“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
Oxunub: 1405
15 May 2017 | 12:48
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”


İnnovativ layihələri ilə seçilən Qərb Universiteti istər akademik, istərsə də infrastruktur bazasını möhkəmləndirir və bu təhsil ocağının yeniliklərə açıq olduğu artıq təsdiqlənib.

Universitetdə hansı işlərin aparıldığı, tələbələri hansı yeniliklərin gözlədiyi barədə Universitetin yeni rektoru, elmlər doktoru Andris Leitasın müsahibəsi:

- Qərb Universiteti ölkənin ilk özəl universitetlərindən biridir. İllər ərzində universitetin keçdiyi yol barədə artıq xeyli məlumatınız var. Universitetin keçmişini necə xarakterizə edərdiz, nə kimi nailiyyətlər əldə edilib?

- Hər şeydən öncə onu deməliyəm ki, Qərb Universiteti üçün yenilənmə, yeni dövrün çağırışlarına doğru irəliləmək bütün dövrlərdə prioritet olub. Ümumiyyətlə, təhsil sistemi real praktikanı qabaqlamalıdır. Məhz bu yanaşmanın nəticəsidir ki, Qərb Universiteti daim yeniliklərlə seçilib, bir çox istiqamətlər üzrə flaqman kimi çıxış edib.

Qərb Universiteti UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, Beynəlxalq İnzibati Elmlər İnstitutunun və “Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvüdür və dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. 
Bu günə qədər universitet çoxlu sayda beynəlxalq layihələrdə iştirak edib və akademik proqramlarını təkmilləşdirib.

Universitet akademik çevrədə böyük nüfuza malikdir və bakalavr pilləsi ilə yanaşı magistr və doktorantura səviyyəsində də çox spektrli tədris proqramı təqdim edir.

Bu gün bu proses bir qədər diversifikasiya edilib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub. Başlıca məqsədimiz təhsilin yeni tələblərə uyğun formalaşdırılması və bugünkü iş bazarına uyğun kadrların yetişdirilməsindən ibarətdir.


- Universitetin təhsil keyfiyyətini onun məzunlarının karyera uğurları göstərir. Aydın məsələdir ki, məşğulluq bu gün dünyanın bütün ölkələrini narahat edən problemdir. Sizcə Qərb Universitetini bitirən gənclər öz karyeralarında nə qədər uğurlar əldə edə bilirlər və bu uğurların əsasında nələr dayanır?

- Yüksək nizam-intazam, şəffaf təhsil sistemi və obyektiv qiymətləndirmə ilə yanaşı, xarici dillərin yüksək səviyyədə tədrisini qeyd etməliyəm. Prioritetlərimizdən biri odur ki, tələbələrimiz ən azı üç xarici dili yüksək səviyyədə mənimsəsinlər. Bu, onlara müxtəlif elm sahələri ilə bağlı xarici dillərdə olan ədəbiyyatlarla tanış olmağa, daha geniş spektrdə bilik və bacarıqları mənimsəməyə imkan yaradır.

Universitetin siyasəti ondan ibarətdir ki, milli iqtisadiyyatın tələb etdiyi peşəkar mütəxəssislər hazırlasın. Bunu uğurla həyata keçirmək üçün biz əmək bazarını diqqətlə təhlil edirik və təlim proqramlarımızı tələblərə uyğunlaşdırırıq.

Qeyd edim ki, universitetin tələbələri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Bu 1999-cu ildən fəaliyyət göstərən Tələbə Xidməti Mərkəzi tərəfindən edilir.

Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardım edir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir, müxtəlif sahələrə dair təlimlər, treyninq və seminarlar təşkil olunur. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olmuşdur.

Universitetimiz istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkili üçün tədbirlər də görür. Tələbələrin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələrini təmin edir.

Universitetin karyeralarında çox böyük nailiyyətlər əldə etmiş xeyli sayda məzunu var. Onlar Azərbaycanda, eləcə də beynəlxalq qurumlarda mühüm vəzifələr tuturlar. Məsələn, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, ADA Universitetinin prorektoru, BP-in Houston ofisində aparıcı hüquq müşaviri, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri, “Microsoft” şirkətinin baş meneceri, Azərbaycan-Amerika Şurasının direktorlar şurasının üzvü və Texas ştatında bu təşkilatın vitse-prezidenti kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərb Universitetinin məzunudur.

Universitetin təhsil proqramları ABŞ və Avropanın aparıcı tədris ocaqlarının mütəxəssisləri ilə birgə işlənib hazırlanıb. Bu proqramlar daimi olaraq yenilənir və yeni dövrün çağırışlarına uyğunlaşdırılır. Nüfuzlu xarici universitetlərdən mütəxəssislər mühazirələr üçün mütəmadi olaraq universitetimizə dəvət olunur.

- Ümumilikdə, universitetin beynəlxalq portnyorluq əlaqələri hansı səviyyədədir?

- Hazırda Qərb Universitetinin beynəlxalq şəbəkəsi Koventri, Suonsi, Lodz, Tomas Bata, İndiana, Kanzas, Notinqem Trent və Kent Universitetləri, həmçinin Saloniki ATEİ, Viana do Castelo Politexnik İnstitutu və 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus - tələbə mübadilə proqramı və akademik mobillik daxildir.

Biz daim səmərəli və davamlı əməkdaşlıq üçün yeni partnyorlar axtarışındayıq. Belə qlobal yanaşma tələbə-müəllim heyətimizə elmi bacarıqlarını inkişaf etdirmək, beynəlxalq təcrübə ilə təmin olunmaq imkanları yaradır.

Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir. Belə ki, Universitet 2015-ci ildən Böyük Britaniyanın “Koventri”, 2016-cı ildən bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi”, İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Çexiyanın “Newton College” Universitetilə birlikdə ikili diplom layihələrini həyata keçirir. Yəni tələbə təhsilin bir hissəsini Qərb Universitetində, bir hissəsini isə tərəfdaş universitetdə almaqla bir təhsil müddətinin sonunda iki diplom əldə edir.

Eyni zamanda Avropanın bir sıra ölkələrində yay məktəbləri, müxtəlif kurslar və qısamüddətli proqramlar təşkil olunur ki, bütün bunlar da tələbələrimizə xarici dilləri daha yaxşı səviyyədə mənimsəmək, dünya görüşlərini artırmaq baxımından yeni imkanlar açır.

- Səhv etmirəmsə, universitet yeni istqamətlər üzrə də kadrlar hazırlayacaq. Söhbət hansı yeni ixtisaslardan gedir?

- Bəli, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq yeni ixtisaslar üzrə kadrların hazırlığı indiki dövrün çağırışı kimi qarşımızda durur. Məhz növbəti tədris ilindən etibarən universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq. Konkret olaraq deyim ki, bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə növbəti tədris ili üçün qəbul aparılacaq.

Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.

Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı “Psixologiya” və “Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə bilərlər.

- Bildiyimizə görə universitetdə müasir laboratoriyaların qurulması istiqamətində işlər aparılır.

- Bəli, müasir laboratoriyalar bu günün tələbidir. Qərb Universiteti də bu istiqamətdə yenilənməni, maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların təşkilinə start verilib. Xüsusilə qeyd edim ki, ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Yaxın vaxtlarda universitetdə genetik analizlərin aparılmasına imkan verən laboratoriyanın qurulması məqsədilə cihaz və qurğuların alınması üçün müvafiq xarici şirkətlərlə danışıqlar müsbət nəticələnib.

Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq istərdim. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

- Bu yaxınlarda Qərb Universitetinin yeni imtahan modelinə keçidi barədə məlumatın maraqla qarşılandığını deyə bilərik. Mümkünsə, bir qədər bu barədə.

- Bəli, bu yenilik artıq həyata keçirilməyə başlanılıb. Artıq universitetdə təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Dəyişikliyə əsasən tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edəcəklər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir.

Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.

- Zəngin kitabxana tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Bəs Qərb Universitetinin kitabxana fondu nə qədər zəngindir?

- Hazırda universitetin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxanada təkcə ingilis dilində 16 000-dən çox ədəbiyyat mövcuddur. Belə ki, universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Universitetin kitabxana fondunun zənginləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, müasirləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.

Eyni zamanda dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkəti ilə bu yaxınlarda əməkdaşlıq əlaqələri qurulub, bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama