Erməniləri oğru adlandıran dahi rus şairinin ölümünün sirləri
Oxunub: 4444
01 Feb 2017 | 13:33
Erməniləri oğru adlandıran dahi rus şairinin ölümünün sirləri

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin 1837-ci ilin bu günü fevralın 1-də öz vəsiyyəti ilə anasının yatdığı Pskov quberniyasındakı malikanəsinin yaxınlığında olan Svyatoqorsk monastırında dəfn olundu. Dahi şairin belə tez qurban verilməsi haqda hələ də açılmayan faktlar var. 

Moderator.az Puşkin haqqında hazırlanmış yazını təqdim edir: 


Puşkin Natalya Nikolayevna Qonçarova ilə evlənəndən sonra Peterburqda olduqca zəngin yaşayırdı və kübarların hamısı ilə demək olar ki, dostluğunu davam etdirirdi. Onun evinə tez-tez gələnlər arasında Kavalerqard polkunun zabiti, baron Dantes deyilən bir nəfər də var idi. 
Danzas 1834-cü ildə Puşkinlə birlikdə Dumanın evində nahar vaxtı Danteslə tanış olur. Nahar zamanı Dantez ümumi stol arxasında Puşkinlə yanaşı oturmuşdu. Danzasın dediyinə görə, ucaboylu və zahirən yaraşıqlı olan Dantes heç də ağılsız deyildi və ala-babat təhsili olmasına baxmayaraq, ilk baxışdan hamının xoşuna gəlməyi bacarırdı. Bu bacarıq onda anadangəlmə idi. 


“Kasıblığını nəzərə alaraq imperator şəxsən öz hesabından Dantesə illik məvacib təyin etdi...”

Bu keyfiyyət aşağıda görəcəyimiz kimi mərhum Çar Nikolay Pavloviçin və arvadı Aleksandra Fyodorovnanın ona lütfkarlıq göstərməsinə səbəb olmuşdu. Baron Dantes mənşəcə irlandiyalı olsa da, fransız təbəəliyini qəbul etmişdi. Hələ Fransada hərbi qulluqda olarkən Birinci Napoleon onun atasına baron ləqəbi vermişdi. Çoxlu zəmanət məktubu toplayan gənc Dantes hərbi qulluğa girmək üçün Rusiyaya gəlmişdi. Bu məktublardan biri də imperatorun mərhum arvadının xüsusi rəğbətini qazanmış qranfiya Fikolmona yazılmışdı. Dantes Rusiyada ilk müvəffəqiyyətlərinə görə məhz bu qadına borcludur. Fikelmon təşkil edildiyi gecələrin birində onu çarın arvadına təqdim edir. Dantesin xoşbəxtliyi onda idi ki, o, çarın arvadının da xoşuna gəlir. Xoş bir təsadüf Dantesin mərhum imperator Nikolay Pavloviçə təqdim edilməsinə əlverişli şərait yaradır. İmperator Danteslə söhbətə başlayır və Dantes fürsətdən istifadə edib rus ordusunda xidmətə girmək üçün imperatordan icazə istəyir. İmperator Dantesin istəyinə icazə verir. Dantesin imparatorun polkunda xidmət etməsi əlverişli idi. Dantes imtahandan pis çıxsa da, Kavalerqard polkuna birbaşa zabit götürüldü.  Onun kasıblığını nəzərə alaraq imperator şəxsən öz hesabından Dantesə illik məvacib təyin etdi. Bu barədə isə heç kimə məlumat verilməmişdi. 

Image


“Baron sonsuz olduğu üçün onu oğulluğa götürür”

Hamının rəğbətini qazanmağı bacaran Dantes o zaman Peterburqda Hollandiyanın diplomatik nümayəndəsi sayılan çox dövlətli baron Gekkerenin məhəbbətini elə qazandı ki, baron sonsuz olduğu üçün onu oğulluğa götürür. Özü də bir şərtlə ki, Dantes onun soy adını qəbul etməlidir. 
Dantes çox yaxşı hörmət qazanmışdı. Danzasın fikrincə irad tutulası yüngüllüyü, bir də qadınlarla münasibətdə naliyyətləri ilə lovğalanmaq kimi zəif cəhəti olmasaydı, Dantes buna layiq idi. Amma Konstantin Karloviç cənab Gekkeren haqqında o qədər də yaxşı fikirdə deyildi; onun dediyinə görə baron olduqca əxlaqsız adam idi. Bu adamların hər ikisinin Puşkinin ölümündə payları olub. Həm Dantes, həm də baron Gekkeren kübarlara məxsus həyat sürürdülər. 


“Əgər bu məktublar olmasaydı...”

1835-1836-cı illərdə  onlar Puşkinin, Karamzinin və knyaz Vyazemskinin evlərinə gəlib-gedirdilər. Onlar özlərini burada öz evlərindəki kimi sərbəst hiss edirdilər. Lakin mineral su mənbələri yaxınlığında keçirilmiş bir və ya iki baldan (Puşkinin arvadı və Dantes həmin ballarda iştirak etmişdilər) sonra Peterburqda belə bir şayiə yayıldı ki, Dantes Puşkinin arvadına pərəstişkarlıq edir.  Bu şayiələr Puşkinin özünə də çatır və o, Dantesi bir daha evinə qoymur. Bundan sonra Puşkin fransız dilində yazılmış bir neçə nalayiq və ədəbsiz məktub alır. Bütün bu məktublar bir-birinin eyni olur. Xəttlərin oxşarlığına görə Puşkin belə hesab edir ki, məktubların müəllifi baron Gekkeren atadır və bu haqda qraf Benkeddorfa da yazmır. Puşkinin ölümündən sonra bir çoxları knyaz Qaqarindən şübhələnirdilər. İndi isə onunla bir vaxtda yaşamış knyaz Pyotr Vladimiroviç Dolqorukovdan şübhələnməyə başlamışlar. (Danzas deyir ki, əgər bu məktublar olmasaydı, Puşkinlə Dantes arasında heç bir hadisə baş verməyəcəkdi). 

Image



“Natalya Nikolayevna bu məktubların hamısını ərinə göstərir...”

Knyaz Qaqarinin məktubların müəllifi olmasına səbəb o idi ki, imzasız məktubların formatı ilə onun kağızlarının formatı eynilik təşkil edirdi. Lakin hələ xaricdə olarkən Qaqarin etiraf etmişdi ki, məktublar onun kağızlarında yazılıb. Ancaq məktubların müəllifi o, yox, Pyotr Vladimiroviç Dolqorukovdur. 
Dantesin Puşkinin evində qəbul edilməməsi iyrənc intiriqalara son qoymadı. (Danzas deyir ki, Puşkin Dantesi evinə baraxmadıqdan sonra Dantes onun arvadına bir neçə dəfə məktublar yazmışdı. Natalya Nikolayevna bu məktubların hamısını ərinə göstərir). 


“Əslində Dantes Puşkinin baldızı ilə evlənmək istəyir...”

Bütün bunlar Puşkini məcbur etdi ki, o, Danteslə haqq-hesab çəksin. O, baş qərargahın zabiti Klementi Osipoviç Rossetin vasitəsi ilə Dantesə çağırış göndərir. Puşkinin çağırışını qəbul edən Dantes ondan iki həftəlik vaxt istəyir. Bununla belə Jukovski, knyaz Vyazemski və baron Gekkeren da bu çağırışdan xəbərdar idilər və onlar çalışırdılar ki, bu duelin qarşısını alsınlar. Gekkeren Jukovskiyə bildirir ki, onun oğlunun Puşkinin arvadına pərəstişkarlıq etməsi barədə heç bir əsas yoxdu və bu yayılanlar şayiədir. Əslində Dantes Puşkinin baldızı Katerina Nikolayevna ilə evlənmək niyyətindədir. Bu niyyətlə Puşkinin yanında olan Jukovski baron Gekkerenə məsləhət görürü ki, əgər bu intiriqalara son qoymaq istəyirsə, onda Dantes Puşkinin baldızına tezliklə elçi göndərməlidir. Dantes Jukovskinin məsləhətindən sonra ertəsi gün Qonçarovaya elçi göndərir və onların 1836-cı ilin qışında toyları olur. 


“Dantes Puşkinlə barışmaq üçün şairə məktub yazır...”

Bütün bunlara baxmayaraq Puşkin arvadı ilə yenə səmimi münasibətdə idi, və arvadına inanaraq onu heç bir şeydə təqsirli bilmirdi. Amma arvadına atılan iyrənc böhtanlara görə Puşkin çox məyus idi. O, hələ də Dantesə nifrət edir və baldızı ilə evlənməsinə baxmayaraq onunla barışmaq niyyəti yox idi. Onu bir neçə dəfə Danteslə barışdırmaq istəsələr də, bu mümkün olmamışdı. Dantesdən fərqli olaraq Puşkin öz baldızı ilə yenə əvvəlki kimi səmimi münasibətdə idi. O, nişanlanmağı münasibəti ilə baldızı Katerina Nikolayevna Qonçarovanı təbrik də etmişdi. Dantes özü Puşkinlə barışmaq üçün şairə məktub yazır. Məktubu alan Puşkin onu oxumadan geri qaytarmaq üçün baron Gekkerenə verir. Gekkeren cavabında məktub Puşkinə yazıldığı üçün onu qəbul edə bilməyəcəyini bildirir. Özündən çıxan Puşkin məktubu Gekkerenin üzünə çırparaq qışqırır: “Sən onu götürəcəksən, əclaf!” Bu əhvalatdan sonra Gekkeren Puşkinin qəti əleyhidarlarından birinə çevrilir və Peterburqun kübar cəmiyyətində iki dəstə yaranır. Onlardan biri Puşkini, digəri isə Dantes və Gekkereni müdafiə edir.   


“O, baron Gekkerenə sərt ifadələrlə dolu məktub yazır...”

Bütün bu hadisələrin xoşagəlməz olduğunu görən Natalya Nikolayevna Puşkinə məsləhət görür ki, müvvəqəti olaraq Peterburqdan başqa yerə köçsünlər. Lakin bununla razılaşmayan Puşkin buna baqşa yolla son qoymağı qarşısına məqsəd qoyur. O, baron Gekkerenə sərt ifadələrlə dolu məktub yazır. Həmin məktub şairin duelə çıxmasına zəmin yaradır. Belə ki, Gekkeren bu məktubu alan kimi məsləhət üçün qraf Straqanovun yanına qaçır. Məktubu oxuyan qraf məsləhət görür ki, onun oğlu Dantes Pişkini duelə çağırsın. Çünki bu cür təhqir edici ifadələr yalnız duellə nəticələnməli idi. Baron Gekkeren Puşkinə yazdığı cavab məktubunda bildirir ki, oğlu sekundantını onun yanına göndərəcəkdir. O zaman fransız səfirliyində qulluq edən Arşiak Dantesdən duelə çağırış məktubu gətirir. 

Image


“Ağır yaralanan Puşkin Danzasın şineli üstünə yıxılır...”

Duel 1837-ci il yanvarın 27-də saat 5 radələrində Qara çayın sahilində, Komendant bağının yanında təşkil olunur. Hər şey hazır idi. Dantes və Puşkin yerlərini tuturlar. Tapançalar onlara verilir. Danzas şlyapasını yellədərək işarə verəndən sonra rəqiblər üz-üzə gəlir. Puşkin birinci olaraq səddə yaxınlaşır və silahını tuşlayır. Bu zaman səddə bir addım qalmış Dantes atəş açır. Ağır yaralanan Puşkin Danzasın şineli üstünə yıxılır. Sekundantlar ona tərəf qaçırlar. Bu zaman Dantes də ona yaxınlaşmaq isdətikdə, Puşkin deyir: “Dayanın, atəş açmaq üçün mənim hələ kifayət qədər gücüm var”. Puşkin dikələrək atəş açır və Dantes yıxılır. Puşkin əhsən!-deyə qışqıraraq silahını kənara atır. Dueldə Puşkin qarın nahiyyəsindən ağır güllə yarası alır. Güllə Puşkinin çanaq sümüyünü çanaqla birləşən yerdən parçalayıb içəri girir. Dantesin isə güllə döşünü cızaraq əlini yaralayır. 


“Əlvida, əlvida, əlvida-deyərək...” 

Puşkini ağır vəziyyətə evinə gətirirlər. Puşkin həkimlərdən xahiş edir ki, onun yaşayıb-yaşamayacağını dəqiq özünə desinlər. Elə də olur. Həkimlər Puşkinə onun yaşamaq ehtimalının çox az olduğunu deyirlər. Yanvarın 28-də Puşkin ailəsi ilə vidalaşmaq üçün onları otağına çağrır. Bu neçə günü Puşkinin evinin önündə böyük insan izdihamı olur. Hamı onun səhhəti ilə maraqlanır. Ölümün son anına qədər o, huşunu itirmir. Ölməmişdən bir az əvvəl o, sarı böyürtkən istəyir. Böyürtkən gətiriləndən sonra Puşkin deyir ki, məni həyat yoldaşım öz əli ilə yedirdsin. Həyat yoldaşı otaqdan çıxandan sonra Puşkin kitab rəflərinə baxaraq pıçıldı ilə “Əlvida, əlvida, əlvida”-deyərək gözlərini bu dünyaya əbədi yumur. 

Pişkinin mənzilində adam əlindən iynə atsan yerə düşməzdi. Puşkinin meyidi iki gün evində qalır. Yanvarın 30-dan 31-nə keçən gecə Puşkinin cənazəsini Pridvornı-konyuşenni kilsəsinə aparırlar. Puşkin anasının dəfn edildiyi Pskov quberniyasındakı malikanəsinin yaxınlığında olan Svyatoqorsk monastırında dəfn olunmağını vəsiyyət etdiyinə görə fevralın 1-də dahi şair adı çəkilən məzarlıqda dəfn edilir. Puşkinin tabutunu müşayiət etmək A.İ.Tugenevə həvalə edilir. O, tabutu məzarlığa qədər müşayiət edir. 

Qeyd edək ki, yazı  "Məhəbbət işığında" kitabında yer almış K.K.Danzasın məqaləsi əsasında hazırlanıb.

Vasif Əlihüseyn
Oxşar xəbərlər
16:58, Bu gün
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
16:54, Bu gün
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
16:50, Bu gün
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
16:45, Bu gün
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
16:40, Bu gün
Mariya Stadnikin atası vəfat etdi
16:35, Bu gün
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
16:30, Bu gün
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
16:25, Bu gün
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
16:20, Bu gün
Prezidentin Şuşadan etdiyi çağrışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
16:15, Bu gün
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
16:07, Bu gün
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
16:02, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:57, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:46, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
12:53, Bu gün
Minimum əməkhaqqı nə qədər artırıla bilər? - Ekspert AÇIQLADI
12:50, Bu gün
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan etdi
12:48, Bu gün
"Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidirlər ki..."  - Tamam Cəfərova
12:45, Bu gün
Qanunsuz estetik əməliyyatlar icra edən klinikaların rəhbərlikləri məsuliyyətə cəlb olundu
12:43, Bu gün
İdarə rəisi 1500 manat cərimələnə bilər
12:40, Bu gün
Kişi para-taekvondoçularımızdan tarixi uğur
12:38, Bu gün
Mirzoyan Almatı görüşündən danışdı: "Konstruktiv keçib"
12:34, Bu gün
ATƏT sədri Bakıya gələcək
12:30, Bu gün
Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı endi
12:26, Bu gün
Azərbaycanda palçıq vulkanı AKTİVLƏŞİB: gecə saat 2 RADƏLƏRİNDƏ... - VİDEO 
12:22, Bu gün
Az qaldı: Yeni qərar qüvvəyə minir - Taksilərin qiyməti artacaq
12:18, Bu gün
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
12:14, Bu gün
“Qəhrəmanlar ucuz qiymətə işləmirlər” – amerikalı kəşfiyyatçının DTK zabiti haqqında istehzalı açıqlaması
12:06, Bu gün
Yüksək vəzifəyə təyin edilən Müşfiq Məmmədov kimdir? - DOSYE
12:02, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
12:00, Bu gün
“Anadolu Ankası - 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO
11:58, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - FOTO
11:55, Bu gün
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı - FOTO
11:53, Bu gün
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
11:51, Bu gün
"Qarabağ" bu göstəricidə 1-ci oldu
11:48, Bu gün
Güneyli fəalın evinə basqından sonra ailə üzvləri həbs ediliblər - FOTO
11:45, Bu gün
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi - FOTO
11:42, Bu gün
Otuz iki ildən sonra şuşalılar doğma yurdda...
11:39, Bu gün
Deputatlarla bağlı ARAŞDIRMA - SİYAHI
11:35, Bu gün
İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI
11:33, Bu gün
Müdafiə nazirinə yeni müavin təyin olundu - FOTO
11:31, Bu gün
Sabah Şuşaya növbəti köç olacaq
11:25, Bu gün
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
11:23, Bu gün
Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir
11:18, Bu gün
Nizami Rəmzinin qızı Reyhanın 7 ay sonra ŞOK DƏYİŞİMİ - Gözlərinizə inanmayacaqsınız... / ANBAAN VİDEO
11:10, Bu gün
Pantomim Teatrında mənimsəmə: Müttəhimə möhlət verildi 
11:05, Bu gün
Şoyqunun istefa verməzdən əvvəlki son açıqlaması ÜZƏ ÇIXDI
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
10:55, Bu gün
İranda Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadə haqqında  kitabı nəşr edilib
10:49, Bu gün
Azərbaycanda minimum əmək haqqı artırılacaq
10:44, Bu gün
Mətanət Tatlısəsi elə qucaqladı ki... - FOTO
10:35, Bu gün
"Sədərək"də YANĞIN olub? - RƏSMİ AÇIQLAMA
10:35, Bu gün
“Ermənistanda hakimiyyətə Köçəryan kimilər gəlsə də, Rusiya Azərbaycanla bir olacaq...”
10:32, Bu gün
Murad Muradov VƏFAT ETDİ
10:23, Bu gün
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
10:12, Bu gün
Sülhməramlıların son partiyasının daha bir qrupu Qarabağı BELƏ TƏRK ETDİ- GÖRÜNTÜLƏR 
10:04, Bu gün
Nazir müavini: 1,5 dərəcə məqsədinə çatmaq üçün kollektiv tədbirlər görülməlidir
10:00, Bu gün
Rahidə Baxışova 3-cü dəfə ƏRƏ GEDİR? – VİDEO 
09:52, Bu gün
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
09:49, Bu gün
Baytardan qorxunc XƏBƏRDARLIQ: “Bu toyuqlar insanda xərçəng yaradır”
09:46, Bu gün
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 17:30
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
12 May 2024 | 18:05
Bioloji təbabət haqqında nə bilirik?
12 May 2024 | 17:58
Tovuza dolu düşüb
12 May 2024 | 18:16
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
12 May 2024 | 18:08
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 17:30
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
12 May 2024 | 18:05
Bioloji təbabət haqqında nə bilirik?
12 May 2024 | 17:58
Tovuza dolu düşüb
12 May 2024 | 18:16
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
12 May 2024 | 18:08
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi