Naxçıvanşünaslıq elmi xəzinəsinə yeni töhfə: "Naxçıvanda sənətkarlıq və ticarət"
Oxunub: 4402
05 Oct 2017 | 19:25
Naxçıvanşünaslıq elmi xəzinəsinə yeni töhfə:
Yaxın Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən olan bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində də sənətkarlığın və ticarətin meydana gəlməsinin tarixi çox qədim dövrlərdən başlayır. 

Əlverişli coğrafi mövqedə yerləşməsi, münasib iqlim şəraiti, zəngin təbii xammal ehtiyatları, əkinçilik və maldarlıq məhsulları Azərbaycanda tarixin erkən çağlarından sənətkarlığın yaranması və inkişafı üçün münbit şərait yaratmışdır. Azərbaycanda yaranması tarixi Daş dövrünə gedib çıxan sənətkarlıq sonrakı dövrlərdə böyük inkişaf yolu keçmiş, tarixin müəyyən bir dövründə peşəkar sahəyə çevrilmişdir. Cəmiyyətin durmadan inkişafı, əhalinin sənətkarlıq məhsullarına artan tələbatı sənətkarlığın başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil bir sahə kimi inkişafını zərurətə çevirirdi. Ona görə də Orta Tunc dövründə cəmiyyətin həyatında çox mühüm bir hadisə baş verdi: e.ə. III minilliyin sonlarında sənətkarlıq başqa təsərrüfat sahələrindən, xüsusilə əkinçilikdən ayrıldı, müstəqil inkişaf etməyə başladı. Beləliklə, tarixdə ikinci böyük ictimai əmək bölgüsü baş verdi. Bu zamandan başlayaraq yeni sənət sahələri yarandı. Bu inkişaf Azərbaycanda orta əsrlər dövründə özünün ən yüksək inkişaf mərhələsinə çatdı. İstehsal olunan sənətkarlıq məhsulları mübadilə vasitəsinə çevrildi. Tarixin müəyyən inkişaf mərhələsində bu məhsullar bazarlara çıxarıldı və onların alış-verişi başlandı. Müxtəlif sənətkarlıq məhsulları ticarətdə mühüm yerlərdən birini tutdu. Yerli əhalinin tələbatından artıq istehsal olunan bir sıra sənətkarlıq məhsulları xarici bazarlara da göndərilməyə başlandı. Beləliklə, sənətkarlıqla yanaşı ticarət də inkişaf etdi. Bu məsələdə ölkəmizin mühüm ticarət yollarının qovuşduğu coğrafi mövqedə yerləşməsi də əhəmiyyətli rol oynadı. Nəticədə bir sıra şəhərlər inkişaf etmiş elm, təhsil, mədəniyyət mərkəzi olmaqla bərabər, həm də sənətkarlıq və ticarət mərkəzlərinə çevrildi. Belə şəhərlərdən biri də Naxçıvan şəhəri idi.
Əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulan, təxminən 5000 il bundan əvvəl şəhər kimi formalaşan Naxçıvanda sənətkarlıq və ticarət böyük inkişaf yolu keçmişdir. Naxçıvan bölgəsində Sovet hakimiyyəti illərində aparılan arxeoloji qazıntılar, xüsusilə müstəqillik dövründə həyata keçirilən sistemli və ardıcıl tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bu ərazi ən qədim mədəniyyətlərin, xüsusilə “Eneolit mədəniyyəti”nin, “Kür-Araz mədəniyyəti”nin, “Boyalı qablar mədəniyyəti”nin yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi və ətraf ərazilərə yayıldığı mərkəz olmuşdur. Məhz qədim dövrdə belə böyük bir inkişaf yolu keçən Naxçıvan bölgəsində sənətkarlıq və ticarət orta əsrlər dövründə yüksək inkişaf səviyyəsinə çatmışdı. Ancaq bəzi istisnalar nəzərə alınmazsa XVIII-XX əsrin əvvəllərində bu sahədə geriləmə müşahidə olunurdu.
Azərbaycanda, onun ayrı-ayrı şəhərlərində sənətkarlığın və təcarətin inkişafı məsələsi bir sıra tədqiqatçılar tərəfindən müəyyən dərəcədə öyrənilmişdir. Ancaq tək-tək məqalələr istisna olmaqla və bəzi monoqrafiyalarda yeri gəldikcə səthi şəkildə bəhs edilməsi nəzərə alınmazsa Naxçıvanda sənətkarlıq, ayrı-ayrı sənət sahələri, ticarət və ticarət əlaqələri indiyədək sistemli şəkildə tədqiqata cəlb olunmamış, dissertasiya və ya monoqrafiya səviyyəsində öyrənilməmişdir. Ona görə də Naxçıvanda sənətkarlıq və ticarət probleminin obyektiv şəkildə, hərtərəfli öyrənilməsinə böyük ehtiyac var idi.

Məsələnin aktuallığını artıran əsas cəhətlərdən biri də saxtakar erməni alimlərinin Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, xalqımıza məxsus maddi-mədəniyyət nümunələrini, o cümlədən Azərbaycan sənətkarları tərəfindən müxtəlif vaxtlarda hazırlanmış sənətkarlıq məhsullarını mənimsəmək, erməniləşdirmək üçün ciddi-cəhdlə iş aparmalarıdır. Məlumdur ki, ermənilər xalqımıza məxsus maddi-mədəniyyət nümunələrini, o cümlədən bədii daşyonma sənəti nümunələrini, xalçaları, misgərlik məmulatını və s. XX yüzillik boyu oğurlayaraq, yaxud da satın alaraq indiki Ermənistana aparmış və onların ermənilərə məxsus olmasını sübut etməyə çalışmışlar. Erməni alimləri bununla əlaqədar saxta fikirlərini dünya ictimaiyyətinə sırımaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta onlar hazırda işi o yerə çatdırmışlar ki, milli musiqimizin, mətbəximizin ən nadir nümunələrini də erməniləşdirmək istiqamətində fəaliyyətə başlamışlar. Məhz buna görə, həmçinin öyrənilməsinin çox vacibliyini nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvan tarixinin bütün problemlərinin obyektiv, dərindən, hərtərəfli şəkildə öyrənilməsini, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılmasını tarixçilərimiz qarşısında aktual bir vəzifə kimi qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələnin aktuallığını dəfələrlə vurğulamış və demişdir ki, “Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddialarının obyektinə çevrilən Naxçıvanın tarxinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsirlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.

Bu tövsiyə və tapşırıqlara uyğun olaraq müstəqillik illərində muxtar respublikada Naxçıvanın qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixinin müxtəlif problemlərinə, o cümlədən ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşasına dair çoxlu uğurlu tədqiqatlar aparılmışdır. Ancaq şübhəsiz ki, indiyədək bu istiqamətdə aparılan tədqiqatlarla kifayətlənmək olmaz. Bu istiqamətdə işlərin genişləndirilməsi və yeni, daha sanballı və ardıcıl tədqiqatların aparılması çox vacibdir. Ona görə də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA Naxçıvan Bölməsinin doktorantı, professor Vidadi Muradovun Naxçıvan tarixinin indiyədək sistemli tədqiqat obyektinə çevrilməmiş və geniş şəkildə öyrənilməmiş “Naxçıvanda sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” mövzusuna müraciət etməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun bu mövzuda hazırladığı və Heydər Əliyevin unudulmaz xatirəsinə həsr etdiyi monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 29 mart 2017-ci il tarixli qərarı, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərlinin və Zəhmət Şahverdiyevin rəyi ilə “Elm” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur.

Giriş, beş fəsil, nəticə, əsərin yazılmasında istifadə edilmiş ədəbiyyatların siyahısı, ixtisarlar, ingilis və rus dillərində xülasədən ibarət olan əsərin ən mühüm elmi məziyyəti ondan ibarətdir ki, o, Naxçıvanın XVIII-XX əsrin əvvəllərinin sosial-iqtisadi tarixinə həsr olunmuş ilk monoqrafik əsərdir. Tədqiqatçı Vidadi Muradov elmi ictimaiyyətin, ümumiyyətlə oxucuların müzakirəsinə təqdim etdiyi bu əsərində XVIII-XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin siyasi, sosial-iqtisadi həyatı, diyarın əsas sənətkarlıq və ticarət mərkəzləri, kənd təsərrüfatı məhsullarının və təbii xammal ehtiyatlarının emalı ilə bağlı olan sənət sahələri və qeyd olunan zaman çərçivəsində bölgədə ticarətin vəziyyəti məsələsinə ilk dəfə olaraq kompleks halda yanaşmış, bəhs olunan məsələlər haqqında müfəssəl məlumat verə bilmişdir. Təqdirəlayiq haldır ki, müəllif hər hansı bir məsələdən, xüsusilə sənətkarlıq sahələrindən bəhs edərkən birbaşa bu sənət sahəsini XVIII-XX yüzilliyin əvvəlləri çərçivəsində tədqiq etməmiş, ilk növbədə onun Naxçıvanda yaranması tarixindən, keçdiyi inkişaf yolundan yığcam şəkildə bəhs etmiş, sonra həmin sənət sahəsinin tədqiq olunan dövrdəki vəziyyəti haqqında məlumat vermişdir.

Vidadi Muradov 264 səhifəlik monoqrafiyanın girişində Naxçıvanın qədim və orta əsrlər dövrü tarixinə qısa nəzər salmış, 1828-ci ildə Rusiyaya birləşdirilməsindən sonra Naxçıvanda vəziyyət, həmçinin Naxçıvanın XVIII-XX əsrin əvvəlləri tarixi ilə əlaqədar mənbələr və müxtəlif dövrlərdə aparılan tədqiqatların xülasəsini vermişdir.

Əsərin I fəsli XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarının siyasi və sosial-iqtisadi həyatına həsr olunmuşdur. Burada müəllif iki yüz ildən bir az artıq zaman çərçivəsində bölgənin siyasi həyatında baş verən hadisələr, inzibati ərazi bölgüsündə, sosial-iqtisadi sahədə həyata keçirilən dəyişikliklər haqqında məlumat vermişdir. Fəsildə Səfəvilər dövlətinin son dövründə Naxçıvanın siyasi və sosial-iqtisadi həyatında baş verən hadisələrdən bəhs edən müəllif fikirlərini əsaslandırmaq üçün bir sıra mənbə və ədəbiyyatlardan, o cümlədən tarixin obyektiv və təhrif olunmamış qaynaqlarından olan epiqrafik məlumatlardan istifadə etmişdir. Burada, həmçinin ayrı-ayrı vaxtlarda bölgənin inzibati ərazi quruluşunda baş verən dəyişikliklərdən, o cümlədən osmanlıların yaratdığı “Naxçıvan sancağı”ndan, Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra yaranan Naxçıvan xanlığından, çar Rusiyası tərəfindən məqsədli şəkildə yaradılan qondarma “erməni vilayəti”ndən bəhs edilmiş, 1840-cı ildə ərazinin Gürcüstan-İmeretiya quberniyasının, 1846-cı ildə Tiflis, 1849-cu ildə isə İrəvan quberniyasının tərkibinə qatılmasından söhbət açılmışdır. Fəsildə verilən məlumatlardan aydın olur ki, əvvəllər İrəvan qəzasına daxil olan Şərur 1870-ci ildə Naxçıvan qəzasına birləşdirilmiş, 1874-cü ildə Naxçıvanın Şərur və Dərələyəz əraziləri hesabına Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur. Sosial-siyasi həyat haqqında bəhs edən müəllif belə bir qənaətə gəlmişdir ki, ərazinin Rusiya tərəfindən işğalından sonra yaranan siyasi sabitlik nəticəsində diyarda müəyyən inkişaf baş vermiş, ancaq çarizmin köçürmə siyasəti nəticəsində ərazidə yerləşdirilən ermənilərin hesabına əhalinin sayı suni şəkildə artırılmışdır. Burada, həmçinin taxılçılıq, çəltikçilik, pambıqçılıq, tütünçülük, bağçılıq, bostançılıq və s. təsərrüfat sahələrindən, suvarma işlərindən, əhalinin sosial tərikibindən də söhbət açılmışdır.

Monoqrafiyanın II fəslində Naxçıvan diyarının ticarət və sənətkarlıq mərkəzlərindən söhbət açan müəllif bölgənin əsas şəhərləri olan Naxçıvan və Ordubad şəhərlərindən bəhs etmişdir. Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinin qədim və orta əsrlər tarixindən yığcam şəkildə bəhs edən müəllif şəhəri həm də ticarət və sənətkarlıq mərkəzi kimi xarakterizə etmiş, burada fəaliyyət göstərən sənət sahələri və sənətkarların sayı haqqında da məlumat vermişdir.  Naxçıvan şəhəri xarici hücumlar nəticəsində bir neçə dəfə güclü dağıntılara məruz qalsa da, bunların nəticələri aradan qaldırılmış və şəhər öz qabaqcıl mövqeyini saxlamışdı. Ancaq Səfəvi-Osmanlı müharibələri nəticəsində, xüsusilə XVII əsrin birinci yarısında miqyasına görə daha güclü dağıntılara məruz qalmış şəhər əvvəlki qüdrətini bərpa edə bilməmiş və müəllifin fikrincə tədqiq edilən XVIII-XX əsrin əvvəllərinə öz qüdrətini və əzəmətini itirə-itirə gəlmişdir. Bu tənəzzül xanlıqlar dövründə daha da dərinləşmiş, Rusiya işğalından sonra yaranan siyasi sabitlik bu sahədə nisbətən irəliləyişlərə səbəb olmuşdur.

Orta əsr qaynaqları əsasında Ordubad şəhəri haqqında maraqlı məlumatlar verən müəllif şəhərin Səfəvi şahlarının diqqət və qayğısı sayəsində yüksək inkişaf səviyyəsində olmasını qeyd etmişdir. Xanlıqlar və Rusiya işğalından sonrakı dövrdə Ordubad şəhərində sənətkarlıq, mövcud olan sənət sahələri, hətta sənətkarların sayı haqqında məlumat verən müəllif Ordubad şəhərinin bölgənin mühüm sənətkarlıq və ticarət mərkəzlərindən olması qənaətinə gəlmişdir.
Əsərin III fəslində kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı olan sənət sahələrini tədqiq edən müəllif bölgədə pambıqçılığın inkişafı tarixinə toxunmuş, tədqiq olunan dövrdə pambıq parça istehsalı sahəsində əldə olunan uğurlardan bəhs etmişdir. Orta əsr müəlliflərinin məlumatları əsasında Naxçıvanda pambıqçılığın yüksək inkişaf səviyyəsində olduğunu qeyd edən Vidadi Muradov pambıqçılığın əsil inkişaf dövrünün XIX əsrin II yarısından başlandığını vurğulamışdır. Bu dövrdə Naxçıvanın kənd əhalisinin çox hissəsi, xüsusilə qadınlar pambıq parça toxuculuğu ilə məşğul olmuşdur. Statistik məlumatlara əsaslanan müəllifin fikrincə XIX əsrdə Naxçıvanda pambıq parça toxuculuğu yüksəliş dövrü keçirmişdir. Bu dövrdə istər karxanalarda, istərsə də fərdi sənətkar emalatxanalarında istehsal olunan məhsulun əsas hissəsi əmtəə xarakteri daşımış, daxili və xarici bazarın tələbatını ödəmişdir.

Həmçinin, fəsildə bölgədə əsas ipəkçilik mərkəzlərindən olan Ordubad şəhərində və şəhər ətrafı kəndlərdə ipəkçiliyin və ipək parça istehsalının vəziyyətindən söhbət açılmışdır. Müəllifin qənaətinə görə Ordubad bölgəsində zəngin xammal ehtiyatlarının, xüsusilə yüz mindən artıq tut ağacının olması ərazidə ipəkçiliyin yüksək inkişaf səviyyəsində olmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Tədqiq olunan dövrdə, xüsusilə XIX yüzillikdə barama istehsalı daima yüksələn xətlə inkişaf etmişdir. Bunun nəticəsi idi ki, Rusiya-İran müharibəsinin sonlarında Ordubad qəzasında 6 pud xam ipək istehsal edilmişdisə, XX yüzilliyin əvvəllərində bu rəqəm 5 min puda çatmışdı. Müəllif həmçinin, fəsildə I Kültəpədə aparılmış qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinə əsasən Naxçıvan bölgəsində əhalinin Neolit və Eneolit dövrlərindən toxuculuqla məşğul olması qənaətinə gəlmişdir. Burada, Azərbaycanda xalça sənətinin tarixinin çox qədim olmasına toxunan Vidadi Muradov Naxçıvan bölgəsində də xalçaçılıq sənətinin tarixin erkən çağlarından fəaliyyətə başlamasını qeyd etmiş və hətta Naxçıvan şəhərini “zili” və “xalı” tipli xalça məmulatlarının əsas istehsal və satış mərkəzlərindən biri kimi xarakterizə etmişdir. Xalçaçılıq sahəsində çox görkəmli mütəxəssis olan, bütöv Azərbaycan, o cümlədən Naxçıvan xalçalarına və xalçaçılarına aid bir neçə dildə nəşr olunan dəyərli əsərlərin müəllifi olan tədqiqatçı bu sahədə apardığı tədqiqatlara və digər alimlərin fikrinə əsaslanaraq “şəddə”, “vərni”, “zili” kimi xalça məmulatlarının ilk dəfə Naxçıvanda toxunduğu fikrini vurğulamışdır. Burada qeyd etmək yerinə düşər ki, Naxçıvan xalçalarının tədqiqi və Naxçıvanda xalça sənətinin inkişafındakı xidmətlərinə görə Vidadi Muradov Naxçıvan Muxtar Respublikasının Əməkdar insənət xadimi fəxri adına layiq görülmüşdür. Həmçinin, fəsildə müəllif Naxçıvan əhalisinin gön-dəri məmulatı istehsalı (dabbaqlıq) və boyaqçılıq sənəti sahələri ilə məşğul olduğunu da qeyd etmişdir. Onun Naxçıvan boyaqçılarının boyaqçılıqda “qırmız” adlanan böcəklərdən və “marena” adlı boyaqotu bitkisindən istifadə etmələri, hətta bu təbii boyaq vasitələrinin xaricə də ixrac olunması haqqında verdiyi məlumatlar böyük maraq doğurur.
Müəllif monoqrafiyanın “Təbii xammal ehtiyatlarının emalı ilə bağlı sənət sahələri” adlanan IV fəslində ərazidə metalişləmə, tikinti sənəti, dulusçuluq, dağ-mədən sənayesi haqqında tədqiqatlar aparmış, metalişləmə sənətinin hələ Eneolit dövründən başlandığını qeyd edərək bu sənətin sonrakı vaxtlarda da inkişaf etdiyini göstərmişdir. Onun fikrincə, qədim və orta əsrlər zamanı Naxçıvanda tikinti sənəti xeyli inkişaf etmiş, xüsusilə orta əsrlər zamanı çoxlu türbələr, məscidlər, körpülər, hamamlar, yaşayış evləri və s. tikilmişdir. Fikrini ərazidə indiyədək qalan faktiki materiallarla əsaslandıran müəllif, həmçinin Naxçıvanda həmin dövrdə fəaliyyət göstərən digər sənət sahələri, o cümlədən dəmirçilik, misgərlik, qalayçılıq, zərgərlik, həkkaklıq, xəttatlıq, memarlıq, nəccarlıq və s. sənət sahələri haqqında məlumatlar vermiş, hətta tədqiqatçıların əsərlərindən əldə etdiyi məlumatlar əsasında bu sənət sahələri ilə məşğul olan bir sıra görkəmli sənətkarların adlarını da monoqrafiyaya daxil etmişdir.
Əsərin V fəsli XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında ticarətin vəziyyətinə həsr olunmuşdur. Burada Naxçıvan diyarının əlverişli coğrafi mövqedə yerləşməsi səbəbindən Azərbaycanın şimal və cənub vilayətləri ilə yanaşı Çin, Hindistan, İran, Osmanlı Türkiyəsi, Rusiya və Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri olmasını vurğulayan professor Vidadi Muradov Naxçıvan bölgəsində ticarət yollarının vəziyyəti, daxili ticarət, xarici və tranzit ticarət məsələlərindən bəhs etmişdir. Fəsildə Naxçıvan və Ordubad şəhərləri daxili ticarətin əsas mərkəzi kimi xarakterizə edilmiş, Xanlıqlar və Rusiya işğalından sonrakı dövrlərdə ticarətdən əldə olunan vergilərin xəzinənin əsas gəlir mənbələrindən olması, toplanılan vergilərin həcmi və s. haqqında məlumat verilmişdir. Apardığı təhlillər nəticəsində müəllif belə bir qənaətə gəlmişdir ki, 1908-ci ildə Uluxanlı-Culfa dəmiryol xəttinin istifadəyə verilməsi Rusiya-İran ticarətində Naxçıvanın mövqelərini xeyli möhkəmləndirsə də, ümumiyyətlə Naxçıvan bölgəsinin xarici ticarət əlaqələrinin həcmi o qədər də çox olmamışdır. Əsərdə 1914-cü ildə başlanan I Dünya müharibəsinin Naxçıvan vasitəsilə aparılan tranzit ticarətin həcminə göstərdiyi mənfi təsir də qeyd olunmuşdur.

Əsərin sоnundа tədqiqаt nəticəsində əldə оlunmuş еlmi qənаət və mülаhizələr müəllif tərəfindən ümumiləşdirilmiş və qeyd edilmişdir ki, sənətkarlığın və ticarətin inkişafı bölgədə iqtisadiyyatın yüksəlişində, daxili və xarici ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynamışdır.
Çox zəngin (449 adda) mənbə və ədəbiyyat materialları əsasında qələmə alınan monoqrafiya müəllifin аpаrdığı gərgin və səmərəli tədqiqаtlаrın nəticəsi kimi оrtаyа çıxmış tədqiqаt əsəridir. Zəngin mənbələr və ədəbiyyаt mаtеriаllаrı əsаsındа yаzılmış əsərdə əldə оlunаn nəticələr özünün yeniliyi və əhəmiyyəti ilə diqqəti cəlb еdir. Qeyd olunanlara əsasən demək olar ki, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov müraciət etdiyi mövzu ilə əlaqədar mаrаqlı bir əsər hаzırlаmış və onun yаzılmаsındа qаrşıyа qоyulаn məqsədə nаil оlmuşdur. Ümid edirik ki, müəllif bu sahədə apardığı tədqiqatları gələcəkdə daha genişləndirəcək, əldə etdiyi sanballı və mükəmməl nəticələr ilə Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi xəzinəsinə yeni töhfələr verəcəkdir.

Hacıfəxrəddin Səfərli
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü, professor
Oxşar xəbərlər
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB