“Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram”
Oxunub: 3518
26 May 2017 | 11:12
“Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram”
Cümhuriyyətimizin 99-cu ildönümü ərəfəsində böyük araşdırmaçı alim, dəyərli ziyalımız, jurnalistikamın ağsaqqalı Şirməmməd Hüseynovla görüşdük. Yaşı 93-ə adlasa da, yenə də işgüzarlığından qalmır, hər gün 8-10 saat yazı masasının arxasında işləyir, arxivə gedir, həftədə iki dəfə universitetdə mühazirələr oxuyur bu fenomen şəxsiyyət. Özü də Məhəmməd Əmin Rəsulzadə, digər Cümhuriyyət qurucuları, Azərbaycan Demokrat Cümhuriyyətinin tarixi barədə danışdıqca şövqə gəlir, üzü gülür, qəlbən yaşayır o illəri. Danışdıqca mənə elə gəldi ki, Şirməmməd müəllimin uzunömürlüyünün səbəbi həm də Cümhuriyyətimizə, onun tarixinə, işinə olan sevgisi, məhəbbətidir.

- Şirməmməd müəllim, özünüzü daha çox harada rahat hiss edirsiniz, auditoriyada, yazı masası arxasında?

- (Cümhuriyyət qurucularına işarə edir) Bu kişilərlə oturub-durmaqdan böyük səadət yoxdur. Bunlar dünyanı dəyişiblər, bizə dövlət yaradıblar. Məhəmməd Əmin deyir insan övlad dünyaya gətirir, millət dövlət dünyaya gətirir. Millətin övladı dövlətdir. Fərd övladına hamilə olduğu kimi, millət də dövlət yaratmaq üçün hamilə olur. Millətin də dövlət yaratması üçün gərək o millət həddi-buluğa çatsın. Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz. Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...

- Dövlətimiz var. Daha nə etmək lazımdır?

- Müəyyən nəsil dövləti yaradır, gələcək nəsil o dövlətin sayəsində yaşayır. İndi bəzən o nəvə-nəticələr, kötücələr o dövləti yaradanları lazımınca qiymətləndirməyi bacarmırlar. Elə bilirlər ki... Deyir, “it ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir”. Elə bilirlər ki, bu hazır şeyi bunlar yaradıblar. Özündən əvvəlkilərə ağız büzürlər. Bəzisi böhtan atır. Bu, ona bənzəyir ki, bir adam öz ata-anasına, onu yaradana, onu dünyaya gətirənə alçaqlıq eləyə. Dövlət millətə xidmət etmək, onu yaşatmaq üçündür. Övladıdır da. Ona görə kimə səcdə etmək lazımdır? Millətə, torpağa. Cümhuriyyət dövründə Məhəmməd Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt yaşadacaq ki, o başa düşəcək ki, bu vətən də onundur, bu millət də onundur, bu dövlət də. Yəni özününküdür. Görürsən Üzeyir bəy nə yazır: “Hər şey özümüzündür”. Fasilə məsələsi var e, onu xüsusi vermək lazımdır. Bəziləri deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya nə... Məhəmməd Əmin deyir süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni aradan qaldıracağıq.

- 70 illik fasilə?

- Qaldırdı, ya yox? İndi uzaqgörən kimə deyərlər, soruşuram səndən? Bu cür siyasət adamlarına uzaqgörən deyərlər. Bu deyir ki, fasilə olub, biz də bu günü yaşayırıq. Onda niyə deməyək ki, eşq olsun sənə, 1955-ci ildə dünyanı dəyişmisən, amma hələ 29-cu ildə demişdin ki, ay cavanlar, vallah-billah bu dövlətdə yaşayacaqsınız! Dedi ki, bu ideyanı, müstəqilliyi xalqa daddırdıq. Uşağa şirnini dadızdırandan sonra əlindən almaq olmaz. Millət müstəqil dövlət həyatını yaşayandan sonra gərək ziyalılar o fikri o millətin canından çıxmağa qoymayalar. Hüseyn Caviddən tutmuş digər ziyalıları niyə güllələyirdilər? Müstəqil dövlət həyatı yaşamaq məfkurəsini bu millətin canından çıxmağa qoymadılar. Məhəmməd Əmin deyir, ey gənclik, sən bu dövləti yaşadacaqsan, o bayrağı bir də qaldıracaqsan! İndi İlham Əliyev o bayrağı 160 metr qaldıranda gedib o kişini durğuzacam ki, dayı, sən deyirdin ki, o bayraq parlamentin üzərində dalğalanacaq, əşi, indi 170 metr hündürlükdə dalğalanır e! Mən niyə yazıram bununla fəxr etmək lazımdır? Elə şeylər var ki, tarixi biləndən sonra ona məhəbbətin olur. Xırda məsələlərə diqqət eləmək lazım deyil. Bilmək lazımdır ki, Vətən də bizimdir, millət də, dövlət də. Dövləti idarə edənlər bu tezisi bilməlidir. Elə etməlidir millət doğrudan da fəxr eləsin ki, əsl yaşayış milli müstəqil dövlətdədir. Əsas budur ha... İndi bunun üçün də hər şeyi dövlətdən istəmək olmaz. Kennedinin məşhur sözü var. Deyir, Amerika mənə nə verib yox, gərək sual verəsən, sən Amerikaya nə vermisən? İndi sən millətə nə vermisən. Həsən bəy Zərdabi deyir çırmanıb suya girən lazımdır ki, qabağa getsin, canını versin, bu milləti yetişdirsin, onu azad etsin. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Axundovdan, Zərdabidən, Sabirdən, Əli bəydən, Əhməd bəydən, Üzeyir bəydən başlayırdı. Ədəbiyyatını, qəzetini, mədəniyyətini, musiqisini yaratdılar. Məhəmməd Əmin yazır ki, Şərq xalqları arasında 25 il içərisində öz ədəbiyyatını, mətbuatını, məktəbini, mədəniyyətini, təşkilatlarını, partiyalarını, dövlətini yaradan ikinci bir millət yoxdur. 100-200 il ərzində edənlər var, amma 25 il ərzində yox. Yazırdı Şimali Azərbaycanın 25 ildə gördüyü işi dünyada görən ikinci xalq yoxdur ki, 25 ildə görsün. Üzeyir bəy də yazırdı ki, Allah bizim millətə çox böyük istedad verib, şərait olsa, bizim millət dünya mədəniyyətinə incilər verəcək. Avropa Oyunları ilk dəfə harda keçirildi? Azərbaycanda. İslam Oyunları harda keçirildi? Azərbaycanda. Baxırsan ki, inkişafa meyl, yenilik hissi, özünü millətlər içərisinə salmaq hissi təbiətində var e. Böyük hissdir, bu hisslə yaşamaq lazımdır. Mən niyə çox işləyirəm? Təsbeh çevirməklə, avara gəzməklə, boş danışmaqla iş olar? Kimin əlindən gəlirsə, öz milləti üçün, vətəni üçün etməlidir.

Şirməmməd müəllim hazırda iki cildlik “Odlu yurd” kitabından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı seçmələri nəşrə hazırlayır.

- Bu ilk cilddən Məhəmməd Əminin bir cildi çıxacaq. İndi bunu işləmək lazımdır. Mən yavaş-yavaş qəzetdə çap etdirirəm. Amma əsas məsələ bunu çap eləmək deyil, həm də onu oxutmaqdır.

- Oxuyan varmı?

- Bəs nə? Mən indi yazılarımı qəzetə ki, verirəm e... “525-ci qəzet”in şənbə nömrəsi təxminən 4 min nüsxə çıxır. 4 min adam oxuyur da. Üstəlik, elektron variantı var. İllərdir “Azərbaycan” qəzetindən yazdığım 3 cildlik “Parlament hesabatları və şərhlər” kitabları orda hissə-hissə çap olunur. Niyə? Oxuyan olsun da. Nəşriyyat kitaba qiymət qoyub, biri 20 manatdır. Kim buna 20 manat verib alacaq?

- Şirməmməd müəllim, prezident İlham Əliyev Cümhuriyyətimizin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bəziləri orada konkret adların göstərilməməsindən narazılıq edir...

- Dünya dövlətləri Azərbaycan prezidentinə təbrik məktubları yazırsa, bu, həm də millətə ünvanlanmış məktubdur da. Bundan böyük fəxr nə ola bilər? Bir az geniş düşünmək lazımdır. Ay filankəsin adı yoxdur... Ayə, yoxdur, yoxdur da...

- Şirməmməd müəllim, on illərdir araşdırdığınız rəhmətlik Məhəmməd Əmin bəyi hərtərəfli tanımaq imkanı qazanmısınız. Əgər o, bu gün sağ olsaydı, Xalq Cümhuriyyətimizin 100 illiyinin keçirilməsi barədə imzalanan sərəncama necə reaksiya verərdi?

- Əla! Əgər orda bircə cümlə varsa ki, 100 illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli, bu, dövlət bayramıdır, bildin? Rəsulzadə bu bayrağı parlamentin üstünə qaldırmışdı, İlham Əliyev də o bayrağı 162 metr yüksəkliyə qaldırdı.

- Yəni bu sərəncamdan sonra Rəsulzadənin də ruhu şaddır, eləmi?

- Bəs necə? Mənə o lazımdır. Vaxtilə deyirdilər ki, yoxdur bu millətin imzası imzalar içində... Millətimin imzası var millətlər içində! BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduq, 1 ay sədrlik etdik. A kişi, 155 dövlət sənə səs verdi, sən niyə bunlarla fəxr eləmirsən, qurdalayırsan ki, filankəsin adı niyə burada yoxdur? Adı da olsaydı, deyəcəkdilər niyə filankəsin adı ikidə deyil, üçdədir? (Gülür). Bunlar uşaq oyunlarıdır, gədə-güdə söhbətidir, geniş düşünmək lazımdır. Əsas məsələ Məhəmməd Əminin və Üzeyir bəyin dedikləridir, Vətən də bizimdir, millət də bizimdir, dövlət də bizimdir. Qurtardıq e! Əsas budur. Üzeyir bəy yazırdı ki, “özümüzük e...” A kişi, heç bundan böyük şey olar? Soruşuram səndən...

- Doğrudur, millətlər var dövlətləri olsun deyə, əsrlərdir mübarizədədirlər...

- Bəs necə? Kürdləri görürsən nə oyunlar çıxarırlar? Yəhudiləri görürsən? Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur, a kişi! Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var, Allahına şükür elə də! (Gülür). Məhəmməd Əmin deyir ki, bir millət gərək əzmlə, iradə ilə, şövqlə yaşamağı bacarsın. Şövqlə yaşamayan millət bir şey yarada bilməz, bildin, qardaş? Biz bir az geniş düşünməliyik. Müstəqillik əldə etmişik. Amma bu müstəqilliyi idarə edənlər sovet dövründən qalanlardır. Müstəqillik dövrünün kadrları hələ təzə yetişir, 25 ildir. Mən Çingiz Aytmatovdan soruşdum ki, bizim Avropa səviyyəsində idarə olunmaq mexanizmi nə vaxt yaranacaq? Dedi, 5-6 nəsil sonra. Qardaş, Cümhuriyyət cavandır da. Dövlət neçə min il yaşayır e... Onda 25 yaşlı cavan dövlətdən nə istəyirsən? İran dövləti 2750 illiyini bayram elədi. Türklər 2085-ci ildə Türkiyə adlı dövlətin min illiyini bayram edəcəklər. Qardaş, gərək bunları başa düşəsən. Azərbaycan adlı dövlətimiz olmayıb axı. Bunlar yaratdılar. Olub Ağqoyunlular, Qaraqoyunlular. Bir də ki, gərək tullana biləcəyin məsafəni biləsən, ondan artığı barədə danışmayasan. Adamın boyundan yuxarı tullanması çətindir.

-Bir çox hallarda səslənir ki, biz millətləşmək dövrünü keçə bilmədik deyə...

- Millətləşmək dövrünü keçməsəydik, milli dövlət yaratmazdıq. Burada bir şey var. Dənizin dibində o qədər metallar var ki. Amma brilyant, almaz nadirdir, onlar milyon ilə yetişir, amma necə yetişir, heç kəs bilmir. Bir karat brilyant çıxartdılar, 36 milyona satdılar. Millətlərin də içərisində brilyant başlı adamlar yetişir. Peyğəmbərlər o brilyant başlı adamlardır.

- Şirməmməd müəllim, Allah sizə ömür versin. Gecə-gündüz çalışırsınız, Məhəmməd Əmin irsini, Cümhuriyyət tariximizi araşdırır, gənc nəslə çatdırırsınız. Bəs Xalq Cümhuriyyətinin 100 illik yubileyinə necə hazırlaşırsınız?

- Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram (ürəkdən gülür). Məhəmməd Əminin 5 cildliyini hazırlayıb nəşr etdirmişəm, odur bax (Kitab dolabını göstərir). 1992-ci ildə birinci cild, 2002-ci ildə 2-ci, 2011-ci ildə 3-cü, sonra 4-5-ci cildlər... Üzeyir bəyin iki cildini buraxmışam. “İstiqlal”ı çap elədim. Budur bax, mənim 100 illiyə hədiyyəm.

- Mənə elə gəlir ki, ölkə başçısının 100 illiklə bağlı sərəncamına ən çox sevinən də elə sizsiniz...

- Bəs necə? Bilirsən nə var: qəmiş qoymaqla iş olmaz. Prezident sərəncam verib, sağ olsun, yerdə qalan işləri özün gör də. Demir ki, Şirməmməd Hüseynov, get, filan kitabı yaz! Yaz da. Deyir ki, dövlət səviyyəsində qeyd olunsun. Bu dövlət də bizik də.

Bu yerdə Şirməmməd müəllim prezidentin M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı, ondan sonrakı günlərdə prezidentlə media nümayəndələri arasında keçirilən görüşdəki səmimi söhbətlərini xatırlayır:

- Dedim, mən bura gələndə fikirləşirdim ki, 57 il bundan qabaq sənin baban Əziz Əliyevlə nərd oynayan adamam, budur, kitabda da yazılıb. Həmin kitabda professor Cəfərov öz xatirəsini yazıb ki, mən axşam Əziz Əliyevgilə getdim. Məni içəri dəvət etdilər gördüm ki, Əziz Əliyev Şirməmməd Hüseynovla nərd oynayır. Dedim, məni bu görüşə çağıranda düşündüm ki, dünyanın işinə bax e, 57 il bundan qabaq mən nərd oynadığım kişinin nəvəsi prezident olub, mən də onunla görüşə gedirəm. (Gülür).

Şirməmməd müəllimin həyat yoldaşı əlavə edir:

- Prezident də dedi ki, hələ mənimlə nərd oynamamısan.

Ş.Hüseynov davam edir:

- Dedim, bunu da fikirləşirdim ki, Məhəmməd Əminin anadan olmasının 130 illiyi gəlir, bunu qeyd edəcəklər, ya yox? Prezident də çıxışında dedi, bizim 28 maydan böyük bayramımız yoxdur, Cümhuriyyəti yaradan görkəmli şəxsiyyətlər Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digərləri millətimizin fəxridirlər. Bu sözləri dedi, qardaş! İndi burada söhbət 100 illik yubileyin dövlət səviyyəsində qeyd olunmasından gedir. Məhəmməd Əmin deyir ki, bu Cümhuriyyəti 3-5 adamın adına çıxmaq milləti alçaltmaqdır. Deyir ki, bu cümhuriyyəti millət yaradıb. Ona görə deyirdi ki, dövlət millətin övladıdır, ayrı-ayrı adamların yox. Dövləti bir adam doğmur e, millət doğur. Sən bunu bir adamın adına niyə çıxırsan?

- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı da vaxtaşırı məsələlər qaldırılır. Siz bu barədə nə düşünürsünüz?

-Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir. İkincisi budur ki, bu milləti dünyanın ən qabaqcıl millətlərinin səviyyəsinə çatdırasan, yaşayış səviyyəsi yüksək ola. Görürsən, nə işlər görülür? Orda ipəkçiliyi, burda çəltikçiliyi, başqa yerdə digər sahəni inkişaf etdirirlər. Yəni elə məsələlər var ki, qəbiristanlıq məsələsinin ortaya qoyulması vaxtı deyil. Bu saat biz Cümhuriyyət dövründən elə şeyləri tapmalıyıq ki, bu millətə faydası dəysin. Hər şeyin vaxtı var. Türk-İslam aləmində ilk parlamentin 100 illiyidir. Onun təcrübəsi bizə vacibdir, mən 3 cild yazıb qoymuşam. Bu Cümhuriyyətin memarı Müsavatdır. Müsavatı da Məmməd Əmin Rəsulzadə, onun məsləkdaşlarıdır. Onun 5 cild əsərini yazıb qoymuşam. 6-cı cild mühacirət dövrünə həsr olunacaq. Məqalələr var, onlar yığılmalıdır. Bununla da Nəsiman Yaqublu məşğul olur. Hərənin öz dövrü var da. Məndə 1920-ci ilə qədər idi.

- Necə ildir araşdırırsınız. Sizcə, hələ Rəsulzadənin nə qədər irsi qalıb?

- Məhəmməd Əminin bütün yaradıcılığını götürsək, ən azı 15 cild olar”¦

Söhbətimiz müsahibədən əvvəl olduğu kimi, sonra da xeyli davam edir. Yorulmadan, sevgi il, sayğı ilə elə şeylər danışır ki. Adam su kimi içmək istəyir bu söhbətləri. Ancaq bu böyük kişinin zamanını daha artıq almamaq, onu yazı masasından bundan artıq ayırmamaq üçün ayrılırıq. Kitablarını hədiyyə etməyi də unutmur. İsrarlı etirazıma baxmayaraq, liftin qapısına qədər özü ötürür bu olduqca zəngin və sadə insan...

Elşad Paşasoy
(musavat.com)
Oxşar xəbərlər
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:33
Urmiya gölü altı aya quruyacaq - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:27
Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:33
Urmiya gölü altı aya quruyacaq - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:27
Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO