"Bunun Vətənə xəyanətdən başqa adı yoxdur...
Oxunub: 10441
03 Sep 2017 | 00:59

Xüsusi xidmət orqanlarında agentlərin fəaliyyətini yönəldən əməliyyat işçisi bilir  ki, hər hansı bir tapşırığı yerinə yetirən agenti konkret bir əməliyyatda çox yükləyəndə, yəni məlumatların əldə olunması üçün səbirsizlik edib tələsik yolla informasiyanı əldə etmək tapşırığı veriləndə agent ifşa oluna bilər. Biz bunu müasir dövrümüzdə açıq görürük. Xüsusilə, bəzi KİV-lərdə elə informasiyalar gedir ki, bir balaca təhlil qabiliyyəti olan şəxs aydın görər  ki, bu informasiyanın əsil mənbəyi xüsusi xidmət orqanı, ya ora ilə bağlı məsul şəxs, ya da agent ola bilər. 

Mənim də sıx əməkdaşlıq etdiyim Moderator.az saytında Tahir Cəfərli adında şəxsin bir neçə dəfə müsahibəsini hövsələmi basıb oxuyanda hiss edirdim ki, adam, son vaxtlar tez-tez işlədilən “beşinci kalon” un çoxsaylı nümayəndələrindən biridir və diqqət yetirməyə dəyməz. Amma, son müsahibə “agentin” yüklənməsinin bariz nümunəsi təsirini bağışladı. Oktyabr İnqilabının 100 illiyi yaxınlaşdıqca Azərbaycanın müstəqilliyini qəbul etməyən, 13-cü Qızıl Ordunu Yalamada qarşılamağa hazır olanların başında durmağa əmr gözləyənlər özlərni büruzə verməkdən belə çəkinmirlər. Tahir Cəfərli kimdir, nəçidir.., umrumda deyil. Amma, son müsahibəsində bütövlükdə Azərbaycan xalqı, onun tarixi şəxsləri təhqir olunub, Qarabağ bölgəsinin bəylərini şərəfsizlikdə ittiham edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmmədəmin Rəsulzadəni təhqir edərək "bir saatlıq xəlifə” adlandırıb. 

T.Cəfərli adlı bu adamı  təhqirlərə görə çox güman ki, məhkəməyə vermək barəsində şəxsən tərəfimdən konkret addımlar atılacaq, amma bəzi sərsəmləmələrə indidən cavab verməyi məqsədəuyğun hesab edirəm.

Tahir Cəfərlinin dediklərini olduğu kimi verməyə məcburam. Bu adam deyir: 

"... Başlayaq Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə bağlı məsələdən.  İndiyədək tariximiz düzgün yazılmadığından bu işğalın səbəblərini anlamırıq. Əvvəla, unutmayaq ki, o zaman  Azərbaycan xanlıqları bir-birini qırırdılar. Qarabağ xanı İbrahim xanın satqınlığı nəticəsində Azərbaycanın qüdrətli şahı Qacar öldürüldü. Qacar öldürüləndən sonra isə Qarabağ xanının  vəziri Molla Pənah Vaqifə II  Yekaterina qızıl əsasını hədiyyə etdi. Bütün bunlar xanlıqların bir mərkəzə tabe olmamalarının, ölkədə qarşıdurma yaratmalarının nəticəsidir ki, ruslar Qafqazı işğal etdilər”.

Obyektivlik deyib, ondan çox uzaq olan bu “analitik”  tarixi kobud şəkildə təhrif edir. Birincisi, Qacar Azərbaycan şahı deyildi, İran şahı idi və onun öldürülməsinin İbrahim xanla yaxından- uzaqdan heç bir əlaqəsi yoxdur. Qacar öz adamları tərəfindən qətlə yetirilib. Qacar öldürüləndə İbrahim xan Balakəndə idi.  Bu barədə tarixçi dostlarım, üzdəniraq adama  daha müfəssəl cavab verəcəklər. İbrahim xanı satqınlıqda ittiham etmək, ən azı tərbiyəsizlikdir. Vaqifin əsasının da (yeri gəlmişkən əsa Cəfərlinin dediyi kimi “qızıl” olmayıb, qızıl suyuna çəkilib və Vaqifə Qacarın ölümündən əvvəl verilib, Cəfərlinin dediyi kimi sonra yox) Qacarın öldürülməsinə, Qarabağın Rusiya tərəfindən işğalına aidiyyatı yoxdur. Rusiyanın bütün Cənubi Qafqazı işğal etməyinin səbəbini bu adam bu qədər bəsit izah edir. Məqsəd məlumdur-  Rusiyaya yaltaqlanmaq, tapşırığı yerinə yetirmək.

T.Cəfərli davam edir: 

"Ermənilərin Qarabağa köçürülməsində də günahkar yalnız Rusiya deyildi. Buna əsas səbəb Qarabağ xanlarının ........ oldu. A.S.Qriboyedov I Nikolayın tapşırığı ilə İrandan erməniləri Rostov ətrafında salınan Naxçivani qəsəbəsinə köçürtməli idi. O, birinci partiyanı köçürə bildi. İkinci partiyanı köçürdəndə Hərbi Qafqaz yolunu qar basdı. Odur ki, ermənilər köçləri ilə Qarabağda qaldılar. 5-6 aydan sonra yol açılanda Qarabağdan erməniləri Rostov ətrafına köçürtmək istəyən A.S. Qriboyedovun adamlarının qarşısına Qarabağ bəyləri silahla çıxaraq  ermənilərin köçünün qarşısını kəsdilər. A.S. Qriboyedovun bu haqda I Nikolaya yazdığı məktub bizim bəylərin ..... göstərən sənəddir. 1828-ci ildə erməni köçünün qabağını alan və Qarabağa yerləşdirən biqeyrət Qarabağ bəyləri olublar”.   

Nə qədər Qarabağa, Azərbaycana düşmən , Rusiyaya, erməniyə məhəbbət mövqeyində olmaq lazımdır ki, bu sözləri deyə biləsən. Əvvələn, Azərbaycan dövlətçiliyinin rüşeymlərini atan Qarabağ xanları, Qarabağ xanlığının əsasını qoyan  Pənahəli xan Sarıcalıya və onun Cavanşir elindən olan törəmələrinə- Qarabağ xanlarına, bəylərinə..... deyənin özünün qeyrət , namus məsələsində hansı səviyyədə olduğu şübhəlidir. İkincisi, tarixi tam saxtalışdırmaqdır. Guya Qriboyedoun adamlarının qabağını silahla kəsib deyiblər ki, amandır, qoy erməni Qarabağda qalsın. Əvvələn, Qarabağı işğal edən Rusiya Ordusu necə ola bilər ki,   iki-üç silahlı bəyin qabağında təslim olub geri çəkilr,  imperatora da məktub yazır ki, əlacsız qalmışıq, bizi bəylər öldürür, qoy erməni Qarabağda qalsın. Gülməli yox, səfehlikdir. Bəhanəyə bax, “Hərbi Qafqaz yolunu qar basmışdı”, ona görə ermənini Rostova yox, Qarabağa köçürdük. Bu adam onu da bilmir ki, 1811-ci ildən Hərbi- Gürcüstan yolu bütün il boyu ekspress-poçta xidmətinə keçmişdi və at, araba üçün 5 ay dayanmaq problemi yox idi. Qriboyedovun Rusiya imperatoruna tamam başqa məzmunda , erməni əleyhinə olan məktubları var və ümumiyyətlə, hansısa hava şəraiti imperiya planına təsir edə bilməzdi. Hər kəlməsində Rusiyanı sudan quru çıxarmağa çalışan, erməni Şaumyanın Bakıda törətdiyi qırğına aid suala cavab verməyib, erməni cəllada türkləri qırdığına görə rəğbətini gizlətməyən bu bolşevik tör-töküntüsü həddini aşıb, bizim babalarımızı , konkret olaraq öz babalarımı da nəzərdə tuturam,  təhqir edib. Bunun, vətənə xəyanətdən başqa adı yoxdur. 

Baxın, Rusiyanın Azərbaycanı işğal etməsinə bu “analitik” necə sevinir: 

"Ümumiyyətlə, gerçəkliyə baxsaq, o dövrdəki Azərbaycan xanları arasında müsbət şəxsiyyət göstərmək çox çətindir. Arxivləri təhlil etsəniz, xanlarımızın yalnız naqisliklərinin üstünü açarsız. Onlar zəhmətkeş xalqa həqiqətən zülm edirdilər. Yaxşı olar ki, susaq... Ruslar Azərbaycana girəndən sonra xalqımız rahat  nəfəs aldı”.

Yaxşı olardı ki, həqiqətən Tahir Cəfərli susaydı. Azərbaycanın bütün xanlarını Rus mujikinin mədəniyyətinə qurban verən bu adamcığaz sussa yaxşıdır. Cavad xan kimi tariximizdə Rusiya imperiyasına qarşı müharibə edən şəxsiyyəti Kuzmanın sapoqlarına qurban verməyin bir adı var:-DÜŞMƏNÇİLİK!

Azərbaycanın mədəniyyətini, dövlətçiliyini yalnız Rusiya amili ilə bağlayan bu adam, tarixi şəraiti deyil, rus amilini önə çəkərək bizim Rusiyaya borclu olduğumuzu da unutmur. Yadınızdadırsa, yaxın keçmişdə   deputat Arif Rəhimzadə də eyni mövqedən çıxış edib, bu günkü dövlətçiliyimizi rusların yaratdığını demişdi. Məntiqləri də bu idi ki, məsələ bizlik deyil, bizdən asılı idisə  niyə cənubdakı soydaşlarımız da dövlət qurmayıblar. Tahir Cəfərli də məhz bu mövqeni paylaşıb. Tahir Cəfərlinin  məntiqinə görə, çardan sonra Rusiya ərazisindəki bütün  xalqlar dövlət qura bilərdilər. Elə isə, niyə Rusiyanın tərkibində olan tatarlar, çuvaşlar, başqırdlar, Qafqazın digər xalqları da, 1918-ci ildə bizim kimi  müstəqil dövlətlər qurmadılar? Boş məntiqinizlə Rusiyaya xidmətinizi nə qədər istəyirsiniz bağırın. Belə deyil!

Cəfərli cəfəngiyyatını davam etdirir: 

“İrəvanın Ermənistanın paytaxtı olması fərmanını ruslar verməyib, bir saatlıq xəlifə kimi M.Ə.Rəsulzadəni “prezident” edib, ona qol çəkdirən Osmanlı tərəfi olub. Zəngəzuru da verən ruslar yox, Azərbaycanın xalqlar dostluğuna inanan rəhbərləri olub. Allah M.Bağırova rəhmət eləsin, bunu edənləri xalq düşməni edərək güllələtdirib. Düz iş görüb...”

Sən kim olursan da, Azərbaycan tarixinin şərəfli səhifəsini yazan şəxsi- M.Ə.Rəsulzadəni təhqir edirsən?  Bu gün siyasi mənsubiyyətindən asılı olmayaraq-dövlət başçısından tutmuş, müxalifət nümayəndəsinə qədər, hər bir azərbaycanlı Şərqdə ilk demokratik dövlətin yaradılması ilə fəxr edir. Bu dövlətin   yaradıcısını təhqir etməyi sənə Zyuqanov tapşırıb, FSB, yoxsa şəxsən Putin? Cəllad Stalinin başkəsəni Mircəfər Bağırova- yüzminlərlə soydaşımızı repressiya edib öldürən bir qatilə, Cavid, Müşfiq və başqa yazıçılarımızı, mədəniyyət xadimlərini güllələtdirdiyinə görə haqq qazandırıb, ona “Allah rəhmət eləsin” deyən adam birmənalı olaraq Azərbaycan Respublikasının düşmənidir. 

Sayıqlamalara baxın: 

“Azərbaycanın qeyrətli oğlu Mircəfər Bağırov olmasaydı, indi Azərbaycan yox idi".

 Rus-sovet imperiyasına bu cür xidmət göstərən şəxslərin əlinə səlahiyyət keçsə, bilin ki, sabah  Rusiya ilə müqavilə bağlayıb Sibirin Kolımasını icarəyə götürüb, bizim hamımızı Sibirə sürgün edər. Perspektiv vətən xainlərini DTX nəzrə almalıdır.

Bu adam Ermənistandan 1948-ci ildə Azərbaycan türklərinin deportasiya edilməsini Moskvaya aid etmir, Mikoyanı günahlandırır. Bütöv  siyasi repressiyanı bir şəxsin boynuna atıb, Ermənistanı, Moskvanı günahsız hesab etmək.., erməni düşmənçiliyinə bundan artıq kim bəraət verə bilər?
20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli bir səhifəsidir. 

T.Cəfərlinin  20 Yanvar haqqında dedikləri:

"Qorbaçov kim idi? Qərbin, ABŞ-ın agenti... Deməli, məntiqlə 20 Yanvarın törədilməsində Amerikanın əli var. Amma biz 20 Yanvarda küçələrə çıxmamalı idik. Onsuz da azad olacaqdıq. Baxın, Ukrayna, Belarus, Türkmənistan, Özbəkistan, Tacikistana və s.  də müstəqillik verildi. Onlar küçələrə çıxmadılar, xalqı boş-boşuna tankların qarşısına vermədilər. Ancaq Azərbaycanda Kremlin yaratdığı Xalq Cəbhəsini ortaya atdılar ki, SSRİ-ni saxlamaq istəyən qüvvələrin intiqamını Azərbaycan xalqından alsın”. 

20 Yanvarda Moskvanı yox, Amerikanı günahlandırmaqla Cəfərli hazırkı Amerika-Rusiya münasibətlərinin gərginliyi fonunda Rusiya ağalarına ən yaxşı xidmət etdiyini düşünə bilər, amma bilməlidir ki, məhz 20 Yanvar Bakı, 9 aprel Tbilisi, sonra Vilnüs və neçə-neçə qətliamlar, mübarizələr olmasaydı, SSRİ dağılmazdı, dediyin, Türkmənistan da azad olmazdı. On il əvvəl niyə dağılmırdı, çünki 20 Yanvarlar olmurdu. Xalq Cəbhəsini də Kreml yartmışdı ki, SSRİ-ni dağıtsın? Absurd olar, amma bu qədər də yox. Bütün milli-azadlıq hərəkatınını üstündən xətt çəkmək, azadlıq uğrunda şəhid olanlarımıza qarşı ən böyük sayqısızlıq kimi dəyərləndirilməlidir. 

 T.Cəfərlinin dediklərini sitat gətirməyə məcburam ki, oxuyanlar bilsinlər ki, Azərbaycana düşmənçiliyin buynuzu olmur. Diqqət edin: “Xocalı faciəsinin səbəbi də ölkə daxilində hakimiyyət uğrunda mübarizə idi. Müxalifətin ölkə idarəçiliyini heçə endirməsindən bəhrələnən ermənilər başsız qalmış 366-ci sovet alayını Xocalıya soxdular. Müxalifət  erməniləri kənarda qoyub, Bakıda B.Yeltsinin tapşırığı ilə dövlət çevrilişi etdilər ki, Azərbaycanın payına düşən ümumittifaq sərvətini xalqımızın əlindən alsınlar... Bundan sonra Şuşa, Laçın, demək olar ki, müqavimətsiz boşaldıldı. Başda kimlər idi günahkar, xalqımız çox yaxşı bilir. Hakimiyyətə gələn AXC Qarabağda ermənilərə qarşı vuruşan əfqanıstanlı, pakistanlı və Cənubi azərbaycanlı döyüşçüləri bu bölgədən çıxardılar, İranı Azərbaycana düşmən etdilər. Dərinə getsək, Qarabağı ermənilərə özümüzün hakimiyyət aşiqləri verib, çünki Qarabağ, Şuşa, Laçın, Kəlbəcər işğal olunanda orada artıq rus qoşunları yox idi..”

Erməniyə, erməni işğalçılığına, Xocalı soyqırımında düşmənə bəraət verməyin, “Qarabağı ermənilərə özümüzün hakimiyyət aşiqləri verib” deyən adamın mövqeyi kimin mövqeyi ilə üst-üstə düşür? Əlbəttə erməninin!  Bu, bütöv bir milləti satqınlıqda ittiham etməkdir. İranın tarixən Azərbaycana qarşı hansı mövqedə olduğunu hamı bilir. Cəmi 11 aylıq hakimiyyətində Xalq Cəbhəsimi İranı bizə düşmən edib? Bəs, bu gün Ermənistana ən böyük yardımlar edən, Qarabağı ermənilərlə bir yerdə talan edən İranı, kim düşmən edib? Necə yəni , Şuşa, Kəlbəcər, Laçın işğal olunanda rus qoşunları yox idi. Bədbəxt adam bilmir ki, Rusiya qoşunları hələ də Ermənistandadır.

Mən T.Cəfərlinin müsahibəsinin yalnız ikinci hissəsinə cavab yazdım və Azərbaycanın uzaq və yaxın keçmişini, bu gününü təhrif  edən, söyən, vətənə xəyanət edən (dəqiq bilmirəm, bəlkə Azərbaycan vətəndaşı deyil) birinə başqa cavabların da olacağına inanıram. Bu mövqedə olan və gizlənən xeyli insanlar var. Bu adamlar ölkənin müstəqilliyinə böyük təhlükədirlər. 



Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama