Salam olsun Türk yurdu Təbrizə, İrəvana, bütöv Azərbaycana - ARAŞDIRMA...
Oxunub: 4499
15 Aug 2017 | 21:01
Salam olsun Türk yurdu Təbrizə, İrəvana, bütöv Azərbaycana  - ARAŞDIRMA...
Sizlərlə uşaqlıqdan yadımda olan bir andan bəhs edərək yazıma elə başlamaq istərdim. Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda  müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi. Bir gün mənə əzbərləməm üçün şeir gətirdi və dedi ki, “Bunu yaxşıca əzbərlə, tədbirdə oxuyacaqsan”. Şeir yazılan vərəqi aldım və bu misralar  yazılırdı:

Niyə ikidir adın?
Ay sənə qurban canım.
Cənub Azərbaycanım,
Şimal Azərbaycanım!

Şeiri oxuyunca həqiqətən təəcübləndim, o yaşlarda “niyə?” mənim vətənimin ikiyə bölündüyünü anlaya bilmirdim. Həm Azərbaycana niyə Cənub-Güney və Şimal-Cənub deye adlandırılıdığını da anlamırdım. Sonradan müəlliməm izah etdi ki, bizi böldülər, parçaladılar. Arazın o tayında bizlərlə eyni qandan, eyni candan olan soydaşlarımız var. Bizi rusların və farsların ayırdığını, ananın burda, oğulun o tayda , qardaşın burda, bacının o tayda qaldığını, sadəcə həsrətlə illərlə yol gözlədiklərindən bəhs etdi. Düşündüm ki, mənim torpağımı, mənim vətənimi necə olur  ki, fars və rus bölür, hansi səbəbdən, niyə?! Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkə də o zamanlar siyasət nə olduğunu bilmədiyim üçün anlamırdım.
Amma yaşa dolduqca dünya siyasətinin çirkin və riyakar üzünü anladım. Zamanla Azərbaycanın ikiyə yox bir neçə parçaya bölündüyünü öyrəndim. Cənubi Azərbaycan, Şimali Azərbaycan, Qərbi Azərbaycan  və s. 
 
Bütün bu gərçəkləri öyrəndikdən sonra məni çox üzən bir halda, Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi, parçalaşası oldu. Belə ki, Güney Azərbaycanlıya  “həmşəri”, Qərbi Azərbaycanlıya “yeraz” deyildiyinin də zaman-zaman şahidi olduq. Bu həqiqətən heç bir şəkildə doğru olmayan bir yanaşmadır. Bu yanaşma adını qeyd etdiyimiz xarici qüvvələrin işləridir. Yəni onlar Azərbaycanı parçalamaqla qalmayıb, soydaşlarımızı bir-birindən uzaqlaşdırmağa, ötəkiləşdirməyə də çalışıblar. Bunun nəticəsində “həmşəri”, “yeraz” kimi anormal və bölücü ifadələr meydana çıxmışdır. Amma zamanla Azərbaycanımız Müstəqil və Azad oldu. Bununla da, bu doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olunmur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik. Bu yazımda sizlərlə Cənubi-Güney Azərbaycanımızdan, Qərbi Azərbaycandan, bizi bölən qüvvələrdən və Azərbaycan türklərinin yaxın tarixindən bəhs edəcəyik.
Oğuz Türk yurdu olan Azərrbaycan, I Pyotr (1696-1725) zamanından başlayaraq  çar  Rusyasının yayılma siyasətinin əsas ünsürü olan, işğal planları arasında önəmli bir yer tutmaqda idi. XVIII əsrdə xanlıqlara bölünmüş Azərbaycanı 1786-ci  ildə siyasi məqsədlərlə  gəzmiş olan Rus polkovnik (subayı) Burnaşev, buradakı Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, Xoy, Urumiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzilərinin idarə quruluşunu yarı bağımlı, bəzilərinin isə bağımsız oluğunu dəqiqləşdirmişdir. Bunlardan Urumiyə, Şəki, Qarabağ, Quba və Xoy xanlıqları, digərlərinə görə daha güçlü idi. XVIII yüzilin ikinci yarısında, bu xanlıqların xanları, hər biri ayrı-ayrılıqda siyasal güçləri artırdıqca, Azərbaycan xanlıqlarını öz - yönətimlərində- idarələrində bir dövlət kimi toplamaq amacını-məqsədini  güdməkdə idilər. Güney Azərbaycanda Urumiyə Xanı Fətəli Xan Əfşar, Quzey Azərbaycanda isə Şəki xanı Hacı Çələbi və Quba xanı Fətəli xan Qubalı bu məqsəd üçün çabalamışdır. Lakim müvəffəq ola bilməmişdir.
18-ci yüz ilin sonlarında Quzey Azərbaycandakı xanlıqları da (bütün Güney Qafqazı) hakimiyyəti altına almağa çalışan İran hakimiyyəti ilə Rusiya arasında bir çox çatışmalar, savaşlar oldu.
3  yanvar 1804-cü il tarixində Gəncə xanı Cavad xanın güclü dirənişinə baxmayaraq buna qarşın  ruslar  Gəncə  qalasını işğal etdilər. Cavad xan və oğlunun da ön saflarda can verdiyi savunmada, çox qan döküldü.
10 iyul 1804-cü il tarixində rusya ilə İran arasında savaş başladı. Rus Ordusu, bir-birinin ardıyla, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran xanlıqlarını ələ keçirdi. Belecə, quzeydəki bir çox xanlıq Rusiyanın hakimiyyətinə girdi. Qacar ordularının rusları durdurma çabaları başarısızlıqla nəticələndi. Bunun sonucunda, İran ilə Rusiya arasında 1813-cu ildə rəzil və tarixin ən ədalətsiz müqaviləsi imzalandı.
Sizlərin də biliyiniz kimi vətənimiz Azərbaycan ikiyə bölündü. Azərbaycanımızın bölünməsi də bu düşmənliyin ən gözdə örnəklərindəndir. Dünya tarixinin ən acımasız və ən rəzil müqavilələrindən bəhs edərkən sözsüz Gülüstan və Türkmənçay müqavilələrini də xüsusi qeyd etmək lazımdır. Heç bir hüquqa və ədalətə sığmayan bu müqavilələrlə Azərbaycan Türk yurdu və Azərbaycan Türkləri özlərinin xəbəri və istəyi olmadan, iki yadın - Rusiya və İranın istəyi ilə bölündü, parçalandı. Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri incələyincə daha aydın görürük. Belə ki, bölünən Azərbaycan torpaqları olduğu halda ruslar və farslar xüsusi ilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yolla da işğalçılıqlarını gizlətməyə çalışmışlardır. Digər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu düşünürsəniz yanılırsınız. Azərbaycanı bölən bu məlum sazişlərdə İngilis və Fransızların xüsusi “əməyi”, “çabası” vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq Rusiya tərəfindən bölücü Gülüstan müqaviləsini imzalayan general  Ratişevin yazışmalarını göstərə bilərik. Belə ki, Ratişev İngilis diplomat olan Qor Uzeleyə “İran dövləti ilə ümümrusiya imperiyası arasında “əbədi sülh haqqında traktat” kimi təqdim olunan Gülüstan müqaviləsini bağlanılmasında İran Qacar hakimiyyətini  niyyətləndirməyə nail olduğu üçün minnətdarlığını bildirmişdir. 
Beləliklə, öncədən də qeyd etdiyimiz kimi İran ilə Rusiya arasında 13 oktyabr 1813-cu ildə Qarabağın Gülüstan adlı bir kəndində müqavilə imzalandı və adı da bu məkandan qaynaqlanır. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. 
 
Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirir:

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı. 
Əyilib yavaşca masanın üstə 
Bir möhürə baxdı, bir qola baxdı. 
Kağıza həvəslə o da qol atdı, 
Dodağı altından gülümsəyərək. 
Bir qələm əsrlik hicran yaratdı, 
Bir xalqı yarıya böldü qılınc tək. 
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın. 
Başını qaldırdı, 
Ancaq dəmbədəm 
Kəsdilər səsini Azərbaycanın. 
O güldü kağıza qol çəkən zaman, 
Qıydı ürəklərin hicran səsinə. 
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa, 
Hərdən mütərcimə suallar verir. 
Çevrilir gah sola, baxır gah sağa, 
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə, 
Tərəflər qol çəkdi müahidəyə... 
Tərəflər kim idi? Hər ikisi yad! 
Yadlarmı edəcək bu xalqa imdad?!

“Əbədi barış və dostluq” anlaşması olaraq adlandırılan bu müqavilə ilə Oğuz Türk yurdu Azərbaycan və Oğuz Türkü olan azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə  güç və adalətsizliyin, gücünü birləşdirməyə nail olmayan Türk millətinə qarşı  bu günədək qazanılan bir düşmən zəfəri oldu.
11 maddədən ibarət olan bu anlaşmaya görə Rusiya və İran arasındakı sərhəd xətti  Araz çayı olaraq qəbul edildi və Azərbaycan - Quzey Azərbaycan və Güney Azərbaycan olaraq ikiyə bölündü.
Bunun acısını, ağrısını illərlə soydaşlarımız yaşadı və yaşayır. Bu gün də fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaqlarında farslar tərəfindən ötəkiləşdirilir, zülmə məruz qalırlar. Qardaşı-qardaşdan, iki sevəni bir-birində və yurdundan ayrı salan bu acımasız anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı. Sonralar, xalq arasında çox yayqınlaşan bu dörtlük, bir ulusun-millətin bölünmüşlüyünün ürəklərdə yaratdığı ortaq acının yansıması oldu:

Arazı ayırdılar
Qum ilə doyurdular
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.

Bu ədalətsiz müqavilədən bir müddət sonra yeni bir müqavilə imzalama gərəyi duyan bölücülər işğalçı siyasətlərinə davam etdilər. İran hakimiyyəti, Gülüstan müqaviləsi ilə Güney Qafqazdakı topraqlarından vazkeçmek istəmirdi. Bu dəfə də İngiltərə və Fransanın yardımı ilə itirdiyi torpaqları geri alma savaşına girmişdi. Öncədən də qeyd etdiyim kimi Azərbaycanın bölünməsində ruslar və farslar qədər ingilislər və fransızlar da xüsusi “canfəşanlıq” göstərirdilər. Çünki onlar Azərbaycan Oğuz Türk yurdunu  “yağlı tikə” olaraq görürdülər. Vətənimizin verimli torpaqlar, gözəl iqlimi, təbii sərvətləri və statejik önəmi yadların iştahını qabardırdı. Ümumiyyətlə, sizlərə açıqca bildirə bilərəm ki, ruslar, farslar və avropalı işğalçılar daima türklərə qarşı “böl, parçala və ud” siyasətini həyata keçirmişlər. 16 iyul 1826-ci il  tarixində quzey xanlıqları geri almaq məqsədi ilə  başladılan bu savaşlarda Abbas Mirzənin rəhbərliyi altında İran ordusunun yenilgisi nəticəsində 10 fevral 1828 -ci il tarixində yeni başqa bir ingilis diplomatın, İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bu anlaşmaya görə, Naxçıvan və Rəvan (İrəvan) xanlıqları da Rusiyaya verildi. Rusya, 1850 -ci ildə  Rəvan xanlığından İrəvan vilayəti yaradaraq geləcəkdə quracaqları qondarma “Ermənistan”ın  təməlini atdılar. Həqiqətdə isə İrəvan torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlı türklər çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. 
 
Ruslar Türkmənçay müqaviləsinin 14-cü maddəsi çərçivəsində, İran erməniləri,  yəni  40.000 dən çox ermənini Güney Qafqaza, özəlliklə İrəvan, Naxçıvan və Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”.
Beləliklə Rusiya Qafqazı xiristianlaşdırmaq siyasətinə son sürətlə həyata keçirmiş olurdu. “Xristiyanlaşdırma” siyasəti nəticəsində, XX əsrin əvvəlinə qədər 1.300.000 erməni, qeyd edilən bölgələrə köçürüldü. Bu  erməni topluluqların bir qismini Qarabağın dağlıq bölgələrindəki topraqlara yerləşdirdilər. Beləliklə sözü gedən torpaqları ermeni yerləşim bölgələri halına gətirdilər. Azərbaycanın bugün yaşadığı Qarabağ sorununun təməlləri ruslar  tərəfindən büyük 188 il öncəsində atılmışdır.
Sizlərə Azərbaycanımızın işğalçılar tərəfindən necə bölündüyündən bəhs etdim. Bizi hər zaman bölən, parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyndən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər. Bu günlərdə özlərini siyasətçi, akademik və ya millət vəkili hesab edən yaşını, başını almış bəzi işbazlara Azərbaycan Türk Tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərçəyliyi olmayan safsataları millətin beyninə yeritmək istəyir. Azərbaycanı bölən, parçalayan qüvvə olan rusları və  yenə xiristian qardaşları olan erməniləri İrandan Azərbaycan türklərinin tarixi torpaqları olan İrəvana və Qarabağa, Naxçıvana, Bakıya xüsusi işbazlıqla və işğal siyasəti ilə köçürən rusların, Rus İmperiyasının Azərbaycanın qurulmasında necə bir rolu ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə ən ağır zərbəni Azərbaycan türklərinə tarix boyu rus və fars hakimiyyətləri vurmuşdur. Bəziləri idda edir ki, Azərbaycan xalqının formalaşmasında rusların rolu var.  Ã–zlərini akademik və siyasətçi adlandıran ruspərəstlərə söyləmək istərdim ki, sizin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkləri minilliklər boyudur vardır və formalaşmışdır! Türklər hər zaman dövlət qurmuş və xalqları yönəldib. Ruslar sizin o sevdiyiniz rus imperiyası, Azərbaycan xalqını yox, erməni xalqının formalaşmasında qondarma Ermənistanın yaradılmasında böyük rol oynamışlardır. Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARİXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR. Sizin rus sevdanız bizim Azərbaycanımızın bütövlüyünə zərər verir və hər zaman vermişdir. Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliyimizi şəhidlərimizin qanı ilə əldə etmişik! Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işğalçılarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız? Azərbaycanın müstəqilliyini əsla bu qara və məkirli düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönəmdə də Mübariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz, igidlərimiz vardır!
Son zamanlar dəb halına gəlib, yerindən qalxan “Türk milləti deyilik” və ya “ruslar Azərbaycanın qurulmasında xidmət edib”, “ruslar dəstəkləyib” kimi safsatalar yaymağa çalışır. Azərbaycanın mərhum lideri, dövlət başçısı  Heydər Əliyev  “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Siz hansı haqla bu siyasətə qarşı çıxırsınız? Digər tərəfdən görünür siz, Bakının mərkəzində yerləşən “ŞƏHİDLƏR  XİYABANI”nı heç ziyarət etməmişsiniz. Çünki orda yatan şəhidlərimizi görən birisi əsla “ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir”deyə bilməz! Əgər Azərbaycanın Şərqdə  İLK CUMHURİYYƏTİ qurmasına  dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə, sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM. ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni, rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı, İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınz kimlər bizlərə dəstək olmuşdur. Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan torpağının havası suyu sizlərə haram olar! Bu arada sizlərə Mustafa Kamal Atatürkün bu sözlərini xatırlatmaq istəyirəm “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Yəni çox yox, azacıq tarixi araşdıran gərcəkləri görə bilər.
Bu səbəbdən qərəzli və bölücü düşüncədə olanlar yolu yol deyildir!

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

Aynur Talıblı
İstanbul Sabahattin Zaim Üniversiteti
Tarix ve Mədəniyyət Araşdırmaları Bölümü
Oxşar xəbərlər
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO