“Yehova şahidləri” Qərb üçün hibrid müharibə alətidir...- Araşdırma
Oxunub: 6149
22 Apr 2017 | 16:43
“Yehova şahidləri” Qərb üçün hibrid müharibə alətidir...-  Araşdırma
Rusiyada fəaliyyətəi yasaqlanmış sekta rəhbərliyi bir daha Azərbaycana üz tutub...

Amma “Yehova şahidləri”nin  ölkəmizdə on illərdir ki, fəaliyyət göstərən üzvləri Qarabağda əllərinə silah alıb erməni təcavüzkarlarına qarşı savaşmaqdan imtina edirlər...

Xəbər verildiyi kimi, Rusiya Ali məhkəməsi  “Yehova şahidləri”nin Rusiyadakı idarəetmə mərkəzinin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edərək onun fəaliyyətini yasaqlayıb. Məhkəmənin  qərarına əsasən sektanın ölkə ərazisindəki 395 şöbəsinin fəaliyyəti dayandırılacaq və onların mülkiyyəti dövlətə təhvil veriləcək. Sözü gedən dini təşkilatın ləğv olunması barədə iddia ilə məhkəməyə Rusiya Ədliyyə Nazirliyi müraciət etmişdi.


ABŞ və Avropa Birliyi isə Rusiya Ali Məhkəməsinin “Yehova şahidləri”ni ekstremist təşkilat adlandırması və fəaliyyətini yasaqlamasını pisləyib. ABŞ-ın Beynəlxalq Din azadlığı Komissiyası (USCIRF) bəyanatında bildirib ki, məhkəmənin addımından “məyus olub, amma təəccüblənməyib”.“Məhkəmənin qərarı, təəssüf ki, indiki Rusiyada hökumətin din azadlığına sayqısızlığını bir daha təsdiqləyir”, ”“ USCIRF sədri Tomas J. Riz bildirib.

Avropa Birliyinin xarici işlər idarəsinin rəhbəri Federika Mogerininin adından aprelin 21-də yayılmış bəyanatda vurğulanır ki, bu qərar “”Yehova Şahidləri”nə qarşı adi ibadət hərəkətlərinə görə belə cinayət işi açılmasını mümkün edir”. AB bütün dini qruplar kimi, “Yehova Şahidləri”nin də sərbəst toplaşma azadlığının təmin olunmasına çağırıb.

Nyu Yorkda mənzillənən “Human Rights  Watch” (HRW) insan haqları qrupu məhkəmənin aprelin 20-də çıxardığı qərarı “Rusiyada din və birləşmə azadlığına dəhşətli zərbə” adlandırıb. Britaniya hökumətinin rəsmisi də bu qərardan “təlaşlandığını” dilə gətirib.  


Rusiyalı politoloqlar və din xadimləri isə Qərb təşkilatlarının “Yehova şahidləri”ni bu cür fəal şəkildə müdafiə etməsini onların Rusiya və ümumiyyətlə, bütün postsovet ölkələrinə qarşı məkrli fəaliyyətinin tərkib hissəsi kimi dəyərləndirib. Politoloq Aleksandr Asafovun sözlərinə görə, hansısa qeyri-ənənəvi dini sektanın “hüquqlarının tapdanması ilə” bağlı ölkələrə təzyiq etmək “qeyri-demokratiklik”də ittiham etmənin sınanmış mexanizmlərindən biridir. Bununla bərabər  Qərb təşkilatlaratları “Yehova şahidləri”ni Bibliyanı təbliğ edən bir qurum kimi təqdim etməyə çalışsalar da, bu belə deyil. Tam əksinə olaraq həmin təşkilat destruktiv bir təriqətdir... 

Rusiya  Pravoslav Müqəddəs Tixon Humanitar Universitetinin dosenti, protoirey Andrey Xvılya-Olinter isə bildirib ki,  artıq bir neçə onillikdir, ABŞ-da “Dünyada dinin beynəlxalq vəziyyəti haqqında” Qanun mövcuddur. Həmin qanuna əsasən  amerikanlar özləri üçün  “vicdan azadlığının pozulduğu” halda   istənilən dövlətin və ictimai birliyin  daxili işlərinə müdaxilə edə bilmək hüququ əldə ediblər. Təsadüfi deyil ki, “Yehova Şahidləri”nin  mənzil-qərargahı və hesablama mərkəzləri  Bruklində, Mərkəzi Kəşfiyyat İdarəsinin də hesablama mərkəzlərinin olduğu bir məkanda yerləşir.  “Yehova şahidləri” Qərb xüsusi xidmət orqanları tərəfindən xristianlığa qarşı təcavüz və  dövlətlər əleyhinə hibrid müharibələr aparılması aləti olan çoxsaylı təriqətlərdən biridir.

Pravoslav ekspert  Kiril Frolov qeyd edib ki,  Rusiya dövləti və cəmiyyəti “Yehova Şahidləri” kimi sektaların anti-bəşəri və anti-milli fəaliyyətinə çoxdan dözürdü. “Bu gün ölkədə, xüsusən Asiya hissəsində yaşayan sekta tərəfdarlarının sayı 1 milyona yaxındır. “Dini təriqətlərin qadaan olunması  Rusiya  cəmiyyətinə yad olan Qərb təbliğatı ilə mübarizədə vacib addımdır...”-deyə ekspert vurğualyıb. O bildirib ki, əgər “Yehova şahidləri” üzvləri bundan sonra gizli fəaliyyət göstərməyə cəhd etsələr, Rusiya CM-nin müvafiq maddələrinə uyğun olaraq 2 idən 6 ilədək azadlıqdan məhrum edilə bilərlər. 
Araşdırmalar göstərir ki, nəinki ənənəvi xristian dininə, eyni zamanda İslama qarşı da fəaliyyət göstərən “Yehova şahidləri” Azərbaycanda da milli və dövlətçilik ənəənələrini sarsıtmaq istiqamətində gizli işlər görür.  Deyəsən, Rusiyadan əlləri üzülən bu sekta rəhbərləri üzlərini Azərbaycana tutublar. Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb. Komitədən  mediaya verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.
Xatradaq ki,  2016-cı ilin noyabrında Moderator.az-a müsahibəsində (//www.moderator.az/news/158275.html) DQİDK-nin sədr müavini Səyavuş Heydərov  “Yehova şahidləri”nin 2002-ci ildə qeydiyyatdan keçdiyini, lakin 2009-cu ildən sonra təkrar qeydiyyata alınmadıqlarını bildirimişdi.  Sədr müavini eyni zamanda fəaliyyətlərində bir sıra qanun pozuntularının olmasına rəğmən  bu təriqətin gələcəkdə ölkəmizdə təkrar qeydiyyata alınmasının mümkünlüyünü də dilə gətirmişdi.


Aktuallaıığını nəzərə alaraq Səyavuş Heydərovla müsahibənin maraqlı məqamlarını yenidən diqqətinizə çatdırırıq:”... “Yehova şahidləri” üzvləri ötən illər bir neçə dəfə  Azərbaycan qanunlarını pozan əməllər törətmişlər. Məsələn, qeydiyyatdan keçməyən ünvanlarda, bəzən küçələrdə, evlərdə təbliğatlar aparmış, qadağan edilmiş dini ədəbiyyatlar paylamışlar. Təbii ki, qanunvericiliyə uyğun olaraq belə hərəkətlərin qarşısı alınmış və hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər məsuliyyətə cəlb edilmişlər.  Ancaq onu da deyim ki, son dövrdə Komitəmizin “Yehova şahidləri”nin istər xaricdəki, istərsə də Azərbaycandakı nümayəndələri ilə görüşləri olub. Onlarla xeyli izahedici söhbətlər aparılaraq  Azərbaycanın qanunlarına əməl etmələrinin vacib olduğu və yalnız bu halda qanuni fəaliyyət göstərə biləcəkləri diqqətlərinə çatdırılıb. Onlar da bizim iradlardan nəticə çıxaracaqlarını, öz fəaliyyətlərini Azərbaycandakı mövcud qanunvericilik bazasına söykənərək quracaqlarını və bundan sonra hər hansı bir qanun pozuntusuna yol verməyəcəklərini artıq vəd ediblər. Hazırda isə “Yehova şahidləri”nin Bakıdakı icmasının təkrar qeydiyyata alınması məsələsinə baxılması nəzərdə tutulur. 


Onu da vurğulayım ki, hər hansı dini icmanın qeydiyyata alınması ona əlavə səlahiyyətlər verilməsi demək deyil. Əksinə, qeydiyyata alınma həmin icmanın qanun qarşısında məsulliyyətini daha da artırır. Belə ki, təcrübə göstərir ki, qanun pozuntuları əsasən qeydiyyatı olmayan icmalar tərəfindən həyata keçirilir. Yəni, “Yehova şahidləri”ni  qeydiyyata almaqla biz onların da məsuliyyətini bir daha artırmış olacağıq...  Onların  hərbi xidmətdə silah götürməkdən, kiməsə atəş açmaqdan imtina etmək kimi prinsipləri var.  Lakin dəfələrlə onların  diqqətinə çatdırılıb ki,  Azərbaycan ərazisinin 20 faizi işğal altında olduğundan faktiki müharibə şəraitindədir. Hər an torpaqlarımızın azadlığı uğrunda savaş başlaya bilər. Yəni hər bir hərbi mükəlləfiyyətli  vətəndaş  əlinə silah götürüb ərazi bütövlüyümüz uğrunda işğalçılarla döyüşməyə hazır olmalıdır. Ona görə də hələlik alternativ xidmət barədə qanun qəbul edilməyib. Əlbəttə,  Qarabağ azad  edildikdən sonra alternativ xidmət məsələsinə də baxılacaq”¦
Bakı şəhərində “Yehova şahidləri” dini icması 2002-ci ildə dövlət qeydiyyatından keçmişdir. Düzdür, 2009-cu ildən sonrakı dövrdə yenidən dövlət qeydiyyatına alınmasa da, icmanın əvvəlki qeydiyyatı hüquqi qüvvəsini qoruyur və icma müvafiq razılıq əsasında həmin ünvanda dini fəaliyyətini davam etdirir. Lakin bu dini cərəyanın başqa bölgələrdəki özəkləri dövlət qeydiyyatından keçmədikləri üçün həmin ərazilərdə dini təbliğatın aparılmasına icazə verilmir və aidiyyəti dövlət qurumları səlahiyyətləri çərçivəsində belə qanunsuz toplantıların qarşısını alırlar...”  

Xatırladaq ki, aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Bakının Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqətinin üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.


İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib...

P.S. Bütün bu deyilən faktlardan sonra və xüsusilə, Vətənimizin ərazi bütövlüyü uğrunda savaşda üzvləri əllərinə silah almaqdan imtina edə biləcək  “Yehova Şahidləri” kimi  qeyri-ənənəvi və xarici əlaqələri şübhə doğuran sektaların Azərbaycanda qeydiyyata alınması mümkün olacaqmı?..

Sultan  Laçın
Oxşar xəbərlər
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO