Səmimi olun, cənab məmurlar, Sekuta kimi...
Oxunub: 9018
26 Feb 2017 | 20:56
Səmimi olun, cənab məmurlar, Sekuta kimi...

Bizim səlahiyyətli məmurlarımız  adətən mətbuatla birbaşa  təmasdan qaçırlar. Səbəbi nədir, hardan gəlir bilinmir, amma bircə o məlumdur ki, məmurlar danışanda mütləq tərs bir şeylər söyləyirlər və sonra da özləri kimi mətbuatdan qaçan mətbuat xidmətləri vasitəsilə sözün “konteksdən çıxarıldığını”, onun başqa anlamda deyildiyini söylətdirib ört-basdır edər, bəraət qazanmağa çalışarlar. Təbii, istisnalar da var. Deyilənin yozulmaması üçün elə cavablar da verilə bilər ki, mətbuat, oxucu konkret bir məna anlamaz və uzaqbaşı filankəs “diplomatik cavab” verdi, deyib  keçərlər. Deməli, adətən diplomatların cavabı “nə şişi yandırır, nə də kababı”. Bəs, diplomatın cavabı qeyri - diplomatik olanda nə yanar, daha doğrusu kim yanar? 

Bu günlərdə baş diplomatımız təəssüflə bildirib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə görə optimist deyil. O, bununla bağlı ermənistanlı həmkarı Nalbandyanı ittiham edib: "O, çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək”. Nazir APA-ya deyib ki, bütün beynəlxalq təşkilatlar qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Gələn ay Moskvaya səfərim zamanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya ilə danışıqlarda bu məsələyə toxunacağam. Hansı addımları atacağımızı müzakirə edəcəyik ki, necə edək “status-kvo”nu dəyişək”.

Axundovun  “ Hekayəti xırs quldurbasan”ında bir epizod var. Rəis soruşur ki, zastavada tatar dilini bilən varmı? Cavab: ”2-ci bölükdəki Kuzma bu barədə düşünür, zati-aliləri”. Hörmətli nazirin “bu məsələyə toxunacağam” dedikləri Kuzmanın düşünməyini xatırladır, bunu oxuyan yad adam fikirləşər ki, yəqin o bu vəzifədə yenidir,  Moskvaya ilk səfərini edir və “status-kvo”nun dəyişilməsi məsələsini gündəmə gətirəcəyi barədə düşünür. Nalbandyanın ünvanına deyilənlər isə ittihamdan çox, acizlikdir... 

Bütün günü, yeri gəldi-gəlmədi təbliğat maşını “dinamik inkişaf” kəlməsini səsləndirir. Bəlkə də hansısa sahədə, kiminsə xeyri naminə “dinamik" hərəkətlənmə var, bircə Qarabağ məsələsində nə siyasi, nə hərbi dinamika illərdir ki, hiss olunmur.( Atəşkəs rejiminin  milyonuncu dəfə pozulması hərbi dinamika deyil)  43 illik Kipr məsələsi belə aktiv dövrünü yaşayır, danışıqlar aparılır, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini istəyənlər, tələb edənlər isə diplomatiyamızın qeyri-fəallığı ucbatından konflikti konservləşdirirlər. Postsovet ölkələrindəki separatizm nəticəsində Ukraynada, Gürcüstanda, Moldovada yaranmış qondarma strukturların məsələsi Qərb tərəfindən daim gündəmə gətirilir, Qarabağ yox. Səbəb nə islamofobiyadı, nə erməni diasporu, nə ikili standart. Səbəb odur ki, həmin ölkələrin rəsmiləri, konflikti yaradanın  hansısa separatçı qüvvə yox, məhz Rusiya olduğunu rəsmən bəyan edirlər. Qərb də məsələyə toxunanda osetini, abxazı, DNR, LNR, Pridnestrovyeni müzakirə etmir,  bu problemləri yaradanın, arxasında dayananın Rusiya olduğunu bildirib, Rusiyadan geri çəkilməni tələb edir. Bizim heç bir rəsmi mövqeyimizdə Qarabağın Rusiya tərəfindən işğal edilib Ermənistana təhvil verilməsi bəyan olunmayıb. Qərb də buna görə Ermənistanı, Qarabağ separatçılarını hədəfə almır. Gürcüstan da separatizm nəticəsində torpaq itirib, Azərbaycan da. 2008-də Rusiya Gürcüstana hücum edən vaxt Fransa prezidenti  Sarkozi Moskvaya gəlib iki gün Medvedyevin yanından getmədi, o vaxta qədər ki, Rusiya Gürcüstana hücumu dayandırmadı. Bizim üçün kim gedəcək Moskvaya, ya Tehrana?  Heç kim! Türkiyə belə Rusiyanın hərəkətlərinə etiraz etməyəcək və ya heç onu vecinə alan olmayacaq. Qərb də susacaq. 

ABŞ-ın yeni təyin olunmuş prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi general-leytenant (burda bir haşiyəyə çıxaq. Amerika kimi yekə bir dövlətin təhlükəsizlik məsələləri üzrə köməkçisi, İraq, Əfqanıstan döyüş yolunu keçmiş adam general - leytenantdı, Eldar Mahmudovsa  general-polkovnik!? General-leytenantlarımızın isə sayı ”“hesabı yoxdur) Herbert  Makmaster  son çıxışlarının birində deyir ki, “dünyanı təhdid edən 5 əsas  təhlükə  var - Rusiya, Çin, İran, Şimali Koreya və islam ekstremizmi”. İşə bax, bu beş təhlükənin ikisilə həmsərhədik, qonşuyuq, islam ekstremizmi də həm qonşuluğumuzdadı, həm içimizdə. Bu cür geopolitik təhlükə zolağında olan bir ölkənin  dayağı varmı? Bu təhlükəli qüvvələr bizim marağımıza yox, öz maraqlarına uyğun münasibət göstərib Ermənistanla dostluq edirlər və əks halda bizi növbəti işğal faktoru ilə hədələyirlər.  İsrail dövləti yarananda bütün ətraf ona düşmən idi və hamısı da SSRİ-nin dostlarıydı. İsrail müdrikcəsinə ABŞ və Qərbi Avropanı özünə dost seçib düşmənə qalib gəldi. Bizim strateji seçimimiz “balans” ola bilməz. Onsuz da balansdan uzağıq, daxili və xarici siyasətimiz Qərbin yanında deyil, yanında olduqlarımız da öz maraqlarını  yeridib təhlükəsizliyimizi təhdid etməkdə davam edirlər. Qarabağ da uzaqlaşdıqca uzaqlaşır. Kəlbəcərin mərkəzində ermənilər su xətti çəkir, məskunlaşmanın infrastrukturlarını yaradırlar. Qarabağa köçüb məskunlaşanlara əlavə imtiyazlar tanıyırlar. Biz də Qarabağdan məcburi köç edənlərin - qaçqınların imtiyazlarını ləğv edirik. Qaçqınlardan söz düşmüşkən, Qaçqınkomun sədri, Baş Nazirin müavini Əli Həsənov dünən bildirdi ki, Cocuq Mərcanlı camaatının adından hansısa beynəlxalq məhkəməyə müraciət edib ki, Ermənistan təzminat ödəsin. Sanki, erməni səbirsizliklə bu məhkəməni gözləyirmiş, onu məhkəməyə verən kimi əlini cibinə atıb dollarlar çıxaracaq, Əli Həsənov da Cocuq Mərcanlı kəndini tikəcək. Bu işə ən birinci inanmayan Qaçqınkomun sədridi, ən bərk gülən də erməni. Allahı sevərsiniz, məzələnməyin bu camaatla, onsuz da itirəcəkləri bir şeyləri qalmayıb. 

Kuzma bu müddətdə Qaçqınkoma rəhbər olsaydı qaçqının “dilini” öyrənərdi, bilərdi harda nəyi necə demək lazımdır. Bizim səlahiyyətlilər xalqın dilini bilmədilər, daha doğrusu bilmək  istəmədilər. Bir həftə bundan qabaq ABŞ səfiri Sekuta bir qaçqınla görüşüb, mehriban söhbət edib və “Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq" söyləyib və səfir Sekuta həmçinin qeyd edib ki, "Daimi yol axtararaq irəli addımlayan və ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram".  

Siz də  keçmişini, bu gününü itirib hələ ayaq üstə dura bilən qaçqınlarla görüşməkdən qürur hissi keçirirsinizmi? Səmimi olun, cənab məmurlar, Sekuta kimi. Qarabağ məsələsini Moskvada müzakirə etməyi düşünəndə də, Cocuq Mərcanlını tikmək istəyəndə də...
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək