MTN iş adamının 2 milyonunu necə alıb? -Vüsal Ələkbərovun ittiham aktından
Oxunub: 1462
23 Jan 2017 | 15:31
MTN iş adamının 2 milyonunu necə alıb? -Vüsal Ələkbərovun ittiham aktından

Moderator.az Gununsesi.info-ya istinadən Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin üzvlərindən biri olan nazirliyin İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal  Ələkbərovun ittiham aktından daha bir epizodu təqdim edir.

İttiham aktına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir (cinayət işi-162006082).

Təqdim etidyimiz bu dəfəki materialda Vüsal Ələkbərovun  iş adamı Nizami Kazımovdan hədə-qorxu ilə alınan 2 milyon dollardan söhbət gedir.

Beləliklə, zərər çəkmiş şəxs qismində tanınmış Kazımov Nizami Firudin oğlu ərizə və ifadələrində göstərmişdir ki, hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla “BİOİL” MMC-nin təsisçisi və sahibidir, cəmiyyəti 8-9 il öncə təsis edib. Özünə məxsus 1.120.000 ABŞ dollarını 16.01.2007-ci il tarixdə “Texnikabank”ın “Bakı“ filialına kürəkəni Əbdülqasımov Samir Tahir oğlu ilə birlikdə sonuncunun adına qoymuş, əmanət müqaviləsi filialın müdiri Zal Yusifov tərəfindən imzalanmış, adını xatırlamadığı qadın mühasib və xəzinədar pulu sayıb götürdükdən sonra mədaxil qəbzini onlara vermiş, bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filialın kassasından Samir götürmüş, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb müvafiq məzənnə ilə 704.000 avroya çevirmiş və 14.07.2008-ci il tarixdə yenə Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faiz gəlirlə banka qoymuş, bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verilmiş, həmin əmanətə görə təxminən iki ay faiz verilmiş, daha sonra isə verilməmiş, bununla əlaqədar müraciət etdiyi Zal Yusifov fazilərin və əmanətin ödəniləcəyini bildirsə də, onlara pul ödənilməmiş, belə olduqda “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getmiş, sonuncu da pulların ödəniləcəyini, şikayət etməməyi demişdir. Llakin verdiyi vədə əməl etməmiş, əksinə, bankdan pulu tələb etdiyinə görə əsassız həbs edilmiş, barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilməmiş, Etibar Əliyev ona Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirmib.

01.10.2008-ci il tarixdə Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan (050-216-86-86) mobil nömrəsinə zəng olunaraq saat 15:00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, bunu bildirən şəxs özünü təqdim etməyib. Saat 15:00-da MTN-nin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq özünü təqdim edib çağırıldığını bildirmiş və gözləmiş, orada olan şəxs ona İstintaq Baş idarəsi tərəfindən çağırıldığını demiş, bir əsgərin müşayəti ilə 6-cı mərtəbədə yerləşən İstintaq idarəsinə aparılmış, orada liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında onu qəbul etmiş, onunla çox aqressiv və kobud danışmış, onu dindirərək kürəkəni Samirin adına qoyduğu əmanət barədə soruşmuş, o da cavabında pulu kürəkəni Samirin xərcləməsi üçün qoyduğunu demiş, buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib öz kürəkəni Samir Əbdülqasımovun adına qoyduğu pulu mənimsədiyinə görə şübhəli şəxs kimi tutulmuş, dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq aparmış, heç kimi aldatmadığı, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin təcridxanasında saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olduğu müddətdə Vüsal Ələkbərov onu 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib barəsində cinayət işini xitam etmək üçün 3.000.000 ABŞ dolları tələb etmiş, imkanı olmadığını dedikdə isə Vüsal ona rəhbərliyin belə göstəriş verdiyini, pulu verməli olduğunu bildirmiş, konkret olaraq pulu kimin tələb etməsini isə deməmişdir. Pulu verə bilmədiyini dedikdə Vüsal Ələkbərov ona 8 ildən 12 ilədək iş kəsilə biləcəyini deməklə hədələmiş, imkanı çatmadığına görə tələb edilən pulu ödəməkdən imtina etmiş, həbs ediləndən 15-20 gün sonra İstintaq Baş idarəsinin rəisi Mövlan Şıxəliyev də onu xidməti otağına çağırıb müdafiəçisi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını ondan tələb etmiş, cinayət məsuliyyətinə cəlb edilib 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcəyi ilə hədələmiş, yenə imtina etdikdə Vüsal ondan 2.000.000 ABŞ dolları tələb edib məbləğin bundan aşağı ola bilməyəcəyini demiş, həbsindən 45 gün keçmiş Mövlan Şıxəliyev onu bir dəfə də qəbul edərək Vüsalın tələb etdiyi 2.000.000 ABŞ dolları məbləğində pulu istəmiş, yenə 8-12 ilədək azadlıqdan məhrum etmə ilə hədələməklə bərabər, pulu verməyəcəyi halda başına torba keçirilərək aşağıya “maskalıların” yanına aparılacağı ilə hədələmiş, banka qoyduğu pulların adını da çəkməməyi, həmin pulların onlara aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişinin belə olduğunu demiş, bütün bu hədələrə dözüb pulu ödəməyə razılaşmadıqda Vüsal da ona hədə qorxu gəlməkdə davam edərək başına torba geyindirilərək aşağıda “maskalıların” yanına aparılacağını deyib. Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür”.

vusal1

Tutulduqdan sonra 2008-ci ilin noyabr ayının sonlarında səhhətində ciddi problemlər yaranmağa başlamış, şəkərli diabet xəstəliyi əmələ gəlmiş, bununla əlaqədar özünü yaxşı hiss etmədiyindən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyi üçün onunla razılaşmış, lakin pulu dərhal ödəyə bilməyəcəyini deyərək bir hissəsini ödəyib azadlığa buraxılmasını, qalan hissəsini ödəmək üçün müəyyən vaxt verilməsini xahiş edib. Bundan sonra Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür. Növbəti gün Vüsal Ələkbərov ona rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra barəsində seçilmiş həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını isə 4-5 ay müddətinə ödədikdən sonra barəsində cinayət işinə xitam veriləcəyini demişdir. O da Vüsal Ələkbərovla razılaşmış, vəkili vasitəsi ilə qudası Tahir Əbdülqasımova məktub yazaraq, qohum-əqrəbadan 1.000.000 ABŞ dolları pulu yığıb ona çatdırmalarını xahiş edib. “Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını deyib” Kürəkəni Samir onun 180.000 ABŞ dollarına aldığı “Mercedes Benz S class 500”³ markalı, 115.000 ABŞ dollarına aldığı “BMW 745” markalı və təxminən eyni qiymətə aldığı “Lexus 470”³ markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltmiş, 325.000 ABŞ dollarını qardaşı Niyazi Kazımov vermiş, qudası Tahir Əbdülqasımov da pulun qalanını əlavə edib ümumilikdə 1.000.000 ABŞ dolları toplamışlar, 03 dekabr 2008-ci ildə saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb MTN-nin inzibati binasının yanına gəlmiş, Samir avtomaşından düşüb pulu Vüsala verərək qayıtmış, Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demiş, həmin gün, yəni 03 dekabr 2008-ci il tarixdə saat 18 radələrində nazirliyin istintaq təcridxanasından buraxılmış, Vüsal ona 04 dekabr 2008-ci il tarixdə saat 12:00-da nazirlikdə olmalı olduğunu bildirmiş, növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya tapıb verməli olduğunu deyib. Özünün (050-216-86-86) mobil telefon nömrəsi ilə Mövlam Şıxəliyevin (050-211-05-09)nömrəsi arasında 26, 30 mart 2009-cu il, 02 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixlərdə danışıqlar Mövlam Şıxəliyevə bayram təbriki etməsi, yaxud da sonuncunun anasının və qızının rəhmətə getməsinə görə başağlığı verməsi ilə əlaqədar olmuşdur. Həbsdən buraxılandan sonra 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb Vüsalın hazırda xatırlamadığı mobil telefonuna öz telefonundan zəng etməklə onun dediyi “Qələbə kinoteatrının kruqu”™”™ deyilən yerdə, keçmiş “Qələbə” kinoteatrının yanında görüşərək təklikdə vermiş, bundan 1 ay sonra dost-tanışdan borc aldığı 280.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını eyni yerdə zəngləşib görüşərək Vüsala vermiş, 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin əsas giriş qapısının önündəki avtomaşın dayanacağı, hazırda isə park olan yerdə Vüsala təklikdə vermişdir, Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında ondan pulu götürəndə yaşadığı evin kinoteatrın yaxınlığında olduğunu demiş, sonuncu dəfə pulu verəndə isə Vüsal onu öz xidməti otağına dəvət etmiş, çay içib, söhbət edərək aralarında yaranmış narazılığa görə könlünü almaq istəyib. Bütün pulu ödədikdən sonra Vüsal zəng edib barəsində cinayət təqibinə xitam verildiyini, gəlib qərarı götürməsini demiş, o da gedib həmin qərarı götürmüş, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməmiş, buna görə “Para Bank”dan 300.000 manat kredit götürmüş, lakin işi alınmadığına görə həmin borclarını tam bağlaya bilməmişdir, hazırda qudasına 500.000 ABŞ dolları borcu vardır. Öz adına olan “BMW 745” markalı 10-ZZ-866 dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı 10-SS-866 dövlət nömrə nişanlı, “Mercedes S 500”™”™ markalı 10-TT-866 dövlət nömrə nişanlı avtomaşınlar həbsdə olarkən Samir Nadirli tərəfındən hazırda xatırlamadığı maşın alverçilərinə satılmış, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilmişdir. Əmindir ki, Eldar Mahmudov həmin dövrdə “Texnikabank”ın idarə heyətinin sədri Etibarla əlbir olub onun və digər sahibkarların banka qoyduqları 38.000.000 manat məbləğində əmanətləri mənimsəmiş, bunun ört-basdır edilməsi üçün onların həbsi təşkil edilmişdir. İstintaq zamanı zərər çəkmiş şəxs Kazımov Nizami Firudin oğlu təqsirləndirilən şəxs Ələkbərov Vüsal Hicran oğlu ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı təsdiq etməklə onu törətdiyi cinayət əməllərində ifşa edib. Zərər çəkmiş şəxs Kazımov Nizami Firudin oğlu həmçinin şahid Şıxəliyev Mövlam Məmmədismayıl oğlu ilə üzləşdirilərkən eyni xüsusatları onun da üzünə qarşı bir daha bildirməklə təsdiq edib. İfadəsi yerində yoxlanılarkən Kazımov Nizami Firudin oğlu 03.12.2008-ci il tarixdə həbsdən azad edildikdən sonra Vüsal Ələkbərova qalan 1.000.000 ABŞ dolları məbləğində pulu hissə-hissə vermiş olduğu yerləri əyani surətdə göstərmiş, müəyyən edilmişdir ki, Nizami Kazımov tərəfindən Vüsal Ələkbərova 2009-cu ilin fevral ayında 150.000 ABŞ dollar, mart ayında 280.000 ABŞ dolları, aprel ayında 300.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsi, 61saylı binanın yaxınlığında “ Qələbə dairəsi” adlanan ərazidə, əvvələr “Qələbə” kinoteatrı olmuş, hazırda isə “Baku Mall” ticarət mərkəzinin böyür tərəfində, Vüsal Ələkbərovun əvvələr yaşadığı və arvadı Ələkbərova Şəhla İsmayıl qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev164, mənzil 42 ünvanının yaxınlığında, 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollar, iyun ayında 70.000 ABŞ dollar isə Səbail rayonu, Parlament prospekti,14 ünvanda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında yerləşən, əvvəllər avtomaşın dayanacağı olmuş kiçik park sahəsində verilib.

Oxşar xəbərlər
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:05, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başladı - FOTO
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 11:53
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 11:53
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 12:04
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
06 May 2024 | 12:00
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
06 May 2024 | 12:19
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 11:53
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 11:53
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 12:04
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
06 May 2024 | 12:00
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
06 May 2024 | 12:19
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?