“Multikulturalist” qiptilər ”“ Fironların mağmun xalqı
Oxunub: 3545
10 Apr 2017 | 22:55
“Multikulturalist” qiptilər ”“ Fironların mağmun xalqı
Dünən Misirdə iki kilsə partladıldı. Terror hadisəsinin məsuliyyətini İŞİD öz boynuna götürdü. Misirin ən güclü islami cərəyanlarından olan “Müsəlman qardaşları” isə bu hadisəni pislədi. 

Ölkə rəhbərliyinin də baş verənlərə laqeyd qalmayacağı anlaşılır. Misirdən gələn xəbərlərə görə, artıq ölkədə 3 ay boyunca hərbi vəziyyət elan edilib. Böyük ehtimalla, vətəndaş qarşıdurması bəhanə edilərək, 3 aydan sonra da hərbi vəziyyətin müddəti uzadılacaq.

Əslində qiptilərə qarşı Misirdə bu cür terror aktının törədilməsi yeni hadisə də deyil. 2010-cu ildən başlayaraq, ölkədə tez-tez bənzər gərginliklər yaşanır, kilsələr partladılır, insanlar ölür. Məlumata görə, son 7 il ərzində Misirdə, nə az nə çox, düz 33 dəfə kilsə partladılıb. Hücumların ən çox yaşandığı dövr isə Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsilə yaranan avtoritar boşluq zamanlarına düşür.

Kilsələrə qarşı törədilən terror hadisələrində hədəf seçilən əsas sosial qrup isə, təbii ki, qibtilərdir.
Bəs, görəsən, xristian qiptilərlə dindar müsəlmanları üz-üzə gətirən nədir? Ümumiyyətlə, qiptilər kimdir və Misirdə niyə sevilmirlər?


 
Qiptilər yerli Misir xalqıdır. Qədim dünyanın ən böyük mədəniyyətini yaradan Misirin əsl sahibləri onlar idi. İndisə nə dilləri var, nə də suveren hüquqları. Prinsipcə, heç adları da yoxdur. Hazırda tanındıqları ad belə milli mənsubiyyətlərini deyil, coğrafi özəlliklərini göstərir. Necə ki, biz də bu gün azərbaycanlı adıyla tanınırıq.

Qipti sözünün etimologiyasına nəzər salsaq, onun yunanca “Aigaiou huptiōs” (Aἰγαίου á½‘πτίως) sözündən əmələ gəldiyini görə bilərik. “Aigaiou huptiōs”- “aşağı Egey”, yaxud “Egey dənizinin aşağısı” deməkdir. Bütün insanlar kimi, yunanlılar da dünyaya öz nöqteyi-nəzərindən baxdıqlarından, Egey dənizini keçərək, Misirə getdikləri üçün bu ərazilərdə yaşayanları o cür adlandırıblar.

Bu gün Qərb dünyası da Misiri məhz həmin adıyla tanıyır. Misirin Qərb ölkələrindəki adının “Egypt” olması da bundan qaynaqlanır. Dolayısıyla, hazırda etnik azlıq olmalarına və hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq, yaşadıqları ölkəyə öz adlarını verən qiptilərin birdən-birə hakim xalqdan əzilən etnik azlığa çevrilməsi isə səbəbsiz deyil. Bunun ən başlıca səbəblərindən biri qədim misirlilərin böyük mədəniyyət yarada bilmələrinə rəğmən, özgələrini, eynilə bizim kimi, həddindən ziyadə xoş görmələri, rahatlıqla yad mədəniyyəti mənimsəmələri, xarici dəyərlərə asan adeptasiya və hətta assimilyasiya prosesi keçirmələridir. Başqa təbirlə desək, qiptilər də öz dövrlərinin multikulturalist xalqı idi.

 
Qiptilərin tarixin yaddaşında qalan ilk xarici təsirlərə uyğunlaşmaq təcrübələri Makedoniyalı İsgəndərin bu ölkəni işğalından sonra başlayır. O dövrdən sonra uzun müddət yunan mədəniyyətinin əsarətində qalan qədim misirlilər həm də xristianlığı ilk qəbul edən millətlərdən olublar. Təbii ki, "multikulturialistlik"lərinin sayəsində.

 Dünən partladılan İsgəndəriyyə kilisəsi də xristianlıq tarixinin ən qədim məbədgahlarından sayılır. İsa peyğəmbərin həvvarilərindən olduğu sanılan əziz Markosun bizim eranın 46-cı ilində İsgəndəriyyəyə gətirdiyi xristianlıq uzun illər yunanlar tərəfindən xoş görülməmiş, aşağı sinifin dini olduğu üçün qibtilər arasında yayılmasına da əngəl olunmamışdır. Daha sonra yunanlar xristianlığı qəbul etdiklərində isə qibtilərin xristianlığı bəyənilməmişdir. Bəhanə üçün isə çox sadə bir səbəb göstərilmişdir-qibtilər niyə İsa peyğəmbərin anadan müqəddəs doğulduğunu, öldürülərkən də müqəddəsliyini itirmədiyinə inanırlar?

Qeyd edək ki, qipti xristianlığı ilə ortodoks xristianlığı arasındakı fərq birincilərin monofizit, ikincilərin isə diofizit inanışına sahib olmalarıdır. Qiptilərin inandığı monofizit inancına görə, İsa peyğəmbər anadan Allah kimi doğulub, Allah kimi yaşayıb, öldürüləndə də elə Allah idi. Bu məntiqlə, Məryəm də "Allahın anası" olurdu. 


 Monofiziti inkar edən diofizitlər isə İsa peyğəmbərin insan kimi doğulduğunu, peyğəmbərlik veriləndən sonra Allahlaşdığını, çarmıxa çəkilərkən, yenidən insanlaşdığını düşünürlər və məhz bu inanc fərqinə görə də qibtiləri dindən çıxmış sayırdılar.
Dini inancdakı bu incə nüans qibtilərin başına gələn bütün bəlaların da başlanğıcı olub. Onlar xristian mühitindən təcrid edildiyindən Misirin müsəlmanların işğalına uğramasına öz dindaşları tərəfindən göz yumulub. Bir çox hallarda xristianlardan gördükləri təzyiqlər qibtilərin müsəlmanlara sığınmasına belə yol açıb.

İslam tarixinə görə, Məhəmməd peyğəmbərin dinə dəvət üçün məktub göndərdiyi dövlətlərdən biri də o dövrün Misir krallığı olub. Digər dövlət adamlarından fərqli olaraq, həmin Misir kralı Məhəmməd peyğəmbərin məktubunu xüsusi hörmət və izzətlə qəbul edib, hətta belə bir peyğəmbərin gələcəyini gözlədiyini də etiraf edib, amma müsəlmanlığa keçmək üçün zaman istəyib. Yəni yenə də yarımçıq olsa belə, multikultiralizm nümayiş etdirib.

Daha sonra islamın ilk fəth etdiyi yerlərdən biri də elə Misir olub. 642-ci ildə İsgəndəriyyənin fəthi ilə başlayan Misir işğalı nəticəsində getdikcə bu coğrafiyada qiptilər azalıb, müsəlmanlar çoxalıb. Qiptilər İslam hakimiyyəti dövründə ağır cizyələr və xəraclar ödəyərək, varlıqlarını davam etdiriblər. Bu da bir çoxlarının ərəbləşməsinə səbəb olub.

Osmanlı arxivlərinə nəzər salsaq, 1335-48-ci illərdə 4 milyon əhalisi olan Misirdə cizyə ödəyənlərin sayı 30 min idi. 17-19-cu əsrlərdə bu nisbət qiptilərin xeyrinə azacıq dəyişsə də, yenə azlıqda idilər-3 milyon əhaliyə qarşı 150 min. 1907-ci ilin rəsmi statistikasına görə isə Misirdə 11 milyon əhali yaşayırdı, onun 700 mini  qipti idi. 1976-ci ildə qiptilərin sayında ciddi artım olur. Hardasa, 2.5 milyon. Misir əhalisi isə o vaxt 36 milyon idi.

Qiptilərin 20-ci əsrin ilk yarısındakı bu artımı səbəbsiz deyildi. Misirin Osmanlı imperiyasından ayrılmasında və müstəqillik elan etməsində qiptilərin böyük rolları vardı. O dövrün Qərb mədəniyyətinə daha tez adaptasiya olan (bu, qiptilərin multikulturalist xarakterindən irəli gəlirdi və onlar, müsəlmanlardan fərli olaraq, xristian Avropanın mədəniyyətinə “kafir icadı” kimi baxmırdılar) qiptilər qəzet və jurnallar çıxararaq, Misirin milli-azadlıq mübarizəsinin ideya daşıyıcısına çevrilmişdilər. Təsadüfi deyil ki, 1882-ci ildə Misir ingilis hegemoniyasına keçdikdən sonra qiptilər uzun əsrlər boyu ilk dəfə ölkə idarəçiliyində yer almağa başlayırlar. 1922-ci ilə qədər davam edən ingilis mandaçılığı dövründə qiptilər hətta iki dəfə ölkənin baş naziri postunda əyləşə bilirlər. Bunlardan biri Butros Qalli (BMT-nin sabiq eyni adlı baş katibinin babası)  1908-ci ildə, digəri Yusif Vəhbi Paşa isə 1919-1920-ci illərdə bu vəzifəyə layiq görülürlər.

1922-ci ildə Misir müstəqilliyini elan edib Əhməd Fuad Paşa rəhbərliyi altında krallığını qurandan sonra qiptilərin hegemonluğu da zəifləyir. Buna baxmayaraq, intellektual imkanları və xarici dəstəkləri sayəsində yenə də Misir cəmiyyətindəki yerlərini tam itirmirlər. Qiptilərin yeni dövrdə növbəti çətinlikləri 1952-ci ildən sonralara təsadüf edir. Həmin il Misir Ərəb Respublikası qurulduqdan sonra, xüsusilə radikal ərəb millətçisi Camal Əbdülnasir dövründə qiptilər bir çox sahələrdən sıxışdırılıb uzaqlaşdırılırlar.  Əbdülnasirin öldürülməsindən sonra hakimiyyətə gələn Ənvər Sədatın dövründə bu basqılar daha da güclənir. Qibtilər bir də Hüsnü Mübarəkin zamanında rahat nəfəs ala bilirlər. Hüsnü Mübarək onlara müəyyən siyasi azadlıqlar verməklə yanaşı, həm də nəvə Butros Qallinin BMT-nin baş katibi seçilməsində əvəzsiz rol oynayır.

Ərəb baharının yaşanmağa başlandığı 2010-cu illərdən sonra qiptilər öz tarixlərinin ən ağır dövrünü yaşayırlar. Yuxarıda da qeyd etdiyimiz kimi, son 7 ildə 33 dəfə kilsələri partladılıb. Hər an terrora məruz qalmaq təhlükəsi bir çox qiptinin ölkəni tərk etməsinə səbəb olub. Ərəb baharından sonra 200 min qiptinin mühacirətə yollandığı təxmin edilir. Ümumiyyətlə isə dünyada ən azı 20 milyon qiptinin yaşadığı bildirilir, onların böyük qismi isə Misirdən kənarda məskunlaşıblar. Deməli, həm də mühacirət etmək məcburiyyətində qalıblar.

Bir sözlə, qiptilər bir vaxtlar özlərini Allah sayan fironların qoynundan çıxdığı toplumdur. Əslində onların indiki mağmun günə qalmasında da bu fironların yaratdığı istibdad rejiminin də mühüm rolu var. Məhz fironların öz ölkələrində yaydığı məzlumluğun sayəsində qiptilər qibtəedilməz tale ilə üzləşiblər.

Heydər Oğuz
Ovqat.com
 
Oxşar xəbərlər
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO