Ağsaqqal (Hekayə)
Oxunub: 3614
18 Feb 2017 | 12:41
Ağsaqqal
 (Hekayə)
Hər bir yazıçı öz cəmiyyətinin vicdanıdır və ya belə olmalıdır. Ətrafında baş verən hadisələr, müsbət və mənfi tendensiyalar, inkişaf prosesi ilə yanaşı tənəzzüllər, ictimai aşınmalar bədii əsərlərin əsas mövzusuna çevrilməli, insanları düşünməyə, toplumun özünüdərkinə kömək etməli, onu özünə tanıtmalıdır. Məhz bu keyfiyyətinə görə də ədəbiyyat güzgüyə bənzədilir. Mirzə Ələkbər Sabirin təbirincə, desək, “bu ayinədə özünü əyri görənlərin” gerçək simalarıyla tanış ola bilmədiyi ədəbi əsərlərin ömrü qısamüddətli olur, mütərəqqi ideyaları əks etdirən əsərlər isə uzunömürlü  həyata vəsiqəsi qazanır.

Yazıçı Aləm Kəngərlinin qələmi də “düzü düz, əyrini əyri, pisi həmvar” göstərən güzgülərdəndir. Onun qələmə aldığı “Ağsaqqal”, “Ehsan”, “Qonaq” və sairə hekayələrində  hər kəsi narahat edən neqativ hallar qamçılanır.
 
Müəllifin  “Ağsaqqal” hekayəsini Moderator.az oxucularına təqdim edirik: 
 
 
“Bazarbank”ın müdiri ətirləndikdən sonra  barmaqları ilə çənəsini yoxladı.  Səhər üzünü qırxmaması elə də hiss olunmurdu.  Diyircəkli  kreslosunu sağa  döndərib, yan tərəfdəki telefonun düyməsini basdı.  Katibə dodaq boyasını  çantaya atıb tez dəstəyi qaldırdı.
-  Buyurun,  Qadir  müəllim, eşidirəm.
-  Qəbulda kim var ?
Müdirin zabitəli  sorğusuna katibə mülayim səslə cavab verdi:
-  İki nəfərdi.  Biri Şakir müəllimdi,  o biri də....
Müdir qızın sözünü ağzında qoydu:
-  Şakir gəlsin.
Şakir müəllim yenidən güzgüyə baxdı.  Sağ əli ilə telinə sığal çəkib, özünü düzəltdi. Qapını döyüb, “buyur” işarəsi gözləmədən içəri keçdi. Müdir  ayağa qalxıb Şakir müəllimi böyük şövqlə qarşıladı.
-  Ay səni xoş gördük, əziz qardaş! Necəsən? Nə var, nə yox? Ağsaqqal  necədi?
-  Yaxşıdı, Qadir müəllim. Sizə  də salamı  var.
-  Sağ olsun. Allah onu var  eləsin.  Allah onun kölgəsini üstümüzdən heç vaxt  əskik eləməsin .
-  Əlbəttə,  qardaş. O olmasaydı, indi biz kim idik ki?
-  Elədi, qardaş, elədi, - deyə, müdir həm sözlə, həm də baş hərəkəti ilə təsdiqlədi.
 Şakir müəllim aradakı  ani  sükutdan istifadə edib, yubanmadan əsas məsələyə keçdi:
-  Qadir  məllim, Sizin  vaxtınızı çox almayım. Deməli, mühasiblə də, mühəndislə  də  danışdım.  Sizin təklifinizə elə  bir iradım yoxdur. Ancaq gərək bir işdə bizə köməklik  edəsiniz.
-  Buyurun, mən hazır, -  Qadir müəllimin sifətində xeyirxah, işgüzar bir ifadə oxundu.
-  Bilirsiz, Qadir  müəllim, bir-iki  yer var, indidən  ağzını  açıb bizi gözləyir. Deyirəm,  əvvəldən  pulun  başına daş salsaq,  axırda  o biri  obyektlər  kimi  bu  bina da yarımçıq qalacaq, yük olacaq peysərimizdə. İcazə verin, sizə çatacaq məbləği  ikinci “tranş”da ödəyək.
 Bu gözənilməz təklifdən, sanki,  müdirin başına bir qazan qaynar su tökdülər. Elə bil  dalağı sancdı, içində qəribə, indiyə qədər müşahidə etmədiyi sancı baş qaldırdı.  Yerində qıvrılıb baxışlarını  stoldan   ayırmadan, ağır-ağır dilləndi:
-  Bilirsən, nə var, Şakir?  Məsələ sən fikirləşdiyin qədər  də sadə deyil. Mən sənə bu pulu öz cibimdən vermirəm ki,  istədiyim kimi  hərəkət  edim.  Mənim heç nəsli-nəcabətim  yığışa,  o qədər pulu bir yerə toplaya bilməz.  Hər yerin öz haqqı var.  Mən  gücüm çatmayan yükün altına girə bilmərəm. Gərək bağışlayasan.  Qaldı o biri  məsələyə,  axı  indiyə  kimi  hansı  borclunun  xətrinə  dəymişdilər, qalmışdın sən? Uzağı,  tikintini  yarımcıq vəziyyətdə təhvil verəcəksən bizə, vəsallam.
       Şakir müəllim   işini aşırmaq üçün  yumşaq səslə dedi:
-  Sizi başa düşürəm,  Qadir  müəllim. Ancaq  unutma ki, bu ağsaqqalın təklifidi, mənim yox. Deyirdi ki, Qadir pis oğlan deyil. Yəqin ki, ora  necə düzəldiyini də yaddan çıxarmayıb.
Qadir müəllim bilərəkdən özün elə göstərdi ki, guya çox narahat oldu:
-  Allah eləməsin, ay Şakir. Mən çörək itirən adam  deyiləm. Ancaq sən də vəziyyəti  başa  düş. Bu, mənə aid  olan məsələ  deyil.
-  Bəs,  onda nə edək?  Ağsaqqala nə deyək?
Müdir vəziyyətdən çıxmaq  üçün tam səfərbər olmaq qərarına gəldi:
-  Bilirsən, Şakir,  and olsun o bir olan Allaha  ki, məndən  başqa heç bir köpəyoğlu   bu  məsuliyyətin  altına  girməz.  Mən boynumu baltanın altına qoyub   bu işə gedirəm. Özün deyirsən, bunu  təcili edək  ki, bilmək olmaz, sabah nə olacaq. O biri tərəfdən də heç bir sənədin, girovun-zadın  yox.  Bir  dənə layihə verəcəksən ”“ kağız parçası, onu da   ki,  Allah  bilir, nə vaxt.  Vallah,  mən bundan artıq  heç  nə  edə bilmirəm.  
Bu cavab Şakir müəllimi qane etmədi. Odur ki, yenidən müdiri sıxmaq qərarına gəldi:
-  Deməli, ağsaqqalın sözünü  yerə salırsan?
Müdir vəzifəsini  itirəcəyindən  qorxub, bu  “tikanlı  paz”dan canını qurtarmaq üçün  bazarlığı davam  etdirmək  məcburiyyətində  qaldı:
-  Bəlkə belə edək, ay Şakir?  Yarısını indi verəsən, yarısını  da  ikinci 10 milyonu alanda.
 Şakir müəllim istədiyi  nəticəni ədə etdiyi üçün  söhbəti çox uzatmadı: 
-  Eybi  yoxdur,  olsun, mən razı.  Yəqin  ki,  ağsaqqal da etiraz etməz. Pulu indi  götürə bilərəmmi?
-  Sabah nahardan  sonra  gələrsən.  Pul  probemi yoxdur.  Gərək  formal da olsa, bir-iki  sənəd  hazırlayıb  bu  işə qanuni  don  geydirək  ki,  ağzıgöyçəklər orda-burda  artıq-əskik danışmasınlar. Əsas odur ki, səs çıxmasın.
-  Oldu, qardaş. Onda icazə ver, mən gedim.
-  Sağ-salamat, sağ-salamat. Allah xeyr versin. Ağsaqqala məndən salam deyərsən.
  Şakir  müəllim  kefikök  halda  otaqdan çıxdı. Hədiyyəsini  əvvəlcədən  alan katibə  onu  gülərüzlə yola saldı.  Sonra müdirə aid telefonun dəstəyini  qaldırıb nazlanaraq dedi:
-  Qadir müəllim, Səfər müəllim  gəlsin?
-  Səfər kimdi, ay qız?!
-  Səfər  Küskün...  “Vicdan” romanı... Yazıçı...
-   Səfər-məfər tanımıram.  Onu içəri kim buraxıb?  De  ki,  vaxtı yoxdu.
İşi başdan aşır. Getsin, bir  aydan sonra gələr.
-  Qadir  müəllim,  dünən  Sizi calaşdırdım, danışdız. Yazıçıların müdiri xahiş etmişdi.
-  Hə, hə, düz deyirsən.  Yadıma düşdü. Nə istəyir?
-  On min.
-  De, gəlsin.
Yazıçı içəri keçib salam verdi.  Müdir  xüsusi əda ilə:
-  Əleykümə-salam,  Küskün  müəllim.  Eşidirəm Sizi. Buyurun.
-  Bilirsiz də, sizə demişdilər.  Qızı köçürməliyəm. On  min manat pul lazımdır. Allah qoysa,  iki  ilə  qaytaracağam.
-  Birdən qaytarmadın, onda necə?
-  Elə şey olar? Qaytaracağam!  Evin yanında  işə də düzəlmişəm.  Mağazada gözətçi... Hər ay  təqaüdlə bərabər maaş da alacağam. Düzdür, indi toyda restoranlardan bir şey saldırmaq  olmur. Ancaq Sizə söz verirəm ki, özümü toparlayıb, iki ilin içində borcun belini qıracağam.
Müdir  Səfər  müəllimdəki dirənişi görüb dedi:
-  Girovun nədir?
-   Iki otaqlı evim, qardaş. Əhmədlidə.
-  Qorxuram,  sənə sərf etməyə.  Bizdə faizlər çox yuxarıdı.
-  Olsun,  qardaş,  eyb etməz.  Onsuz  da  başqa  çıxış  yolum  qalmayıb. Qız üç  ildi  nişanlıdı. Sizə güvənib, toyun vaxtını  da təyin etmişik.
-  Şair  qardaş,  düzü,  biz  krediti yalnız  bacarıqlı  iş  adamlarına veririk.  Müstəsna  hal  kimi  sizə kömək  edərik.  Ancaq  gərək  bura  daha üç nəfər gətirəsən  ki,  sənə  zamin  dursunlar.  Əgər  Allah  eləməmiş, özünüzün, ya evinizin  başına  bir iş  gəlsə, onlar  gətirib həmin pulu ödəməlidirlər.
-  Ay bala, mən o adamları hardan tapım?  Məgər  siz mən boyda kişiyə  inanmırsız ?
Müdir səsinin tonunu qaldırdı:
-  Küskün  müəllim,  siz  ki  oxumuş  adamsınız,  niyə  başa  düşmürsünüz? Bu  dövlət  yiyəsiz  deyil  ki, gözünü  yumub  hər yoldan ötənə  pul verəsən!  İnan ki, bir  qəpik o yan-bu yan ola, adamın atasını  yandırarlar.
Səfər müəllimin deməyə sözü qalmadı. Pərt halda başını aşağı salıb kor ”“ peşman  otaqdan çıxdı. Katibəyə “sağ ol” deməyi  belə  unutdu.
Dərdin  ağırlığından ayaqlarını  ata  bilmirdi. Cilova  gəlməyən düşüncələri  beynini   didib  parçalayırdı. Ürəyini göynədən  dəhşətli  ağrıya  məhəl qoymadan  irəliləyirdi.   Evdə  qızına  nə  deyəcəkdi?  Həyat  yoldaşına  nə  cavab verəcəkdi?
Ağır  düşüncələr  içərisində  hara  getdiyinin fərqinə  varmadan,  piyada keçidi olmayan  yerdən  yola  çıxdı.  Böyük  sürətlə  gələn  avtomobilin  sürücüsü  qarşısındakı  adamı görüb, bir  anlığa   çaşsa  da,  son  anda  özünü  toparlayıb  var gücüylə əyləcə basdı.  Dəhşətli uğultu  ətrafdakıları qeyri-ixtiyari olaraq, hadisə olan tərəfə dönməyə məcbur etdi...
 
Aləm Kəngərli
Oxşar xəbərlər
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm