Albaniya, Ərməniyyə və İberiya Turanın bir parçasımı olub? - ARAŞDIRMA...
Oxunub: 4152
05 Feb 2017 | 23:59
Albaniya, Ərməniyyə və İberiya Turanın bir parçasımı olub?   - ARAŞDIRMA...
(I yazı) 

Türk/Turan tarixinin dəqiqləşdirilməmiş səhifələrindən biri də Turan Parfiyası və İran Sasaniləri dövründə mövcud olmuş Albaniya, Ərməniyyə, İberiya dövlətləri, həmin dövlətlərin hökmdarlarıyla əhalisinin etnik kimliyidir. Həmin dövlətlərin etnik-siyasi və dini-fəlsəfi həyatına işıq tutan əsas əsərlərdən biri Moisey Kalankatluklunun (7-ci əsr) «Albaniya tarixi» əsəridir. O, bu kitabında Nuh oğlu Yafəsin soyu arasında kimmerler, əşkinazlar, gürcülər və turanlıların da adlarını çəkmişdir. Onun yazdığına görə, Albaniya əhalisi arasında əsas rolu əşkinazlar/sarmatlar, arşakilər/qarqarlar, kimmerler də olmuşdur. Mənbələrə görə, Turanlı Parfiya/Partiya çarı Vologez Albaniyaya Aranı hökmdar təyin etmişdir ki, Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aranın nəsilləri də Uti, Girdıman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan etnoslar idilər. Kalankatuklu bir tərəfdən albanların, o cümlədən utilərin, qarqarların, sovdeylərin soykökünü Aranla bağlamış, başqa tərəfdən isə Aranın nəslindən saydığı qarqarlarla, kamiçik eftalitlərin e.ə. IV əsrin sonlarında Makedoniyalı İskəndər tərəfindən Qafqaz dağlarının ətəklərinə köçürüldüyünü də qeyd etmişdir.
Aranın turanlı/türk adı olduğunu nəzərə alsaq, ümumilikdə al¬ban ya da alpan adlanan  tayfaların etnik mənşəyi bəlli olur. Burada albanın aranla, alpanın isə ərənlərlə səsləşməsi təsadüfi deyil. N.Y.Marr, İ.A.Orbeli Urartu kitabələrindəki alban etnik adını halpan kimi oxuyaraq hesab edirlər ki, utilər və halpanlar Qarabağa köçməzdən qabaq Göyçə bölgəsində yaşamışlar (dokladı Marr i Orbeli 1922, s.52). Bir-biriylə qohum olan utilərlə alpanların da əsas mənşəyi Aran nəsilidir. Əski müəlliflər alban sözünü isti, mülayim kimi yozurlar ki, aran da eyni mənanı verir. “Alban/Alpan” adı qədim türk sözü olub cəsurlar, igidlər deməkdir.
Tarixçi alimimiz Yusif Yusifov yazırdı ki, «alban» anlayışı Albaniyada yaşayan bütün əhaliyə şamil edilirdi və burada əsasən türk etnosları yaşayırdılar. Onun fikrinə görə, Azərbaycan, türkmən, qazax və b. türk dillərində «alban», «alpan» adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp//alb (cəsur, igid, ər) sözünə söykənən «alban» adı «igidlər, cəsurlar» kimi mənalandırılır». İlk Albaniya hökmdarının adı «Aran» olmuşdur ki, bu söz də türk dillərində «cəsur, qoçaq, mərd» mənasını verir. Başqa bir tarixçi alimimiz Mahmud İsmayilovun fikrincə də, qədim dövrdə Azərbaycandan Orta Asiyaya köçmüş matienlər və albanlar burada özbək, qazax, qırğız, türkmən, qaraqalpaq və başqa millətlərin təşəkkülündə mühüm rol oynamış və sonralar öz qədim vətənlərinə qayıtmışlar.
Albaniyanın əsas əhalisi olan albanların etnik mənşəyi ilə bağlı dəyərli alimimiz Süleyman Əliyarlı da yazırdı ki, onların irandilli və ya qafqazdilli olmaları haqqında heç bir bilgi yoxdur: «Bu adı daşıyan toplumlar yalnız türk xalqlarının: qazaxların, qırğızların və türkmənlərin arasında ötən yüzillərdə qeydə alınmışdır. Tyan-Şan dağının ətəklərində Qazax xalqının «alban» adlı boyu günlərimizə kimi qalmaqdadır. Türkmənistanda indi də iki «alban» yer adı (toponimi) bəllidir. Onun fikrincə, «Kitabi-Dədə Qorqud»da «Alp Rüstəm», «alplar», Mahmud Kaşğaridə «Alb Ərən» sözlərinin işlədilməsi də göstərir ki, albanlar türk soylu olublar. 
Alpaniyanı idarə edən ilk sülalənin turanlı aranlar/Aranşahlar və ilk hökmdarının Aran olması qeyd-şərtsiz bu xalqın, yəni avropalıların ifadəsincə «Alban» adlanan xalqın əsasən, türk mənşəli olmasını ortaya qoyur. Deməli, yunanlarla romalılar tərəfindən “Albaniya” adlanan bü ölkənin əsasını, əslində türkmənşəli aranlar, eləcə də türk-qıpçaq mənşəli qarqarlar, beçeneqlər, suvarlar, kumanlar, (k)utilər, bulqarlar, xəzərlər, kimmerlər, çullar və başqaları təşkil etmiş, ancaq onun tərkibində, indinin özündə olduğu kimi türk olmayan az saylı etnoslar (udinlər, leqlər, silvlər, saxurlar və b.) da olmuşdur. 
Ancaq digər tarixçilər İqrar Əliyev, Fəridə Məmmədova hesab edirlər ki, albanlar qafqazdilli olduğu üçün Aranlar sülaləsi də türk soylu deyil. F.Məmmədova yazırdı: «M.Kalankatlının Aranşahilər haqqında məlumatları məhdud, ötəri və ziddiyyətlidir». Ümumiyyətlə, F.Məmmədova bir tərəfdən Albaniyanın hay torpağı olmadığını, albanların isə müstəqil xalq olduğunu sübut etməklə yanaşı, eyni dərəcədə Albaniyanın türk dövləti, albanların isə türk olmadığını, moğolların XIII əsrdə Alban şahlığını süquta uğratması ilə «...albanların böyük hissəsi müsəlmanlaşmış və artıq o vaxt ölkənin ən güclü etnosu olan türkdilli tayfalara qarışmış, yerdə qalan kiçik bir hissəsi isə ermənilərin və gürcülərin mədəni-ideoloji assimilyasiyasına məruz qalaraq, həmin millətlərə qarışmışdır». 
F.Məmmədova sovet dövründə yazdıqlarının davamı olaraq qələmə aldığı «Qafqaz Albaniyası və albanlar» (2005) kita¬bında da yazır ki, Azərbaycan xalqının əcdadlarından biri olan alban xalqı və onun alban dili  nax-dağıstan dil ailəsinə aiddir. Türkdilli tayfalar isə yalnız eramızın III-V əsrlərində və sonralar Albaniyanın bir çox vilayətlərində, o cümlədən Qafqaz, İran və başqa ölkələrdə kompakt şəkildə məskunlaşmışlar və Albaniyada, Atropatenada türkləşmə, islamlaşma, islam mədəniyyətinin yaranması XII əsrdən tez baş verməmişdir. Onun fikrinə görə, Azərbaycanın alban əhalisi Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə də öz milli varlıqlarını qoruyub saxlamış və XVIII əsrdə 5 alban məlikliyi yaranmışdır. Yalnız XIX əsrdə Alban kilsəsinin erməni kilsəsinə tabe etdirilməsi ilə onların deetnikləşməsi baş vermiş, yəni albanların bir hissəsi erməni¬ləşÂ¬miş və gürcüləşmiş, böyük bir hissəsi isə türkləşmişdir. 
Beləliklə, F.Məmmədova iddia edir ki, yeni bir «kəşf» etmişdir: «Azərbaycan xalqı (Azərbaycanlılar) üç qüdrətli, təməl təşkil edən milli-mədəni laylardan ”“ Qafqaz dilli (al-banlardan), farsdilli (midiyalılar, kürdlər, tatlar, talışlardan) və türkdilli laylardan formalaşıb». Guya, albanların iki minillik zəngin mədəniyyəti Qafqaz xalqları ”“ Azərbaycan, Gürcü və Dağıstan xalqlarının mədəniyyətinə daxil olub, onlar xüsusilə Azərbaycanın antik, erkən orta əsrlər və orta əsrlər mədəniyyətinin əsas yaradıclarındandır: «Albanlar Azərbaycan, gürcü, Dağıstan xalqlarının əcdadlarından biridir. Bununla Azərbaycan tarixində, Qafqaz tarixində və bəşəriyyət mədəniy¬yəti tarixində albanların yeri müəyyən edilir». Bununla da F.Məmmədova açıq şəkildə elmi obyektivliyi bir kənara qoyaraq Azərbaycan xalqının etnogenezini və dilini, mədə¬niy-yətini qafqazdilli saydığı albanlara bağlamış, albanları Azərbaycan xalqının əsas əcdadlarından biri saymış və türkdilli tayfaların Azərbaycan ərazisinə gəlmə olduğunu «elmi» əsaslarla «sübut» etmişdir. 
Əşkinaz/İç Quz nəslindən, özü də ilk hökmdarı Aran olan Aranşahlar/Arşakilər sülaləsinin Albaniyada və İberiyada hökm sürməsi Turanın əski varlığının davamından başqa bir şey ola bilməz. İberiyanın ilk çarı Aran nəslindən Azon idi ki, o, m.ö. 4-cü əsrin sonlarında Makedoniyalı İskəndərin vassalı olaraq bu ölkəni idarə etmişdir. İberiya və Alpaniya böyük Turan imperiyası olan Parfiyanın da mühüm bir hissəsini təşkil etmişdir ki, burada da Turanlı hökmdarların hakimiyyət sürməsi təbii idi. Maraqlıdır ki, M.Ka¬lan¬katuklu bu kitabında iki Arandan: 1) İbrahim peyğəmbərin müasiri  Aranla (m.ö.20-19-cu əsrlər), 2) Aranşahların banisi Arandan bəhs edir. 1-ci Aranın İbrahim peyğəmbərin qardaşı (yəhudi tarixçi İosif Flavi, 1-ci əsr,) ya da oğlu olması (Viquru) mülahizələri mövcuddur. Bu o anlama gəlir ki, Türk/Turan soylu Aranlar ən azı m.ö. 2 minillikdən İberiya və Azərbaycanda mövcud olmuş, bu ərazilərdə hökmranlıqları da m.ö. 4-3-cü əsrlərdən başlamışdır. Şopenin fikrincə Aran Oğuz, yəni öküz totem adının başqa bir formasıdır. 
Hesab edirik ki, yalnız İberiya deyil indiki hayların sahibləndiyi Parfiya dövründəki Ərməniyyə də əsasən Turanlı Qıpçaq/Qarqar kimliyinin tərkib hissəsi olmuşdur. Əlbəttə, burada söhbət Parfiya dönəmindəki Ərməniyyə və İberiyadan gedir, indiki haylardan və gürcülərdən yox!!! Başqa sözlə, m.ö. 1-ci minilliyin sonu, yeni minilliyin başlanğıcında Parfiyanın Qafqazda, o cümlədən Cənubi Qafqazda iki-üç yarımüstəqil vasallı var idi: 1) Ərməniyyə, 2) Alpaniya və 3) İberiya, hər üçündə də hakimiyyətdə əsasən Turanlı Qıpçaq/Qarqar kimlikli hökmdarlar idilər. Bunu, M.Kalankatuklu da yazır: “Həmin parfyanların nəslindən 620 il ərzində ərmənləri Vologezdən Ərdəşirə qədər 24 çar idarə etmişdir. Sonra mülk Arşakilərin əlindən alınır, müqəddəs riqorin patrikliyi isə ləğv olunur”. M.Ka¬lan¬katuklunun Yafəsdən başlayaraq kitabında Arana qədər (Aran, Aray, Ərbaq, Toqarma, Əmbək, Dalaq, Ərbun, Xoy, Bəzək, Qaynaq vəb.) və Aranla başlayan Aranşahlar/Arşakilər sülaləsinin (Aran, Uruz, Vaçaqan, Urnayr vəb.) adlarına baxanda da yalnız Albaniyanın deyil, Ərməniyyə hökmdarlarının da əksəriyyətinin Turanlı/Türk kimlikləri açıq şəkildə ortaya çıxır. 
Bir sözlə, özəlliklə Parfiya və Sasanilərin ilk vaxtlarında Albaniya, İberiya və Ərməniyyəni idarə edən sülalələrin Turanlı/Türk kimliyinin daşıyıcı olması ən güclü ehtimallardan biridir. Bu anlamda həmin dövrdə hər üç ölkənin xristianlıq dininə keçənə qədər hökmdarlarının (Sanatruk, Arslan və b.), tanrılarının (Turan), coğrafi, insan adlarının bir çox halda eyni, yəni Turanlı kimlikli olması təbiidir. Hətta, Ərməniyyədə ya da ərmənilər arasında Turan adlı ilahiyə sitayişlə bağlı bilgilər var.
Çox yazıqlar olsun ki, 18-ci əsrdən etibarən dünyada Ərməniyyə, İberiya və Albaniya əhalisini turanlı/türk kimliyindən uzaq bir kimlik üzərində təbliğatı qurulmuşdur. Belə ki, hər üç ölkənin hökmdarları və əhalisi əsasən turanlı-qıpçaq kimliklərini daşıdığı ortada olduğu halda, Avropa və Rus alimləri onların kimliklərini Arilik adı altında farslaşdırmağa, yunanlaşdırmağa, yəhudiləşdirməyə, “dağistan”laşdırmağa başlamışlar. Bunu edərkən də həmin dövrdə ciddi çəkisi olmayan qeyri-türk ya da mələz etnosları ön plana çıxartmağa çalışmışlar. Bu anlamda günümüzdə say etibarilə 100 mindən çox olmayan qeyri-türk və mələz etnosların keçmişi haqqında az qala mif tarixlər ortaya qoyulmuşdur. Şübhəsiz, burada əsas məqsəd həmin dövlətlərin varlığını ortaya qoyan turanlı/türk kimliyini mümkün olduğu qədər saxtalaşdırmaq ya da inkar etmək olmuşdur. Çünki gerçək faktlar onu göstərir ki, adı çəkilən ölkələr və onların himayəçisi Parfiyada başlıca ulus Turanlılar/Türklər olmuşlar. 


Dos., Dr. Faiq Qəzənfəroğlu
Oxşar xəbərlər
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
Tehranın Azərbaycanla bağlı daha bir QORXUSU budur - ŞOK AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:45
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:45
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB