Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır ”“ Moskva və İrəvan şokda
Oxunub: 1637
22 Sep 2017 | 11:57
Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır ”“  Moskva və İrəvan şokda
Səfərdə əsas hədəf heç şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında xüsusən də hərbi-texniki sahədə əlaqələri daha mükəmməl səviyyəyə qaldırmaq, İsrail ordusunun döyüş təcrübəsini öyrənmək idi. O sırada nazir Zakir Həsənovun İsrail səfəri çərçivəsində “Dəmir günbəz” müasir raketdən müdafiə sistemlərinin alınması məsələsi də diqqətdə olub. 

Bəllidir ki, bu sistemlər Ermənistanın tez-tez öyündüyü “İsgəndər” zenit-raket komplekslərinə qarşı kontur-sistem kimi qiymətləndirilir - hərçənd Rusiyanın özünün razılığı olmadan İrəvanın “İsgəndər”i tətbiq eləməsinə ixtiyarı yoxdur. Bununla belə, ələlxüsus “İsgəndər”lər peyda olandan sonra erməni tərəfi Azərbaycanı daha tez-tez şantaj eləməyə başlayıb. Hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, bu sistemlər vasitəsilə bölgədən keçən strateji neft-qaz kəmərlərinin, Mingəçevir SES-in hədəf alınma biləcəyi barədə vaxtaşırı hədələr biçilib ünvanımıza. 
Təbii ki, Azərbaycan bu qəbildən təhdidləri ciddiyə alır və adekvat tədbirlər görür. Ermənistanın belə ağılsız addıma gedəcəyi halda Naxçıvandan cəmi 50 km məsafədə olan Metsamor AES-in partladıla biləcəyi barədə Azərbaycanın xəbərdarlıqları da bu qəbildəndir...

*****

Bu arada məlumat yayılıb ki, Azərbaycan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasından məhz Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin mühafizəsini təşkil eləməyə hazırlaşır. Musavat.com-un məlumatına görə, Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti belə yazıb (virtualaz.org). Qəzet bildirir ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə birbaşa əlaqəlidir.

“Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa, başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan ”Dəmir günbəz" yerləşdiriləcək" - qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır. 

*****

Qeyd edək ki, Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılıb. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar. 

“Dəmir günbəz” raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub. Lakin daha sonra bu sistemləri istehsal edən “Rafael Advansed Systems” şirkəti Pentaqonun sifarişi ilə “Dəmir günbəz”lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub.

Azərbaycan İsraildən “Dəmir günbəz”lərin məhz bu versiyasını sifariş edib. Yeri gəlmişkən, ABŞ-ın özü də bu sistemlərə maraq göstərir və artıq onun alınması yönündə İsraillə müzakirələrə başlayıb. Beynəlxalq hərbi ekspertlərə görə isə “Dəmir günbəz” sistemi həqiqətən “İsgəndər” raketlərinin hücumlarını dəf edə bilər və bu, raketlərə qarşı yaxşı müdafiədir", - deyə Gürcüstan nəşri vurğulayıb. 

İşğalçı ölkənin Azərbaycana ünvanlı son təhdidləri də əsasən Rusiyadan alınmış “İsgəndər” komplekslərinin “Azərbaycanın istənilən nöqtəsini, o cümlədən strateji neft-qaz xətlərini vurmaq” hədəsi ilə bağlı idi. İndi belə görünür ki, Ermənistanın əlindən Azərbaycan qarşı əsas şantaj vasitəsi çıxmış olacaq. Hərçənd regiondan keçən və Avropa enerji bazarlarına çıxan həmin kəmərlər təkcə Azərbaycana məxsus deyil, eyni zamanda Qərbin ortaq mülkiyyətidir. Demək, Ermənistanla belə təxribatçı və son dərəcə təhlükəli hərəkətlərlə ilk növbədə özünə pislik edəcək, özünü Qərbə qarşı qoymuş olacaq. 

*****

Məsələ barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya isə qəzetə açıqlamasında BTC-yə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Kreml istəsə, neft kəmərini bombalaya bilər: “Rusiya bunu dəfələrlə edib, 2008-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına bomba atıb, kəmərin işi bir müddət dayanıb. Ona görə də bununla mütləq barışmaq lazımdır”.

Ekspertin dediyinə görə, Azərbaycanın müdafiə sistemlərini səfərbər etməsi Rusiyanın “İsgəndər” raketlərinin daha uzaqmənzilli versiyasını sınaqdan keçirməsinə səbəb olub. “Rusiya bu yaxınlarda ”İsgəndər" raketlərinin 700 km radiuslu versiyasını sınaqdan keçirib" - Maisaya deyib. Ekspert əlavə edib ki, üstəlik, ruslar Cənubi Osetiyada digər ixrac neft kəməri Bakı-Supsanın 2 kilometrlik hissəsinə nəzarəti ələ keçiriblər. Və istənilən vaxt kəmərin operator-şirkətinə, habelə Gürcüstana və Azərbaycana ultimatum verə bilər. 

***** 

“Beləliklə, Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan ”Dəmir günbəz"ləri alıb. Hansı ki, onlar güclü ballistik raketlərdən effektiv istifadə etməklə Bakı-Tiflis-Ceyhan kəmərini qoruya biləcək", - deyə gürcü analitik bildirir. Onun sözlərinə görə, Azərbaycan kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda da düşünmək lazımdır: “Ruslar Qori-Tiflis avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil”.

Qəzet daha sonra qeyd edir ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. “Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, heç də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik” - Vaxtanq Maisaya gileylənib.

Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. “Məlum olduğu kimi, 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbəttə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa, energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm” - general deyib.
Salukvadze onu da qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə, daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq.

***** 

Məslə də elə ondadır ki, İrəvan belə təhlükəli avantüraya Rusiyanın izni olmadan getməz. Rusiya isə Avropa enerji bazarında dominantlığını saxlamağa çalışır, çünki bu, ona Qərbə, Avropaya qarşı mühüm təzyiq və şantaj rıçaqı kimi lazımdır. Azərbaycan isə qaz bazarında Rusiyaya sövq-təbii rəqibdir və Qərbin Rusiya qazından asıllığını azalda bilər. Bu üzdən Moskvanın “ilanı” “Seyidəhməd”, yəni Ermənistanın əli ilə tutmaq istəyi tam məntiqlidir... (musavat.com)
Oxşar xəbərlər
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib