"Məqsəd vəsaitlərin taleyini müəyyənləşdirmək deyil, kimisə həbsə atmaqdır..."
Oxunub: 2693
01 Jun 2017 | 09:54

Yaxın günlərdə (bəlkə də hətta bu gün) ABB-nin sabiq sədri Cahangir Hacıyevin Apellyasiya Məhkəməsi də yekunlaşacaq. Bəs, bu məhkəmə prosesi necə keçirildi? Şikayətçilər öz arzuladıqları kimi mühakimə oluna bildilərmi?

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin Azpolitika.info-ya müsahibəsi qismən də olsa, bu suallara aydınlıq gətirir. Müsahibəni oxucularımıza təqdim edirik:

- Fəxrəddin müəllim, Cahangir Hacıyevin məhkəmə işi kimi ağır bir prosesin vəkilliyini öhdənizə götürmüsünüz. Prosesin gedişatı barədə nə deyə bilərsiniz?

”“ Bildiyiniz kimi, ilk instansiya məhkəməsində qaldırdığımız bütün vəsatətlər qəbul olunmadan iş yekunlaşdırıldı. Hesab edirik ki, həmin məhkəmə qərəzli, qeyri-adil keçirildi. Ortada heç bir dəlil olmadan, sadəcə bəzi ehtimallara əsaslanaraq, müvəkkilimə çox ciddi ittihamlarla ağır hökm kəsildi. Biz də, təbii ki, işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi də artıq yekunlaşmaq üzrədir. Çox təəssüflər olsun ki, bu məhkəmə prosesində də vəsatətlərimiz qəbul olunmur. Sanki ABB-də yaranmış böhranın bütün məsuliyyətini Cahangir Hacıyevin üzərinə yıxmaq niyyəti var.

- Apellyasiya Məhkəməsində hansı tələblər irəli sürmüsünüz?

”“ Apellyasiya şikayətində cinayət işinə bütün ittihamlar və şəxslər üzrə xitam verilməsi xahiş olunur. Bu iddia ilə həm ibtidai istintaqın gedişində, həm yekununda, həm birinci instansiya məhkəməsində, həm də indi çıxış edirik. Çünki bu işdə heç bir cinayət hadisəsi yoxdur. Kredit öhdəliklərindən yaranan münasibətlər var və məsələyə mülki icraat qaydasında baxılmalıdır.

- İttiham tərəfinin əsasları nədən ibarətdir?

”“ İttiham tərəfi mütəşəkkil dəstə tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsini irəli sürmüşdür. Lakin ittiham sübutlara, dəlillərə deyil, mülahizələrə əsaslanır.
Prosessual qanunvericiliyin tələbinə əsasən, təqsirləndirilən şəxsin təqsirini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu işdəki ittiham tərəfi isə ittiham isrəli sürür, amma iddiasını sübut etmir, edə də bilməz, çünki belə bir dəstə mövcud olmayıb. Eləcə də hansı vəsaitlərin, hansı şəxs və ya şəxslər tərəfindən mənimsənilməsi barədə heç bir sübut yoxdur.
Mənimsəmə kimi nəzərdə tutulan vəsaitlər konkret layihələrə yönəldilib. İttiham tərəfi isə həmin layihələri, onlara sərf olunan vəsaitləri araşdırmır. Birinci instansiya məhkəməsində də bu istiqamətdə heç bir araşdırma aparılmayıb. Apellyasiya məhkəməsi də eyni təcrübəni təkrarlayır. Nəticədə paradoksal vəziyyət yaranır. Əgər bu layihələr mövcud deyilsə, nə üçün onların sağlamlaşdırılmasına 10 milyard manatlıq vəsait ayrılıb? Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hökmü ittiham aktıyla eynidir. Təsəvvür edin ki, ittiham aktındakı nöqtə-vergül səhvləri belə eynilə saxlanılaraq hökm hazırlanıb.

 

”“ Yəqin buna görə Cahangir Hacıyevin müdafiəçiləri, o cümlədən siz məhkəmə prosesinin qərəzli aparıldığını iddia edirsiniz. Qərəzlilik başqa hansı məqamlarda özünü büruzə verir?

”“ Qərəzlilik yalnız məhkəmədə deyil, ümumiyyətlə Cahangir Hacıyevə münasibətdə, onunla bağlı istənilən məsələdə hiss olunur. Məsələn, onun bütün yaxınlarına təzyiqlər olunur. Hətta həyat yoldaşına qarşı cinayət işi qaldırılıb, bacısının ölkədən çıxışına məhdudiyyət qoyulub, qohumları işdən çıxarılıb, hətta anasının vəfatı ilə əlaqədar notariat əməliyyatlarının aparılması belə, müşkülə çevrilib.
Bu cür qərəzli yanaşma məhkəmə prosesində də mövcuddur. Təsəvvür edin ki, ilk instansiya məhkəməsində qaldırdığımız 30-a yaxın vəsatətin heç biri qəbul edilmədi. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, Cahangir Hacıyevin özünümüdafiəsinə münbit şərait yaradılmadı. Heç orta əsrlərin inkvizisiya məhkəmələri belə, bu qədər qərəzli və ədalətsiz aparılmamışdı. Ən azı ona görə ki, həmin məhkəmələr müttəhimlərin özünümüdafiəsini təmin edirdilər. Çünki həqiqətlər yalnız bu cür ortaya çıxa bilər. Müttəhimin özünümüdafiə imkanını əlindən alsan, istənilən cinayəti ona yapışdırmaq olar. Nə yazıq ki, Cahangir Hacıyevin işində məhz bu yol tutuldu. Adamı ağır cinayətdə-bankın vəsaitlərini mənimsəməkdə ittiham edirsən, amma həmin vəsaitlərin hara getdiyi, nəyə xərcləndiyi ilə maraqlanmırsan. Müttəhimə də imkan vermirsən ki, mənimsəyib-mənimsəmədiyini sübuta yetirsin. Deməli, məqsəd vəsaitlərin taleyini müəyyənləşdirmək deyil, kimisə yeyintidə günahlandırıb həbsə atmaqdır. Bizim qaldırdığımız vəsatətlərin heç birinin qəbul olunmamasını başqa cür qiymətləndirmək mümkün deyil. Çünki bu vəsatətlər mənimsənildiyi iddia olunan vəsaitlərin taleyinə aydınlıq gətirməyə hesablanmışdı.

- İttiham tərəfinin heç bir sübuta, dəlilə əsaslanmayan mülahizələrlə iddia qaldırdığını deyirsiniz. Ümumiyyətlə, məhkəmənin istinad etdiyi hər hansı dəlil olmayıb?

 

”“ Sizə adi bir faktı deyəcəm. Təsəvvür edin ki, Cahangir Hacıyevin istintaq prosesində 80-dən artıq şahid dindirilib. Heç birinin izahatında nə mənimsəmə, nə də mütəşəkkil dəstə barədə hər hansı iddia irəli sürülməyib. Ortada bunu təsdiqləyəcək sənəd də yoxdur. Məhkəmə hökmündə isə əsas ana xətti bu iki ittiham təşkil edir. Ümumiyyətlə, prosessual qanunvericiliyə görə, irəli sürülən iddianı sübut etmək vəzifəsi ittiham tərəfinin boynuna düşür. Bu məhkəmə işində isə ittiham tərəfi nəinki bu vəzifəsini yerinə yetirmədi, hətta bizim irəli sürülən ittihamları təkzib etmək imkanlarımız məhdudlaşdırıldı. Məsələn, biz deyirik ki, irəli sürülən iddia ilə bağlı Luksemburqda yaşayan Xaqani Bəşirovu dindirmək lazımdır, onu şahid kimi məhkəməyə dəvət edin. Cavab verirlər ki, bunun bizə aidiyyəti yoxdur. Digər vəsatətlərimiz də bunu kimi”¦ Məhkəmənin bütün məqsədi cinayət hesab etdiyi məsələləri yalnız Cahangir Hacıyevin üzərində cəmləşdirmək idi. Ona görə də heç bir araşdırma aparmadan mülahizələr irəli sürüb cəza kəsmək istəyirdi.

- Cahangir Hacıyevin əməllərinin mülki məsələ olduğunu iddia edirsiniz. Bəs, Beynəlxalq Bankda yoxa çıxan vəsaitlərin məsuliyyətini kimdə görürsünüz?

”“ Cahangir Hacıyevin işində mübahisə mövzusu olan vəsaitlərin hamısı kredit kimi müəyyən fiziki və hüquqi şəxslərə verilib. Bu qərar səhv və ya düz ola bilər. Onun düzlüyünü və ya səhvliyini isə kreditlərin geri qayıtma xüsusiyyəti müəyyənləşdirir. Məsələn, deyirlər ki, kreditlər rentabelsiz layihələrə verilib. Halbuki, Cahangir Hacıyev həbs olunana qədər bütün layihələrə verilmiş kreditlərin 50%-dən çoxu geri qayıtmışdı. Kreditlərin qaytarılma zamanına isə xeyli müddət qalırdı. Bu faktın özü də təsdiqləyirdi ki, layihələr rentabelsiz olmayıblar. Onları ayırarkən bankın məqsədi də həmçinin mənimsəmə deyildi. Mənimsənmə məqsədi olsaydı, bir qəpik də geri qaytarılmazdı. Digər tərəfdən, hökumət həmin layihələri sağlamlaşdırmaq üçün 10 milyard manat əlavə vəsait ayırdı. Rentabelsiz layihələrə niyə 5 dəfə artıq əlavə vəsait ayrılır? Üstəlik, hətta rentabelsiz olsa belə, kredit ayrılması cinayət hadisəsi sayıla bilməz. Çünki bütün cinayətin əsas motivini onun niyyəti təşkil edir. Əgər niyyət qanunidirsə, hansısa cinayət hadisəsindən danışmaq yersizdir. Cahangir Hacıyevin mənimsədiyi iddia edilən bütün vəsaitlərin hamısında niyyət kredit vermək olub və bunda heç bir şübhə yoxdur. Üstəlik, həmin kreditlərin əvəzinə girovlar qoyulub. Yəni kredit batsa belə, zərəri kompensasiya edəcək alternativlər olub. Pulu hara getdiyi də bəllidir. Hansı mənimsəmə faktından, cinayət əməlindən söhbət gedə bilər? Onda gərək bütün kredit verən bankların hamısını cinayətkar adlandıraq.

- Məhkəməyə həmin sənədləri təqdim etdiniz?

”“ Həmin sənədlər Beynəlxalq Bankdadır. Onu məhkəmə istəyə bilər. Məhkəmə isə istəmir. Çünki istəsə, araşdırma nəticəsində kimin düz, kimin əyri olduğu ortaya çıxacaq. Məlum olacaq ki, Beynəlxalq Bank Cahangir Hacıyevin dövründə xalis gəlirlə işləyib. Problem ondan sonrakı dövrlərdə ortaya çıxıb. Cahangir Hacıyevdən sonra götürülən böyük pulların harda olduğu isə məlum deyil.

- 10 milyard dollar Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrə verilib? Bəs, rentabelsizdirsə, nə ağılla o layihələrə bu qədər pul ayrılıb?

”“ 10 milyard dollar həmin layihələrə verilməyib. Layihələr üçün Beynəlxalq Banka verilib. Daha aydın ifadə ilə desək, həmin layihələr bankdan alınıb “Aqrokredit”ə həvalə olunub. Bunun müqabilində isə ABB-ə 10 milyard dollar pul ödənilib.

- Bəs, o zaman bank niyə batır? Bütün problemli kreditlərdən azad olduğu, hələ bunun müqabilində dəyərindən 5 dəfə artıq vəsait ödəndiyi halda, 3.3 milyardlıq xarici borcu da ödəyə bilməmək sizə qəribə gəlmirmi?

”“ Beynəlxalq Bankda bu gün aparılan heç bir əməliyyat şəffaf deyil. Orda nə baş verdiyini heç kim bilmir. Bilinən odur ki, Cahangir Hacıyevin dövründə onun kredit portfeli cəmi 6 milyard olub. Bunun da 4 milyardı dövlət sifarişlərinə, 2 milyardı isə özəl təşəbbüslərə kredit kimi verilib. Canahgir Hacıyevə qədər bu layihələr hər il banka xeyli mənfəət gətirəcək səviyyədə olublar. Cahangir Hacıyev həbs olunduqdan sonra isə onlar zərərli aktivlər hesab olunaraq 10 milyard dollara, belə deyək, satın alınıblar. Nə olubsa, bundan sonra olub. Mən bunun şərhini verməkdə çətinlik çəkirəm.

- Apellyasiya Məhkəməsindən hansı hökmü gözləyirsiniz?

”“ Mən hələ bu barədə heç bir söz demək istəmirəm. Azərbaycan reallığında məhkəmə sisteminin nə qədər müstəqil olduğu bəllidir. Bir çox hallarda qərarları kimin verdiyi də bilinmir. Sadəcə indiyə qədər aparılan prosesdə bir çox vəsatətlərimizin qəbul edilmədiyini bildirmək istəyirəm. Məhkəmənin hökmünün nə olacağından asılı olmayaraq, biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Hüquqi müstəvi isə xeyli geniş və alternativlərlə dolu olur. Ədalətin bərpası üçün biz də hüququn verdiyi bütün imkanlardan faydalanmağa çalışacağıq.

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."