1 milyard dollar oğurlayan deputat oğlunun məktubu: "Anam alkaqolik idi, ölüsünü vannada tapdım..."
Oxunub: 12319
22 Apr 2017 | 17:27
1 milyard dollar oğurlayan deputat oğlunun məktubu:
ABŞ məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğlu Roman Seleznyovun barəsində hökm çıxarıb.

Virtualaz.org xəbər verir ki, prokuror kiberdələduzluqda, yüz minlərlə kredit akrtının şifrələrini oğurlayıb internet üzərindən satmaqda ittiham edilən deputat oğluna 30 il həbs cəzası istəmişdi. Vaşinqton məhkəməsi prokurorun tələb etdiyi cəza müddətini cəmi 3 il azaldıb və Roman Seleznyova 27 il həbs cəzası kəsib. Bu, ABŞ ədliyəsinin kiberdələduzluğa görə kəsdiyi ən ağır cəzadır.

Prokuror isə bildirib ki, Roman Seleznyova törətdiyi əməllərə görə hətta ömürlük həbs cəzası düşürdü. Prokurorun bildirdiyinə görə, Seleznyov və ortaqları Vladivostokda, İndoneziyanın Bali kurort bölgəsində klaviatura arxasında oturaraq dünyanın hər yerində minlərlə kompüteri sındırıb, həmin kompüterlərdən milyonlarla kredit kartının şifrələrini ələ keçirib. Sonra şifrələri başqa cinayətkarlara sataraq kartların sahiblərinin milyonlarla dollarının oğurlanmasını təşkil edib. İttiham aktına görə rusiyalı haker oğurladığı kredit kart şifrələrini iki internet-mağazada satışa çıxarmışdı. Nəticədə kredit kart şifrəsi əldə etmək Amazon portalında kitab sifariş verməkdən asan hala gəlmişdi.


Prokurorun ittihamında deyilir ki, Seleznyov bu cinayətkar fəaliyyəti nəticəsində böyük pullar qazanıb və dəbdəbəli həyat sürüb. Vicdanlı vergi ödəyiciləri və maliyyə təsisatları isə onun əməllərindən ciddi ziyan çəkib, bəzilərinin biznesi məhv olub. İttiham aktına görə Seleznyovun fəaliyyəti nəticəsində dəyən zərər 170 milyon dollara yaxındır. Zərərçəkənlər arasında milyonlarla kredit kart sahibləri, 3700-dən çox bank, 500-dən çox şirkət var. Lakin prokurorluq istisna etmir ki, Seleznyovun və onunla əlbir olan kibercinayətkarların əməlləri nəticəsində dəyən ziyanın ümumi məbləği 1 milyard dolları keçə bilər.

Xəbər verildiyi kimi Roman Seleznyov 2014-cü ilin iyulunda Maldiv adalarında ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri tərəfindən yaxalanıb və birbaşa Amerikanın Quam adasına aparılıb. Orandan isə məhkəmə Seleznyovun ABŞ-a etam olunması barədə qərar çıxarıb. O zaman Rusiyanın Dövlət Dumasının deputatının oğlunun həbsi böyük rezonansa səbəb olmuşdu. Rusiyada buna siyasi don geyindirməyə çalışırdılar və bildirirdilər ki, ABŞ xəfiyyələrinin üçüncü ölkənin ərazisinə daxil olub Rusiya vətəndaşını həbs etməsi “adam oğurluğudur”.

 

Məlum olmuşdu ki, Seleznyovun izinə düşən ABŞ xəfiyyələri onu uzun müddət izləyiblər və növbəti dəfə oğurluq pullar hesabına Maldiv kurortlarında dincəlməyə gedəndə onu yaxalamağa qərar veriblər. Maldiv hökumətinin bu əməliyyatda iştirakının olub-olmadığı isə açıq qalmışdı.

Roman Seleznyov yaxalanandan sonra ona qarşı irəli sürülən ittihamları rədd etsə də FTB-nin əlində tutarlı dəlillər var idi və indi həmin dəlillər qarşısında deputat oğlu bütün günahlarını məhkəmədə etiraf edib. BBC rus xidməti Roman Seleznyovun hakimə ünvanladığı və yalvarışlarla dolu məktubunun surətini yayıb. Məktubdan məlum olur ki, rusiyalı haker və kiberfırıldaqçı ona qarşı irəli sürülmüş bütün ittihamları qəbul edib. Dərin peşimançılığını bildirib və nədən bu cür cinayət yoluna qədəm qoyduğunu özünün çətin uşaqlıq dövrü ilə əsaslandırmağa çalışıb.

 

“Mən həyatımda bir çox uğursuz seçimlər etmişəm və bu seçimlərə görə məsuliyyət daşıdığımı dərk edirəm. Mən mükəmməl insan deyiləm və çox pis əməllər törətmişəm. Buna görə ancaq özümü günahkar sayıram! Mən bu əməlləri törətmişəm və indi onlara görə kişi kimi cavab verirəm. Məhkəmə zamanı mən zərərçəkənlərin danışdıqlarını diqqətlə dinlədim. Mən özüm onların halına ağlamaq istəyirəm. Onların bəziləri mənə görə hətta bizneslərini itiriblər. Buna görə özümü dəhşətli dərəcədə pis hiss edirəm, axı mənə görə nə qədər insan ziyan çəkib”-deputatın oğlu yazır.

Roman Seleznyov özünü “çarəsiz insanın yanında böyüyən çarəsiz uşaq” adlandırır. Bildirir ki, onun 7 yaşı olanda kassir işləyən anası qardaşından mənzil satın almışdı. Ancaq mənzilin pulunu tam ödəyə bilməmişdi, buna görə səhərdən axşama qədər çalışırdı. “Anam mağazada kassir kimi işləyəndə mən evdə tək qalırdım. Kompüter texnologiyalarını da təkbaşına öyrənmişəm. Gənc yaşlarımda əlimə elə imkan düşmdüşdü ki, hamı buna görə mənim həyatda çox şeyə nail ola biləcəyimi görürdü”-R.Seleznyov yazır.

 

Deputat oğlunun məktubundan: “Mən böyüdükcə anamın necə içki düşgününə çevrildiyini kədərlə müşahidə edirdim. O, tez-tez alkaqol qəbul edirdi, bəzən dayanmadan bir həftə içirdi. Anam alkaqolik idi. O, məni çox sevirdi və əlindən gələni etməyə çalışırdı ki, məni böyütsün. Mənim ondan başqa heç kimin yox idi, onun aqibətinə görə çox qorxurdum. Faciə mənim 17 yaşım olanda baş verdi. Anam öldü və dünyadan köçdü. Məktəbdən evə gələndə anamı hamam vannasında boğulmuş vəziyyətdə ölüm ayağında tapdım. O, alkaqol zəhərlənməsindən ölürdü. Mən panikaya düşdüm, uzun müddət ağladım, anamı itirmək çox ağrılı idi”.

Qeyd edək ki, Valeri Seleznyov Jirinovskinin patiyası LDPR-dən deputatdır və hələlik ABŞ məhkəməsinin çıxardığı qərara münasibət bildirməyib.

Lakin məhkəmədə prokuror Roman Seleznyovun ABŞ-da həbsdə olarkən atası Valeri Seleznyov və rəfiqəsi Anna Otisko ilə telefon danışıqlarını açıqlayıb. Həmin telefon danışıqlarında Dövlət Dumasının deputatı oğluna ürək-dirək verir və deyirmiş ki, ümidi Donald Trampın prezident seçilməsinədir. Gözləyir ki, Trampın prezident seçilməsindən sonra onun Rusiyaya verilməsi mümkün olacaq. Lakin deputatın Trampa ümidləri özünü doğrultmayıb...
Oxşar xəbərlər
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər