“Milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır”
Oxunub: 1339
24 Aug 2017 | 09:58
 “Milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır”

Moderator.az xəbər verir ki, “Yeni Müsavat”ın bugünkü qonağı sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Pənah bəylə mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 17 illiyi, eləcə də müxalifətin hazırkı durumu və digər məsələlərlə bağlı söhbət etdik.

- Pənah bəy, Elçibəyin vəfatından 17 il ötür. Onun yoxluğunu ölkə müxalifəti və şəxsiniz üçün necə dəyərləndirirsiz?

- Pafos xatirinə demirəm, bu gün Azərbaycan milli demokratik müxalifətinin mövcudluğu, fəaliyyəti, mübarizəsi varsa, bu, Elçibəy şəxsiyyətinin, Elçibəy ideyalarının sayəsindədir. Bu baxımdan, Elçibəyi siyasi və tarixi baxımdan ölmüş hesab etmək mümkün deyil. Azərbaycanda baş verən hadisələrə və gedən proseslərə Elçibəyin adında simvolizmə olunan ideyalar hələ də təsir göstərməkdə davam edir və uzun müddət də davam edəcək. Artıq onun ölümündən 17 il keçməsinə baxmayaraq, Elçibəyin ölüm və doğum günlərinin qeyd olunması da təsadüfi deyil. Rəsulzadə və Elçibəy o şəxslərdir ki, onların həm vəfatı, həm də doğum gününü yüzlərlə, bəlkə də minlərlə insan qeyd edir, məzarını ziyarət edir. Hətta onların içərisində Elçibəyi, ümumiyyətlə, görməyən, onunla çalışmayan, yalnız onun ideyalarına görə bunu edən şəxslər, gənclər çoxluq təşkil edir. Bu gün Azərbaycan adını, dövlətini, ideyasını, demokratiyasını Elçibəysiz təsəvvür etmək mümkün deyil. Elçibəy yaşayan tarixdir.


- Sizcə, illər keçdikcə ziyarətçilərin sayı azalmır?

- Əksinə, son on ildə Elçibəyin məzarını ziyarət edənlərin sayının ildən-ilə artması müşahidə olunur. Mühüm olan odur ki, ziyarətçilər arasında gənclər çoxluq təşkil edir. Gələn il Elçibəyin 80 illiyini möhtəşəm şəkildə qeyd etmək lazımdır. Mən təkcə formal mərasimləri nəzərdə tutmuram. Hərçənd ki, bunlara da ehtiyac var. Elçibəyin yox, Azərbaycanın, bizlərin ehtiyacı var.


- Elçibəy barədə səslənən fikirlərin içərisində onun daha çox yaxşı alim olması, siyasətçi kimi zəifliyi barədə fikirlər də var. Bu fikirlərə Elçibəyi yaxından tanıyan biri kimi münasibətiniz necədir?

- Qərəzli olanları və ideoloji rəqiblərin məqsədli anti-təbliğatını bir kənara qoysaq, bunu ancaq cahil və nadan adamlar söyləyə bilər. Elçibəy bir illik prezidentliyi dövründə elə dərin siyasi yollar, cığırlar açdı ki, daxili və xarici antipodların bütün səylərinə baxmayaraq, Azərbaycanı bu yol-cığırlardan tam şəkildə kənarlaşdıra bilmədilər. Elçibəy Azərbaycan siyasətinin yaxın on illər, bəlkə də yüz illər ərzində əsas istiqamətlərini müəyyən edən bir siyasətçidir. Zaman keçdikcə onun siyasi dühası daha aydın şəkildə görünür və bu proses davam edəcək.

- Elçibəy birləşdirici bir lider idi. Amma onun ölümündən sonra demokratik düşərgədə belə bir lider meydana çıxmadı..

- Elçibəy şəxsiyyəti şübhəsiz təkrarolunmazdır. Zamanla izah olunan fenomen deyil. Lakin həm də bir qayda olaraq böyük şəxsiyyətlər böyük tarixi hadisələr vaxtı meydana çıxırlar. O cümlədən Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tariximizin ən möhtəşəm hadisəsi idi. 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində dünya miqyasında demokratik inqilablar baş verirdi. Mən, ümumiyyətlə, “bu gün yeni bir Elçibəy lazımdır” yanaşmasının əleyhinəyəm və bunu doğru saymıram. Hər şeydən əvvəl ona görə ki, bu mümkün deyil və buna gərək də yoxdur. Lakin milli demokratik müxalifətin bir lider problemi var, bunu görməməzlikdən gəlmək mümkün deyil. Müxalifətin lider probleminin həllini tapmaq lazımdır.

“Elçibəyə xəyanət edənlər özlərinə xəyanət edirlər, özləri itirirlər”

- Sizləri nəzərdə tutmasalar da, Elçibəy ən çox davamçıları tərəfindən xəyanətə uğramış şəxsiyyət kimi xarakterizə olunur...

- Elçibəyə qarşı hücumlar milli demokratik düşərgəyə qarşı hücumlardır. Bu baxımdan, Elçibəy uğrunda mübarizə Azərbaycan uğrunda, milli dəyərlər, demokratik dəyərlər uğrunda mübarizədir. Elçibəy mahiyyətcə müstəqil dəyərdir. Eyni zamanda elə xoşbəxt şəxsiyyətlərdəndir ki, ona edilən pisliklərdən və xəyanətlərdən özü heç nə itirmir. Diqqət etsəniz ideoloji mənada Elçibəydən başqa heç bir siyasətçinin komandasından bəhs etmək mümkün deyil. Bu mənada ortada başqası yoxdur. Elçibəyə xəyanət edənlər özlərinə xəyanət edirlər, özləri itirirlər. Daha geniş danışsaq, bütövlükdə milli demokratik düşərgənin son dövrdə itirdikləri də xeyli dərəcədə Elçibəy təlimindən sapmaların nəticəsidir. Mən qəti əminəm ki, milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır.

- Azərbaycanda prezident seçkilərinə 14 ay qalır. Amma müxalifət ümidsiz və fəaliyyətsiz görünür. Bu nə ilə əlaqədardır?

- Azərbaycanda hazırda hətta demokratik imitasiya da mövcud deyil. Odur ki, seçkidən-seçkiyə hazırlıqdan danışmaq və bu sözün ümumi qəbul olunan mənasında danışmaq qeyri-ciddi olar. Mənim qənaətim ondan ibarətdir ki, Azərbaycanda siyasi proseslər fərqli bir məcraya yönəlir, fərqli forma alır. Bu proseslər nə vaxt olacaq, hansı şüarlarla olacaq, kimlər və hansı qüvvələr tərəfindən başladılacaq, bunu söyləmək çətindir. Lakin mütləq olacaq. Seçkilərdən ciddi şəkildə yalnız bu kontekstdə danışmaq mümkündür.

- Seçki mühitinin olmadığını deyirsiniz. Bu mühiti müxalifət yaratmalı deyilmi?

- Müxalifətin özünün vəziyyəti də həmin mühitin tərkib hissəsidir. Kütlə ilə yanaşı müxalifətin də toparlanmasına çox ciddi ehtiyac var. Yeni bir velosiped icad etməyə ehtiyac yoxdur. Əvvəlki illərin təcrübələri var....

- Yeri gəlmişkən, bir müddət öncə müxalif liderlərin gizli toplantısı keçirildi. Siz də orada idiniz. Nəticə barədə dolğun məlumat verilmədi...

- Sabir Rüstəmxanlının təşəbbüsü ilə Qarabağ məsələsinin müzakirəsi, eləcə də müxalifətin durumu, ölkədəki vəziyyətin müzakirə olunduğu bir görüş olmuşdu. Fikrimcə, faydalı bir görüş olmuşdu. Görüşün nəticələri barədə danışmaq bir qədər çətin olsa da, hər halda, müsbət adlandırmaq olar. Başqa bu tipli görüşlər də ola bilər. Hazırda cəmiyyətdə söz sahibi olan nüfuzlu liderlərin üzərinə böyük məsuliyyət düşür.

- O toplantıda bəzi liderlər arasında narazılıq yaranıb. Səbəb nə idi?

- Bu barədə əlavə şərhim yoxdur.

- Son aylarda Rusiyanın “beşinci kolon”unun fəallaşdığı barədə fikirlər “ayaq açıb yeriyir”. Bu təhlükə ölkəmiz üçün varmı?

- Mən belə bir məsələ “ümumiyyətlə, yoxdur” demirəm. Ancaq mövcud real siyasi qüvvələr arasında iqtidarın siyasətinin Rusiyanın maraq və mənafelərinə əsasən cavab verdiyinə görə hesab edirəm ki, çətin ki, Rusiya mövcud iqtidara qarşı hansısa “5-ci kolon”u hərəkətə gətirsin. Ola bilər ki, Rusiyada bəzi qüvvələr Azərbaycanda daha çox rusiyapərəst siyasət arzu etsinlər. Amma mövcud iqtidarın Kremli tam qane etdiyi aydındır. Rusiyanın seçkilərlə bağlı təsir edəcəyi, sözün açığı, absurd görünür. Ciddi təhlilə belə dəyməz.


- Bəs Qərbin “5-ci kolon”u? Qərbi də Azərbaycan tərəfin siyasəti qane etmirmi?

- Biz Qərb cəmiyyətləri, dəyərləri ilə Qərb dövlətləri məsələlərini ayırmalıyıq. Qərb dövlətlərinin də dövlət olaraq öz maraq və mənafeləri var. Lakin məsələ ondadır ki, bəzən seçmək lazım gəlir. Sualınıza gəldikdə, məncə, real-politik maraqlar baxımından iqtidarla geopolitik mərkəzlər arasında Azərbaycana dair bir növ konsensus olub. Məncə, bu dövr artıq başa çatıb. Bilirsiniz, biz elə bir dönəmdən keçirik ki, demokratiya uğrunda mübarizə geopolitik qütblər arasındakı münasibətlərdən aparıcı demokratik cəmiyyətlərin öz daxilinə keçib. Yəni demokratiyanın taleyi bu gün Amerika, Avropa cəmiyyətlərinin öz daxilindəki proseslərdən daha artıq dərəcədə asılıdır. Onların başı özləri ilə məşğuldur. Ümumiyyətlə isə demokratik qüvvələrə münasibətdə Azərbaycanda Qərbin “beşinci kolon”u kimi danışmaq düzgün deyil. Çünki rusiyapərəst qüvvələrdən fərqli olaraq bu halda ideya məsələləri üstünlük təşkil edir və məzmunu dəyişir. Həm də situasiya elədir ki, Azərbaycanda demokratiya, insan haqları uğrunda mübarizə Azərbaycanın milli təhlükəsizliyi, mövcudluğu, müstəqilliyinin qorunub saxlanılması, Qarabağ uğrunda mübarizədır. Rusiyameylli qüvvələr haqqında bunu bu cür əminliklə söyləmək mümkün deyil.(musavat.com)

Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz