Uydurma soyqırımı: mif və həqiqətlər
Oxunub: 1315
22 Apr 2017 | 15:56
Uydurma soyqırımı:  mif və həqiqətlər
Tarixdə müxtəlif soyqırım hadisələri baş verib. Bu soyqırım hadisələri "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur. Bəşəriyyət bir millətin məhz etnik mənsubiyyəti səbəbindən nifrət əsasında tamamilə yer üzündən silinməsi kimi faktlara hər zaman kəskin etirazını bildirir. Lakin bəzi hallarda həqiqi soyqırımı xarakteri daşımayan, yalnız siyasi-geostrateji maraqlara söykənən hadisələri də genosid adı altında təqdim etmək cəhdlərinə rast gəlinir. Uydurma erməni soyqırımı kimi. 

Hər il dünya erməniliyi 24 aprel tarixində bütün sivil cəmiyyətlərin diqqətini 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən proseslərə yönəltməyə və Türkiyənin əleyhinə olan qüvvələrə satqıncasına xidmət göstərən erməni təşkilatlarının bağlanması faktlarını genosid kimi təqdim etməyə səy göstərir. Bu gün bir çox dövlətlər siyasi-iqtisadi maraqlar prizmasından  çıxış edərək qanunverici orqanlar səviyyəsində erməni soyqırımını tanıdıqlarını bəyan edirlər. Ancaq istər tarixi arxivlər, istərsə də bugünkü proseslər erməni tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirir.
 
24 aprel-tarix və gerçəklik
 
Erməni ideoloqları hər il 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi dünya ölkələrinin parlamentlərinin gündəminə gətirməyə çalışır. Tarix isə onların iddialarını təkzib edir. Araşdırmalar təsdiq edir ki, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanları və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün atdığı addımlar müdafiə xarakteri daşıyıb. 
Beləki 1915-ci il aprelin 24-də erməni komitələri və partiyalarının fəaliyyətinə son verilib, İstanbulda 2345 nəfər erməni terrorçusu həbs edilib. Burada əsla ölüm və cinayətdən söhbət gedə bilməz. Erməni ekstremistləri sadəcə, komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan ediblər. Osmanlılar tərəfindən ermənilərin köçürülməsini nəzərdə tutan "Təhcir” (Köç) qanunu 1915-ci il mayın 27-də qəbul edilib. Bu isə o deməkdir ki, 24 aprel mənfur düşmənin iddia etdiyi kimi, soyqırıma səbəb olan köçürmə deyil, "Daşnaksütyun”, "Hnçak”, "Ramqavar” kimi terrorçu komitə üzvlərinin həbs olunma tarixidir. Digər tərəfdən, 1915-ci ildə qəbul edilən "Təhcir Qanunu” sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan qaldıran və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı tətbiq olunub. Qanun mətnində "erməni” ifadəsinə rast gəlinmir.

Türk tarixçiləri bildirirlər ki, etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən də üstün səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə baş vura biləcəyini düşünmək belə yanlışdır. Əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, o zaman Osmanlı dövründə onların paşa, nazir, millət vəkilləri titullarını əldə etməsi mümkünsüz olardı. Mənbələr göstərir ki, ermənilər dil və din azadlığına sahib olub, hərbi xidmətə çağırılmayıb, ticarət haqqı əldə edib, dövlətin üst səviyyəli postlarında yer tutublar. Bu faktlar Osmanlının ermənilərə soyqırımı tətbiq etdiyi ilə bağlı irəli sürülən iddiaların əsassız olduğunu təsdiq edir. Müqayisəli təhlillər göstərir ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar da heç bir reallığı əks etdirmir. Osmanlı dövlətinin ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması fonunda gördüyü tədbirlər və bu tədbirlərin tətbiqi əsnasında müxtəlif səbəblərdən meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı olaraq istifadə edilir. Əsas məqsəd qondarma erməni soyqırımını bütün dünya və beynəlxalq təşkilatların müzakirəsinə çıxararaq tanıtdırmaq, sonrakı mərhələlərdə bunu Türkiyəyə də qəbul etdirərək təzminat və torpaq tələblərini qanuniləşdirməkdir. 
 
Uydurma genosidi tanıtma prosesi
 
Bu gün beynəlxalq münasibətlər sistemində baş verən proseslər, qloballaşma, siyasi antoqonizm, dini qarşıdurmalar erməni genosidi uydurmasını ortaya atan erməni lobbisinin iştahasını artırır. Məsələnin siyasi mahiyyətini dərk edən maraqlı tərəflər geostrateji amaclarına çatmaq üçün artıq ciddi təsir alətinəçevrilən ikili standartlardan faydalanmağa çalışır. Nəhəng dövlətlərin hədəfində duran Türkiyəyə qarşı riyakar siyasət erməni şovinizmi ilə culğalaşır. Bu üzdən saxta genosidi tanıtma cəhdlərinin qarşısını almaq xeyli mürəkkəbləşir. Məsələn, Fransa kimi bir dövlət Türkiyədən Avropa Birliyinə daxil olması üçün birinci vacib şərt olaraq soyqırımı hadisələrinəə görə üzr istəməsini tələb edir. ABŞ da rəsmi dövlət səviyyəsində məsələyə oxşar prizmadan yanaşaraq 1915-ci ildə baş vermiş hadisələrdən və ermənilərin öldürülməsindən türklərin məsuliyyət daşıdıqlarını qeyd edir, lakin "soyqırımı” ifadəsini işlətmir. Bu üzdən hər il aprelin 24-də Vaşinqtondan dünyaya "genosid” deyil, "Mets Yegern”, yəni böyük fəlakət mesajı verilir. Səbəb kimi Birləşmiş Ştatların Türkiyədə strateji mənfəətlərinin olması göstərilir. Rusiya, Amaniya və digər dövlətlərin qanunverici orqanlarının uydurma soyqırımına dəstək ifadə etməsinin də özəl səbəbləri var.

Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

-"Soyqırım"ın dünyada tanınması;
-Türkiyənin "soyqırım"ı tanıması;
-Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;
-Türkiyənin şərqində ermənilərə torpaq verilməsi.

Qeyd edək ki, erməni soyqırımı iddiaları 1965-ci ildən gündəmə gəlib. Qriqorian kilsəsinin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrildi. Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail oldular. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıdı. Bundan 17 il sonra, 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul etdi. "Erməni soyqırımı"nı  Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Slovakiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya parlamentləri də tanıyıblar.

Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində 5 amil rol oynayır:

-həmin ölkələrdəki erməni azlığının təsiri;
-Türkiyəyə düşmən münasibət;
-Türkiyəni Avropa Birliyində görməmək istəyi;
-özlərinin törətdiyi soyqırımı aktlarına suç ortağı axtarmaq cəhdi;
-din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları birinci səbəblə ”“ yəni bu ölkələrdəki erməni azlığının təsiri ilə, Yunanıstan və Yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoru ilə izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Almaniya, Slovakiya və Latviya isə tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar. 
 
Soyqırımı manipulyasiyası
 
Hələ 2005-ci ilin aprel ayında Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti Robert Koçaryana müraciətlə qondarma "erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdi. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı dünya ictimaiyyətinə də yaxşı bəllidir. 
2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində "Diplomatik münasibətlərin təsis olunması protokolu” və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən,erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə alt komissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri və Qərbin bəzi KİV-ləri "soyqırım” iddiasını rəsmi İrəvanın özünün şübhə altında qoyması kimi şərh etdilər. 

2015-ci il fevralın 16-da Ermənistan prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin "erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsini istədiyini bildirdi. Lakin bu bəyanatın növbəti siyasi spekulyasiya olduğunu hamı bilir. Çünki Sürix protokolunun təsdiqi "soyqırım” iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasına "hə” demək olacaqdı. Belə bir komissiyanın yaradılması isə məsələni hüquqi-tarixi deyil, siyasi müstəvidə həll etməyə çalışan erməni lobbisinin maraqlarına cavab vermirdi. 

Bütün bunlar göstərir ki, xristian dünyasında qondarma "erməni soyqırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır:

-Əvvəla, bu qondarma təbliğat yolu ilə hər il xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və Azərbaycan türklərinə qarşı apardıqları etnik təmizləmə siyasətini və soyqırımını pərdələməyə çalışır. 

-İkincisi, erməni daşnakları Azərbaycan türklərinə qarşı soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş etdirirlər. 

-Üçüncüsü, uydurma soyqırımını dünya birliyinə tanıtdırmaqla Türkiyədən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək fikrində olmadıqlarını açıq şəkildə bəyan edirlər. 

Erməni lobbisinin təsiri altında indiki İrəvan hakimiyyəti saxta soyqırımı və Qarabağın işğalı kimi məsələlərdə özünü sığortalamaq üçün zaman-zaman Türkiyə və Azərbaycan əleyhinə beynəlxalq tribunalardan iftiralar səsləndirir. Belə təxribatlardan biri kimi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçıları səviyyəsində təşkil olunan "Şərq tərəfdaşlığı" proqramının sammitində Serj Sarkisyanın davranışını göstərmək olar. Ermənistan prezidenti zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr etdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək o, bir tərəfdən rəsmi Ankaranı qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etdi və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu söylədi. 
Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu məqama xüsusi toxundu və bildirdi ki, Ermənistan prezidenti fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deyən dövlət başçısı Türkiyə-Ermənistan əlaqələri barədə bunları bildirdi: "Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir”.

Əlbəttə, bu kimi hadisələr dünyanın müxtəlif nöqtələrinə səpələnmiş türk və Azərbaycan diaspor nümayəndələrinin vahid mövqedən çıxış etməsini şərtləndirir. Son illər birgə əməkdaşlıq istiqamətində bir sıra addımlar atılıb və təbliğat sahəsində kifayət qədər uğurlar əldə edilib. Lakin bu azdır, erməni faşistlərinin 1918-ci ildə Bakıda və 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının dünyada tanıdılması üçün birgə fəaliyyət davam etdirilməli və genişləndirilməlidir.  
 
Qondarma soyqırımın siyasi motivləri
 
2015-ci il aprelin 24-də qondarma "erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən tədbirdən sonra genosid iftirası ətrafında qurulan təbliğat prosesi bir qədər səngidi. Belə ki, 100 il öncə baş verən hadisələrin əsl mahiyyəti barədə kampaniyalar aparılmır, yeni dövlətlər qanunverici orqanlar səviyyəsində soyqırımı mövzusunu müzakirəyə çıxarmaqdan imtina edir. Hətta Fransa parlamenti uydurma soyqırımını qəbul etməyənlərə cəzanın tətbiqi haqqında qanun layihəsini rədd etdi. Lakin istənilən halda, məsələsinin harada və necə müzakirə edilməsinə baxmayaraq, ümumilikdə bu, həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir mövzudur. Bu iddialar həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi dünya güclərinin siyasi ambisiyalarına xidmət edir. Siyasətçilərin tarixə müdaxilə etməsi isə saxtakarlıqla müşayiət olunur. 
Bəli, bu gün "erməni məsələsi” ABŞ-da prezident seckilərində namizədlər üçün səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul qoparmaq məsələsində bir oyuna çevrilib. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma "erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Onlar erməni millətini "məzlum”, "əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar.  

Bu cür addımlar atan dövlətlərin əksəriyyətinin Avropa İttifaqının üzvü olması təsadüfi deyil. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman ölkəsi olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa İttifaqını "xristian klubu” kimi qoruyub saxlamağa çalışırlar. Hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma "erməni soyqırımı”nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdü. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım” kimi tanıması Avropa İttifaqına üzvlüyün əsas şərtlərindən biri olaraq göstərildi. Doğrudur, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüquqlu üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti olmalıdır. Avropa qurumlarının yalançı soyqırımı təbliğatına bu qədər həssaslıq nümayiş etdirməsi rəsmi Bakıda da ciddi etirazlarla qarşılanır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vaxtilə bəzi Qərb təşkilatlarında saxta genosidin tanıdılması ətrafında gedən polemikalara toxunaraq bildirir ki, tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və "erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən, Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Şübhəsiz, tərəqqipərvər bəşəriyyət belə bir hadisənin olmadığını və bu kimi qərarların yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxdığını dərk edir. Ancaq bu kimi təşəbbüslər Türkiyə və Azərbaycanın ədalətli mövqeyinə qarşı istiqamətləndiyindən onlarla mübarizə labüdləşir.
 
Nə etməli?
 
Analitiklər bu məsələdən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir vasitə kimi istifadə edildiyini xüsusi vurğulayırlar. Qarabağ münaqişəsindən keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, danışıqlar prosesində yeni tələblərin irəli sürülməsi, status-kvonun dəyişdirilməsi mesajını verən vasitəçi dövlətlərin münaqişə tərəflərini sülhə dəvət edərək təcavüzkara hər hansı təzyiq etməməsi sözügedən siyasi maraqların məntiqi nəticəsidir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, qurumun fəaliyyəti bu günə qədər sülh prosesində arzuolunan nəticəni vermir. 

Bu mənada "qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə aparmaq və Qarabağ probleminin həlli istiqamətində səy göstərmək istər Türkiyə, istərsə də Azərbaycan üçün prioritet məsələdir. Çünki məkrli düşmən hələ də iddialarından geri çəkilmir, beynəlxalq münasibətlər sistemində hüquqi nihilizmin baş alıb getdiyi indiki mərhələdə isə maraqlı qüvvələr bu və ya digər şəkildə erməni şovinistlərinin təcavüzkar planlarına dəstək ifadə edir. Bu baxımdan birgə səylər hesabına dünya ictimaiyyətinin rəyini dəyişmək üçün təbliğat işinin gücləndirilməsi və bununla da tarixi həqiqətin bərpası qaçılmaz zərurətə çevrilir.

Günel Səfərova
"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru         
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama