"Bu sözləri eşitmək üçün 600 variantda da işləməyə dəyərdi"
Oxunub: 3683
24 May 2017 | 12:46

Moderator.az-ın suallarını yazıçı Şərif Ağayar cavablandırır. Onun bu günlərdə çapdan çıxmış   "Arzulardan sonrakı şəhər" romanı böyük marağa səbəb olub. Söhbətimizin mövzusu da bu kitabla bağlıdır.

 

- Bu günlərdə çapdan çıxmış "Arzulardan sonrakı şəhər" romanınız haqqında çox maraqlı fikirlər səsləndi. Bəzi dostlarımız bir az irəli gedərək romanı dünya səviyyəli əsər adlandırdılar. Sizcə, sənətkarlar bu qiymətləndirmədə bir az ifarata varmırlar ki?

 

- Bəlkə də bu “dünya səviyyəli” sözünü on il qabaq işlətsəydilər, əməlli-başlı qorxardım. Çox böyük, çox əlçatmaz gələrdi. Ancaq indi bir az arxayınam. Ona görə ki, çağdaş romançılıq haqqında ümumi təsəvvürüm var. “Dünya səviyyəsi” bizdən o qədər də uzaq deyil. Biz elə o dünyanın içindəyik və sizi əmin edirəm, Bakının ciddi oxucuları və mütəxəssislərindən müsbət rəy alan əsər dünyanın hər yerində aşağı-yuxarı eyni qiyməti alacaq. Ümumi prosesin, mühitin bizim ziyanımıza fərqliliyini danmamaq şərti ilə güvəndiyim imzalar, hətta əsərlər var və özümün də, son romanımın da bu imzalar və əsərlər içində olduğunu düşünürəm.      

 

- Romandakı Nənə və Həsən ilk olaraq yadımıza Əkrəm Əylislinin "Ağaclar və adamlar" trilogiyasındakı Sadıqı və nənəsini salır. Görkəmli yazıçımız Səfər Alışarlı da roman haqqındakı müzakirədə bu məqama diqqət yetirmişdi. Bu baxımdan maraqlıdır, Həsən və Nənənin yaranmasında Sadıq və nənəsinin hansısa rolu olubmu?  

 

- Sadıq yadımdadır, nənəsi yox (gülüş). Ancaq bu o demək deyil ki, Əkrəm Əylisli mənə təsir etməyib. Edib, əlbəttə. Çox edib. Bu romanda da Əkrəmin yaxşı mənada izlərini sezmək mümkündür. Ancaq Əkrəm nənə ilə bu cür davranmağa ürək eləməzdi. Onda nənə daha müqəddəsdir. Yadımdadır, Əkrəm müəllim “Şəkil” hekayəsi haqqında mənə demişdi ki, nəvənin öz babasını kor eləməsi ilə bağlı tapıntın dahiyanədir, ancaq qocaya etdiyin istehzanı ordan yığışdırsan yaxşı olar. Təbii, mən onu etmədim. Çünki Əkrəm müəllim o qocanın yerində bir az da özünü görmüşdü və o müqəddəsliklə zarafatlaşmağımı, ona kölgə salmağımı qəbul edə bilməzdi. Burda da oxşar vəziyyətdir. Əkrəm o cür nənə yaratmaz, istəsə belə yarada bilməz. Bu sizə asan gəlməsin. Tanrı Əkrəmə başqa “vəyhlər” göndərir. O bu konularda müqəddəsliyə meyllidir.            

 

- Həsən həm də bizim yadımıza Holden Kolfildi salır sanki. Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanının baş qəhrəmanını.Amma sanki Həsən öz yaşından daha böyük, daha ağıllı, həm də çox böyük və çox ağıllı görsənir. Həsən sanki yeniyetmə yox, Şərif Ağayar yaşda bir adamdır. Bunu roman üçün qüsur hesab edirsinizmi?

 

- Həsənin mənəvi sələfləri çoxdur. Koldfid də var bir az, təbii ki... Ancaq çox fərqlidirlər. Kolfild üsyankardır, Həsən yox. Situasiyalar da fərqlidir. Onları birləşdirən yalnız təmiz qəlb və istehza ola bilər. Koldfid çox qəzəblidir, daha azaddır və s. Həsən bütün uşaqların oxşarıdır. Misal üçün, onu Ayxan Ayvaza da, Mövlud Mövluda da, Kəramət Böyükçölə də, Qaraca qıza da, “Bir gəncin manifesti”ndəki Bahara da, “Şərikli çörək” filmindəki Vaqifə də, hətta Məti Müəllimin təəbirincə desək, “Nənəm, İliko və İllarion” povestindəki uşağa da, Dostoyevskinin, Mirzə Cəlilin, İsa Hüseynovun balaca qəhrəmanlarına da oxşatmaq olar. Əminəm ki, qəlbimin dərinliklərində bu insanlardan və obrazlardan ona nəsə qarışıb. Pir Sultan Abdal demişkən, “yüz çiçəkdən bal eyləmək” məsələsi... O ki qaldı qəhrəmanın yaşlı adamlar kimi danışmasına, əvvəla mən sırf realist əsər yazmamışam. Müəyyən şərtiliklər qəbul olunmalıdır. İkincisi, Həsənin romandakı yaşı 15-16 olsa da onu nə vaxt qələmə aldığı bilinmir. Biz 50 yaşda da 10 yaşımızdakı hadisələri ironik dillə, onlara münasibət bildirərək qələmə ala və ya danışa bilərik. Üçüncüsü, 15-16 yaşda uşaqlar çox şeylər bilirlər. Sualınız yaxın günlərdə baxdığım Abbas Kiyarustaminin “On” filmini yadıma saldı. Ordakı uşaq lap balacadır, amma anasıyla İrandakı qadın azadlığından danışır... Mən sizdən fərqli olaraq o uşağın içindəki Kiyarustamini səmimi qəbul edirəm və bədii əsərə baxdığım üçün bu şərtiliyi anlayıram. Ədəbiyyat həyatın özü yox, fiksiyasıdır. Onlar arasında bərbərlik işarəsi axtarmaq düzgün deyil.                

 

- Azərbaycan Yaradıcılıq Fondunda romanınızın müzakirəsi keçirildi. Müzakirənin Sim-sim.az saytında çıxan variantını oxudum. Maraqlı fikirlər söylənmişdi...

 

- Orda çox dəyərli insanlar vardı. Açığı, Səfər Alışarlı, Məti Osmanoğlu, Cavanşir Yusifli kimi ciddi mütəxəssislərdən o fikirləri eşitmək məni xeyli sevindirdi. Bilirsən, biz çox çətin şərtlərlə yazırıq. Ədəbiyyatla, heç bir maddi qazanc gözləmədən, fədakarcasına məşğul oluruq. Mən bu romanı hazır olandan sonra işlədikcə hər variantı bir e-mailimdən o birinə atırdım ki, son variant itməsin. Çapa verəndə saydım, 300-dən artıq variantı vardı. Siz bunun nə qədər böyük zəhmət olduğunu təsəvvür edirsinizmi? Və qarşılığında heç bir maddi təminat yoxdur. Əksinə, hardansa pul-para qazanıb roman üçün xərcləmişəm. Belə bir şəraitdə bəzən qəlbindən gələn xoş sözləri də adama deməyə can çəkənlər var. Birdən-birə Səfər Alışarlı kimi ciddi bir mütəxəssis çıxıb deyir ki, biz bu kitab üçün sevinməyi bacarmalıyıq, dünyaya çıxarmağa çalışmalıyıq. Səfər Alışarlıdan, Məti Osmanoğludan, Qismətdən, İradə Musayevadan, Etimad Başkeçiddən bu sözləri eşitmək üçün o romanı 600 variantda da işləməyə dəyərdi. Mənim üçün uğurun ən böyüyü elə budur. Adını çəkdiyim insanların dünya ədəbiyyatından xəbəri yoxdurmu? Var, əlbəttə. Biz bu gün dünyada, xüsusən yaxın coğrafiyamızda yaşıdı olduğumuz heç bir yazıçıdan əskik deyilik. Buna əmin ola bilərsiniz.       

 

- Müzakirədə həm də pornoqrafik səhnələrin təsvirini roman üçün artıq detal kimi qiymətləndirilmişdilər. Siz bu iradla bağlı nə deyə bilərsiniz?

 

- Artıq hesab etsəm, çıxardardım. Ancaq deyilən fikirlərə də hörmətlə yanaşıram. Mən yazanda insanın bütün orqanlarına eyni məsafədən baxıram. Bir cərrah üçün barmaqla “ayıb yerləri”nin heç bir fərqi yoxdur. Yazıçı da bu məsələlərə peşəkar yanaşır, o, etika, əxlaq, milli-mənəvi dəyələr yox, estetika peşindədir. Məncə, romandakı siz deyən açıq-saçıq hissələr əsərin ideyası və məzmunu ilə dərindən bağlıdır. Üstəlik, bu hissələri bədii-estetik səviyyədə yazdığımı düşünürəm.       

 

- Elə həmin müzakirədə qeyd edilmişdi ki,  müasir “izm”lə ayaqlaşmaq naminə Şərifin romanda bəzən məqsədli ezoterizmlərə, gizli “kodlara” can atması mətnin ziyanına işləyir. Sizin bu fikir barədə düşüncələriniz maraqlı olardı.

 

- Romanda elə bir çözüləcək şifrə yoxdur. Sadəcə mənalı bir işarə var, mənası da əvvəlcədən bilinir. Düşünmürəm ki, ezoterikaya getmişəm. Əsərdə lazımı dozada mistika, bir az da mif var, o qədər.  

 

- Bir də əsərin sonluğu barədə. Əsərin sonluğunun nikbin olduğunu deyənlər də var, bədbin olduğunu söyləyənlər də. Sizcə əsər sonluğu nikbindir, ya bədbin?

 

- İlk baxışdan əsər bədbindir. Həsənin şəhəri dağılır, Amanis Xaxas xəndəyiylə üz-üzə qalır. Amma roman böyük mənada bədbin sayıla bilməz. Çünki biz sonumuzun ölüm, yəni Xaxas xəndəyi olduğunu bilə-bilə sevirik, sevilirik, gələcək üçün planlar qururuq və s. Həyat nəticədən asılı olmayaraq maraqlıdır. Onu bütün hallarda sevmək və yaşamaq lazımdır. Həyat romanda zamanın metaforası kimi verilmiş İterü çayı ilə Xaxas xəndəyi arasındakı mücadilədir. Mənim ədəbiyyata inamımla Amanisin Yaşil vadi, Həsənin Arzulardan sonrakı şəhər idealları arasında ciddi fərq yoixdur. Məni də boşluq və yoxluq gözləyir, lakin heç vaxt həvəsdən düşmürəm. Bilirəm ki, əsas nəticə yox, prosesin özüdür. Sizcə bədbinəm? Məncə, deyiləm.     

 

- Sonda... Bilirəm ki, yeni əsəriniz də demək olarhazırdır. Bu əsər nədən bəhs edir, hansı mövzudadır?

 

- Bu barədə hələ ki, danışmayım. Sağlıq olsun...


Rəşad 

Oxşar xəbərlər
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib