“Ermənistana ən böyük təhlükə yaradan Naxçıvan faktorudur” -Sabiq nazir
Oxunub: 5809
19 Aug 2017 | 08:57
“Ermənistana ən böyük təhlükə yaradan Naxçıvan faktorudur”
 -Sabiq nazir

Artıq ilin səkkizinci ayı başa çatmaq üzrədir və Qarabağ məsələsinin “ölü nöqtə”dən tərpədilməsi istiqamətində hər hansı addım müşahidə olunmur. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, hətta simvolik olaraq danışıqlara start verilməsi də mümkünsüz olub. Bu vəziyyət nə vəd edir, savaş perspektivi nə dərəcədə ciddidir? Situasiyanı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla şərh etdik.

 - Tofiq bəy, Ermənistanın baş naziri Karen Karapetyan vəd etdiyi kimi, Qarabağa, istirahətə gəlib. Faktiki olaraq Ermənistan açıq şəkildə Azərbaycana meydan oxuyur. İşğalçı ölkənin konfrontasiyaya getməkdə məqsədi nədir? Bu vəziyyət sizə nə deyir?

- Bilirsiniz, onların tərəfindən güc nümayişi, əks halın mövcudluğundan xəbər verir. Yəni onların vəziyyəti o qədər yaxşı deyil. Ona görə də bu addımları atmalıdılar ki, ictimaiyyəti sakitləşdirsinlər. Mənə elə gəlir ki, artıq onlar bu və ya digər şəkildə fikirləşməlidirlər ki, gələcəkdə nə olacaq. Yəni bizimlə uzun müddət mübarizə aparmağa onların gücü çatacaq, yoxsa yox? Ermənistan nəyə nail olubsa, 20 il bundan qabaq nail olub. Hazırda irəliləyiş də yoxdur. Müqayisə də edəndə onların gücü bizə nisbətən daim zəifləyir, həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan. Onlar nə bacarıblarsa, ediblər. Ancaq artıq ermənilər üçün gələcək görünmür. Bu baxımdan doğrudan da onlar seçim qarşısındadırlar. Müxtəlif resurslardan istifadə ediblər, diaspora imkanlarından və s. Onlar bu dövləti nə şəkildə yaşadacaqlar, məlum deyil.


- Amma fakt budur ki, ermənilər Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmağa iddialıdır...


- Onlar iddia edə bilərlər. Amma gəlin reallıqdan danışaq. Hər halda reallıq onu göstərir ki, onların iqtisadi, demoqrafik, hərbi qüvvələri maksimal şəkildə səfərbər olunub və burada qüvvələr axırıncı nəticəni əldə etmək üçün yetərincə deyil. Əksinə, Azərbaycan tərəfi, həm ictimaiyyət, həm dövlət sonadək iradəsini ortaya qoyur ki, mən bu torpaqlardan ötrü vuruşacağam, şəhid də verməyə hazıram, ordunu da gücləndirəcəyəm. Artıq Azərbaycanın milli ideyası formalaşıb. Yəni Qarabağ məsələsi milli ideyanı formalaşdırıb. Bu baxımdan əlbəttə, onlar çox şeyləri, o cümlədən gələcəklərinin necə olacağını fikirləşirlər.


- Elə isə Ermənistan Levon Ter-Petrosyanın təklif etdiyi şəkildə ətraf əraziləri geri qaytarmaqla Dağlıq Qarabağın yüksək status almasına niyə razılaşmır? Onları çəkindirən hansı qüvvə və ya amildir?


- Nəzəri baxımdan desək, bu münaqişəni təşkil edən üç səviyyə görünür. Birincisi, iki dövlət arasında olan konflikt; ikincisi, Azərbaycan və erməni azlığı ilə olan konflikt; üçüncü səviyyə: Dağlıq Qarabağ bölgəsindəki erməni və Azərbaycan icmasının münaqişəsidir. Təxminən 17-20 ilə yaxındır ki, artıq ikinci və üçüncü konfliktlər görünmür. Yəni bu, iki dövlət arasında olan konfliktdir. Dünya da bunu belə qəbul edir. Vaxtilə onlar böyük səhv buraxıblar. Daha doğrusu, bu, Köçəryanın səhvi idi, özünü göstərmək, tədbirlərdə iştirak etmək üçün danışıqları öz şəxsində birləşdirib. Ermənistanın prezidenti olandan sonra bu danışıqları iki dövlət arasında aparırdı. Demək olar ki, indi artıq bu konfliktin bir növü görünür. Dünyanın rəyi bundan ibarətdir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. İndi isə onlar görürlər nə Azərbaycan ictimaiyyəti, nə də digərləri inanmır ki, bu, danışıqlar yolu ilə həll olunacaq.


- Son vaxtlar Rusiyanın Ermənistanı cəzalandıracağı barədə xəbərlər intensiv yayılır, rusiyalı ekspertlər bununla bağlı şərhlər verirlər. Bu, nə dərəcədə realdır?


- Tarasovun və Qriqori Trofimçukun bununla bağlı şərhləri oldu. Təbii ki, onlar Rusiya marağından çıxış etmirlər. Özü də eyni vaxtda eyni fikirləri söyləyiblər. Yəni demək istəyiblər ki, gəlin bu formatı dəyişək, iki dövlət arasında konflikt yox, Dağlıq Qarabağ-Azərbaycan konflikti kimi təqdim edək, Moskva da ona vasitəçilik etsin. Bu da bir biclikdir, konfliktin mahiyyətini və təbiətini dəyişməyə xidmət edir.


- Bəlkə burada elə Rusiyanın da maraqları var, digər separatçı rejimləri birbaşa dəstəkləmək imkanı qazandığı kimi, Dağlıq Qarabağ separatçılarını da açıq şəkildə ağuşuna almaq üçün...


- Yox, əslinə qalsa, bu, Rusiyanın xeyrinə deyil. Necə ki, bu münaqişədə Azərbaycan Moskva tərəfindən idarə olunur, Ermənistan da eynilə idarə olunur. Əgər Ermənistanı bu konfliktdən kənarda saxlasaq, onda Moskvanın idarə etdiyi “instrument”lər azalacaq. Yəni o adamların bicliyi ondan ibarətdir ki, danışıqların Ermənistanın kənarda dayandığı şəraitdə getməsini istəyirlər. Amma Rusiya da onu buraxan deyil. Qarabağ münaqişəsi iki dövləti idarə etmək üçündür. İkincisi də problem o yerdədir ki, indi konfliktə bu səviyyədə baxılsa, Ermənistan sərbəst qalacaq. Yəni Qərbyönümlü siyasət yürüdərək deyəcək ki, mən bu münaqişəyə müdaxilə etmirəm, kənardayam. Digər tərəfdən də o bəyanata münasibət də birmənalı deyil. Onda bəs, Ermənistanın Qarabağdakı qoşunları, iqtisadiyyatı, pasportları, pulu? Bunlar hansı şəkildə həll olunacaq, Qarabağdan bütün bunları yığışdıracaqlar, ya yox? Yəni məsələnin ikinci hissəsini demirlər, sadəcə özləri üçün oyun başlayıblar.


- Dediniz ki, Ermənistan hakimiyyəti bir sıra addımları ilə daxili ictimaiyyətin fikrini yayındırır. Amma bu da reallıqdır ki, işğal zonasında işlər görülür, Azərbaycana sanki meydan oxuyurlar. Beynəlxalq aləmin isə bütün bunlara reaksiyası yoxdur. Bunun səbəbi nədir?


- Mən yenə o fikirdəyəm ki, güc nümayişi o halda baş verir ki, gücünün olmadığını gizlətmək istəyir. Yəni güclü olan tərəf heç vaxt gücünü nümayiş etdirməyəcək. Özü də belə bir fikir yayılıb ki, yaxşı, deyirsiniz qələbə qazanmışıq, onda bəs nə üçün Köçəryan kimilər gedib Moskvada yaşayır? İndi baş nazirin gəlib Qarabağda dincəlməsi də təbliğati addımdır, cəmiyyətdə olan fikirləri qabaqlamaq istəyirlər. Yoxsa deyilir ki, milləti bu boyda davaya atmışınız, ancaq şey-şüylərinizi yığışdırıb başqa yerlərdə yaşayırsınız, biz də qalmışıq odun içində. Mənə elə gəlir ki, Karapetyanın əsas məqsədi və istəyi bundan ibarət olub və nümayişkaranə şəkildə Qarabağa gəlib.


- Müqayisə edəndə qüvvələr nisbəti necədir?


- Ümumiyyətlə, biz bilməliyik ki, həm müdafiə, həm də iqtisadi baxımdan Ermənistan çox zəifdir. Aprel döyüşləri bizə bir şeyi göstərdi. Biz başa düşməliyik ki, cəbhə xəttində dayaq mövqelər var. Ancaq bu mövqelər tağım səviyyəsindədir və demək olmaz ki, orada güclü bir qüvvə yerləşib. İkincisi, relyefə baxanda biz başa düşməliyik ki, Dağlıq Qarabağın 3-4 nöqtəsi əhəmiyyət kəsb edir. Yəni digər yerlərdən Dağlıq Qarabağa girmək də çətindir, bu, bəllidir. Üçüncü bir fakta da diqqət yetirmək lazımdır: artıq Ermənistana ən böyük təhlükə yaradan Naxçıvan faktorudur. Bununla əlaqədar onlar öz narahatlığını bildriməyə başlayıblar. Həm Rusiyanın ermənipərəst politoloqları, həm də ermənilər özləri başa düşüblər ki, artıq qabaqlar olmayan vəziyyət yaranıb. İndi ikinci cəbhə var, özü də bu cəbhə İrəvana çox yaxın bir məsafədədir. Yəni bu dəfə birinci Qarabağ müharibəsindən fərqli vəziyyət olacaq. Ermənilər bunu başa düşür.


- Deyək ki, Azərbaycan ordusu Naxçıvandan 40-50 km-likdəki İrəvanın mərkəzini hədəfə aldı. Belə olan halda Rusiyanın reaksiyası necə olacaq?


- Biz dəqiq başa düşməliyik ki, birinci müharibədə Naxçıvan faktorunu istifadə etmək mümkün deyildi, çünki müdafiə baxımından çox zəif idi. Onun kənarda qalması məntiqəuyğun idi. İndi isə ikinci mərhələ başlayandan sonra Azərbaycanın orda müdafiə imkanlarının artması çox vacib bir amildir. Hamı başa düşür ki, əgər müharibə olsa, iki dövlət arasında olacaq. Qabaqlar hərbi əməliyyatlar o bölgə ilə yekunlaşırdısa, indi bu bölgə ilə yekunlaşa bilməz. Onu da Ermənistana təcavüz kimi adlandırmaq mümkün deyil, çünki vəziyyət başqa cürdür.


Əgər Ermənistan ərazisindən Azərbaycana hansısa zərbələr yönəlsə, deməli, cavab olaraq Azərbaycan da Ermənistana zərbələr endirəcək. Bu iki amil onu göstərir ki, bunu müttəfiqə qarşı hansısa həmlə, təcavüz adlandırmaq olmaz. Rusiyanın mövqeyi müxtəlif ola bilər. Bir şeyi qeyd etmək çox vacibdir ki, hər bir hərbi sazişdə belə bir bənd mövcuddur ki, köməyin miqdarı müzakirələrdən sonra onun təyin oluna bilər. Yəni NATO-da olduğu kimi bu məsələ 5-ci bəndə uyğun şəkildə avtomatik işləmir. Deməli, Rusiyanın müttəfiqliyi də artıq sual altındadır və Ermənistanda buna aid fikirlər mövcuddur. Necə ki, ekspertlərdən biri deyib bizim Türkiyə kimi müttəfiqimiz yoxdur. Bu baxımdan Ermənistan cəmiyyətində, siyasətində və gələcəyə baxışda fərqli yanaşmalar artır.


- Ermənistanın son zamanlar Qərblə oynadığı oyun Rusiyanı qıcıqlandıra, qəzəbləndirə bilərmi, yoxsa bu, Kremllə razılaşdırılmış məsələdir?


- Mən bu məsələyə bir az tənqidi yanaşıram. Bizim bəzi şərhçilər elə mövqedədirlər ki, guya ermənilərin təbiətini, satqın olduğunu Rusiyaya açmaq niyyətindədirlər. Guya bunlar satqındırlar, NATO-ya girirlər. Mən onun tərəfdarı deyiləm. Çünki Moskva tərəfindən baxanda onlar həmişə bu cür şərhlərə tənqidi yanaşırlar. Yaxşı, sən bunu görürsənsə, hesab edirsən mən görmürəm? İkincisi, heç bir şübhə yoxdur ki, Rusiya Ermənistana ciddi şəkildə nəzarət edir. Əslinə qalsa, ermənilərin heç bir seçimi yoxdur. Bu, ermənipərəst qüvvələrin oyunudur. NATO manevrlərində iştirak etmək elə bir amil deyil ki, ondan Ermənistan Rusiyanın nəzarətindən çıxıb Qərbə doğru gedir nəticəsi çıxarılsın.


- Politoloq Eldar Namazov bir dəfə demişdi ki, Ermənistan hakimiyyəti üçün döyüşdə Qarabağı uduzmaq daha sərfəli variantdır, nəinki danışıqlar yolu ilə əraziləri azad etmək. Bu fikirlə razılaşmaq olarmı?


- Rusiyanın hərbi bölgələrdə nəzarəti o dərəcədə güclüdür ki, doğrudan da bu torpaqları siyasi yollarla itirmək siyasətçilər üçün mümkün deyil. Ona görə belə bir ssenari qurub, hansısa torpaqları verib onun nəticəsində nəsə əldə etmək variantına hər iki tərəf meylli olar. Amma bu, təhlükəli məsələdir. Yəni hansısa rayonları alıb digər rayonlarda vəziyyəti dondurmaq ciddi məsələdir. Çünki vəziyyəti dondurarkən istisna etmirəm ki, BMT-nin hansısa qətnaməsi ola bilər. Təsəvvür edək ki, hərbi əməliyyatlar bərpa olunub, ermənilərdən hansısa ərazilər geri qaytarıldı və digər torpaqlara aid əməliyyatları dayandırmaq üçün qətnamə qəbul olunur. Bu qətnamənin icrasının təminatçıları isə fövqəldövlətlər olacaq. Təbii ki, təzə alınan xətt tamamilə beynəlxalq hüquqlar tərəfindən müdafiə olunan bir xəttə çevriləcək. Heç də ona təminat yoxdur ki, bu xətt Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər olacaq.


- Deməli, bu vəziyyət Azərbaycan üçün də ideal həll yolu deyil. Elə isə nə etməli?


- Qüvvələr nisbətini o hala çatdıraq ki, hərbi əməliyyatların dayanma xətti bizim sərhədlərlə eyni xətt olsun.


- Polkovnik Şair Ramaldanov deyib ki, 1994-cü ildə Horadiz əməliyyatı zamanı 27 km irəliləməyi bacaran ordu indiki halında qısa müddətdə-5 günə torpaqları azad edə bilər və beynəlxalq güclərin reaksiyası gecikmiş olar.


- Biz müstəqil ölkəyik. Amma bir nümunə çəkim: Finlandiya uzun müddət Sovet İttifaqının təsiri altında olub. İndi də vəziyyət onu göstərir ki, Rusiya Azərbaycandan güclüdür. Əgər biz tamamilə müstəqil olsaq və bizim hərbçilər tam müstəqil olsalar, mən istisna etmirəm ki, heç 5 gün də lazım deyil, bəlkə 3 günə bu məsələ yekunlaşar. Amma... Biz real vəziyyəti nəzərə almalıyıq. Açıq danışsaq, Azərbaycanda “5-ci kolon” mövcuddur, özü də müxtəlif ölkələrin. Bu da bir reallıqdır.


- Dediklərinizdən belə çıxır ki, Azərbaycan təkcə təmas xəttindəki düşməndən ehtiyat etməməlidir, həm də daxildəki “5-ci kolon”dan özünü gözləməlidir, eləmi?


- Təbii.


- Onlar nə edə bilər?


- Onu fikirləşmək lazımdır. Amma söhbət onların nə edəcəklərindən getmir. Onlara nə tapşıracaqlarsa, onu edəcəklər. Analiz etmək lazımdır ki, onlara tapşırıq nə olacaq.


- Yəni hücuma keçərkən kürəyimizi gözləməliyik?


- Hətta kürəyimizi qabaqdan daha çox gözləməliyik. Erməni bəllidir də, düşməndir, güllə atır, görürsən. Arxadan ehtiyat etməliyik. Bu, xarici siyasətə də, orduya da, digər qurumlara da aiddir...(musavat.com)
Oxşar xəbərlər
15:26, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB