Qarabağ səmasındakı qatı barıt qoxusu - sülh şansları azalır
Oxunub: 1538
24 Apr 2017 | 12:01
Qarabağ səmasındakı qatı barıt qoxusu -  sülh şansları azalır
Vasitəçi dövlətlərin işğalçı ölkəyə loyal münasibəti bölgədə müharibə ehtimalını günbəgün gücləndirir; nazirlərin Moskva görüşündən sonra da danışıqların “donu” açılmaya bilər; rusiyalı publisist: “Erməni lobbisini Qarabağ ermənilərinin yoxsulluq içində və müharibə vəziyyətində yaşaması maraqlandırmır...”

İlin 4-cü ayı başa çatmaq üzrədir. Ancaq Dağlıq Qarabağ danışıqlarında hələ də ciddi tərpəniş yoxdur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən ay regiona etdikləri səfər də nəticəsiz başa çatdı. Vasitəçilər sülh prosesi ilə bağlı nikbin bəyanatlar versələr də, prezidentlərin növbəti görüşündən danışsalar da, bu bəyanatlar elə bəyanat olaraq qaldı.

Əsas səbəb dəfələrlə deyildiyi kimi, həmsədrlər səviyyəsində işğalçı Ermənistana ənənəvi, dözümlü yanaşmanın qalmasıdır. Təcavüzkar ölkə də bu yanaşmadan məharətlə yararlanaraq, illətdir sülh danışıqlarında təxribatçı mövqe tutur, nizamlama prosesini sabotaj edir. Dağlıq Qarabağla bağlı BMT-nin, digər mötəbər beynəlxalq təşkilatlarım qəbul etdiyi məlum qərar və qətnamələrini qulaqardı edir. 
Nəticə ortadadır: bu gün konflikt zonasında müharibə riski yüksək olaraq qalır. Üstəlik, havaları istiləşməsi ilə bu risk günbəgün bir az daha böyüməkdədir. Yaranmış durumdan yeganə çıxış yolu yenə də danışıqlar prosesini hansısa səviyyədə bərpa eləmək, sülh nizamlanmasına inamı bərpa eləməkdir.

***

Bu arada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş aprelin 27-də Moskvada reallaşa bilər. Başqa bir mənbə isə sayta xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Elmar Məmmədyarovun özü də ötən ay Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlamışdı.
Necə deyərlər, heç olmayan danışıqlardansa, nəsə olması yaxşıdır. “İstənilən pis sülh müharibədən yaxşıdır” tezisini də ciddiyə alsaq, ümid eləmək qalır ki, nazirlərin görüşü hansısa daha mühüm və yüksək səviyyəli görüşə, yeni mərhələyə zəmin yaradacaq. Söhbət prezidentlərin ötən ilin iyunundan üzü bəri reallaşa bilməyən təmasından, dondurulmuş prosesin donunu açmaqdan gedir. Ancaq görüş xətrinə görüş də heç kimə lazım deyil - ələlxüsus ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycana. Rəsmi Bakı bunu dəfələrlə açıq şəkildə bəyan da edib.
Situasiya isə həqiqətən çevik addımların atılmasını tələb edir. Bəs bunu kim etməlidir? Siyasi analitiklərin məsələyə baxışlarını təqdim edirik.

***

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycanın hərbi təlimlər keçirilməsi və bu yöndə atılan addımlar müsbət hal kimi qiymətləndirilməlidir.

“Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır. Qərbin də açıq tələbi o oldu ki, SSRİ-nin varisi kimi Rusiyanın münaqişənin həllini öz üzərinə götürməməsi çox təhlükəli tendensiyaya çevrilə bilər. Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir. Ancaq Moskvanın xeyir-duası ilə dolayı yolla Serj Sərkisyanın ”müharibə partiyası" Ermənistanda yenidən hakimiyyəti zəbt etdi. Məlum məsələdir ki, onlar status-kvonu uzatmağa çalışacaqlar. Bu isə məsələnin həlli üçün yaranmış əlverişli şəraiti və müsbət addımların atılmasını əngəlləyə bilər", - deyə ekspert qeyd edib.

Politoloqa görə, Rusiya münaqişənin müsbət həllində maraqlı olmalıdır, çünki bu gün regionda iqtisadi, siyasi və daşınmalar planında Qərb üçün ən vacib dövlətlərdən biri Azərbaycandır: “Bu mənada hesab edirəm ki, Qərbin tələbləri və Rusiyanın atdığı addımlar məsələnin həlli istiqamətinə yönəlməlidir. Ermənistana gəldikdə, son parlament seçkiləri göstərdi ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə razı olmayacaq. Qarşıdan yay fəslinin gəlməsi Qarabağda müharibə ehtimalını daha da artırır. Azərbaycan Ordusu ermənilər tərəfindən hər cür təxribatlara qarşı tam ayıq-sayıq olmalıdır. Bir sözlə, vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”.

***

Erməni tərəfinin Qarabağ məsələsində güzəştsiz mövqe tutmasında, sözsüz ki, beynəlxalq erməni lobbisinin və təcavüzkara dəstək verən bəzi Qərb siyasətçilərinin də mühüm rolu var. Fransadakı prezidentliyə namizədlərin, ələlxüsus Fransua Fion və Marin Le Penin Qarabağ məsələsində tutduqları məlum mövqeyi buna sübutdur.

Rusiyalı təhlilçi-publisist Mixail Belyayevin bu xüsusda fikri diqqət çəkir. Musavat.com-un “Vestnik Kavkaza” nəşrinə istinadən verdiyi məlumata görə, onun təhlili məqaləsində deyilir: “Bu gün fransız ultramillətçiləri erməni seçicilərinin səsləri və ianələri uğrunda mübarizədə aqanbekyansayağı tezislərlə silahlanıblar. Onlardan ötrü Dağlıq Qarabağ boş şey, uzaq Asiya məkanındakı bir guşədir - hansını ki, xəritədə belə, çətin ki, tapa bilsinlər. Marin Le Pen və onun tərəfdarlarından fərqli olaraq azərbaycanlılar və ermənilər üçün uğrunda qan tökdükləri və tökməkdə davam etdikləri bu torpaq eyni zamanda onların ölkələrinə öz potensialını reallaşdırmağa imkan vermir. Yalnız ümid eləmək qalır ki, son on illiklər ərzində müharibənin ağrı-acısını kifayət qədər dadmış bu iki Qafqaz xalqı bir həqiqəti başa düşmək üçün yetərincə təcrübə qazanıblar: azərbaycanlıların və ermənilərin taleyi avropalı ultramillətçilərdən ötrü tamamilə maraqsızdır, Dağlıq Qarabağla bağlı mövqelərini isə ultramillətçilər nə qədər özlərinə sərfdir, bir qədər dəfə dəyişəcəklər. Erməni diasporu Dağlıq Qarabağın hətta Fransaya birləşdirilməsini də dəstəkləyə bilər, amma azərbaycanlılar bununla heç yerə yox olmayacaqlar. Ona görə də patriotik ekstazla Le Penin adını çəkməzdən öncə bir sərf etməyən gerçəyi yada salmaq lazımdır: Fransa erməniləri Parisin elit rayonlarında yaşayır, Qarabağ erməniləri isə - yoxsulluq içində və hərbi vəziyyətdə. Və onlar öz yerlərini heç vaxt dəyişməyəcəklər”.

Məsələ də zatən, bundadır. Ancaq əfsuslar olsun ki, bir sıra Qərb siyasətçiləri, daha betəri, dövlətin rəsmi şəxsləri hələ də varlı erməni lobbisinin on illərdir çaldığı havaya oynamaqdadırlar - Güney Qafqazda, Qarabağda sülhü, əmin-amanlığı deyil, varlı ermənilərin paralarını, seçici səsini üstün tutduqları üçün.
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək