əməkdaşlığı digər tarixi hadisələr fonunda da müşahidə edirik. Baxın, həm I Dünya müharibəsi, ya da II Dünya müharibəsi zamanı yeni dünya bölgüsünün həyata keçirilməsini tələb edən Almaniyaya qarşı rus və anqlosakslar birləşdi. Bu, tarixi faktdır. Baxmayaraq ki, Rusiyada I Pyotr hakimiyyətə gələndən sonra ruslarla anqlosakslar arasında Avropa torpaqları uğrunda ciddi mübarizə gedib. Lakin daha sonra bu qüvvələr arasında bir razılıq əldə edilib və onlar türk dünyasına qarşı mübarizədə birgə iştirak edib. Bu gün də bu  əməkdaşlıq özünü hiss etdirir. 

- Sizcə İraq ərazisində Kürdüstanın meydana çıxması fonunda hansı proseslər baş verəcək? Yeni situasiya hansı dövlətləri üz-üzə qoya bilər?

- Kürdüstan faktoru hər şeydən öncə bu günə qədər əməkdaşlıq edən İran və Rusiyanın münasibətlərini gərginləşdirəcək. Çünki bu məsələdə hər iki dövlətin mövqeyi bir-birindən ciddi şəkildə fərqlənir. ABŞ, İsrail və Rusiyanın məsələyə baxışı təxminən eyni olsa da, İranın baş verənlərə münasibəti tamamilə fərqlidir. Vaxtiylə Osmanlı ilə Qacarları parçalayan ruslar və anqlosakslar indi regiondakı maraqlarını təmin etmək üçün bir-birləri ilə bazarlıq edir. 
Bildiyiniz kimi, Türkiyə də Kürdüstanla bağlı məsələdən ciddi narahatlıq keçirir. Bu baxımdan İran və Türkiyənin mərkəzi İraq hökuməti ilə birlikdə İraqın ərazi bütövlüyünü təmin etmək, Kərkükü azad etmək üçün birgə hərbi əməliyyatlar aparmaq ehtimalı var. Əgər belə bir əməliyyat reallaşsa, o zaman ABŞ və İsrail həmin əməliyyatların uğursuz alınması üçün səy göstərə bilər. Necə ki, Qarabağ uğrunda bizim apardığımız mübarizədə bizi uduzdurdular və Dağlıq Qarabağla yanaşı, əlavə olaraq 7 rayonumuz da erməni işğalı altına düşdü. 
Azərbaycan bu günə qədər oğuz türkləri olaraq bu boyda qüvvələrin qarşısında tək qalmışdı. Türkiyəyə, İrana gücləri çatmadıqlaır üçün öz oyunlarını bizim üzərimizdə reallaşdırırdılar. Bizim torpaqlarımız əldən gedirdi. Dərbəndi, Borçalını tutdular. Qərbi Azərbaycanı itirdik. Indi də Qarabağı itirmişik. Bizi tədricən silirlər. Neftimizdən, qazımızdan yararlanırlar, lakin bizim milli problemimiz hələ də həll olunmayıb. 

- Sizcə bunca müddət ərzində Qarabağ problemi ilə bağlı elə bir tarixi an olub ki, Azərbaycan bu tarixi anı laızmınca dəyərləndirsəydi, indiki mənzərə ölkəmizin maraqları baxımından daha ürəkaçan ola bilərdi?

- Düşünürəm ki, belə bir məqam olub. 1993-cü ildə Amerikanın ölkəmizdə “AMOKO” adlı şirkəti var idi. İstəyirdilər ki, neft müqaviləsini onlarla imzalayaq. O zaman Elçibəy hökuməti onlarla müqavilə bağlamaq istəmədi. Həmin vaxt ABŞ-ın ölkəmizdəki elçisi Riçard Mays bir daha neft kontraktını “AMOKO” ilə bağlamağı təklif etdi. Lakin o zamankı hökumət bu təklifi qəbul etmədi. Bundan bir müddət sonra ABŞ ölkəmizin əleyhinə qətnamə çıxartdı. 907-ci düzəlişi azadlığı müdafiə aktı adı altında qəbul etdilər. Bununla da ABŞ-ın ölkəmizə birbaşa yardımlarının qarşısı alındı. Bu azmış kimi, konqresin xarici əlaqələr komitəsinin vasitəsi ilə yaradılan fondların əli ilə birbaşa separatçı Dağlıq Qarabağ rejiminə yardımlar edildi. Onlara hər il 15 milyon dollar həcmində vəsait ayrılır. 
ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər də mahiyyət etibari ilə separatçıları dəstəkləyir, onlara yardımlar edirlər. Ermənilərin silah-sursatla təminatını Rusiya həyata keçirir. Digər həmsdər ölkə olan Fransada ermənilərin ən böyük lobbi təşkilatları fəaliyyət göstərir. 1993-cü ilin ab-havasını indi də təkrarlamaq istəyirlər. 

- Ermənilərin bu günlərdə Cəbrayılda kilsə inşa etməsinə Azərbaycan rəsmi şəkildə öz etirazını bildirdi və XİN bununla bağlı müvafiq bəyanatında qeyd etdi ki, ermənilər bununla münaqişəyə dini don geyindirməyə çalışır. Bilmək istərdik ki, sizcə işğaldakı ərazilərdə kilsə inşa edən ermənilər Qərbdən xrsitian təəssübkeşliyi baxımından dini müstəvidə də dəstək ala bilərmi?

- Məsələ bundadır ki, Qərb ermənilərə belə bir dəstəyi onsuz da göstərir. Ermənistan hakimiyyəti bununla sadəcə daxili auditoriyaya göstərmək istəyir ki, narahatlıq üçün əsas yoxdur, müharibə təhlükəsi mövcud deyil. Bundan öncə də ermənilər bu kimi təxribatçı addımlara imza atmışdı. Kəlbəcərə yol çəkilməsi, işğaldakı bəzi ərazilərdə turizm komplekslərinin tikilməsi və s. buna nümunədir. Halbuki, Qarabağ konfiliti ilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur və bu qətnamələr həmin əraziləri Azərbaycan torpağı kimi tanıyır, erməni ordusunun ordan çıxarılmasını tələb edir. 
Hesab edirəm ki, Azərbaycan prosesləri daha da uzatmamalı, BMT-nin sözügedən qətnamələrini rəhbər tutaraq həmin ərazilərin azad medilməsi istiqamətində qəti addımlar atmalıdır. Çünki biz prosesləri uzatdıqca, problem üstünə problem gəlir. Necə ki, erməni faktoru ilə yanaşı, üstümüzə kürd faktorunun da gəlmə ehtimalı var. 

- Ermənistanın hər zaman Rusiyaya sadiqlik göstərəcəyi, onun himayəsindən heç bir situasiyada imtina etməyəcəyi ilə bağlı da vaxtaşırı proqnozlar səslənməkdədir. Sizcə doğrudanmı Ermənistan-Rusiya əməkdaşlığı əbədidir?

- Xeyr. Qarabağın işğalında Rusiyanın mühüm rol oynadığı hər kəsə bəllidir. Lakin sizi əmin edirəm ki, regionda yeni güclər özünü hiss etdirdikcə, Ermənistan həmin güclərə tərəf meyillənəcək. Yəni kim daha güclüdürsə, Ermənistan onun yanında yer almağa çalışacaq. Ermənilər slavyan deyil. Onlar katolikdirlər və katolik dünyasının yanında yer alacaqlar. Bunu da unutmaq olmaz ki, erməni və sədaqət anlayışları bir-birinə tamamilə ziddir. Ermənilər tarixən kim güclüdürsə, ona tərəf əyiliblər və bu gerçək bundan sonra da dəyişməyəcək. 

- Bədrəddin bəy, sizcə Azərbaycan Qarabağ məsələsində uğura nail olmaq üçün konkret hansı addımlar atmalıdır?

- Bizim müharibəmiz Ermənistan daxilində getməlidir. Problemi Minsk qrupunun vasitəsi ilə həllinə cəhd etməyimiz bizim ən böyük səhvimiz idi. Baxın, niyə Rusiya Çeçenistan problemini beynəlxalq vasitəçilərin köməyi ilə həll etməyə çalışmadı? Çünki bu yolun zərərli olduğunu gördü. Biz bugünə qədərki problemlərimizdən ”“ hakimiyyət uğrundakı mübarizələrdən, parçalanmalardan, qarşıdurmalardan xilas olmalı, milli problemlərimizin üzərinə vahid qüvvə kimi getməyə nail olmalıyıq. 
BMT qətnaməsinin 51-ci maddəsinə uyğöun olaraq işğaldakı ərazilərimizi azad etmək bizim hüququmuzdur. Biz müharibəni Ermənistan ərazisinə keçiməliyik. Nə qədər ki, müharibə Ermənistan ərazisində aparılmır, uğura nail olmaq mümkün olmayacaq. Bizi qələbəyə aparan yeganə yol budur. 

Seymur Əliyev
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."