“Layihələrə milyardlarla pul xərcləndi, xalqın pulları talandı”
Oxunub: 9026
10 Feb 2017 | 15:55
“Layihələrə milyardlarla pul xərcləndi, xalqın pulları talandı”
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev ilə müsahibəni təqdim edirik.
 
-Ötən ilin sentyabr ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Daha sonra isə prezidentin sərəncamı ilə dəyişikliklər qüvvəyə mindi. Siyasi sistemdə vitse-prezidentlik institutu yaradılacaq. Sizin proqnozlarınız necədir? 

-Bir dəfə mətbuata müsahibəmdə kimlərin vitse-prezidentlər ola biləcəyini demişdim. Amma onu da vurğulamışdım ki, bu məsələlər prezidentin səlahiyyətinə daxildir. Hesab edirəm ki, vitse-prezidentlik kifayət qədər ciddi institutdur. Buna görə də, bu institutun başında duran şəxslər həm prezidentə sadiq olmalıdırlar, həm də kifayət qədər siyasi təcrübələri, bacarıqları olmalıdır. Gözləntilər çox böyükdür. Ümid edilir ki, yeni vitse-prezidentlər hökumətin fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olacaq.
Konstitusiyaya dəyişikliklər qüvvəyə minib. Ancaq proses bir qədər yubanır. Hər şey prezidentin iradəsindən asılıdır ”“ nə zaman istəyir, yeni vəzifələrə təyinat aparacaq. Ola bilsin ki, vitse-prezidentlik haqqında qanun qəbul olunduqdan sonra vitse-prezidentlər təyin olunacaq. Xalqın nə qədər gözləntiləri var! Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. 

-Hökumət bundan əlavə də struktur islahatlarına start verib. Bir-birini təkrarlayan hansı qurumlar ləğv olunmalı və ya da birləşdirilməlidir? 

-Bələdiyyələr yarananda belə deyirdilər ki, icra hakimiyyəti strukturlarındakı səlahiyyətlərin 85 faizi bələdiyyələrə verilməlidir. Buna görə ki, bələdiyyələrin rəhbərləri birbaşa xalqın özünün seçdiyi şəxslərdir. Düşünürəm ki, bu səlahiyyətlər artıq bələdiyyələrə verilməlidir. İkincisi, nazirliklərin sayı xeyli dərəcədə azaldılmalıdır. Xeyli nazirliklər birləşdirilə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Nazirlər Kabinetinin tərkibi 22-24 nəfərdən ibarətdir. Azərbaycanda isə bu, 44 nəfərdir. Az qala 2 dəfə çoxdur. Elə dövlət orqanları var ki, onların çoxuna ehtiyac yoxdur. Ortaya başqa məsələlər də çıxır.
Məsələn, vitse-prezidentlik institutu yaradılırsa, Nazirlər Kabinetini saxlamağa ehtiyac yoxdur. Ölkədə Amerikadakı kimi I vitse-prezident olacaqsa, o, həm də hökumətin işinə rəhbərliyi həyata keçirəcək.
Bizdə dövlət idarəetmə xərcləri azaldılmalıdır. Hökumətdə ən azından 30 faiz ixtisar aparmaq mümkündür və labüddür. 

-Qüdrət müəllim, ümumi danışdınız. Hansı nazirlikləri nəzərdə tuturdunuz? Ad çəkə bilərsinizmi? 

-Ad çəkib əlavə problemlər yaratmaq istəmirəm. Birinin adını çəkirsən,  kimsə “filan nazirliyə qarşı fikir söylədi” deyirlər. Bu istiqamətdə real müzakirələr başlasa, ad da çəkmək olar, konkret təkliflərlə çıxış etmək də. 

-Dediyimiz kimi, hökumətin palitrasında dəyişiklik gözlənilir. Özünüzü hansısa bir vəzifədə görürsünüzmü? Misal çəkim, keçmiş deputat həmkarlarınız Mübariz Qurbanlı və Əli Əhmədov bundan öncə hökumətdə vəzifə aldı. 

-Hesab edirəm ki, hökuməti formalaşdırmaq birbaşa prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Bun görə də, nə qədər ki, ölkə başçısı tərəfindən konkret təkliflər yoxdur, bu tipli məsələləri müzakirə etməyi, bu tipli məsələləri gündəmə gətirməyi etik baxımdan düzgün saymıram. Təbii ki, özümə münasibətdə.

Əlbəttə, ölkədə hüquqi islahatların keçirilməsinə çox böyük ehtiyac var. Əgər müvafiq komissiyalar yaradılacaqsa, bu istiqamətdə millət vəkili kimi öz köməyimi göstərməyə hazıram.
İslahatların nəticəsi olaraq ölkədə qanunun aliliyi daha da gücləndirilməlidir. Bu da ölkəyə daha çox investisiyanın qoyulmasına gətirib çıxaracaq. İnsanlar biləcək ki, onların əmlakı toxunulmazdır və onlar qanunla məmur özbaşınalığından qorunurlar. 

-Azərbaycanın iqtisadi mənzərəsindən ən aktual məsələlərdə biri də problemi kreditlərin hələ də qalmasıdır. Manatın devalvasiyasından sonra hökumət nə əhaliyə, nə də banklara güzəşt etdi. Artıq manat dollara nisbətən möhkəmlənməyə başlayıb. Sizə elə gəlmirmi ki, maliyyə qurumları yeni təkliflər verməli və problemi kreditlər öz həllini tapmalıdır?

-Parlament müxbiri kimi özünüz müşahidə etmisiniz ki, mən həm büdcə müzakirələrində, həm də hökumətin hesabatlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məsələ qaldırmışam. Parlamentin iclaslarında dəfələrlə bildirmişəm ki, neft pullarının bir hissəsi xarici banklardan gətirilib Azərbaycan banklarında yerləşdirilməlidir. Bununla Azərbaycan sahibkarları az faizli kreditə çıxış əldə etməlidirlər ki, qeyri-neft sektoruna investisiya yatırılsın. Ancaq bizdə görün neft pulları nələrə xərcləndi! Bir hissəsi büdcəyə gətirildi. Və büdcə vasitəsi ilə infrastruktur layihələrinə xərcləndi. Düzü, bu da zəruri idi, buna da ehtiyac var idi.
Məsələ burasındadır ki, o pulların bir hissəsi sahibkarların ixtiyarına verilmədi ki, sahibkarlar öz dünyagörüşlərinə, təşəbbüskarlıqlarına, ağıllarına uyğun olaraq bu vəsaitdən real sektorun inkişafı üçün istifadə etsinlər. Təəssüflər olsun ki, neft pullarını daha çox hökumət xərclədi. İş adamları xərcləmədi. Beynəlxalq Bankın vasitəsi ilə xərclənən pullar barədə də  bilirsiniz ki, heç bir şəffaflıqdan söhbət getmir. Böyük məbləğdə vəsait sadəcə olaraq nəzarətsizlik ucbatından dələduzluq yolu ilə mənimsənildi. 

Çox avantürist layihələrə milyardlarla pul xərcləndi və bu pulların da hamısı batıb getdi. Bir sözlə, xalqın pulları talandı. Həmişə demişəm ki, bu pullardan səmərəli istifadə edilməyib. Bundan başqa neftdən gələn pullar və Mərkəzi Bankın valyuta ehtiyatları manatın kursunun saxlanılmasına xərclənirdi. Halbuki, bu da özünü doğrultmadı. Bizim pul-maliyyə sahəsi ilə məşğul olan məmurlarımız hesablaya bilmədilər ki, bu vəsaitlə manatın kursunu sabit saxlaya biləcəklər ya yox! Məmurlar hesablamaları düzgün apara bilmədilər, real vəziyyəti düzgün təhlil edib qiymətləndirmədilər. Bizdə ayda təqribən 1 milyarda yaxın pul ancaq manatın kursunun sabit saxlanılmasına yönəldi. Halbuki, bu pullar banklarda yerləşdirilməli və manatın məzənnəsi sərbəst buraxılmalı idi. Bu vəsaitlər real sektora xərclənməli idi. İş adamları bu pullardan kredit götürüb istifadə etməli idilər. Ancaq yanlış yol seçildi. Biz nə qədər dediksə də, məmurlar bunlara əhəmiyyət vermədilər. Öz bildiklərini etdilər. Bunun da nəticəsi budur ki, insanlarımız indi çox əziyyət çəkir. Hazırda stolumun üstündə Saatlıdan bir nəfərin şikayət məktubu var. Yazıb ki, onun “Bank of Baku”ya borcu var və belə getsə, özünü yandıracaq. İnsanlar bu cür çıxılmaz bir durumdadır. 

-İqtisadi proseslər zəncirvari olduğuna görə, yəqin ki, bahalaşma da bununla bağlıdır. Yoxsa siz başqa amilləri də istisna etmirsiniz? 

-Bəli, bahalaşma da mən dediyim amillərlə bağlıdır. Bahalaşma bundan sonra da davam edəcək. Manatın kursunun indiki qiyməti, ümumiyyətlə manatın məzənnəsinin qalxıb-düşməsi düşünmürəm ki, iqtisadi proseslərin nəticəsidir. Burada da hansısa manipulyasiya var. Pulun arxasında iqtisadiyyat, mal dayanmalıdır. Bunlar yoxdursa, manatın dəyərini süni formada yüksək saxlamaq mümkün deyil. Uzunmüddətli buna nail olmaq mümkün deyil.
Ölkəyə daimi olaraq valyuta daxil olmalıdır və bu, bazara çıxarılıb satılmalıdır. Ya da ixrac güclü olmalıdır. Bilirsiniz ki, Azərbaycanın da ixracı çox aşağı səviyyədədir. Neft sektorundan başqa Azərbaycanın ölkəyə milyardlarla vəsait gətirə bilən, dünya bazarlarına çıxara biləcəyi ciddi bir məhsulu yoxdur. 

-Pensiya yaşının artırılmasına dair fikirlər səsləndirilir. İndiki şəraitdə bu, məqbuldurmu? Nəzərə alın ki, orta ömür uzunluğu da azalmağa doğru gedir. 

-İndiki dövrdə pensiya yaşını endirmək doğru olmazdı. Buna görə ki, ölkədə iqtisadi problemlər var. Ancaq, artırmağı da yanlış sayıram. Bəzən deyirlər ki, güc strukturlarında işləyənlər bundan sonra daha 10 il artıq çalışmalıdır ki, pensiyaya çıxsınlar. Bunları da doğru saymıram. Hesab edirəm ki, İsveçdəki kimi iş saatı 8 saatdan 6 saata endirilməlidir. Bu da insanların öz ailəsi, yaxınları ilə daha çox vaxt keçirmək imkanları yaradacaq. Bu baxımdan düşünmürəm ki,  insanları ömrünün sonuna kimi işlətmək lazımdır. Bu siyasəti düzgün hesab etmirəm. Hökumət indi daha çox sosialyönümlü siyasət yürütməlidir. 

-Məcburi köçkünlər üçün işıq və qaza qoyulan limit aradan götürüldü, əvəzində isə adambaşına 36 manat müavinət ayrılır. Bu məntiqli addımdır, yoxsa bəzilərinin dediyi kimi xeyirli deyil? 

-Hökumət məcburi köçkünlərin problemlərinə diqqəti artırmalıdır. Hazırda məcburi köçkünlərlə bağlı yürüdülən siyasəti kökündən yanlış sayıram. Adambaşına 36 manat verib, bunun qarşılığında sayğac quraşdırmaq yanlışdır. Çünki 9 mindən artıq məcburi köçkün hazırda qəzalı binalarda yaşayır. O binalarda isə qaz yoxdur. Belə yerdə yaşayan məcburi köçkünlər elektrik enerjisindən həm otaqları qızdırmaq, həm də işıqlandırma, həm də yemək bişirmək üçün istifadə edirlər. Bu da bir ailə üçün qış aylarında 200-300 manatlıq elektrik enerjisindən istifadə etmək deməkdir. Bir ailədə lap deyək ki, 5nəfər var. Adambaşına 36 manatdan hesablayanda 180 manat pul edir. Belə çıxır ki, məcburi köçkünlər yenə də öz büdcələrindən pul xərcləməlidir ki, kommunal ödənişləri versinlər. Məcburi köçkünlərlə bağlı qərar sona qədər düşünülməyib.

Məcburi köçkünlərlə bağlı prezidentə məruzə edən məmurlar düzgün məlumat verməyiblər. Bu məsələyə yenidən qayıdılmalıdır. O binalar qəzalı olduğuna görə, ora qaz çəkmək də mümkün deyil. Buna görə də, məcburi köçkünlərin bir hissəsi haqlı olaraq tələb edir ki, heç olmasa, onlar qazla təmin olunsun, sonra sayğac quraşdırılsın.

Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərin qazı yoxdur. Bununla belə, bu azmış kimi, onların işığını da kəsmişdilər. Buna görə də onlar etiraz etdi. İndi isə etiraz edənlərin bir neçəsi həbsdə saxlanılır. Hamısı kasıb, imkansız adamlardır. Sizin vasitənizlə müraciət edirəm ki, bu adamlar azad olunmalıdır. O məcburi köçkünləri həbs edənlər də, bu göstərişi verənlər də, özlərini o insanların yerinə qoysun. Sənin evində qaz yoxdur və işığı da kəsirlər. Bəs sənin evində körpə uşaq, xəstə bu qışın soyuğunda hansı vəziyyətdə keçinməlidir?! Bu insanların emosiyalarını başa düşmək lazımdır. Ola bilsin ki, kimsə emosiyaya qapılıb, özünə nəzarəti itirib və hansısa zorakılığa yol verib. Bu adamları inzibati qaydada da məsuliyyətə cəlb etmək olardı. Ya da azadlıqdam məhrum etməyən qətimkan tədbiri seçilə bilərdi. Düşünürəm ki, etiraz aksiyasında həbs olunanlar azad olunmalıdır.
İstər “Dövlətqaçqınkom”un rəhbərliyinə olan hücumlar, istərsə də, məcburi köçkünlərlə bağlı digər məsələlərə sanki gözə görünməyən bir qüvvə rəhbərlik edir. Mən açıq deyirəm ki, istənilən sahədə nöqsanlar var. Ancaq bu nöqsanları problemlərin həllinə nail olmaq üçün yox, bu sahədə bir nizamın pozulmasına nail olmaq məqsədi ilə aşırı dərəcədə qabardılması doğru deyil. Məcburi köçkünlər uzun illər böyük məhrumiyyətlərə dözüblər. Ölkədə sabitliyin pozulmasına imkan verməyiblər. İndi isə sanki kimlərsə məcburi köçkünlərdən bu məqsədlərlə istifadə etməyə çalışır. Hesab edirəm ki, hökumət ciddi düşünməlidir. Hökumətə yeni kadrlar cvəlb olunmalıdır. Azərbaycanın xarici ölkələrdə təhsil almış, yaxşı mövqe tutmuş, özünü təsdiqləmiş kifayət qədər vətəndaşları var. Belə mütəxəssislərə ehtiyac var.
Bir sözlə, ölkədə bütü sahədə islahatlar dərinləşməlidir. Bu qədər dövlət universiteti kimə lazımdır?! Bu qədər xəstəxanalar, idman kompleksləri nəyə lazımdır?! Prezident özəlləşdirmə ilə bağlı sərəncam imzalayıb, amma bu proses genişlənməyib. Nazirliklər öz tabeliyində olan obyektlərin özəlləşdirilməyə çıxarılmasına imkan vermir. 

-Həmkarınız Vahid Əhmədov demişdi ki, hakimiyyət komandası dəyişməlidir. Mən istərdim ki, bu fikir kontekstində fikirlərinizi dinləyim. 

-Düzdür, Milli Məclisdə bu fikrə qarşı fikir söylədilər (Siyavuş Novruzovu nəzərdə tutur-red.). Dedilər ki, komandanı dəyişmək səlahiyyəti yalnız prezidentə məxsusdur və heç kim bu təkliflə çıxış edə bilməz. Maraqlısı budur ki, bunu deyən adamların özləri də vaxtı ilə təkliflərlə, təşəbbüslərlə çıxış edib. Məsələn, deyirdilər ki, sərhəd bölgələrindəki rayonlara keçmiş generallar icra başçısı təyin olunmalıdır (Yenə Siyavuş Novruzovu nəzərdə tutur-red.). Onda bu məntiqlə sual vermək olar ki, bu da prezidentin səlahiyyətidir və hansı haqla bu təklifi irəli sürürsünüz? 
Son qərarı təbii ki, prezident verir. Amma buna qədər cəmiyyətdə müzakirələr gedir. Ayrı-ayrı deputatların, partiya sədrlərinin haqq var ki, müxtəlif təklifləri gündəmə gətirsinlər. Bu, o demək deyil ki, kimsə nəsə deyən kimi, nəzərə alınacaq. 

-Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya var. Korrupsiyaya qarşı mübarizədə nəticələr əldə olunub, bunu danmaq olmaz. Amma göstəricilərimiz yenə də ürəkaçan səviyyədə deyil. Hələ də rüşvət, korrupsiya var. Özü də böyük məbləğdə vəsaitlərdən söhbət gedir. 

-Əvvəla onu deyim ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya korrupsiyanın subyekti ola biləcək şəxslərdən təşkil olunmalı deyil. Bizdə izə bu komissiyanın üzvlərinin özləri korrupsiyanın subyektləridir. Yəni, bu adamlar biri o birinin problemini qaldırırsa, o birisi də analoji addım atacaq. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə nazirlər, deputatlar, digər icra hakimiyyəti orqanlarının başında duran adamlar korrupsiyanın subyektləridir. Bizdə isə bu komissiyanın üzvləri nazirlər, deputatlar və başqa yüksək vəzifəli məmurlardır. Buna görə də, bu komissiya tamamilə müstəqil şəxslərdən ibarət olmalıdır.
Məhkəmə-Hüquq Şurası da məhkəmələrin müstəqilliyinə nail olmaq üçün sırf hakimlərdən təşkl olunmalıdır. Ancaq bizdə burada həm deputatlar, həm nazirlər, həm vəkillər, həm də prokurorluq işçiləri var. 

-Hüquqşünas Aslan İsmayılovla qalmaqalınız oldu, amma bu məsələdə heç zaman özünüz bir fikir bildirmədiniz. 

-Mənə elə gəlir ki, bu məsələ artıq bitib. Bircə onu söyləyə bilərəm ki, Azərbaycanda heç kim tənqiddən kənarda qalmamalıdır. Mən də tənqid oluna bilərəm. Ancaq hər şey etika çərçivəsində olmalıdır. Kimsə təhqir səsləndirirsə, təhqir olunanın yaxınlarından, tərəfdarlarından da adekvat addım atılacaq. 

-Bu məsələ məhkəmə predmeti olmuşdu, nə yenilik var? 

-Mənim bildiyimə görə, məhkəmə qarşılıqlı olaraq bu iddiaları rədd edib. 

-Bir zamanlar təcavüz etməyə görə həbs edilənlərin axtalanması haqqında qanun layihəsi təqdim etmişdiniz. Son zamanlar isə Qüdrət Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış etmir. Səbəbi nədir? 

-Mən vaxtı ilı cəmiyyət üçün o qədər də populyar olmayan başqa məsələlərlə də bağlı təkliflər vermişdim. Demişdim ki, yüngül tərkibli narkotik maddələrin istifadəsi ilə bağlı müzakirələr olmalıdır. Dünyanın bir çox ölkələrində artıq marixuanaya görə cinayət məsuliyyəti aradan qaldırılıb. Azərbaycanda isə həbsxanaların çoxu marixuana istifadəçiləri ilə doludur.

Millət vəkillərinin verdiyi təkliflər o demək deyil ki, onlar dərhal qanun kimi qəbul olunmalıdır. Ancaq qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələr bəzi məsələlər cinayət hesab olunmursa,  bu təcrübəyə müraciət etmək lazımdır. Sivil dünyanın keçdiyi bir yol var. Bu yolla da biz getməliyik.

Bəs niyə yeni təşəbbüslərlə çıxış etmirəm? Ona görə ki, bizim qaldırdığımız məsələlərə lazımi diqqət göstərilmir. Ona görə də, yeni təşəbbüslərlə çıxış etməyi əhəmiyyətsiz, vaxt itkisi sayıram. Sadəcə təklif səsləndiririk və bu hökumət üçün zəruri olacaqsa, bu ideyaları götürəcək. Vaxtı ilə biz İşğal altında olan ərazilərin hüquqi statusu haqqında” qanun layihəsi də təqdim etmişdik. Heç müzakirə də olunmadı. Belə qanunu Azərbaycanla eyni problemi yaşayan Gürcüstan, Moldova, Ukrayna da qəbul edib. Konstitusiya islahatları barədə qanun layihəsi təqdim etmişik, bu da müzakirəyə çıxarılmayıb.(modern.az)
Oxşar xəbərlər
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir