Suriyalı tələbə: “Anam deyir, azərbaycanlı qızla evlənməyin” ”“ MARAQLI SƏBƏB
Oxunub: 23675
15 May 2017 | 12:37
Suriyalı tələbə: “Anam deyir, azərbaycanlı qızla evlənməyin”  ”“ MARAQLI SƏBƏB
“Suriyada hicabsız qadın görməzsən. Yolla gedirsən,  hamı qapqara geyinib. Bakıda isə qızlar rəngarəngdir. Biz bura köçəndə anam da bütünlüklə qara niqab geyinirdi. Hamı  qəribə baxırdı anama. Sonra niqabını çıxartmalı oldu”.
 
Müsahibimiz Azərbaycan Texniki Universitetində hazırlıq kursunda oxuyan suriyalı, 18 yaşlı Yasir Tabbaadır. Artıq 16 ildir ki, ailəsi ilə Bakıda yaşayır. Ailədə 7 nəfərdirlər ”“ atası, anası, bacısı, 3 qardaşı və özü. Özündən yaşca böyük qardaşı Azərbaycan Tibb Universitetində əczaçılıq fakültəsində təhsil alır. Bacısı isə ərəb dili məktəbində oxuyur.
 
Yasir deyir ki, atası Suriyada işsiz olduğu üçün bura köçmək qərarına gəliblər.
 
- Atam Suriyada işləmirdi. Çətin dolanırdıq.  Dostlarının köməyi ilə burda iş tapdı. İndi gündüzlər parket satır, axşamlar da taksi sürücüsü işləyir. İraqdan çoxlu turistlər gələndə atam onlara şəhəri gəzdirir. Normal dolanırıq, çətinliklərimiz də olur. Burda taksidən istifadə edənlər də azdır. Yəqin, taksi bahadır deyə minmirlər. Bir dəfə də atama hədə-qorxu gəlib telefonunu oğurlamışdılar.  Anam məktəbdə ərəb dili müəlliməsi işləyir.  Bakıda yaşamaq rahatdır. Nəqliyyat o qədər baha deyil, metro var, hər yerə gedirsən. İnsanlar adama çox kömək edirlər.  
 
“Birdə gördün yuxarıdan zibil atdılar ya da su damcılayır...”
 
Yasirgil 16 ildir, kirayədə yaşayırlar. Müsahibimiz bizimlə qonşularından da danışır.
 
- Qonşularımızla elə də ünsiyyətimiz yoxdur. Anam da dili bilmir deyə heç kimlə danışmır. Əvvəl başqa yerdə birinci mərtəbədə qalırdıq. Bir ay yaşadıq cəmi. Onda qardaşlarım balaca idi. Qonşular şikayət etdi ki, uşaqlar səs salır. Polis çağırdılar, çıxartdılar bizi evdən. Arada olurdu, yuxarıdan başımıza zibil tökürdülər. Birdə görürdün su damcılayır. Qonşular arasında belə problemlər olur. ( gülür)
 
“Dedim, niyə gülürsən, hələ təzə öyrənirəm də...”
 
Yasir Azərbaycan dilini səlis bilir. Amma bura təzə gəldiyi  vaxtlarda o da danışığı ilə gülüş obyekti olubmuş.
 
- İki yaşımdan burdayam. Azərbaycan dilini dostlarımla ünsiyyət zamanı öyrənmişəm. 5-6 yaşım olardı, dili hələ bilmirdim. Həyətdə qardaşımla top oynayırdıq. Bir oğlan da gəlib bizimlə oynadı.  Qapısına qol vurduq, xoşuna gəlmədi. Dalaşdıq. Sonra getdi. Birdə gördük ki, oğlanları yığıb gətirib üstümüzə.  Bildik ki, davaya gəlib, tez qaçdıq evə. İndi həmin oğlanla dostuq. Suriyalı olduğum üçün məni itələyən, münasibət qurmaq istəməyənlər olurdu. Bir dəfə Azərbaycan dilində pis danışırdım deyə, uşaqlar məni lağa qoydular. Xətrimə dəydi. Pis oldum. Soruşdum, niyə gülürsən ki, hələ öyrənirəm də. Deyir, gülməlidir, neyləyim?
 
Evdə ancaq atamla mən Azərbaycan dilini bilirik. Atam rus dilində də danışır. Qardaşım ingilis dilində təhsil alır, bacımla anam ərəb dilində danışırlar. Mən də ingilis və Azərbaycan dillərini bildiyim üçün rus dilini də öyrənmək qərarına gəldim. Dil bilmək mənə lazım olacaq. 
 
“Elə qızla evlən ki, nə danışdığını başa düşüm...”
 
- Anam Azərbaycan dilini başa düşmür deyə, bizə də tapşırıb ki, azərbaycanlı qızla evlənməyin. Soruşuram, niyə?  Deyir, istəyirəm elə gəlin olsun ki, nə danışdığını başa düşəm.  Yoxsa hər kəs öz istədiyini danışacaq, aləm qarışacaq bir-birinə. (gülür) . Yəni anam razı deyil azərbaycanlı qızı sevib almağımıza. Deyir ki, gedəcəyik  Suriyadan evlənəcəksən. Atam isə kimi sevsəm onunla evlənməyimə razıdır. Amma hələ bu haqda düşünməmişik. Qərar verməmişəm, gedib orda evlənəcəyəm, ya burda.
 
“....bilmirik, dağıdıblar, ya hələ də durur”
 
Yasirin ana tərəfdən bütün qohumları hələ də Suriyada yaşayır. Bura gəlmək istəsələr də, evlərini qoyub gələ bilmirlər. Hələ də ümidləri var ki, Suriyada vəziyyət yaxşılaşacaq.
 
- İndi Suriyada xalalarım, dayılarım, nənəmgil qalır. Hər gün təhlükə altında yaşayırlar. Çox qorxurlar. Anam onlar üçün çox narahatdır. Neçə dəfə deyib ki, köçün gəlin bura. Amma “evimizi buraxıb gələ bilmərik. Birdən gələrik, bu ev də əlimizdən çıxar” deyirlər.  Hələ də ümidləri var ki, vəziyyət yaxşılaşacaq. Həm də pulları yoxdur bura gəlməyə.  Orda təhsil də yaxşı deyil. Dayım uşaqları məktəbə gedir, müharibəyə görə bir gün dərs olur, iki gün olmur. Anam gündə neçə dəfə telefonla onlarla əlaqə saxlayır. Çox darıxmışam onlar üçün. Bizim də orda evimiz var, amma bilmirik, indi dağıdıblar, ya hələ də qalır. Axırıncı dəfə 7 yaşımda getmişdim ora.  Suriyada vəziyyət yaxşı olsa, təhsilimi bitirib gedərəm.
 
“Axşam 10-dan sonra çölə çıxmaq olmaz”
 
- Atamgil axşam saat 10-dan sonra  bayıra çıxmağa icazə vermir. Deyirlər ki, biz burda qonağıq, davranışlarınıza da diqqət edin.
Bacımın bir rəfiqəsi var, bir-birinin evinə gedib gəlirlər. Amma tək harasa gedib gəzməyinə icazə vermirik. Suriyada qızın tək harasa getməsi qəbul edilmir. Burda fərqlidir. İlk dəfə şəhərdə tək gəzən qız görəndə bizə qəribə gəlirdi. Qardaş olsam da, bacımın işinə qarışmıram. Atam var, nə lazımdırsa, o deyir. Bacımın azərbaycanlı oğlanla evlənməyinə gəlincə isə əsas adamdır. Yaxşı adam olsa, niyə də olmasın?!
 
“Azərbaycan yeməklərini yeyə bilmirəm”
 
Yasir bizim mətbəxin yeməklərini elə də xoşlamadığını etiraf edir.
 
- Burda bir-iki dəfə dostlarımın evinə qonaq getmişəm. Azərbaycan yeməklərini xoşlayıram, amma biz bu cür yeməkləri yemirik, çox xoşumuza gəlmir. Bilmirəm, niyə?! Bir dənə dolmanı bəyənmişəm, bir də vermişel. Sizin yeməkləri elə də bəyənmirəm.
Artıq neçə ildir burda olsaq da, anam hələ də Azərbaycan mətbəxini öyrənə bilməyib.
Evdə ərəb yeməkləri bişirir.
 
“Suriyada yanında qızla yol getdinsə, döyürlər”
 
- Suriyada bir qızla gəzdinsə, ya hansısa qıza söz atdınsa, tutub döyürlər. Burda hələ ki elə şey görməmişəm. Bakıda oğlan qızla sərbəst gəzə bilir, danışa bilir.
 
Təhsilini başa vurduqdan sonra kompüter mühəndisi olmaq istəyən Yasir burda sülh şəraitində və azad yaşadıqları üçün çox rahatdır . (lent.az)
Oxşar xəbərlər
08:45, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:55
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:55
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb