Yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq dondurma satışı genişlənməkdədir. Maraqlıdır, satışdakı dondurmalar istifadə üçün nə dərəcədə yararlıdır?
Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov hələlik dondurmalarla bağlı rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmadığını bildirdi:
“Yeni mövsümdə dondurmalarla bağlı heç bir şikayət daxil olmayıb. Lakin dondurma mövsümündə problemlər həmişə olur. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi ABŞ-ın İnkişaf Agentliyi ilə birlikdə, onların bizə öyrətdiyi və təklif etdiyi prosedur əsasında yalnız bir dondurma istehlakçısına qida təhlükəsizliyi nişanı verilib. Bu, “İceland”dır. Digərlər ilə bağlı isə hələ ki, monitorinqlər aparılmayıb”.
Seymur Əliyev