Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır- FOTOLAR
Gündəm
Oxunub: 50215
26 Mar 2017 | 00:29
Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır- FOTOLAR


Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. “Start” idman kompleksinin tam aşağısında yerləşən parkın adını bilmirəm. İnternetdə ciddi axtarışlarıma baxmayaraq, onun adını tapmaq da bəndənizə nəsib olmadı.

Adını bilməsəm də, adətən, hər il yayın cırhacırında özümü həmin parkın yuxarısında yerləşən köhnə “Bakı” restoranına yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışıram. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur. Məni onun seyrinə gətirən səbəblərdən biri də elə bu sərinliyidir.

Heyder

Vurğunu olduğum parkın adını axtarmağım isə səbəbsiz deyil. Bakıxanov rayonunda yaşayan bəzi sakinlər parkın ölüm-dirim təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdilər. Mən də qulağıma inanmayıb onun ziyarətinə getmişdim. Dörd tərəfdən hasara alınan parkın başına gətirilən oyun məni həqiqətən çox sarsıtdı. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər . Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir.

Heyder

Düzünü desəm, parka torpaq töküldüyünü eşidib ağlıma onun daha münbit hala gətirilməsi gəlmişdi. Yerli sakinlərin bildirdiyinə görə isə, bu torpaq əslində torpaq da deyilmiş, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılarıymış. Əkinə yararsız olan bu topağın parka daşınmasının isə sadə bir səbəbi varmış: rayon icra hakimiyyətinin rəhbərləri doldurulacağını gözləyən daha uzaq ərazilərə maşın sürməmək üçün dörd tərəfdən hasara aldıqları bu ərazini ən münasib tullantı yeri kimi görürlər. Başqa sözlə desək, hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına qərar verilib.

Heyder

İnternetdə parkın adını axtararkən, diqqətimi bir məqam cəlb etdi. Sən demə, özü xəritələrə düşsə də, adı yazılmayan bu parkın başına gətirilən müsibət rayon rəhbərliyinin ilk təcrübəsi də deyilmiş. Kiçik araşdırmam zamanı Sabunçu icra başçısı Adil Vəliyevin adının bundan əvvəl də rayondakı müxtəlif parkların məhvində hallandığını gördüm. Oxuduğum materiallarda Adil müəllimin rayonun bağ-bağat yerlərində öz şəxsi biznes sahəsini böyütdüyü, bəzən uşaq bağçaları, bəzən əyləncə mərkəzləri tikdiyi iddia olunur.

Heyder

Ötən ilin payız aylarında mətbuata açıqlamasında bu barədə danışan tanınmış vəkil Aslan İsmayılovun bildirdiyinə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub: “Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı guya Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən “tikinti-abadlıq” işlərinə isə mənə “xox” gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik “Mercedes” sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib”.

Heyder

Vəkil onu da bildirib ki, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını isə şəxsən Adil Vəliyev özü edib: “Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan “Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır”. 

(Sitat Virtualaz.org-dandır. Bu linkə baxın: 54341)

Heyder

Adil Vəliyev cənablarının Mədəniyyət küçəsindəki parkdan sonra adını bilmədiyim sözügedən ərazidə “yenidən bərpa” işlərinə  başlaması məndə istər-istəməz eyni proseslərin burda da baş verməsi şübhəsini yaratdı. Nədən ki, bu park da Bakıxanov qəsəbəsinin ən gözəl guşəsində yerləşir və ətrafı müxtəlif ictimai iaşə obyektləriylə doludur. Bu park da bir müddət əvvəl icra hakimiyyətinin qəzəbinə gələn digər həmcinsi kimi dörd tərəfdən hasara alınıb. 

Heyder

Açığı, bütün bu bənzərliklər məndə “əcəba, vəkil Aslan İsmayılovun dediyi park mənim şəkillərini çəkdiyim bu əraziylə eyni yerdirmi” sualını yaratdı. İnternetdə “Şəhrizad” uşaq baxçasının ünvanını axtararkən, fərqli yerlər olduğunu gördüm. İndi məni bir sual narahat edir: Sabunçu rayon icra başçısı məhrum Heydər Əliyevin öz qollarına bənzətdiyi ağacları hətta kəsmək zəhmətinə belə qatlanmadan, tullantılar altında basdırmaq cəsarətini hardan alır? Yoxsa, Adil müəllim ölkə rəhbərliyinin başının xarici və daxili məsələlərə qarışdığından istifadə edərək, yaşıllıqların başına rahat turp əkəcəyini düşündüyündən bu addımı atır?

Heyder

Görünür, qəsəbə sakinləri də bu suallara cavab tapa bilmədiklərindən, onlar arasında qəribə şaiyələr gəzir. Belə şaiyələrdən birinə görə, Bakının bir neçə rayonu Nazirlər Kabinetinin bir sərəncamı ilə şəhər icra hakimiyyətinin tabeçilikdən çıxarılıb. Bakı meri Hacıbala Abutalıbovun belə, sözünün keçmədiyi rayonlardan biri də Sabunçudur. Bu geniş səlahiyyətlərə malik olan icra başçısı isə sövq-təbii olaraq özünü rayon rəhbəri kimi yox, əsl xan kimi aparır.

Şayiələrin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Amma şəkilini çəkdiyimiz parkın indiki vəziyyəti çox şeylərdən xəbər verir. Gəlin, onları diqqətlə “dinləyək”.

Heyder


Heyder


Heyder


Heyder


Heyder

Heydər Oğuz

Moderator.az

Oxşar xəbərlər
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO