Riyaziyyat üzrə ölkənin ən gənc xanım elmlər doktoru: "Özümdən narazıyam..."
Oxunub: 14989
14 Feb 2017 | 22:47
Riyaziyyat üzrə ölkənin ən gənc xanım elmlər doktoru:

Xatirinizdədirsə, millət vəkili Qənirə Paşayeva bu günlərdə Azərbaycan elm tarixində riyaziyyat üzrə qadınlar arasında ən gənc elmlər doktoru adını qazanmış Nigar Aslanova haqqında qısa məlumat paylaşmışdı. 

Biz də Moderator.az olaraq həmin alimimizdən geniş bir yazı hazırlayıb, sizə təqdim edəcəyimizə söz vermişdik.

Elə bu məqsədlə üz tutduq Nigar xanımın çalışdığı Azərbaycan Memarlıq və İnşaat Universitetinə. Xahiş etdik ki, qızıldan qiymətli zamanından ən azı bir saatını bizə ayırsın. Sağ olsun, xahişimizi yerə salmadı, özü haqqında çox danışmağı sevməsə də suallarımızı çox səmimi cavablandırdı:



- Nigar xanım, etiraf edim ki, Qənirə xanımın paylaşımına qədər Sizin haqqınızda məlumatsız olmuşuq. Bu səbəbdən də ilk öncə özünüz barədə həm bizə, həm də oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik. 

- Aslanova Nigar Məhər qızı, 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində  doğulmuşam. Valideynlərimin hər ikisi ali təhsilli olub, atam riyaziyyat müəllimi, anam isə rus dili müəllimi olub. 225 nömrəli ingilis təmaüllü orta məktəbi bitirmişəm. Bir haşiyə çıxım ki, o dövrdə əksər ziyalı ailələr övladlarının rus dilli orta məktəblərdə təhsil almasını istəyirdi. Ancaq atam bizi Azərbaycan dilli  məktəbə yazdırdı. Atam və anam hər ikisi rus dilində təhsil aldıqlarına görə bilirdilər ki, bizi də rus dilli məktəbə yazdırsalar, Azərbaycan dilini öyrənə bilməyəcəyik. Həm də atamda milli hisslər çox güclü idi. 
Bununla yanaşı hər gün işdən gələndə rus dilində ya riyaziyyata, ya da dünya ədəbiyyatına bir kitab alıb gətirirdi. İstəyirdi ki, biz Azərbaycan diliylə yanaşı, rus və ingilis dillərini də mükəmməl öyrənək. Yaxşı yadımdadır, beşinci sinifdə oxuyanda mən artıq A.Karolyovun “Slepoy muzıkant” əsərini oxumuşdum. 
Deyim ki, məktəbdə yaxşı oxuyan, çalışqan şagird olmuşam. Bütün sinif gözləyirdi ki, dərsi əvvəlcə mən yazım, sonra onlar yazsınlar. Həm də təkcə riyaziyyatdan yox, bütün fənlərdən uşaqlara kömək edirdim. 

Orta məktəbi əla qiymətlərlə bitirdim, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə əla qiymətlərlə daxil oldum. Universitetdə də çalışqanlığımla fərqlənən tələbə olmuşam. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. 

Ailədə üç uşaq olmuşuq, hər üçümüz də BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişik. Ancaq müxtəlif səbəblərdən onlar sona qədər davam etdirməyiblər. 

- Bəlkə bir qədər atanız haqqında da danışasınız... 


- Atam Tovuz rayonunda Puşkin adına məktəbdə oxuyub. Qeyd edim ki, o zaman Tovuzda çox güclü məktəblər və çox güclü müəllimlər olub. Müxtəlif ölkələrdən gəlmiş savadlı, peşəkar müəllimlər həmin məktəblərdə dərs keçiblər. Ona görə də həmin bölgədə orta məktəb məzunlarıının çoxları gəlib Bakıda çox rahatlıqla ali məktəblərə qəbul olublar. Həmçinin də atam. Atam orta məktəbdə oxuyanda belə riyazi bilgisinə görə rayon səviyyəsində tanınmış şəxs olub. Orta məktəbi bitirən ili indiki BDU-ya qəbul olub. Riyaziyyat fakültəsinə imtahan versə də, imtahan götürən müəllimlər kimya fakültəsinə keçməsini təklif ediblər. Atam oranı bitirb, daha sonra aspiranturaya daxil olub və Moskvada aspiranturanı bitirib. Müdafiəsini edəndən sonra bir müddət Riyaziyyat İnstitutunda işləyib. Daha sonra o zamankı Politexnik İnstitunun riyaziyyat kafedrasında çalışıb. 

Atam çox möhkəm təhsil tərəfdarı olub, həm də təkcə bizim üçün yox. Universitet müəllimi olduğundan ona müraciət edənlər çox olurdu və hər birinə təmənnasız kömək edib. Ağlım kəsəndən valideynlərimdən eşitmişəm ki, yaxşı, dərindən oxumaq lazımdır. Həmişə deyirdilər ki, filan müəllimin qızı riyaziyyat üzrə beynəlxalq olimpiadada qalib gəldi, filankəs 24 yaşında doktor oldu. Bu sözlərlə də sanki beynimizə yazırdılar ki, biz də mütləq belə olmalıyıq. 

- Belə anlaşılır ki, riyazi istedad sizə atanızdan keçib, həm də sizi bu sahəni seçməyə məhz atanız istiqamətləndirib.

- Doğru dediniz ki, əslində hər şey atamdan, önun yönlədirməsindən irəli gəlib. Düzdür, anam da ziyalı xanım idi, rus dilində orta məktəbi bitirib, rus dili müəllimliyi üzrə ali təhsil alıb. Çox mütaliə edən, kitabı sevən bir xanım olub. Bu gün bu səviyyəyə çatmağımda atamın istiqaməti olsa da, anamın da çox böyük əməyi olub. 
Atam riyaziyyatçı olsa da heç zaman oturub mənə nəyisə izah etməyib. Düzdür, bacımla, qardaşımla oturub onları başa salırdı, izah edirdi. Ancaq mən soruşanda acıqlanırdı, deyirdi ki, sən filan-filan məqamları bilmədiyinə görə məsələni həll edə bilmirsən. Və beləcə mən başa düşdüm ki, riyaziyyat elə bir elmdir ki, nəyisə kimdənsə soruşmaqdansa, özün araşdırmalısan. Sərbəst işləmə vərdişi də məndə ondan yarandı, məktəb vaxtından özüm araşdırıb işləməyi öyrəndim. Hansısa problemlə qarşlaşanda kiməsə müraciət etməkdənsə, özüm araşdırıb həll etməyi üstün tuturdum. 

- Nigar xanım, özünüz haqqında danışanda ailə barəsində heç bir söz demədiniz. Belə anladım ki, ailə həyatı qurmamısınız. Olmaya bütün həyatınızı ancaq elmə həsr etməyi qərara almısınız?

- Yox, elə bir məqsədim olmayıb. Sadəcə belə alınıb. Ancaq belə düşünürəm ki,  ailə qursaydım bu qədər dərindən elmlə məşğul ola bilməzdim, bu qədər tanınmazdım. Çünki riyaziyyat günlər, aylar, illər tələb edən bir elmdir. Bəzən elə məsələ olur ki, günlərlə onun üzərində baş sındırırsan, gecə yarısı belə qalxıb onun üzərində işləyirsən. Həll etməyəndə rahatlığın, gecən-gündüzün olmur. Atam həmişə deyərdi ki, anan səni qayğılardan azad etməsəydi, sən riyaziyyatçı ola belməzdin. Çünki keyfiyyətli elmlə məşğul olmaq üçün yorğun halda işə başlamaq olmaz, riyaziyyatın üzərində işləyib yorulmaq lazımdır. Adicə bir məqamı qeyd edim, müdafiə edəndən sonra bir neçə universitetdə dərs deməyə başladım, hiss etdim ki, artıq zamanım bölünür və elmlə məşğul olmağa vaxt qalmır. 

Bir haşiyə çıxım, uşaq olanda yayda rayona gedirdik, orada da evlər bir-birinə yaxın olduğundan qohumların qızları bir yerə yığışırdıq. Dayım qızı ilə birlikdə olanda gələcəklə bağlı planlar qururduq. Mən deyirdim ki, əvvəlcə mexmata girməliyik, əlaçı qurtarmalıyıq, sonra aspiranturaya girməliyik, daha sonra müdafiə etməliyik və s. Bir neçə il bundan öncə dayım qızı soruşur ki, Nigar neynirsən, nə işlə məşğulsan, cavab verdim ki, o zaman qoyduğum plan üzrə davam etdirirəm. 

- Bizim coğrafiyamızda nədənsə riyaziyyata, ümumiyyətlə dəqiq elmlərə maraq azdır, xüsusən də qadınlar arasında bu sahəni seçənlər barmaqla sayılacaq qədərdir. Bunu nəylə əlaqələndirmək olar?

- Deməzdim ki, meyl azdır. Sadəcə riyazi bacarıq daxildə olmalıdır, xüsusi qabiliyyətdir, sonradan aşılamaq olmur. Ona görə də bizdə bu sahədə alimlik səviyyəsinə qədər gələnlər azlıq təşkil edir. Təhsil aldığımız illərdə də sinifdə və ya qrupda riyaziyyatı yaxşı bilənlərin sayı çox az idi. Həm də riyazi bacarıq gendən də asılıdır, ancaq bu da mütləq şəkildə belə deyil. Ailədə riyaziyyatçılar varsa, sən riyaziyyatçı ola da bilərsən, olmaya da. 
Riyaziyyatı bacaran şəxs də digər sahələri də mükəmməl mənimsəyəcək. Riyaziyyatı bacarmaq əslində o deməkdir ki, dərindən düşünüb, analiz etmək qabiliyyəti var. Yəni, riyaziyyatı bilirsənsə, nəyin üzərinə düşsən həll etməyi bacaracaqsan, orada nailiyyətlər qazanacaqsan.

- Ancaq nədənsə idarəçiliyi daha çox humanitar sahəni bitirmiş şəxslərə həvalə edirlər...

- Ola bilər. Düzdür, o barədə statistika ilə maraqlanmamışam, ancaq çox maraqlı fikirdir.

- Dediniz  ki, uşaq olanda dayınız qızına planlarınızdan danışırdınız. Maraqlıdır, o planlardan hansı gerçəkləşdi və hansılar qalıb?

- Demək olar ki, çox hissəsi gerçəkləşib. Tələbə olandan əlaçı olduğuma görə yüksək məbləğdə təqaüd alırdım. 1992-ci ildə aspiranturaya daxil oldum,  professor Mamed Bayramovun rəhbərliyi ilə iş apardım. Ancaq o illər elə idi ki, çox ziyalılar ölkəni tərk etdilər, riyaziyyat məktəbləri dağılmağa başladı. 1995-ci ildə aspiranturanı bitirsəm də bir qədər özümü itirdim, çünki məktəb dağılmışdı. Bu sahə də elədir ki, mütləq məktəblər olmalıdır, seminarlar, müzakirələr aparılmalıdır və sən o məktəbdə bişməlisən. Mən istəyən məktəblər olmasa da seminarlar gedirdi və mən orada müxtəlif şəxslərin çıxışlarını izləyib qərara gəldim ki, sərbəst məsələlər qoyum. Həmin məsələlərin həll yollarını tapdım, seminarlarda çıxışlar elədim və riyazi mühit tərəfindən çox yaxşı qarşılandım. Düzdür, həm də bir qədər təəccüblə qarşılayırdılar ki, bir xanım sərbəst şəkildə bu yerə gəlib. 
Daha sonra riyaziyyat sahəsi üzrə xarici jurnallara elmi məqalələr göndərməyə başladım. İlk dəfə “Sibirskiy matematika” jurnalında məqaləm çıxdı. Həmin məqaləm çıxanda rəhmətlik Bala müəllim məqaləmi götürüb öpdü və dedi ki, bu xanım Biləcəridən o tərəfə getməyib, ancaq dünyanın əsas yerlərində iş görür. “Sibirskiy matematika”da yazım yayımlanandan sonra artıq dünyanın riyazi istiqamətli müxtəlif jurnallarında məqalələrim çap olunmağa başladı. Bu siyahıya Amerikanın, Avropanın, Rusiyanın, Türkiyənin jurnalları daxildir. Bir müddət sonra elmi rəhbərim Mamed müəllim qayıdıb gəldi və bir neçə il sonra, 2013-cü ildə müdafiə etdim. Riyaziyyat üzrə elmlər doktoruyam, həmçinin, müəlliməm, Azərbaycan, rus və ingilis dillərində dərs deyirəm. İndi də dünyanın müxtəlif jurnallarında 3 dildə sərbəst işləyərək məqalələrimi çap etdirə bilirəm. İndiyədək 40-dan çox elmi məqalələrim dərc olunub. 

Planlarımın qalanlar isə qarşıdakı illərdə daha yaxşı nəticələr qazanmaq, ürəyim istəyən qədər mütaliə etmək və istədiyim nəticələri ala bilməkdir. Qarşıda Akademiyanın müxbir üzvü seçkiləri gəlir, ora da sənəd vermişəm.  

(Foto Nigar xanımın doktorluq müdafiəsi zamanı çəkilib)



- Belə deyirlər ki, ad insanın taleyinə təsir edir. Siz də Koroğlunun Nigarı kimi döyüş meydanında olmasa da, elm meydanında bir cəngavərlik nümayiş etdirmisiniz, gənc yaşınızda alim adını qazanmısınız. Adınızın taleyinizə təsir etdiyinə inanırsınızmı?

- Dəqiq deyə bilməsəm də, hardasa ola bilər, daxilidə də elə bir hiss var. Ailədə ikinci qız övladı olmuşam, birinci qızdan sonra ailə bir o qədər də ikinci qızı istəmir. Ona görə adımı da valideynlərim heç özü qoymayıb, xalam qızı qoyub. 

- Yəni, ailədə istənməyən övlad olmusunuz? 

- Bəlkə də. Ancaq heç zaman bunu hiss etməmişəm, əksinə, daha çox qayğıma qalıblar, daha az tələb ediblər. Atam ömrünün son 10 ilini yataqda keçirdi, inanın ki, heç nəylə maraqlanmırdı, fikri ancaq məndə idi. Qapıdan içəri girən kimi doruşurdu ki, filan işin necə oldu, çıxışın necə oldu, bəyəndilərmi. Çox fəxr edirdi mənlə. Mən 9-cu sinfdə oxuyanda məni repititorluq edən riyaziyyatçı dostlarının yanına aparırdı, onlar da deyirdilər ki, bunu bura niyə gətirmisən. Mən bilirdim ki, o bunu fəxr etmək üçün edirdi. Axır illərində də mənim uğurlarımla yaşayırdı. Həm də mənimlə bağlı məqsədləri çox idi, hər şeyi proqramlaşdırırdı, məsləhətlər verirdi. Mən heç doktorluq müdafiə edə biləcəyimi düşünmürdüm, ancaq o, deyirdi ki, müdafiə edəcəksən. Mənim müdafiə edəcəyimə çox əmin idi. 

- Riyaziyyat sahəsində hazırkı vəziyyət necədir? Qızlar, yoxsa oğlanlar daha çox maraq göstərir bu sahəyə, səviyyələri necədir? Öz davamçılarınızı görürsünüzmü?

- Mamed müəllim bir dəfə bildirmişdi ki, 3 alimi yetişdirmək üçün ona 75 il lazım olub. Belə çxıır ki, bir alimin yetişməsi üçün 25 il vaxt lazımdır. Müəllimimin bu fikrində məntiq var. Tələbələrim var, qızlar oğlanlara nisbətən daha çox gəlirlər bu sahəyə. Ancaq nə qədər güclü olacaqlar, hansı səviyyəyə qədər gedəcəklər, onu bilmirəm. Oğlanlar ümumiyyətlə müdafiəyə gəlmirlər, son müdafiədə 22 qızın içində cəmi bir oğlan var idi. 

- Belə bir fikir var ki, riyaziyyatı qavraya bilməyənlər insanların beynində müəyyən yaş dövründən sonra riyaziyyat kanalı sanki açılır. Bu fikir doğrudurmu?

- Riyazi bacarıq sırf düşünmək, fikirləşmək qabiliyyətinin olması ilə bağlıdır. Əslində riyaziyyatçılar iddia edir ki, uğurlu nəticələr bir qədər gənc yaşlarda alınır, yaşlandıqca o qədər də nəticələr əldə etmək mümkün olmur. Yaşlandıqca isə təcrübə artır, ancaq yeni işə başlamağa gənc enerjisi lazımdır. 
Bəlkə də bu fikri ona görə varıblar ki, müəyyən yaş dövründən sonra insan müdrikləşir, kamilləşir, düşünmək qabiliyyəti artır. 

- Bu, bəlkə də zamanın tələbindən asılıdır. Çünki çoxları o fikirdədir ki, elmin arxasıyca gedib uzaqbaşı Elmlər Akademiyasında çox az əmək haqqına işləyəcəm. 

- Əlbəttə ki, bu hal heç də xoş deyil, ciddi analiz olunmalı məsələdir. Bildirirlər ki, Türkiyədə də vəziyyət belədir, universitetlərin 70 faizi qadınlardan ibarətdir. Qızlar elmə daha çox gəlsə belə, əsas, fundamental nəticələr kişilər tərəfindən əldə edilib. əsas hamısı sona qədər davam etdirmir. Nobel mükafatçılarına  belə baxsaq, orada oturanların əsasən kişilərdən ibarət olduğunu görərik. 
Bunu deməklə mən o nəticədə deyiləm ki, qadınların beyni, intellekti aşağı səviyyədədir, əsas nəticələr kişilər tərəfindən alınacaq. Mən bu fikrin həmişə əleyhinə olmuşam, ancaq fakt budur ki, əsas nəticələr kişilər tərəfindən qazanılır. 

- Bir xanım yaxşı alim olmaq üçün nələrdən imtina etməli, nələrə önəm verməlidir?

- Bunun üçün işinlə əsaslı surətdə, dərindən məşğul olmalısan. Yaxşı nəticələr almaq üşün bütün vaxtını, zamanını elmə verməlisən, üstündə çox baş sındırmalısan, çox vaxt qoymalısan. İstənilən sahədə uğur qazanmaq olar, bunun üçün o sahəyə canını qoyub, o sahənin mütəxəssisi olmalısan. Əgər sonadək gedəcəksənsə, gördüyün iş də səni müəyyən mərtəbəyə yüksəldəcək, ehtiyaclarını da təmin edəcək. 
Bir məsələni qeyd edim ki, müdafiə etdikdən sonra maddi durumla bağlı  başladım bir çox universitetdə saat hesabı dərslərə girməyə, vaxtım bölündü. Bir müddət sonra fərqinə vardım ki, mən həmin illəri özüm özümdən oğurladım. Buna görə də özümdən narazıyam, gərək onu etməzdim. 

 
(Kitab Moskvada nəşr olunub, kitabda XIX əsrdə Rusiyanın və Azərbaycanın riyaziyyatçı xanımları haqqında məlumatlar toplanıb. Kitabın üz qabığına 3 azərbaycanlı riyaziyyatçı xanımın fotosu düşüb. Onlardan biri də (ən sonda) Nigar Aslanovadır)










  



Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI