İrəvandan savaşı tətikləyəcək addım ”“ Bakıya unikal fürsət...
Oxunub: 2129
20 Feb 2017 | 12:21
İrəvandan savaşı tətikləyəcək addım ”“  Bakıya unikal fürsət...
Bu gün - fevralın 20-də Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda “konstitusiya islahatları” adı altında saxta referendum keçirməyi planlaşdırır. Bu təxribatçı addım, şübhə yox ki, qondarma “DQR”i beynəlxalq birliyə legitim qurum kimi sırımaq yönündə düşmənin növbəti hiyləsidir. Guya ki, dünyada bu adda da dövlət var, onun konstitusiyası var və o, hətta vaxtaşırı “parlament”, “prezident” seçkiləri, “referendum”lar keçirir.

Təbii ki, özünü aldatmadır. Birinci ona görə ki, Dağlıq Qarabağdakı qondarma qurumu bu günədək heç bir dövlət, hətta heç işğalçı Ermənistanın özü tanımayıb, tanımağa cürət etməyib - o ki ola hansısa ciddi, özünə hörmət edən dövlət. Əksinə, ermənilərin növbəti referendum tamaşası əks-effekt verərək, faktiki özünü ifşaya çevrilib.


Məsələ ondadır ki, artıq iri dövlətlər, bizə dost-müttəfiq ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə bir daha dəstək ifadə etməli olublar. Bu gün Qarabağda oynanılan referendum tamaşasının yeganə siyasi əhəmiyyəti əslində elə budur - ermənilərin iç üzü bir daha dünyaya faş olub, onların sülh istəmədiyi, regionu daima böyük müharibəyə təhrik etdikləri növbəti dəfə öz təsdiqini tapıb.


O sırada Rusiya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstan, İran, Avropa Birliyi işğalçının təhrikedici, sülhü daha əlçatmaz edən addımı ilə bağlı aydın mövqe ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini, “DQR” adında “müstəqil” qurumu tanımadıqlarını bəyan ediblər. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa nümayəndəsi məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib.


Diplomat qeyd edib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı digər ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. “Bundan irəli gələrək keçirilməsi nəzərdə tutulan referendumun nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və bu referendum Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə hər hansı təsir göstərə bilməz”, - deyə Fransa nümayəndəsi qeyd edib. Bundan əlavə, o, həmsədr dövlətlər adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.


*****



Qeyd edək ki, erməni tərəf “referendum”la Dağlıq Qarabağın adını “Artsax” ifadəsinə dəyişmək istəyir. Ancaq aydındır ki, heç bir hüquqi qüvvəsi olmayan bu “referendum”u beynəlxalq birlik tanımayacaq. Demək, həm vasitəçi dövlətlər, həm də digər ölkələr “Dağlıq Qaraba𔝠adından istifadə etməkdə davam edəcək. Bununla belə, qanunsuz və beynəlxalq hüquqa zidd plebissit Azərbaycanda müharibə ab-havasını gücləndirəcək, cəmiyyətimizdə işğalçı ilə ayrı dildə danışmağın mümkünsüzlüyü rəyini qətiləşdirəcək.



Düşmən tərəfin xüsusilə bugünkü təxribatçı addımı fonunda Azərbaycanın tam haqqı çatır ki, nizamlama prosesini daima sabotaj edən təcavüzkarı cəzalandırmaq və yerində oturtmaq üçün ən radikal yola əl atsın, saxta referendumun baş tutmasını əngəlləsin. Elə məhz bu gün Azərbaycan referendum oyununu pozmaq üçün hərbi hərəkətlərə əl atarsa, tamamilə məntiqli görünəcək və heç bir beynəlxalq qınağa tuş gələ bilməz. Bu mənada 20 fevral münaqişə zonasında kritik bir gün, Bakı üçün unikal şans da sayıla bilər.



Siyasi analitiklər də ermənilərin işğal altında olan torpaqlarımızda növbəti referendum hoqqasından narahatdırlar. Məsələn, Müsavat.com-un məlumatına görə, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza hesab edir ki, bu hadisə konfliktin həllini daha da qəlizləşdirəcək: “Erməni tərəfinin bu hərəkətində münaqişənin tezliklə həllinə yönəlik istək və məntiq görünmür. Əksinə, ”referendum" problemin dinc həllinə heç cür kömək etməyəcək, prosesi yalnız mürəkkəbləşdirəcək", - deyə eks-diplomat qeyd edib.



“Bu ”referendum" mənasız bir iş olsa da, bölgədə gərginliyi artıra bilər. Ermənistanın belə bir həssas dönəmdə təxribatları davam etdirməsinin yalnız bir anlamı var: o da bilərəkdən müharibənin başlanmasına rəvac verməkdir". Bunu politoloq Elxan Şahinoğlu axar.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, saxta referendum reallıqda durumu dəyişməsə də, vəziyyəti gərginləşdirəcək: “Bir tərəfdən ”sülh"də maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə təxribatlarla məşğuldurlar. Bu halla barışmayacağıq. Azərbaycan artıq taktikasını dəyişib və Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınır. Görünür, yenidən vəziyyəti bilərəkdən gərginləşdirməkdə maraqlıdırlar. Bu “referendum” çox mənasız bir iş olsa da, bölgədə gərginliyi artıracaq. Ermənistan bu təxribatı davam etdirməklə, əslində müharibənin başlanmasına birbaşa rəvac verir. Bir il əvvəl Ermənistan cəmiyyəti aprel müharibəsinin yenidən təkrarlanmasından qorxarkən rəsmi İrəvan Dağlıq Qarabağda “referendum” keçirməklə hərbi toqquşmanın tarixini yaxınlaşdırır".


***
Ancaq bütün hallarda Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, erməni separatçıların əsas arzusu ürəklərində qalacaq. Prezident İlham Əliyevin ötən həftəsonu “Əl-Cəzirə” telekanalına verdiyi müsahibə bu xüsusda Azərbaycan dövlətinin qətiyyətini bariz şəkildə ortaya qoyub. Ölkə başçısı bildirib ki, Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalı, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq”, - İlham Əliyev qeyd edib.


Kəsəsi, erməni xalqına da əmin-amanlıq, tərəqqi və təhlükəsizlik vəd edən sülhü yaxınlaşdırmaq müstəsna olaraq ermənilərin özündən asılıdır. Əfsus ki, bu gün işğal altındakı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan saxta referendum ədalətli sülhü deyil, böyük savaşı yaxınlaşdırır.


Nə etməli, düşmən müharibə istəyirsə, onu da alacaq. Ancaq Qarabağı... heç vaxt!(musavat.com)
Oxşar xəbərlər
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO