"İndiyədək işğal yerlərində təzə tikilən bircə obyekti dağıtsaydıq..." - EKSPERT...
Oxunub: 15651
17 Jun 2017 | 15:17
Moderator.az son günlər ictimaiyyəti maraqlandıran və narahat edən suallarla təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müracət edib.

- Həmsədrlər növbəti dəfə İrəvan yolu ilə Qarabağa gəlib ”“ getdilər. Tezliklə  Bakıya gələcəklər. Diplomatların Xankəndinə Ermənistan yolu ilə gəlməsi sadəcə təhlükəsizlik məsələsi ilə bağlıdır, yoxsa Azərbaycanı Qarabağsızlığa öyrətməklə bağlı fitnəkar layihənin tərkib hissəsidir? Bakı bu məsələyə necə reaksiya verməlidir?

- Həmsədrlərin Qarabağa gəlişində hansı yolun seçilməsinin təhlükəsizlik məsələləri ilə bağlılığı yoxdur və problemin həllində də heç bir əhəmiyyət kəsb etmir, amma diplomatik jestdir. Azərbaycana hörmətsizlikdən irəli gəlir. Bu prinsipial məsələdir və şərt olaraq Azərbaycan tərəfdən gərək çoxdan qoyulaydı. Bizi Qarabağ məsələsində həm hərbi, həm diplomatik dalana dirəyiblər. Günahı özümüzdə axtarmalıyıq. Aprel döyüşlərindən sonra Vyanada, Peterburqda biz uğursuz, hətta deyərdim ki, yazıq vəziyyətə düşdük və hələ də çıxa bilmirik. Hakimiyyət yeri gələndə xalqın gücündən istifadə etməlidir. Xalqın Qarabağ məsələsində etirazlarına yaşıl işıq yandırıb, diplomatiyada yararlanmalıdır. Elə belə bir etirazın təşkili diplomatların gəlişinə təsadüf etsin, çox effektli alınar. Ermənistan ötən il yalnız bu tip etirazlarla Rusiyadan istədiyini aldı və almaqda davam edir. Həm silahlanmada arsenalını “İsgəndər” raket kompleksi ilə zənginləşdirdi, həm də Rusiyanın bizə basqılarını çoxaltdı. Bu təzyiq bütün sahələrdə hiss olunur. Rusiyanın da, Ermənistanın da mediasının monitorinqi keçirilsin. Rusiya Azərbaycanın əleyhinə daha kəskin, daha qərəzli mövqedədir, nəinki Ermənistan mətbuatı. Mən ən azı rus dilli erməni mətbuatını izləyən biri kimi deyirəm. İş o yerə çatıb ki, Rusiya mətbuatı hətta bizi İslam həmrəyliyi oyunlarının açılışında guya sünni əzanı səsləndirməklə İrana qarşı olduğumuzu və bütün bunları İsrailin göstərişilə etdiyimizi yazır. Bunu kim yazır? Rus jurnalisti şərqşünas da deyil ki, deyək bu qədər incəliyi bilir. İmza rus jurnalistinin olsa da yüzdəyüz informasiya Bakıdakı rezidentlərdən, içimizdəki 5-ci kalonun nümayəndələrindən gedib. Azanın nə sünnisi, nə şiəsi? Bu araqarışdırma təzyiq  deyil də, nədir? 

- Sizcə balans siyasəti yürüdən Azərbaycana bu münasibət nədən qaynaqlanır? Axı, Rusiya və ya İranla bağlı Azərbaycan siyasətində indiyədək əks olan bir xətt yürüdülməyib. 

- Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Seçki 2018-ci ildəmi olacaq, ya vaxtından əvvəl keçiriləcək, deyə bilmərəm. Amma, təzyiqlərin başlandığını, xüsusilə şimaldan başlandığını deyə bilərəm. Azərbaycan Siz deyən kimi balans siyasəti yürütmür, Azərbaycanın daha çox Rusiyayönümlü siyasət aparmağına baxmayaraq şimal qonşumuz buna da qane olmur. Bizi Ermənistanın iştirak etdiyi, üzv olduğu təşkilatlara cəlb etməyə çalışır. Düşmənlə necə bir ittifaqda olaq? Rusiya enerji məhsullarımızı sərbəst dünya bazarına çıxarmağa razı olmur, qısqanclıqla yanaşır. Avropanı daim enerji asılılığında saxlamaq üçün alternativ layihələri qəbul etmir. Hər şeyi əvəzsiz istəyir. Yəni, Qarabağ problemini həll etmək üçün bizim ona tərəf atdığımız on addımın qarşılığında bizə tərəf bir addım da atmır. Atırsa da, bu dövlətçilik səviyyəsində deyil, konyuktur xarakterlidir və orda da öz maraqlarını güdür, nəinki Azərbaycanın mənafeyini. Cənubdan olan təzyiq həmişəki kimi açıq olmasa da, gizli, məkrli və altdadır. İran Ermənistanın yanındadır. Rus yazıçısı E.Limonov da yazır ki, Dağlıq Qarabağı “hər şeylə” təmin edən İrandır. Limonov kimi bir Azərbaycan düşməni də xüsusi qeyd edir ki, Qarabağ ermənilərini iynə, sapdan tutmuş bütün tələbat mallarına kimi İran təmin edir. Sonra da insanların inancları üzərində təbliğat aparırlar ki, Səudiyyə Ərəbistanı Azərbaycanda şiəliyi ləğv etməyə hazırlaşır. Bütün radikal dindarlar-istər vəhabi olsun, istər sələfi, istər şiə, Azərbaycan dövlətinin, dövlətçiliyinin düşmənləridir. Sualınıza qayıdaraq qeyd etmək istəyirəm ki, bütün bu təzyiqlərin seçkilər ərəfəsində daha da artacağını, içimizdəki əlaltılarının, tez-tez  beşinci kalon dediyimiz satqınların fəallaşacağını unutmaq olmaz. Unutmaq olmaz ki, bu ərəfədə dövlətin, dövlətçiliyin ən “böyük dayağı” xalqdır, cəmiyyətə basqılar edib onu qorxutmaqla, daim sıxmaqla, təzyiq etməklə uğur qazanmaq pirr qələbəsidir.    

- Necə bilirsiniz, hazırda savaş riski daha böyükdür, yoxsa dünya gücləri bölgədə münaqişənin alovlanmasına imkan verməz? 
 
- Savaş riski var, amma böyük deyil. Apreldəki kimi lokal döyüşlər olması mümkündür. Amma, böyük miqyaslı müharibəyə - yəni Ermənistan və onun dostları Rusiya, İranla təkbaşına müharibə aparmağa imkanımız və gücümüz yetməz. Biz savaşı qalibiyyətlə başa vurmağımıza, ən azı Qarabağın bir hissəsini azad etməyə əmin olmasaq, onu başlayıb uduzsaq, fəlakət olar. Apreldə biz Sərsəng su elektrik stansiyasını, bütövlükdə Tərtərçayın sol sahilini azad etsəydik (plan belə olmalıydı) hərbi qələbəni diplomatik qələbəyə çevirmək asan olardı. Təəssüf ki, olmadı və açığını deyim ki, aprel döyüşlərinin başlanmasının və dayandırılmasının həqiqət pərdəsi Azərbaycan ictimaiyyəti üçün hələ açılmayıb. O vaxt dediyim istiqamət düşmənin zəif müdafiə olunduğu yer idi. Erməni mətbuatı yazırdı ki, “apreldən sonra  qonşu dövlətlərin (?) mühəndislərinin köməyilə biz Madagiz ətrafında güclü istehkamlar yarada bilmişik, indi Mardakertə( Ağdərəyə) o qədər güc toplanıb ki, düşmən bir qarış da torpaq ala bilməz”. Əlbəttə, burda təbliğat, dezinformasiya da var, amma həqiqət yükü də az deyil. Bu tip xəbərlər, təbliğatlar bizi savaşdan çəkindirməməli, müharibə ilə torpaqlarımızı azad etmək istəyimizi düşmən hər gün cəbhədə, diplomatiyada hiss  etməlidir. 

- Amma, erməni tərəf  işğal etdiyi yerlərdə məskunlaşma ilə məşğuldur.

- Erməni arxayın olmasa bu işlə məşğul olmaz, ora vəsait yatırmaz. Mayın 10-da Sarkisyan necə deyərlər, lap burnumuzun ucuna - Ağdərənin Tərtərə yaxın yerinə gəlib, mis kombinatına baxırdı. Kəlbəcərdə müasir məktəb açır. Görün erməni Kəlbəcərdə nə qədər məskunlaşıb ki, hələ bir təzə məktəb də tikir. Bu, təkcə Kəlbəcərə aid deyil, Laçın, Zəngilan, Şuşa, Qubadlıda yol çəkir, obyekt tikir, bir sözlə məskunlaşırlar. Bizim bu məskunlaşmaya etirazımız çox zəifdir. Xarici İşlər Nazirliyinin hərdən, yumşaq tərzdə verdiyi bəyanatlar elə bəyanat olaraq qalır. İndiyədək işğal yerlərində bir təzə tikilən obyekti biz dağıtsaydıq, erməni nə orda məskunlaşardı, nə də vəsait yatırmazdı. Erməni görür ki, bizim real müqavimətimiz, məskunlaşmağa qarşı hərbi, dplomatik gücümüz yoxdur, işinə davam edir. Ermənistandan çıxıb gedənlərin statistikası ilə cəmiyyəti arxayın salmaqla nə əldə etmişik? Bu gündən sonra Ermənistanın yarısı da ölkəni tərk etsə, bizə heç kim sinidə Qarabağı qaytarmayacaq. Qarabağda məskunlaşmanın statistikasını ortaya qoyub hərəkət etmək lazımdır. Xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi qarşısında vəzifə qoyulmalı, məskunlaşmanın qarşısını almağın təsirli yollarını müzakirə edib, hərəkətə keçmək lazımdır. Hələ gec deyil. 

- İŞİD İranda terror aktları həyata keçirəndən sonra hədəf aldığı ölkələrin adını açıqladı, bu sırada Rusiya da var. Azərbaycanın iki nəhəng qonşusunun bu terrorçu təşkilata hədəf olduğu halda bizi nə gözləyə bilər? Azərbaycan sərhədlərinimi möhkəmləndirməlidir, yoxsa başqa hansısa addımlar atmalıdır?
 
- Terror sərhəd tanımır, terror siyasətdən yaranır və siyasətə təsir və təzyiq vasitəsidir. ABŞ-da baş verən terror Meksikada da olacaq anlamına gəlməməlidir, o cümlədən Qərbi Avropada ”“ İngiltərədə, Almaniyada, Fransada baş verənlər sabah Sloveniyada, Makedoniyada olacağına işarə deyil. Gördüyünüz kimi də dediyim ölkələrdə bu baş vermir. İŞİD-in hədəfində biz hələ hədə formasındayıq. Hərdən Azərbaycandan İŞİD-ə qoşulanlardan biri bizi çıxıb hədələyir və gələcək planları üçün kəşfiyyat xarakterli addımlar atırlar. Aktiv hədəfdə isə dediyiniz kimi qonşularımızdır. Dalğası bizi tuta bilər, amma biz episentrdə deyilik. Əlbəttə, qəti şəkildə arxayın olmaq olmaz! Bizim adımızın çəkilməməsi aldadıcı manevr də ola bilər. Bu işə ilk növbədə məsul olan DTX, bildiyimə görə ciddi tədbirlər həyata keçirir və əməliyyat şəraitinə nəzarəti gücləndirmək üçün zəruri önləyici addımlar atır. Nə dərəcədə effektlidir, təbii mən bilmirəm, amma peşəkarlıqlarına şübhə etmədiyim bəzi kolleqalarıma arxayın olub bunu inamla deyə bilərəm ki, işin effekti odur ki, düşünülən terror bizdə baş tutmayıb. Bildiyimə görə cəhdlər olub, amma qarşısı vaxtında alınıb.
Oxşar xəbərlər
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"