"Fatehlərin divanı" 50 seriya çəkilib, Mir Cəfər Bağırovda dayanacaqdı"- MÜSAHİBƏ
Müsahibə
Oxunub: 6349
22 May 2017 | 17:00

Azərbaycan televiziyasında ən orijinal ekran əsərlərindən sayılan “Fatehlərin divanı” televiziya tamaşasının bu yaxınlarda 20 illiyi tamam olacaq. Xalq artisti Ramiz Həsənoğlunun mükəmməl işlərindən biri olan “Fatehlərin divanı” türk millətinin tarixindəki qaranlıq məsələlər və onların Azərbaycana təsirindən bəhs edir. Türkiyəli yazıçı Nejdət Sevincin “Duruşmalar” pyesinin motivləri əsasında hazırlanan ssenarinin müəllifi Xalq yazıçısı Mövlud Süleymanlıdır.  
Ramiz Həsənoğlunun “Fatehlərin divanı” televiziya tamaşası türk dünyasında şöhrət qazandı,  uğurla qarşılandı. 

6 seriyadan ibarət televiziya tamaşası bu gün də Türkiyə və Azərbaycanın  televiziya kanallarında göstərilir. 

Fuad Poladov,  İlham Əsgərov, Ramiz Novruz, Sənubər İsgəndərli, Məmməd Səfa Qasımov, Vidadi Həsənli, Vaqif Əsədov, Fərhad İsrafilov kimi peşəkar aktyorların çəkildiyi televiziya tamaşasının əsas məqsədi Azərbaycanın minillik tarixinə güzgü tutmaq idi. Təəssüflər ki, müəyyən səbəblərdən bu baş tutmadı. Cəmi 6 seriya tamaşaçıların görüşünə gəldi. 

Tamaşanın müəllifi Xalq artisti Ramiz Həsənoğlu “Fatehlərin divanı” ilə bağlı Moderator.az   saytına geniş müsahibə verib, bir çox maraqlı məqamlara toxunub:

-Hərdən jurnalistlər  müsahibələrdə “hansı işiniz daha uğurludur” sualını verirlər. Bacardığım qədər bu sualdan qaçmağa çalışıram. Çünki hər işin həm qüsurlu, həm də yaxşı tərəfləri ola bilir. Sizinlə bu günlərdə 20 illiyi olacaq “Fatehlərin divanı” haqqında danışırıq. Bütün çəkdiklərimə sonradan baxanda onlarda nəsə əlavələr etmək istəyirəm. “Fatehlərin divanı” bu mənada ən az əlavə etmək istədiyim ekran işi olub. Orada demək olar, bütün kompanentlər yerli-yerindədir. İstər ssenari, istər rəssam, operator, istərsə də aktyor işi baxımından peşəkarlar bir araya gəlmişdi. Bütün bunları bir araya gətirən,birləşdirən  şəxs isə rejissordu. O prosesi çox aydın şəkildə hamıya izah etməldir ki, sonda ortaya yaxşı iş qoysun. Nə yaxşı ki,  o zaman bir araya gılib bu işi gördük. 

HAŞİYƏ-1: 6 hissəli televiziya filmi olan “Fatehlərin divanı” türk tarixinə, onun üzləşdiyi faciələrə, bu faciələri meydana gətirən böyük xətalara güzgü tutur. Türkün türkə qılınc çalması, Teymurun 1402-ci ildəki Ankara döyüşündə İldırım Bəyazidi məğlub etməsi əslində, tək Osmanlının yox, elə hər iki nəhənhg imperiyanın, bir sözlə böyük Turanın məğlubiyyəti idi. Lakin bu sonradan dərk olundu. Artıq Qərb missionerləri öz işini görmüş, iki qardaşı bir-birilə üz-üzə qoymuşdu. Tariximizin müxtəlif səhifələrinə eyni aqibət yenidən yaşanacaqdı. “Fatehlərin divanı” türkçülük tarixinin bu böyük xətalarını və onun mənfur nəticələrini ustalıqla izah edirdi.

-“Fatehlərin divanı” televiziya tamaşasının yaranma tarixçəsinə toxunaq. Necə oldu ki, belə bir fərqli layihəni ekranlaşdırmaq qərarına gəldiniz?

-1994-cü il idi... İstanbula səfər etmişdik. Türkiyənin TGRT telekanalında Ömər Çalışkan adlı dostum çalışırdı. O, mənim iş üslubum və istiqamətimi yaxşı bilirdi. “Topal Teymur” televiziya filmimə də baxmışdılar. O və yaxın dostu, prodüsser Seyfi Şirin mənə Topal Teymurla bağlı bir dram əsəri haqqında danışdılar.  Dedilər, bizdə də belə bir əsər var. Amma müəllifi Nejdət Sevinc onu teatr üçün yazıb. Sual  verdilər ki, siz bizimlə birlikdə çalışıb onu televiziya üçün hazırlamaq istərdinizmi? “Bəli” cavabını verdim. Sonra əsəri oxudum və çox bəyəndim. İki hissədən ibarət idi: birində Teymurləng, o birində isə Osmanlı sultanı IV Murad dövründəki baş vəzir  Merdifonlu Qara Mustafa mühakimə edilirdi. Merdifonlu Mustafa Vyana mühasirəsi zamanı  igidlik göstərən, lakin iftira nəticəsində təxribata uğrayan tarixi şəxsiyyət olub. Osmanlı ordusu Vyananı mühasirəyə alan zaman daxildə bəziləri  satqınlığa baş vurur. Osmanlının düşmənləri Krım xanı və polyak kralı ilə iş birliyinə girirlər. Nəticədə Osmanlı ordusunun özü mühasirəyə düşür. Amma Merdifonlu Mustafa ordunu belə çətin şəraitdə mühasirədən çıxarır. Sultan bunun üçün ona xələt də bağışlayır. Sonradan Qara Mustafa ilə bağlı müəyyən təxribatlar hazırlayıb, sultana yanlış məlumatlar çatdırırlar. Sultan onlara inanıb Qara Mustafanı həbs etdirir. Daha sonra da edamına fərman verir. O zaman Mustafa sonradan çox məşhurlaşan, dillər əzbəri olan sözlər deyir. “Boynumuz qıldan incədi, Allah dövlətimizə zaval verməsin”deyərək, boynunu  cəllada təslim edir. 

Bu, sırf türk dövlətinin daxili çaxnaşması idi. Amma Əmir Teymurla bağlı hissədə   daha böyük coğrafiya-Mərkəzi Asiya, Türküstan, Böyük Turan məsələləri var idi. 

Təəssüflər olsun ki, bizim TGRT ilə iş birliyimiz   alınmadı. Dedilər, Türkiyədə iqtisdadi böhrandı  və bu səbəbdən bütün layihələr dayandırılıb. Amma biz artıq bu işlərə başlamışdıq, rəssam işləri görülmüşdü. Aztv-nin o zamankı sədri Babək Hüseynliyə müraciət etdik, Allah ona rəhmət eləsin, bizdən yardımını əsirgəmədi. Dedi ki, həmin televiziya filmini elə biz çəkək. Tamaşanın Azərbaycan tarixi ilə bağlılığını artırmaq üçün müəyyən təkliflər irəli sürdük. Babək müəllimin də tövsiyyəsi ilə yazıçı Mövlud Süleymanlı işə cəlb edildi. Ssenarini yazdı, biz düz bir il həmin ssenari üzərində işlədik. Mövlud ssenaridə daha qədim zamanlara-Orxon Yenisey dövrünə gedib çıxdı. Nejdət Sevincin əsərində heç belə motivlər yox idi. Yeni obrazlar əlavə etdik və “Fatehlərin divanı”nın Azərbaycanla bağlılığını inkişaf etdirdik. Teymurla bağlı hissəni 6 seriyaya yerləşdirə bildik. Türkiyə üçün hazırladığımız versiya isə 4 seriyaya sığdı. Çünki türklər bizi bu layihədə  tam tərk etmədilər. Onlar sonradan dekorasiya və geyimlərdə bizə xeyli köməklik göstərdilər. Qəhrəmanların geyimlərini gedib oradan gətirdik. 

Image

Əsərin ikinci  hissəsini hazırlamaq istəyirdik ki, Aztv-də rəhbərlik dəyişdi. Müəyyən məsələlər meydana çıxdı. Amma biz artıq Merdifonlu Mustafanın geyimini də hazırlamışdıq. Həsən Turabovu o rola çəkəcəkdik. Amma qismət olmadı. 

HAŞİYƏ-2: “Fatehlərin divanı” tamaşaçısı öz tarixi ilə görüşdürür. Burada heç bir hərəkət yoxdu. Lakin tamaşaçı özünü yüksək dinamik proseslərin içində hiss edir. Çünki bu onun tarixidir. Hesab çəkən də, hesaba çəkilən də onun millətinə məxsusdur. Oğuz xan, Bilgə xaqan, Alp Arslan və Atilla Əmir Teymuru divana çəkir. Bəzi xətalarına- yol versiyi siyasi səhvlər və qardaş qanı, günahsız minlərlə insanın ölümünə görə onu mühakimə edirlər. O isə Teymurdu. Hadisələrə özünəxas şəkildə yanaşır, konkret cavablar verir... Bəzən, tarixi günahlandırır, bəzən isə tarixi yazanları... Amma təkcə onunla iş bitmir ki. “Fatehlərin divanı”nın da əsas missiyası Teymurdan sonra başqa fatehləri ”“Uzun Həsən, Şah İsmayıl Xətayi və başqalarını divana çəkmək idi. Lakin bu alınmadı...

-Deməli, “Fatehlərin divanı”nın növbəti seriyalarına da hazırlaşmışdınız. Bəs, işin axıra kimi həyata keçməməsi tamaşanın taleyinə nə kimi məfi təsir göstərdi?

-Ümumiyyətlə, “Fatehlərin divanı” 50 seriya olacaqdı. Teymur və Qara Mustafadan sonra Uzun Həsən və başqa tarixi qəhrəmanlar mühakimə ediləcəkdi. Amma təəssüf ki, bu ideya baş tutmadı. Buna çox üzülürəm. Biz tariximizin hər dövrünə bu yolla işıq salacaq, ta ki Mir Cəfər Bağırov dövründə dayanacağdıq. 

Mir Cəfər Bağırov dövründən danışarkən , Stalini də  çağıracaq, onlara da lazımı suallarımızı ünvanlayacağdıq.  Həmçinin, Məhəmməd Əmin Rəsulzadə dövründən danışan zaman başqalarını dəvət edəcəkdik. Bu möhtəşəm bir iş olacaqdı. Televiziya tamaşası haqqında xeyli gözlər sözlər eşitdik. Bir tarixçi də belə bizə hər hansı irad bildirmədi. Əksinə, xeyli təriflədilər. Dəfələrlə, ard-arda bir neçə gün televiziya ekranlarında göstərildi. Təəssüf ki, “prime-time” zamanl yox, gecə saat 12-dən sonra.Buna baxmayaraq,  yenə də tamaşaçılar oturub filmi izləyirdilər.Bir dəfə  Akif İslamzadə zəng vurub demişdi ki, Hollivud səviyyəsində filmdi. 

Elmin

Amma bəla burasındadır ki, vaxtaşırı sənətin başına sənətə dəxli olmayan adamlar qoyurlar və nəticədə sənət gəlib bu şəkil alır. Çox təəssüflənirım ki, bi möhtəşəm layihəni davam etdirə bilmədik.

-Sizin əlavələriniz nələr oldu? Bu əlavələr müəyyən tarixi təhriflərə yol açmadı ki?

-Şaman Börküyarıq və Güntəkinlə bağlı bütün dialoqlar, səhnələrin hamısını ssenariyə Mövlud Süleymanlı əlavə edib. Burada da Azərbaycanla bağlı qolun inkişafına xüsusi diqqət ayrılıb. Dümanın bir sözü var. Deyir ki, tarix mənim üçün divardan paltar asmaq üçün mismar rolunu oynayır. Bu, əlbəttə ki, elmi monoqrafiya deyil. Bədii mətndə fikri daha yaxşı çatdırmaq üçün müxtəlif tarixi qəhrəmanları müxtəlif dövrlərə gətirimək olar. Əsas odur ki, həmin əlavələr yerli-yerində işlənsin. Məsələn, “Fatehlərin divanı”nın ikinci hissəsində Yaşar Nuri ərəb meyxanaçısını oyanıyır. O, divandan ayrılarkən, Füzulidən bir qəzəl oxuyur. Aydın Talıbzadə bunu irad kimi göstərsə də, həmin element yerinə düşdüyü üçün qüsur saymamışdı. Bildiyimiz kimi, Teymurun dövründə yaşayan Bağdadlı ərəb meyxanaçısı heç zaman  200 il sonranın şairi Füzulidən sitat gətirə bilməzdi. Amma əsas olan mahiyyətdir, epizodun təbii alınmasıdır. 

-Bəs orada Teymurun adına bağlanan bir çox tarixi hadisələr var. Şam və Bağdad şəhərlərini dağıtması, insanları diri-diri xəndəkdə basdırması var s.  Onlar Türkiyəli müəllifə məxsus idi?

-Bəli, o hadisələrin hamısı Nejdət Sevincin “Duruşmalar”ında təsvir edilib. Bizim əlavələrimiz isə yalnız daha qədim zamanlara getmək, şaman və Gültəkini əlavə etmək və Azərbaycanla bağlı xüsusi qolu yaratmaq idi. Nejdət Sevinc ilk dəfə “Fatehlərin divanı”na baxanda nəsə narazı qaldığı məqamlar olmuşdu. Azərbaycan tarixi ilə bağlı əlavələr, şaman xətti və s. ona xoş gəlməmişdi. Bir az qısqanclıqla yanaşmışdı. Amma sonradan bu tamaşanın səs-sorağı çox yerlərə gedib çıxdı. O zaman onun özünə xeyli təşəkkür etmişdilər. 

-“Təəssüflər ki, iş yarımçıq qaldı. Böyük layihənin davamı gəlmədi. Amma cəmi 6 seriya belə “Fatehlərin divanı”nı 20 ildir ki, yaşadır. Layihəni bu qədər uğurlu edən başqa hansı səbəblər var idi?

-“Fatehlərin divanı”nın daha bir uğurlu tərəfi də orada çox yaxşı aktyor və operator işinin olması idi. O zaman kinolent də pis vəziyyətdə idi. Çəkmək indiki kimi rahat deyildi. Biz bir kadrı üç rakursdan çəkirdik. Film üslubu ilə lentə alırdıq ki, bu da kifayət qədər vaxt aparırdı. Ona görə də çəkilişlər bir il vaxt apardı. Hər şeyin çox yaxşı alınmasına diqqət edirdik. Operator Eldar Məmmədovun işinə, işıqla necə ustalıqla işləməsinə isə söz ola bilməzdi. Ukraynalı məşhur operator , o “Azərbaycanın səsi” layihəsini çəkən zaman Eldar Məmmədovla görüşmüşdü. Məhz “Fatehlərin divanı”ndakı işinə görə onun qarşısında baş əymək lazım olduğunu demişdi. 

Çəkilişlərdə xeyli çətinliklər yaşadıq. Müəyyən müddətdən sonra Oğuz xan, Atilla və Alp Arslanı oynayan aktyorlar (Fərhad İsrafilov,  Vidadi Həsənli və Məmməd Səfa Qasımlı) teatrlarındakı çəkilişlərə görə pavilyondan ayrıldılar. O zaman mən işləri yarımçıq saxlamamaq üçün onları Vaqif Əsəfov, Sabir Məmmədov və Ramiz Novruzla əvəzlədim. 

-Çəkiliş zamanı nə kimi maraqlı hadisələr yaşandı?

-“Birinci seriyada şaman rəqsi, ruhların çağırılma məsələsi var idi. Adını da əvvəlcədən ruhların divanı qoymuşduq. Biz ruhları çağırmağa başlayanda qəribə, mistik hadisələr baş verdi. Texnika sıradan çıxırdı, sanki gücü çatmırdı. Təbii ki, çəkiliş meydançasında belə hallar ola bilər. Amma təsəvvür edin ki, 3 aya olacaq işlər bir günün içində yaşandı. Gah qəfildən lampa partladı, işıqda problem yarandı, gah kamera sıradan çıxdı və s.
Biz çox məəttəl qaldıq. Fikirləşdik ki, nə edək, nə etməyək, axırda qərara gəldik ki, bir fatihə oxuyaq. Başladıq “Fatihə” oxumağa. 
Ondan sonra gərginlik azaldı. Mən ümumiyyətlə, belə mistik hadisələrə inanıram. Eyni hadisə bir dəfə də  çəkiliş zamanı başıma gəlib”. 
(ardı var)
Elmin Nuri

Oxşar xəbərlər
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR