“Milli ideologiyamıza sahib durmalıyıq”
Oxunub: 1267
10 Apr 2017 | 12:57
“Milli ideologiyamıza sahib durmalıyıq”

Son vaxtlar Qərbdə müsəlmanlara qarşı aşkar basqıların şahidi olmaqdayıq. Təəssüf ki, bu məsələ artıq bir çox “demokratik” dövlətlərin rəsmi siyasətinə çevrilib. Hansı ki, bu dövlətlərdə hər bir müsəlman “terrorçu”, sülh və barış dini olan İslam “terror dini” kimi təqdim edilir. Əlbəttə, bütün bunlar heç də təsadüf deyil. Belə ki, yüz illərdir İslamı hədəf alan qüvvələr bu gün də öz çirkin əməllərini davam etdirməkdədir. Bəs, müsəlman toplumu bu çirkin planı necə önləyə və İslam dinini dünyaya olduğu kimi necə çatdıra bilər?

Bu və digər sullara İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. Ona qədər isə müsahibimizlə cəmiyyətdəki siyasi passivlik və iqtidar-müxalifət münsaibətlərindən danışdıq.


- Tahir müəllim, hazırda cəmiyyətdə siyasi passivlik müşahidə edilməkdədir. O cümlədən iqtidarla müxalifət arasında da böyük bir uçurum var. Sizcə, bunun səbəbləri nələrdir?


- Bismillahi rəhmani rəhim. Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətində iqtidar və müxalifət arasında olan münasibətlər o qədər də faciəli deyil. Kapitalizm öz ampluasında, hərəkət sistemindədir, öz diktəsini edir və nəticədə cəmiyyətdə istər fikirdə, istər də maddi cəhətdən imkanlılar və imkansızlar əmələ gəlir. Eləcə də əksər sahələrdə ciddi antoqonist münasibətlər mövcuddur. Bunun da tənzimlənməsi üçün gərək cəmiyyət hər şeyə hazır olsun və bütövlükdə bir adam kimi reaksiya versin. Müxalifət də özlərinin varlıqlarını, sağlam müalicəvi düşüncələrini ortaya qoysun ki, iqtidara da təsir edə bilsin. Bilirsiniz ki, hələ 100 il qabaq bizim ziyalılarımız çox ağıllı addım atıb milli ideologiyanı ortaya qoydular. Bu gün problem milli ideologiyamıza sahib durmamağımızdadır. Milli ideologiya deyəndə, bir qrup adam deyir ki, mən millətçiyəm, bir qrup deyir ki, mən islamçıyam, başqa bir qrup deyir ki, mən çağdaş düşüncənin daşıyıcısıyam. Bunların hamısı ayrı-ayrılıqda yanlışdır. Bunların üçü də bir arada olmalıdır.


- Yəni vahid milli ideologiya olmalıdır?


- Bəli. Hər bir vətəndaşın təfəkküründə bunların hər üçü də olmalıdır. Həm millətçilik olmalıdır, həm İslamın buyurduqlarına əməl edib ona sahib durmaq lazımdır, həm də müasir dövrün tələblərinə uyğun olan bütün hərəkətlər dəyərləndirilməlidir. Cəmiyyət bir mövqedə qalmamalıdır. Suyun axarı olduğu kimi, cəmiyyətin də fikirdə axarı olmalı, hər dövrün öz tələbinə uyğun mövqe sərgilənməlidir.


- Belə anlaşılır ki, İslam Demokrat Partiyası və onun daşıdığı ideya da məhz bu zərurətdən qaynaqlanır...


- Bəli. Hesab etdik ki, bu ideyanın ortaya qoyulmasına ehtiyac var. Məsələn, müsavataçılığın özü elə islam-demokrat ideyasından yaranıb, sonradan say çoxluğunu keyfiyyətdən üstün bilərək, əzəli prinsiplərini yaddan çıxardılar. Müsavatçılğın tərkibində bir bərabərçilik var. İslamın nəzərində bərabərçilik odur ki, hər kəs fikir və düşünəsinə, zəhmətinə uyğun dəyər, qiymət almalıdır. Cəmiyyət bütün sahələrdə inkişafa cəhd etməlidir. İnsanlar siyasi, hərbi, ideoloji, iqtisadi və s. sahələrdə hərəkət etməlidir. Hərəkətin də kökündə bu 3 şey - millətçilik, islamçılıq, çağdaşçılıq durur. Özü də bərabər səviyyədə. İndi bəzilərinin İslam ideologiyasına olan münasibəti ziddiyyətlidir. Məsələn, millətçi deyir ki, mənim üçün milli maraqlar daha öndə gəlir. Amma milli maraqlar deyəndə, gərək millətin mənəvi dəyərlərinə, dininə, inanclarına və inanclı insanlarına sahib durasan. Bu insanların təfəkküründə Allaha bağlılıq, Allaha inam, Allahın buyurduqlarına əməl etmək zərurəti var. Bunları sıradan çıxarmaq olmaz. Hansı ki, bunun fəsadlarını biz özümüz 70 ilin nəticəsində gördük.

O cümlədən demokratlar, müasir düşüncəli insanlar da bir cür düşünür. Məsələn, onlar düşünür ki, millətçilər geridə qalıblar, onlarda yersiz təəssübkeşlik, təkəbbürlülük, çatışmazlıqlar var. Müasirələşə bilmirlər və başqa millətlərə yuxarıdan aşağı baxırlar və hər iksinin də İslama münasibəti yaxşı olmur. Bunun çıxış yolu odur ki, insanlar həm müasir tələblərə uyğun yaşamalı, həm də axirətlərini qazanmalıdır. Bu gün bir dəstə adam siyasətlə məşğul olur, hətta özlərini cəhənnəm oduna atırlar ki, millət və dövlət əminlikdə olsun. Nə qədər düzgündür ki, xalqdan və dövlətdən ötrü özünü oda atasan, nəticədə axirətini itirəsən. Biz istəyirik ki, insanlar normal həyat tərzi yaşaya-yaşaya mövcud problemlərin həlli istiqamətində hər kəs öz işini görsün. Həm dünyasını və həm də axirətini qazansınlar. Hesab edirik ki, vətənpərvərlik təbliğatında ilişib qalmaqla müasir poroblemləri çözmək mümkün deyil. Siyasi mübarizədə din, əxlaq və mənəvi dəyərlər də gərək öz yerini tutsun. Əks təqdirdə, yanlış fikirli, niyyətləri sağlam olmayan cahil insanlar siyasi partiyalara doluşub, milli ruhiyyəni öldürməyə və ölkə daxilində iqtidar-müxalifət savaşı salmağa cəhdlər edəcəklər.


- Maraqlıdır, nəyə əsasən bu qənaətdəsiniz ki, siyasətçi fəaliyyətində özü üçün cəhənnəmi qazanır?


- Bilirsiniz, elə bir insan yoxdur ki, ictimai-siyasi proseslərdə olsun, amma milli və dövlət marağına sevgisi olmasın. Adicə futbol kulubuna bu qədər sevgisi olan insanlar nədən böyük siyasi oyunlara cəlb ounmuş bir dövlət və siyasi hakimiyyəti seməməlidir. Geniş ürəklə baxsaq, sevindirici işlər yetərincədir. Kənar qüvvələrə və digər maraqlara xidmət edənləri nəzərdə tutmuram, bu başqa məsələdir. Amma fikir bundadır ki, hər kəsin özünün daxili aləmində, fitrətində sağlam hərəkət sistemi olur. Amma mühit də insanı dəyişə bilir, bəzən normal bir insan, millətinə, dövlətinə düşmənə çevrilir. Məsələn, əlində vəzifə olan məmurların özlərini götürək. İlkin başlanğıcda vədləri, əməlləri, niyyətləri də müsbət olur, istəyirlər ki, millət və dövlət uğrunda mübarizə aparsınlar. Amma qarşılarına çıxan maneələr, özlərindən asılı olmayan qaydalar, güc ölkələrinin basqıları və başqa basqılar ola bilər, onların fəaliyyətinə təsir edə bilir. Məsələn, düzgün qərar çıxaranda hamıya xoş olmur, hər kəs onunla razılaşmır və düşmən olurlar. Həzrət Əli (ə) hakimiyyətə gələndə çox adam ona düşmən oldu, çünki haqqın tərəfində idi. Gərək insanlar haqqı tanısınlar ki, haqda olanları tanısınlar. Bizdə isə əksinə, liderləri tanımaqla “haqqı” tanımış oluruq. Haqqı tanımayanda cəmiyyətdə belə bir formalaşma olur. Yəni həmin adamlar da öz vəzifəsini icra edərkən özlərini oda atırlar və yanlış qərarlar verirlər. Elə düşünürlər ki, başqa çıxış yolları yoxdur. Təbii ki, belə adamlara qarşı da fikrilərimiz yumşala bilər. İqtidar və müxalifət arasında ki, uçrum olduğunu deyirsiniz, biz belə prizmadan yanaşdıqda, görərik ki, idarəetmə sistemində olan insanların hamısı heç də bu millətə düşmən deyil, əksinə onların islah olunması üçün cəhdlər edilməlidir.


- Bəs rüşvət, korrupsiya, milyardlarla manatlıq dövlət əmlakının talanması...?


- Hər bir insan fitrətən istəyir ki, hökmdar olsun, dünyanı idarə etsin və s. Hədis də var ki, “İki Nil çayı qızıl və gümüş axa, insan üçüncünü istəyəcək”. Cəmiyyət İslam təfəkküründə olmalıdır. Təbii, sui-istifadə bütün dövrlərdə olub, bu gün də var və çox ehtimal ki, yaxın gələcəkdə də olacaq. Kapitalizm nəyin bahasına olursa-olsun varlanmaq ehtirasında olan formasiyadır. Öz “qanun və ideya”ları var. İnsan yetişdirməklə işləri yoxdur. Bəllidir ki, məmurların əksəriyyəti sovetlər dönəmində yetişmiş, fikirlərdə və nəfsani istəklərdə zorla həbs olunmuş insanlardan ibarətdir. Fürsət əllərinə düşən kimi, öz şəxsi istəklərini cəmiyyətdən üstün tutur. Birdən-birə azadlığa çıxmış insanlardan yüksək səviyyəli mərifət gözləmək çətindir. Mal-mülk, maşın hərisliyini sosializmin yanlış və ziddiyyətli təbliğatını yox edə bilmədisə, kapitalizmdə bu hərcayı təfəkkürə necə mane ola bilər. Hər halda olana şükür edək ki, insanlarımız hər iki formasiyada tam qaranlıqlara qərq olmuş kimi deyillər. Nurlu, millətini və dövlətini sevənlərimiz harınlaşmış məmur ordusundan çoxdür. Xalqımız gözəllikləri sevir, adət və ənənələri, mənəvi dəyərləri ilə onu qoruyub saxlayır. Yəni siz dediyiniz səbəbi insanalrın darısqal evlərdən geniş evlərə, darısqal fikirlərdən geniş fikirlərə sahib olmasındandır”¦


- Dediklərinizdən belə aydın olur ki, insan nəfsinə qalib gələ bilmirsə, dövlətə, millətə xəyanət edirsə, o cəhənnəmlikdir...


- Hər bir insan, istər məmur olsun, istər sadə vətəndaş olsun, ölüm, ölümdən sonrakı həyat, axirət və s. haqqında məlumatlı olmağı istəyir ki, həm bu dünyasını, həm də axirətini qazansın. Amma insanların dinlə əlaqələrinin kəsilməsi ciddi problemlər yaradır. Yəni şəxs ictimi-siyasi həyatda kimliyindən asılı olmayaraq, fikirlərini qalib bilirsə, cəmiyyət üçün xeyirli bilir və müəyyən məsələlərdə, qərarlarda özünü də yaddan çıxarmır. İndi problem odur ki, dindarlar var, şəxsiyyət deyillər, şəxsiyyət var, dindar deyillər. Şəxsiyyət, haqq və həqiqətin qarşısında təslim olana və səhvlərini etiraf edənə deyilər. Bunun üçün hər kəs öz üzərində olmaq üçün çalışmaq lazımdır. Çoxları var dövlət və vəzifə üçün şəxsiyyətini itirir. Dindarlar da var ki, öz növbəsində, azacıq Allah buyurduqlarını öyrənən kimi, hamını özünə borclu bilir və yanlış təfəkkürlə meydan sulayır və cəmiyyət onların əməllərindən səksəkəli olur.


- Sizcə, dövlət idarəçiliyində təmsil olunanların dindar olması daha vacibdir, yoxsa şəxsiyyət?


- Mən deyərdim ki, ikisi də bir yerdə olanda gözəldir. Quşun iki qanadı olmazsa, yerində fırlanar. Sizcə Qanadları və uçmağa fəzası olmayan quşdan hansı göstəriciləri istəmək və ya tələb etmək olar? İnsan da belədir. Elm bir qanaddır və iman bir qanad. Elmi olanın imanı yoxsa və imanı olanın elmi yoxdursa elə yerinda sayacaq, boşuna fırlanacaq. Necəki, indiki durumdayıq. İkisi bir yerdə olmasa faciədir. Əlbəttə, hər ikisi bir yerdə olsa, cəmiyyətdə yalan, rüşvət, zina və.s. digər günahlar və məmurların da varlanma ehtirası olmaz. Bilirsiniz, hər bir insanın fitrətində “Allahlıq iddiası” var. Haqq yolundan azacıq çıxdınsa, yanlışlıq içində itirsən və yol səni yavaş-yavaş düzgün istiqamətdən yayındıra bilər. Bəzən görürük ki, hansısa məmur mövcud sistemlə razılaşmır, istefa verir, bəziləri də razılaşır, həbsxanalarda yatır və s. Siyasət - tərkibi ədalətdir. Siyasilər bunu unutmamalıdırlar. O qədər incə və dərin siyasət aparılmalıdır ki, hər bir vətandaş özünə dəyər versin və özündə inam yaradaraq güclərindən və imkanlarından maksumum istifadə edib, Allaha xatir yaşasınlar və daim ictimai işlərdə də hərəkətdə olsunlar. Yəni, özündən razı olan kimsəyə xatir yaşamasınlar. Hər bir vətandaş qərar çıxardanda milli ideologiyanı qarşısına gətirməlidir ki, mən həm millətimə, həm dinimə, həm də dövlətimin maraqlarına xidmət etməliyəm. Hamı yaxşı və xeyirxah işlər üçün növbəyə durmalıdır ki, ömürü abad olsun, dünyasını dəyişəndə əli boş getməsin və millətin xatirində gözəl insan kimi tanınsın və yadda qalsın. Hər bir vətəndaş düşünməlidir ki, mənə vəzifə və maddiyat hədəf deyil, Allaha xatir xalqıma və dövlətimə xidmət hədəfdir. Allaha xatir hər şey gözəldir. Türməyə düşmək də, söyülmək də, döyülmək də, var-dövlətindən və insan üçün ən dəyərli olan canından keçmək də gözəldir. Bəlkə də mövzudan azacıq yayındım. Amma sizin suallarınız mənə fürsət verdi ki, fikirlərimi açıqlayam. Hesab edirəm ki, müxalifət gözəl təkliflərlə müraciət etsə, yumşaqlıq yaranar və ilkin barışıq yolları tapılar. Məsələn, desə ki, möhtərəm iqtidar, bizə bir bölgə ver, gedək xidməti vəzifələrimizi yerinə yetirək və yaxşı nümunə olaq. Heç bir sahə bizləri qorxutmur. Xüsusən kənd təsərrüfatı sahəsi ilə məşğul olaq, bacarığımızı bütün sahələrdə tətbiq edərək, dövlətimizin inkişafında fayda verək. Pis olmaz, məncə...


- Sizcə, iqtidar onu verəcəkmi?


- Fikir onda deyil. Məndən cəhd etməkdir.


- Siz qeyd etdiniz ki, müxalifətlə hakimiyyət arasında elə də uçurum yoxdur. Amma dəfələrlə müxalifətin bu və digər istəyinə, dialoq təklifinə hakimiyyət müsbət cavab verməyib. Belə olan halda müxalifətin istəyini yerinə yetirə bilər?


- Bilrisiniz, fikir bundadır ki, biz nə demək lazım olduğunu bilirik, amma necə demək lazım olduğunu bilmirik. Bütün deyə biləcəklərimizi Quran, peyğəmbərlər və Əhli-beyt (ə)lar nəinki, biz müsəlmanlara, hətta bəşəriyyətə öyrədiblər. Bizim bu cür nəhəng və müdrük şəxsiyyətlərimiz ola-ola, gedib kimlərdənsə nəsə öyrənməyimiz kənardan sizcə necə görünər? Quran da çox məsələlərdə yumşaqlıq istəyib və həlimliklə həll olunmasını təkid edib. Bizə deməyiblər ki, hər şeyi, hətta haqq və həqiqətlərin hamısını və hər yerdə deyin. Ümumiyyətlə, bunu bir dəfəlik bilməliyik ki, açılıqla, qəzəblə, təkidlə, aşağılamlaqla həsir etmək, mümkün deyil və bu cür həqiqətləri deməyin heç faydası da olmaz. Nə Allaha xoş gedər, nə də bəndəyə. Başqalarını aşağılamaqla həqiqətləri demək düşmənçiliyi daha da dərinləşdirər. “Mən səndən yaxşıyam, ağıllı düşünürəm və yaxşı idarə edərəm” və s. deməklə iş bitmir. Belə görüntülərlə indiki durumumuzda müxalifət nəticə əldə etmək istəyirsə, yanlış olar. Bu cür davranlşa kim gedər?!

 

Hurriyyet.org

 

 

Oxşar xəbərlər
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb