“Nə istəyirsiz o uşaqdan? Mövludun ruhundan əl çəkin!!!”
Oxunub: 3851
19 Mar 2017 | 08:28

“Nə istəyirsiz o uşaqdan? Mövludun ruhundan əl çəkin!!!”

Jurnalist xanım: “Son gün mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz”

Bəlkə müqayisə uğursuz olacaq. Amma son dəfə bir müsahibə zamanı belə ağrını 2005-ci ildə yaşamışam. Elmar Hüseynov yenicə qətlə yetirilmişdi. Yaşadığı evin öldürüldüyü blokundan qan izləri belə getməmişdi. Və mən onun evinə, başı qara örpəkli həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə müsahibəyə getmişdim. Ağrıların ən böyüyü. Verdiyin, verəcəyin suala görə ağrıyırsan. Amma qarşındakı acılı qadının danışmağa ehtiyacı olduğunu bilirsən. Boşalmağa, anlatmağa, hayqırmağa... 

Gənc yazar Mövlud Abdullayevin intiharından sonra adı ən çox çəkilən, sosial şəbəkədə, müsahibələrdə barəsində danışılan, ölmədən öncə boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Sevinc Fədai ilə danışmaq da eyni dərəcədə ağrılı idi. Amma biz bu olaya qədər də bir-birimizi çox istəmişik. Ona görə də Sevinc indiki ərəfədə ürəyini boşaltmaq üçün məhz bəndənizi seçdi. Müsahibədə suallar azdır, fərq edəcəksiz. Amma indi sual verməkdən daha çox, Sevinci dinləmənin vaxtıdır. O isə danışmaqdan daha çox hayqırırdı. Ağlaya-ağlaya, yana-yana, içi qanayaraq danışırdı... Oxuyaq, bilmədiyimiz mətləblərdən agah olmaq və bundan sonra bir qədər susmaq üçün...

 
-O, mənə hər zaman belə deyirdi: anam, bacım, dostum, sevgilim, arvadım Sevinc. Mən belə xatırlayıram. Mən də onun həyatından sadəcə həyat yoldaşı kimi getmək istəyirdim. Bir hədd var münasibətlərdə. Ki, ondan sonra artıq bir çox şeylər bitir. Mən o dostluğu qorumaq üçün, Ucal (oğlu) üçün ayrılmaq zorunda idim. Mən Ucala fiziki baxımdan lazım idim. Mövlud da çox həssas idi. Ona elə gəlirdi ki, mənsiz həyat olmayacaq, ola bilməyəcək. Mən də bunu görürdüm. Mən də deyirdim ki, “Mövlud, mən o evə qayıtsam, münasibətlərimiz daha da pis ola bilər. Amma biz ömrümüzün sonuna qədər görüşəcəyik, danışacağıq. Ucal üçün, özümüz üçün...

Mən həmişə sənin yanındayam. Biz istəsək də, qopa bilmərik. Bizi təkcə bu ev, bu nikah birləşdirmir. Yəni, biz tanış olanda bir-birimizə bacı-qardaş demişik, sonra dost, sonra sevgili olmuşuq”. Bir ayın içində mənə evlənmə təklifi elədi. Dedi ki, biz evlənməsək, cəmiyyət bizi məhv edəcək. Bizi birləşdirən uca dəyərlər var idi. İkimiz də həssas insan idik. Sonra ard-arda çox ciddi psixoloji travmalar aldıq. Bir-birimizin köməyinə, dəstəyinə ehtiyacımız vardı. Müdaxilələr oldu, ikimiz də yükləndik, halbuki dəstək lazım idi. Mövlud da zəif idi. Elə son günlərində deyirdi ki, mən elə bilirdim, sənə hər şeyi demək olar, amma sonra gördüm ki, çox eqoistlik etmişəm. Amma indi mən güclü olacam, gəl qayıt evə... Deyirdim ki, Mövlud, bacarmıram. Necəsə bir travma idi. Hissizləşmişdim.

Özünə də dedim ki, bacarmıram, qayıda bilmirəm. Son gününə qədər də biz görüşmüşük, danışmışıq. Anamgilə gəlib-gedirdi, mən olmayanda da. Orda qalırdı, otururdu, danışırdı... 2 ay idi ki, evdən getmişdim. Ucalla evin içində olanda o qədər ünsiyyəti olmurdu, nəinki həmin 2 ayda. Hətta deyirdi ki, mən Ucalı indi tanıyıram, indi-indi bağlanmışam oğluma. Ona görə də deyirdim ki, Mövlud, sən Ucal üçün möhkəm ol. Evdən çıxandan sonra o, çox deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm. İlk 1 ayda onunla bu barədə çox danışırdım, dəstək verirdim, hər şeyin keçəcəyini deyirdim.

Amma son dönəmlər deyirdi ki, artıq keçdi, mən möhkəməm, səni də psixoloji gərginliyə salıram, möhkəm olacam, kişiyəm. Sevinirdim ki, o havadan çıxıb. Hətta dedim ki, Mövlud, get bir az Qazaxda qal. O, Qazaxa çox bağlı idi, oranı müqəddəs bilirdi də. Deyirdim, get orda hekayələrini yaz, məscidə get. O isə cavabında deyirdi ki, mənim məscidim də, hər şeyim də sənsən. Deyirdim, eləmə də belə. Axı biz hər zaman deyirdik ki, ayrılanda da dost kimi ayrılacağıq, dünyanın sonu deyil. Mən hər ikimiz üçün yaxşı olsun deyə ayrılmaq istədim. Amma o, anlamaq istəmədi. Özünü inandırmışdı ki, bu, dünyanın sonudur.


-Siz axır çərşənbəni də birgə keçirmisiz bildiyim qədər...


-Bəli, ayın 15-də, ilaxır çərşənbədə bir yerdə olmuşuq. Atamgilə gəlmişdi. Yazırlar ki, guya mən ona Ucalı göstərmirdim. Ağ yalandır. Bizə gəlib-gedirdi son günə qədər, atam-anam onu oğulları qədər çox istəyiblər. Bizim evdə ona yad münasibət olmayıb. Hətta Mövlud deyirdi ki, biz ayrılırıqsa, mən o evə necə gəlib-gedim? Deyirdim ki, o, nə deməkdir, Mövlud? Biz hər zaman məişət söhbətlərindən ucada dayanmışıq. Sən ömür boyu bu evə gedib-gələcəksən. Mənim üçün gələcəksən, Ucal üçün gələcəksən... Özün üçün gələcəksən. Yəni, biz axıra qədər bir yerdə olmuşuq. Sadəcə, o, çox qorxaq adam idi. Mənim ən çox barışmadığım, məni ən çox yandıran da bu idi. Mövlud, axı sən necə o yüksəkliyə çıxmısan, özünü atmısan, necə canın yanıb? İynə vurdurmaqdan da qorxan adam idi. Əlini mən tuturdum ona iynə vurulanda... Necə ola bilər axı? (ağlayır) Özünə də ayrılanda dedim ki, Mövlud, mən səni həyat yoldaşından daha çox balam kimi sevirdim və sən məni bundan məhrum elədin. Cavab verirdi ki, mən məhrum eləmədim ki, özün getdin. Deyirəm ki, məcbur elədin də getməyə... Mən ayrılandan sonra da hər gün soruşurdum ki, nə yedin-içdin? Arıqlamışdı. Sonra xəstəxanaya müalicəyə getdi. Mən işlə bağlı Türkiyəyə getmişdim. O da həmin müddətdə xəstəxanaya getdi. Dedi ki, onsuz da sən bir müddət burda olmayacaqsan, mən də heç nəyi görməyəcəm, gedim müalicə olunum. Sonra gəldi ki, yaxşıyam, tək qalmaq mənə yaxşı təsir etdi. Biz inanırdıq ki, hər şey keçdi, düzəldi, yaxşı olacaq.

movlud
Sadəcə mənim istədiyim odur ki, kim ki, Mövlud üçün yas saxlayır, yanır, bunu içində sakit yaşasın. Mövludun ruhunu incitməsinlər. Mövludun maddi problemi vardı, amma o maddi problemə görə öldürməyib özünü. O qəpiklərin şəklini yaymasınlar. Çıxıb deməsinlər ki, biz Mövluda maddi yardım etdik. Hər şey cılızdı axı bu ölümün yanında, hər şey. Niyə bu müsahibələr verilir, bu yazılar yazılır, niyə sosial şəbəkədə hər şeyi bilib-bilmədən danışmağa çalışırlar? Axı bir yad adam da öləndə, onun ağrısına görə susursan, danışmırsan. Yanırsızsa, niyə bu qədər danışır, bu oyunları çıxarırsız? Nədir sizi narahat edən? Mən bu gün acılıyam, amma narahat deyiləm. Ona görə də mən susmağı seçdim. Amma gördüm ki, Mövludun ruhunu çox incidəcəklər, ona görə danışdım. İstəmirəm, incitsinlər. Mövlud özü də o dəyərlərlə yaşayırdı. Onun üçün insani hisslər çox uca idi. Bu qədər incitməyin də onu. Mövlud artıq yoxdur axı həyatda. Kimə nəyi sübut etmək istəyirsiz?


-Sevinc xanım, bəlkə də bu intiharın arxasında suallar çox olduğu üçün bu qədər söz-söhbət yayılır...


-Nəyi bilmək istəyirlər? Bəlkə onları bu suallar yandırır? Bəlkə elə bilirmişlər ki, Mövlud övladını görmürdü? Ona görə yanırlar? Mən də deyirəm ki, yanmayın, o, övladını görürdü. O, bir gün əvvələ qədər uşağını görüb. Son dəfə telefonla danışanda dedi ki, mən bir də Ucalı 18 yaşı olanda görəcəm. Mən də ərklə dedim ki, qələt edəcəksən, sən onun atasısan, sən böyüdəcəksən onu, sən olacaqsan yanında. Mən də, Ucal da səni görəcəyik.


- “Son dəfə telefonla danışanda...” dediz. Onunla son danışığınız necə oldu, nələr dedi sizə?


-Biz martın 15-də, axır çərşənbəni atamgildə, bir yerdə keçirdik. Süfrəyə, uşaqlara başım qarışdı deyə çox danışammadıq. Amma saat 12-ni keçəndən sonra yanına gəldim, danışdım. Soruşdum, necəsən, neynirsən?Kimlərlə görüşürsən? Mən onu hər zaman qoruyurdum. Amma o, həmin gün ancaq mənim suallarıma cavab verdi. Bir də onu dedi ki, çoxdan bəri girmək istədiyi bir iş var idi, ordan artıq müsbət cavab verilib, redaktə yollayıblar, başlayıb çalışmağa. Dedim, nə yaxşı, xeyirli olsun. Sevindim ki, yeni başlanğıclar var, başı qarışacaq işə-gücə. Kimlərlə görüşdüyünü dedi. Facebookunu bağlamışdı, gmail vasitəsilə dostları ilə yazışırdı. Bizim son günə qədər yazışmalarımız, telefon danışıqlarımız olub. Bunları açmaq nə problemlidir?

-Əhvalı gözəl olub bir gün öncəyə qədər. Yeni başlanğıclara hazır vəziyyətdə... O zaman son gün nəsə baş verib?


-Yox, 15 martda, atamgilə gələndə əhvalı heç də hər zamankı kimi yüksək əhvalda deyildi. Ha istəyirdik kefini açaq, mümkün olmurdu. Ucal qucağında idi deyə anam uşağı onun qucağından almaq istəyirdi ki, yemək yesin. Sərt şəkildə qayıtdı ki, niyə düşsün ki? Mən yemərəm də. Anam dedi ki, sənə görə deyirəm, yemək ye. Sonra gedib uzandı. Ardınca bizim evə qonaqlar gəldi, Mövlud onlarla da oturdu. Bu son iki ayda bizim heç bir qohumumuz bilməyib ki, biz ayrılmışıq. Çünki nə zaman gəlirdilər, Mövludla məni birgə görürdülər. 5-ci gündən deyirdim ki, gəl, qal bizdə, isti ev, isti yemək...Sadəcə mən o evdən çıxmışdım, aramızda olan söhbətlər də özəldir, bizə aiddir. Mən noyabr ayının sonunda xəstəxanaya düşdüm, aldığım psixoloji travmalara gücüm yox idi. Mənim də beynim yüklü idi.

Hər zaman mən güclü olurdumsa, həmin vaxt dedim ki, Mövlud, sənin dəstəyinə, təsəllinə ehtiyac var. Bilirsiz, kirayə qaldığımız evdə yanğın oldu, travma aldıq. O evə görə aldığımız təzminatla yeni topraq sahəsi almaq istəyirdik, dələduzlara tuş gəldik. Bir tərəfdən də əsəblərimiz orda tarıma çəkildi. Mən də insanam, elə şeyləri yaşayanda zədələnirdim, qaldıra bilmirdim. Həmin vaxt Mövlud o səbri, o gücü, dəstəyi göstərə bilmədi. İkimiz də özümüzdən çıxırdıq. Hətta bir dəfə dedim ki, Mövlud, elə vəziyyətə gəlmişəm ki, durub özümü eyvandan atmaq, maşının altına atmaq istəyirəm. İstədim, durumun ciddiliyini bilsin də. Mən elə şeyə meylli deyiləm, sadəcə Mövluddan dəstək almaq üçün bunu dedim. Durumun nə qədər ciddi olduğunu anlatmaq üçün. Mən bunu deyəndə özümdə olmamışam, özümdən getmişəm. Təcili yardım çağırılıb, 2 saat məni özümə gətirə bilməmişdilər. Hətta həkim deyib ki, bu qız özünü öldürmək üçün nəsə edib. Mövlud da qayıdıb həkimə deyib ki, Sevinc mənə bu namərdliyi eləməz. İndi deyirəm ki, Mövlud, bu namərdliyi etdin? (ağlayır) O, ən çox özünə etdi.

movlud

Mövludun ölümündən iki gün əvvəl çəkilmiş son fotosu - qucağındakı qaynının oğludur, foto qayınatasının evində çəkilib


Məndən, Ucaldan daha çox özünə etdi. O, körpə kimi saf, təmiz idi. İnsan yanır axı... O, dostlarına, yaşadıqlarına görə bəzən elə təsirlənirdi ki, evə hönkürə-hönkürə girirdi. Mən onu qucaqlayır, yaralarını sarırdım. Zamanında onu yaralayan adamlar isə indi reportaj, status yazır, söz deyirlər... Biri yazır, Sevinci bağışlamaq olmaz. Durub onlara cavab da vermək istəmirsən. Mövlud özü həmişə belə məqamlarda mənə deyirdi ki, sən Sevincsən e, sən hamıya cavab verməməlisən. Mən Mövluda olan sayğımdan, ruhuna olan hörmətimdən susuram. Hamı götürüb yazır ki, Sevincsiz Mövlud tək qaldı. Amma biriniz bir soruşun da, niyə tək qaldı? Siz hardaydız? Niyə Mövlud özünü tək hiss etdi? Gəlib mənə deyirdi ki, Sevinc, evləndiyimiz 3 ildə hamı məndən soruşur ki, sən niyə belə xoşbəxtsən? Mənim xoşbəxtliyimi çəkə bilmirlər e. İstəyirlər ki, küçədə səfil qalım. Deyirdim, sən yenə güclü ol, işində-gücündə ol, bu qədər savadın, istedadın var. Özünü dik tut. Kim ki, həyatından gedib, o sənin yaxşılığınadır. O, dostundan bir acı hərəkət görəndə hönkür-hönkür ağlayırdı. 2 ildi üzünü görmədiyi dostu indi çıxıb elə şeylər yazır ki, yanıb partlayıram.. Nə istəyirsiz o uşaqdan? Heç olmasa ölüsündən əl çəkin.


- Heç kəsin bilməyib də, sizin bildiyiniz o son günün detalları barədə danışa bilərik? İstəmirsizsə, üstündən keçək...


-Yox, danışaq. Mövlud son günə qədər məni geri qaytarmağa çalışırdı. O, həmin gün də dedi ki, Sevinc, mən ailəmi qaytarmaq istəyirəm, qayıt evə. Dedim ki, Mövlud, vallah, bacarmıram.


-Qayıtmaq çox çətin idi, Sevinc xanım?


-Bilirsiz, mən ona bir söz demişdim ki, mən evdən çıxan son günə qədər hər şeyi düzəltmək üçün çabaladım. O, məni qaytarmaq istəsəydi, bunu bacarardı. Amma son gün ki, mən evdən çıxdım, çox sakit, hissiz çıxdım. Mövluda da deyirdim ki, Mövlud, mən Ucal olanda 3 gün xəstəxanada qaldım. Ataları içəri buraxmırdılar. Amma o 3 gündə mənim səni görmək üçün gözümün yaşı qurumadı. Amma indi key kimiyəm, hissizəm. O da bilirdi ki, mən nəyinsə xatirinə belə şeyi davam edə bilmərəm. Mənim zamana ehtiyacım vardı. O da həmin zamanı dayana bilmədi, qala bilmədi, Gözləmədi ki, mən özümü sağaldım. Sadəcə, o, mənim evə qayıtmamağımla barışa bilmirdi. Ondan əvvəl də bir neçə dəfə səsi telefonda pis gəlirdi deyə təcili yardımla evə qədər getmişdim. Məlum olmuşdu ki, sadəcə yemək yeməyib deyə halsızdır. Ömür boyu ağlıma gəlməzdi ki, belə şey.


-Mən bilirəm ki, siz indi Qazaxdan qayıdırsız, Mövludun yas yerindən...

-(sözümü kəsir) Mən o xəbəri eşidəndən sonra üstümə bir neçə dəfə təcili yardım gəlib. İynə vurublar, özümdə olmamışam. Mənə gec deyilib. Mən biləndə artıq Mövludun nəşini Qazaxa aparmışdılar. Mən ancaq bir gün sonra, yaxınlarımla dava-dalaşdan sonra yola çıxa bilmişəm. Səhhətim pis idi deyə, yola çıxmağıma icazə vermirdilər. Səhər də ailəm çıxıb gedib Qazaxa. Qəbrinin üstünə ancaq indi gedib.

5eb5b170-64f7-48ec-89ed-929b421c9c35.jpg


-Sizə son olaraq bir mesaj, bir məktub yazıbmı? Fotolardan görünür ki, qapının üstündə iki ürək şəkli qoyub. Bəlkə onların üstündə yazılanlar?

-Onların üstündə heç nə yazılmayıb. Mən o evə getməmişəm. Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu... Onda bir şey vardı. Mələk kimi insan idi, amma birdən-birə sanki şeytan girirdi içinə. Coşanda dedim ki, Mövlud, gəl, sağollaşaq, yenə eyni yerə gəlib çıxdıq.


-Axırıncı gün, ölümündən bir neçə saat öncə olub bu danışıq?

 

-Bəli, hadisə də gecə olub. Mən bir az susqunluq, hörmət istəyirəm Mövludun ruhuna. O adamlar ki, yazırlar Mövludun yanında vicdanları təmizdir, guya mən Mövludun yanında olmamışam və sair. Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün. Amma siz həmişə bizi bir, xoşbəxt görmüsüz. Hamı deyir ki, Mövlud 15 yaşından bəri özünü öldürəcəyini deyirdi. Amma son 3 ildə necə xoşbəxt idi. Nə oldu? Hamı niyə dəyişdi? Kimlər ki, indi yazır, Mövlud onlar barədə mənə çox danışıb, dərdləşib. Mən onları açmaq istəmirəm. Mövludun ruhuna, özümün adıma olan hörmətimdən. Bir daha deyirəm, mən sadəcə acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram.(musavat.com)

Oxşar xəbərlər
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI