“Mən ulu öndərin haqqını itirəcək qədər nankor ola bilmərəm”
Oxunub: 1818
20 Aug 2017 | 13:14
“Mən ulu öndərin haqqını itirəcək qədər nankor ola bilmərəm”
Fikrət Yusifov: “Bura gələndən sonra gördüm ki, söhbət tamam başqadır, artıq gec idi”

Avqustun 20-si sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun 60 yaşı tamam olur. Sabiq nazirlə görüşdə yubiley mövzusu əslində ötən illərə ekskurs etmək, tanınmış iqtisadçının təlatümlərlə dolu taleyindən söhbət açmaq üçün bir fürsət oldu.

Yubilyarla söhbətimizə isə uşaqlıq xatirələrindən körpü saldıq, söz-sözü çəkdi, həmsöhbətimiz doğulduğu yurd yeri, artıq adı yalnız xatirələrdə yaşayan Şərur rayonunun Danzik kəndinin taleyindən danışdı:

-Bizim kəndimizdə 110 ev var idi. 1970-ci ildə kəndimizin əhalisini planlı şəkildə Şərurun Dan yeri deyilən ərazisinə köçürtdülər. Kəndimizsə Arpaçay su bəndinin altında qaldı. Amma bu bəndin tikintisi sayəsində Naxçıvanın illərlə su görməyən ərazilərinə su verildi. Biz isə ailəlikcə Bakıya, Mehdiabad kəndinə köçdük. Bütün köçürmə işlərinə müəllim kimi mənim atam rəhbərlik edib, komissiyanın sədri idi. Hətta kənddəki insanların ev-eşiyindən tutmuş tinginə, ağacına qədər hər şeyin hesabını aparmışdı. O sənədlər indi də atamın arxivində durur.

- Obrazlı desək, sizin uşaqlıq xatirələriniz o vaxtdan sular altında qaldı, eləmi?  

- Bəli, təəssüf ki... 6-ci sinfi bitirəndən sonra kəndimizi tərk eləmişəm. Düzü, Bakıya gələndə sevinirdim. Amma ata yurdundan ayrıldığıma görə həm də kədərlənirdim. Ordakı hər daş, qaya, bulaq, döngə, mağara böyük bir xatirədir. Biz Arpaçayın kənarında böyümüşük, uşaqlığım orda keçib. Hərdən yuxumda görürəm. Ora sərhəd zonası olduğuna görə gediş-gəliş çətindir. Amma hər an ora getmək istəyirəm.

-Bu gün durub getmək istəsəniz, kəndinizin yerləşdiyi əraziyə nə qədər yaxınlaşa bilirsiniz?

- Bu gün məmnuniyyətlə uşaqlıqda oynadığım, gəzdiyim o yerlərə getmək istəyirəm. Doğulduğun da vətən qədər adamı  özünə heç nə çəkmir. Ora doğma ocaqdır. Sonuncu dəfə 1978-ci ildə  getmişəm. Onda kənddə 5 ev qalmışdı, biri də mənim babamın eviydi, hamı köçmüşdü. İndi də ora getmək üçün xüsusi icazə almaq lazımdır. Atəş zonasıdır...7-8 km-liyinə qədər getmək olur. Bizim kəndin yerləşdiyi ərazidən Ermənistan sərhədinə qədər 6 km var. Bizdən o tərəfə ermənilərin Arpa kəndi idi. Harda ki, bənd kəsilib, Gümüşlü deyilən yerdir, fəhlə qəsəbəsi salınıb. Orda da faydalı qazıntıların mədənləri var.

-Yəqin Ermənistan fürsət düşəndə bəndin suyuna zərər vurur, eləmi?

-Çox. Xüsusilə də suyun bəndə yığılmasına müxtəlif yollarla maneələr törədirlər. Hər cür ziyankarlıq edirlər ki, su gəlib bəndə dolmasın.

-Kəndinizin maraqlı adı var-Danzik...

- Bəli. Dan yeri mənasını verir. Düzdür, ermənilər iddia edirdilər ki, “dans” ermənicə armud mənasını verir. Bizim kənddə armud bol olsa da, erməni olmayıb (gülür). Deməli, onların iddialarının mənası yoxdur. Ermənidir də, hər şeyə iddia edir. Sizə bir epizodu danışım. Bizim kənd iki hissədən ibarət idi, Arpa çayı kəndimizin ortasından keçirdi. Atam danışır ki, 60-cı illərin əvvəllərində çayın üstündən körpü salırdılar. Tikintiyə rəhbərlik edən erməni olub. Deyir suyun içində iri beton dirəkləri bərkidəndə erməni cibindən bir butulka çıxarıb atdı betonun içinə. Atam soruşub ki, o nə idi? Deyib heç, körpünün tikilmə tarixini yazmışam. Amma yüz faiz orda yazıb ki, “bura erməni torpağıdır”. Yəni nə vaxtsa üzə çıxsın. Bunlar həmişə belə işləyiblər...

- Beləliklə 14 yaşınızdan Bakının qaynar mühitindəsiniz. Maliyyəçi olmağa qərar verdiniz...

- Bəli. Mehdiabadda orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunun maliyyə fakültəsinə daxil oldum, 78-də fərqlənmə diplomu ilə bitirdim. Sonra 1 il 6 ay hərbi xidmət. Daha sonra qayıdıb Maliyyə Nazirliyində iqtisadçı kimi əmək fəaliyyətinə başladım.  


“Mən 1990-cı ilin sentyabrında gedib Naxçıvanda Heydər Əliyevlə görüşmüşəm, “91-lər”dən də bir il qabaq. Bu, mənim ürəyimin səsi idi”

-Hələ hakimiyyətdə Brejnev idi...

- Elədir. 80-ci il idi. 1982-ci ildə paralel olaraq aspiranturaya daxil oldum. Həmçinin institutda da saathesabı dərs deyirdim, eyni zamanda elmi işimin üzərində işləyirdim. 1983-cü ildə isə məni şöbə müdiri qoydular. 3 il sonra müdafiə üçün Moskvaya getdim, amma mümkün olmadı. Müdafiə əvəzinə, ağır cərrahiyə əməliyyatına məruz qaldım. Həmin əməliyyat nəticəsində mədəmin 4-də 3 hissəsini götürdülər.

-Fikrət bəy, əslində heyrətamizdir. Belə ağır əməliyyatdan sağ çıxmaq və 60 yaşa çatmaq özü Allahın möcüzəsidir. Buna necə nail oldunuz?

- Mən mədəmi nə qədər mümkündürsə, o qədər yüksək səviyyədə qorudum. Qaydaları bilirəm ki, mədə genişlənir, əvvəlki vəziyyətini almasa da, genişlənir. Məsələn, oturub yemək yeyək, mən sizdən də çox yeyərəm. Ancaq bilirəm ki, harada dayanmaq lazımdır, nədən nə qədər istifadə etmək olar? Bunu mənə artıq mədə vərdişləri özü deyir.   

-Pəhriziniz var?

- Cəmi 6 ay pəhriz gözləmişəm, ondan sonra hər şey yemişəm də, içmişəm də. Sadəcə olaraq qədərini bilmişəm. Bilirəm ki, bir stəkan çayı hara qədər içib dayanmaq lazımdır. Bunu mən gözlə eləmirəm, içəridən mədə deyir ki, “burada dayanmalısan”(gülür). Məni saxlayan idmandır, biləsiniz. Həvəskar idmançıyam. Harda varamsa, orada turnik, paralel qollar var. Şəhərdəki evin dəhlizində də turnikim var. Kim istəsə, yarışa bilərik. 15-20 dəfə özünü çəkmək, fırlanmaq, bunlar mənimçün problem deyil (gülür). Eyni zamanda Mehdiabaddakı bağ evində yaşayıram, hər işi görürəm. Aktiv həyat tərzi keçirirəm.

-Amma buna rəğmən illərdir ki, işsizsiniz. Bu sizə təsir edirmi?

-Bayaq yolla gələndə də fikirləşirdim, mən 18 ildir vəzifədən getmişəm. Çox aktiv dövr idi, çətin dönəm idi, gecə-gündüz yox idi. Ölkənin iqtisadi durumunu, maliyyə vəziyyətini bərpa edib relsin üstünə qoymaq dönəmi idi. Bu 18 ildə mən nələr əldə etmişəm? Bir doktorluq dissertasiyasını müdafiə edib professor adını almışam, Rusiyanın ali məktəbləri üçün 20 ”“ yə qədər dərsliyin yazılmasında iştirak etmişəm. Bir neçə monoqrafiyam çıxıb,  çoxlu yazılar, elmi məqalələrim olub. Ancaq bunların hamısını etməyə mənim enerjimin ən yaxşı halda 10 faizi sərf olunub. Hər kəs öz gücünü, öz potensialını, yaradıcılıq qabiliyyətini az-çox bilir. Mən də hesab edirəm ki, bu illər ərzində bütün enerjimin ən yaxşı halda 90 faizini istifadə etməmişəm.

-Bu illər ərzində heç təkliflər gəlmədimi?

- Özüm heç vaxt təşəbbüs eləmədim. Təklif də olmadı. 1999-cu ilin 11 iyulunda maliyyə naziri vəzifəsindən getmişəm.

-Amma siz mərhum Əbülfəz Elçibəyin kadrlarından idiniz, eləmi?

- Bəli. Saleh Məmmədov nazir təyin olunmuşdu. Saleh müəllimin təqdimatı, təklifi ilə birinci müavin təyin edildim. Saleh Məmmədov məni institutda işlədiyim dövrdən tanıyırdı. Bizim elmdəki uğurlarımızda Saleh müəllimin xidmətləri çoxdur. Elə mənim aspiranturaya getməyimdə, elmi işimin yazılmasında çox yol göstərib və onlar hamısı bəhrəsini verib.


- Əbülfəz bəy sizinlə bağlı təqdimatı necə qarşılamışdı?

- Normal. Bizim görüşümüz olmadı. Ancaq Saleh müəllim təqdimatı verəndə demişdi ki, uzun müddət Maliyyə Nazirliyində işləyib. Mən Azərbaycanda birinci adamam ki, sırf büdcədən namizədlik müdafiə etmişəm. Onda burada müdafiə şurası yox idi. Məcburən 1987-ci ildə Moskvada müdafiə etdim.

-Cəbhə hakimiyyətində olsanız da, cəbhəçi deyildiniz...

-Xeyr. Mən heç zaman partiyada olmamışam. Nə cəbhəçi olmuşam, nə də YAP-ın üzvü.

- Amma siz AXC hakimiyyətində olsanız da, mərhum Heydər Əliyev sizə nazirliyi həvalə etdi. Hər halda səbəbsiz deyildi. Bunun sirri nə idi?

- Saleh müəllim vəzifədən gedəndən sonra- 1993-cü ilin noyabr ayları idi ”“ mən avtomatik olaraq nazirin səlahiyyətlərini icra edirdim. Hətta unutmuşdum ki, mən nazirəm, yoxsa nazirin birinci müavini. Təyinatım oldu-olmadı, avtomatik şəkildə bu vəzifə mənə həvalə olunmuşdusa, onu layiqincə icra etməliydim. O qədər aktivlik var idi ki, bu, istər-istəməz nəzərə çarpırdı. Bir fraqmenti deyim: bir zamanlar manatın məzənnəsində kəskin ucuzlaşma baş verdi. O zaman Milli Bankın rəhbərliyi çox böyük yanlışlıqlar etdi, birdən-birə 1 dollar-118 AZN-dən gəlib 3800-3900 AZN-ə düşdü. Özü də bunun kökündə Milli Bankın səhv pul-kredit siyasəti dayanırdı. Mən baxmayaraq ki, birinci müavin idim, Milli Bankı yoxlamaq üçün ölkə rəhbərliyindən icazə aldım. Azərbaycan tarixində olmayıb ki, maliyyə nazirliyi Mərkəzi Bankı yoxlasın. Yoxladıq, səhvləri çıxarıb masa üzərinə qoyduq və prezident 6 ay öncə Milli Banka sədr təyin olunmuş Qalib Ağayevi işdən azad etdi. Cəmi 6 ay işlədi. Baxmayaraq ki, sovet dövründə uzun müddət  SSRİ Dövlət Bankının Azərbaycan filialına rəhbərlik etmişdi.

- Və bu, sizin nazir kürsüsünə yolunuzu açdı, eləmi?

-Günlərin birində prezident məni dəvət etdi ki, sənin işlərini görürəm, baxıram və hesab edirəm səni bu vəzifəyə təyin etməliyəm. Özü çağırdı.


“O müsahibə Təhlükəsizlik Şurasında 4 saatdan artıq müzakirə olundu”

- Bəs, 1999-cu ildə yollarınızın ayrılmasına səbəb nə oldu?

- Onda çətin dönəm idi. Neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdü, büdcədə çox böyük çətinliklər yaşanırdı. O dönəmdə çox təəssüflər olsun ki, ulu öndərin səhhətində problemlər yaranmışdı və mən bunu çəkinmədən deyirəm, bəzi qüvvələr ”“büdcə ilə bağlı rəhbər şəxslərdən söhbət gedir - bundan öz maraqları naminə “maksimum yararlanmaq” yolunu tutmuşdular. Bunlardan biri də müdafiə naziri idi. O vaxt keçmiş müdafiə naziri Səfər Əbiyevlə bizim münasibətlərimiz çox gərgin oldu. Gərginlik nəyə görə idi? O dövrdə büdcədən ayrılan vəsaitlər sadəcə olaraq onun özgörümü ilə çox səmərəsiz şəkildə xərclənirdi. Alınan malların, məhsulların qiymətləri süni şəkildə şişirdilirdi. Büdcənin çətin durumunda bunları qəbul etmək mümkün deyildi. Beləcə çox böyük konflikt yaranmışdı.

-Prezidenti inandıra bilmədinizmi?

- Mən ulu öndərə vəziyyəti məruzə eləmişdim və onu inandırmışdım da. O mənə hətta söz vermişdi ki, siz orda ciddi araşdırma aparacaqsınız. Sadəcə olaraq onun səhhətində yaranan problemlər bu məsələni geriyə atdı. Belə olan halda bir gün əsəblərim dözmədi və mətbuata bununla bağlı müsahibə verdim. Bunu etmək olmazdı, tam səmimi deyirəm. Görünür, cavanlıq emosiyaları və həmin dövrdə yaşadığım gərginliklər mənə üstün gəldi. O müsahibə Təhlükəsizlik Şurasında 4 saatdan artıq müzakirə olundu. Təbii ki, ölkə başçısı mənimlə yollarını ayırdı. Amma sonda da dedi ki, sən bunu etməsəydin, mən səni heç vaxt işdən azad etməyəcəkdim, bunu özün də gözəl bilirsən.

“Fərhad Əliyev və Əli İnsanovla çox görüşümüz olmuşdu”

-Bundan sonra ölkəni tərk etdiniz...

-Bəli, yayda Sankt-Peterburqa getdim. Doktoranturaya daxil oldum, müdafiə etdim. Qayıtmaq istəyirdim, dedilər işin-gücün yoxdursa, qal burda. Rusiyanın ən güclü maliyyə - iqtisad universitetində qaldım, işlədim. 2005-ci ildə isə müəyyən qüvvələr mənimlə olan isti münasibətlərindən istifadə edib ambisiyalarını reallaşdırmaq arzularını ortalığa qoydular.

-Həmin hadisələrin ən məşhur isimləri bəllidir: Əli İnsanov, Fərhad Əliyev, Fikrət Yusifov. Aranızda nə vaxtsa görüşlər olmuşdumu?

- Çox olmuşdu.

-(gülərək) Dövlət çevrilişinə cəhdlə bağlı?   

-Hər hansı bir hadisəyə dövlət çevrilişinə cəhd qiymətini hüquq-mühafizə orqanları verir. Mən onların səlahiyyətində olan məsələyə qarışmaq istəmirəm. Onlar xırda bir işdə də çevriliş cəhdləri görüb, belə qərar qəbul edə bilərlər, bu onların haqqıdır. Hər halda oldu, keçdi.

“Müəyyən məqamda ayıldım ki, yox, bu, düzgün yol deyil”

-Bəs, həbsdən çıxdıqdan sonra Fərhad Əliyevlə görüşüb-danışnmaq imkanınız oldumu?

- Xeyr, heç vaxt görüşməmişik.

-Bəs, Əli İnsanova necə, sovqat göndərmisinizmi?

-Yox, qətiyyən.

-Həbsdə qalmasına necə yanaşırsınız?

-Artıq 70 yaşını adlayıb. Mən tək onun yox, heç kimin həbsdə olmasını istəmirəm. Çünki bu, ağır məsələdir, bunu yaşayan daha yaxşı bilər. Allah hər birisinin qapısını açsın! Ancaq gəmidə oturub gəmiçi ilə dalaşmaq olmaz. Mən 1999-cu ildə səhvə yol verdim və vəzifəmdən getdim. Özü yıxılan ağlamaz. 2005-ci ildə müəyyən qüvvələr mənimlə münasibətlərindən sui - istifadə etməyə cəhd göstərdilər. Mən onu anlayanda, başa düşəndə ki, bunlar sadəcə olaraq dostluğa söykənib öz məqsədlərini reallaşdırmaq istəyirlər, onların hamısından üz döndərdim. Yəni mənim sadəliyimdən, dostluq münasibətimdən belə istifadə etmək olmazdı. Mən həmən dövrdə Rusiyadan bura tamam başqa söhbətlər üçün gəlmişdim. Yəni seçkilər olacaq, seçki məsələlərində kimlərəsə kömək edəcəyik. Ancaq bura gələndən sonra gördüm ki, söhbət tamam başqadır, artıq gec idi.  

-Belə çıxır ki, onları hələ də bağışlamamısınız?

-Öz səhvlərim də olub axı. Ona görə də mən o insanları bir o qədər də qınamıram. İnsan gərək özü səhv eləməsin. Mən özüm də səhvlər elədim, hardasa bunlara inandım, arxamı çevirdim. Gərək yoxlayaydım.

-Həbsdən tez çıxdınız. Bu da söz-söhbətlərə səbəb oldu.

- 1 il 2 aydan sonra. Sadəcə olaraq istintaqın gedişində göründü ki, mən o fikirli adam olmamışam. Yəni mən ulu öndərin haqqını itirəcək qədər nankor ola bilmərəm. Mən bunu heç vaxt etməmişəm, bundan sonra da heç zaman etmərəm. Çünki mənim anlamımda dünyada ən pis adam kiminsə haqqını itirəndir. Kimsə kiminsə haqqını itirirsə, bilsin ki, o böyük yanlışlıq edir və bunun cavabını nə vaxtsa alacaq. Haqqı necə itirmək olar? Ulu öndərin mənim çiynimdə haqqı çox böyükdür. Mən o haqqı çiynimdə yox, başımın üzərində gəzdirirəm, bu, tam səmimi sözlərimdir. Soruşa bilərsiniz, həmin dövrdə (1993-cü ildə-E.P.) məndən başqa kimsə yox idimi maliyyə naziri təyin olunsun? Demək, mənə etimad göstərildi və bu haqq mənim boynuma qoyuldu. Nəyə görə 2005-ci ildəki hadisələrdə qayıdıb məni o oyuna salmaq istəyənlərin cavabını verdim? Çünki mən o yolun yolçusu deyildim. Sadəcə olaraq dostluğumdan, səmimiyyətimdən, münasibətimdən istifadə edib məni o yola çəkmək istədilər. Müəyyən məqamda ayıldım ki, yox, bu, düzgün yol deyil.

-Amma dedilər ki, siz öz silahdaşlarınızı ələ veribsiniz...

- Barəmdə deyilənlər yanlış söhbətlər idi. Hər kəs etdiyi yanlışlığa bəraət qazandırmaq üçün etdiklərinə don geyindirməyə çalışır. Əslində elə deyil. Biz “91-lər” deyirik. “91-lər” Heydər Əliyevin hakimiyyətə dönüşü ilə bağlı müraciət edib. Mən 1990-cı ilin sentyabrında gedib Naxçıvanda Heydər Əliyevlə görüşmüşəm, “91-lər”dən də bir il qabaq. Bu, mənim ürəyimin səsi idi. Evdə oturub bir saatdan artıq söhbət etmişik. Orda çəkilmiş şəkilləri də 26 ildən sonra mənə gətiriblər, bir il bundan qabaq. İnsanın bir yolu, bir mövqeyi olar, hansı yolu seçibsənsə, ona sadiq olmalısan. 2014-cü ilin sonlarında Azərbaycana döndüm və QHT təsis elədim. Bu günə qədər 700-də çox yazı yazmışam, mətbuatda, o cümlədən sizin qəzetdə dərc olunub. Praktik olaraq ümumi kurs ölkə prezidentinin apardığı iqtisadi siyasəti dəstəkləmək və ölkədə islahatlara öz töhfəsini bugünkü oturduğum kürsüdən vermək bacarığıdır. Mən məmnunluq duyuram ki, bir neçə təklifim son nəticədə qəbul olunan qərar, qanun, sərəncamlarda öz əksini tapıb. Bu, yaxşı haldır.


“Küçələrdə xarici valyutanı və manatı göyərti satan kimi satırdılar”  

- Məşhur tamaşada deyir e “bir gün zəng eləyəcəklər ki, Şakir Şəkəroviç Şirinov, buyurun, gəlin, kabinet sizi gözləyir”. Sizin belə gözləntiniz varmı? Özünüz də deyirsiniz ki, sağlamlığınız yerindədir, enerjinizin 90 faizi ehtiyatda qalıb...

- (gülür) Bunlar hamısı belədir. Səmimi deyirəm, belə seçim edilərsə, məmnuniyyətlə dövlətimizə, xalqımıza ürəkdən xidmət edərəm. Ancaq mən dayanıb hər hansı bir təklifi gözləmirəm. Bu gün dövlətimiz, dövlətçiliyimiz üçün oturduğum yerdən öz töhfəmi verirəm. Bu məmləkət bizimdir. Mənim anlamımda hər bir vətəndaş yerindən, kürsüsündən asılı olmayaraq, bu məmləkət üçün öz töhfəsini verməyi bacarmalıdır. Bunun üçün mütləq deyil ki, sən nazir kürsüsündə oturasan. 5 il təmiz nazir kürsüsündə oturdum, 1 il də naziri əvəz elədim. 6 il ərzində gördüyümüz işlərin haqqında cildlərlə əsərlər yazmaq olar. O dövr çox çətin dövr idi. Onda illik inflyasiya 1750-1800 faizə çatırdı. O dövr həmin dövr idi ki, küçələrdə xarici valyutanı və manatı göyərti satan kimi satırdılar. Qısa zamanda manat öz dəyərini on dəfələrlə itirdi və biabırçı bir vəziyyət yarandı. O zaman “VahidBank” kimi bir bank dövlətin altında atom bombasına çevrilmişdi və manatla paralel pul buraxmışdı dövriyyəyə.

“Ümumilikdə sosial-iqtisadi sferada, bank-maliyyə sistemində bu gün çalışan 10-a qədər birinci və ikinci şəxslər var ki, mənim kadrlarımdır”

-Fikrət bəy, indiki dövrdə də bənzər hadisələrin şahidi oluruq, vəziyyət o zamankı kimi kritik olmasa da. Hər halda manatın inflyasiyası, Beynəlxalq Bank hadisələri hər kəsi narahat edir. Bu məsələlər ölkənin sabahı ilə bağlı hansı nəticələrə gəlməyə imkan verir?

-Ölkə rəhbərliyinin tutduğu kurs, maliyyə-bank islahatları çox doğru kursdur və qəbul olunan qərarlar tam doğrudur. Ancaq çox təəssüflər olsun ki, bəzən məmur məsuliyyətsizliyi üzündən qərarlar lazımınca işləmir, bəzi işlər istədiyimiz gözləntini vermir. Bəzi məmurlara etimad göstərilib, ancaq...Son dövrlər gözümüzün qabağında hadisələr baş verdi, bəzi məmurlar işdən getdilər. Prezident bunların hamısına etimad göstərilmişdi. O etimadı doğrultmamaq bütövlükdə cəmiyyətimizə, ölkənin bank-maliyyə sisteminə ziyan vurur. Məsələn, Beynəlxalq Bank Azərbaycan bank sistemində ümumi yükün 70 faizini çəkən bir monstrdır. Orda baş verən bu olaylar təbii ki, maliyyə sistemində çox ciddi təlatümlər yaratdı. Kimdir bunu edən? Kim olursa-olsun, adama etibar olunub, ora qoyulub ki, bu işləri aparsın.   

Belə bir ab-hava yaranıb ki, az qala elementar məsələlərin həllini də prezidentdən gözləyirlər. Nəyə görə? Əgər məmur yerində oturubsa, bu sahəyə cavabdehdirsə, üzərinə düşən işləri yerinə yetirməlidir. Nəyə görə gözləməlidir ki, məsələ yetişsin, o həddə çatsın ki, ona prezident müdaxilə eləsin? Bəzi məmurların timsalında bunu dəfələrlə görmüşük. Prezident müdaxilə edib, vəziyyət düzəlib, məsələ öz həllini tapıb. Nəyə görə? Bəs, məmur nə üçün  orda oturub? O nöqteyi-nəzərdən məmur məsələsi çox vacib məsələdir. Əgər məmur yerindədirsə, onda rəhbərliyin də işi az olur və öz fəaliyyətini daha vacib, ciddi, qlobal məsələlərə həsr edə bilir. Yoxsa təsərrüfat məsələləri gəlib ölkə prezidentinin masasının üzərinə çıxırsa və o, məcburən bu işlərə də vaxt ayırırsa, bu, o deməkdir ki, məmur ölkə prezidentinin fəaliyyətinə çətinliklər törədən bir faktor çevrilib. Bu, çox pisdir. Məmur yaradıcı olmalı, öz sahəsində bütün problemləri həll etməlidir, gözləməməlidir ki, buna kimsə desin ki, “bunu belə elə”.   

-Hazırkı maliyyə naziri Samir Şərifovla münasibətiniz necədir?

-Zamanında bir yerdə işləmişik. Samir Şərifov Mərkəzi Bankda idarə rəisi işləyib, ondan öncə XİN-də çalışıb. Yəni işimiz elə olub ki, həmişə əlaqələrimiz olub. Müxtəlif ölkələrdəki beynəlxalq tədbirlərdə iştirak etmişik. Samir Şərifov sağlam, heç kimin işinə qarışmayan, öz işini bilən, sakitcə işini görən bir adamdır.

-Təmasınız olurmu?

-Ara-bir danışmışıq.

-Bəs, digər hökumət nümayəndələri ilə necə?

-Praktik olaraq çoxları ilə təmaslarım, əlaqələrim var. Çoxu mənim kadrlarımdır. Kənd təsərrüfatı naziri Heydər Əsədov mənim müəllimlikdən gətirib nazir müavini təyin etdirdiyim adamdır. Səlim Müslümov eyni qaydada. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov mənim müşavirim olub. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar  Gülməmmədov, sosial müdafiə nazirinin müavini İdris İsayev mənim həm tələbəm olub, həm də kadrım. Ümumilikdə bank-maliyyə sistemində bu gün çalışan 10-a qədər birinci və ikinci şəxslər var ki, mənim kadrlarımdır.

-Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

-4 övladım var, biri evlidir. Babyam, 2 nəvəm var. Uşaqlarımdan ikisi iqtisadçı yetişir, bir rəssam, bir diplomat. Mən onların ixtisas seçiminə heç  vaxt müdaxilə etməmişəm.

-Gələn il seçki ilidir, ancaq yəqin prezidentliyə iddianız olmaz. Bəs, parlament seçkilərinə necə?

-Təbii ki, yalnız parlament seçkiləri barədə düşünə bilərəm. Çünki qanunverici orqanda daha çox iqtisadçıların olması həmişə önəmlidir...(musavat.com)





Oxşar xəbərlər
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF