“Prezident aldadılır...” - Həyəcan təbili...
Müsahibə
Oxunub: 44315
16 Jan 2017 | 00:33
“Prezident aldadılır...”  - Həyəcan təbili...

Bu günlərdə jurnalist Cümşüd İsgəndər Moderator.az-ın redaksiyasına zəng edərək bildirdi ki, ölkə prezidenti rayonların icra başçıları, ayrı-ayrı məmurlar tərəfindən aldadılır. Həmçinin bununla bağlı əlində kifayət qədər ciddi faktların olduğunu vurğuladı. Qeyd etdi ki, saytımız vasitəsilə bütün faktlarla bağlı ictimaiyyətə, əsasən də ölkə prezidentinə məlumat vermək istəyir. 

Moderator.az olaraq biz də öz növbəmizdə Cümşüd İsgəndəri dinləyib, dediklərini qələmə aldıq. İndi həmin müsahibəninin birinci hissəsini təqdim edirik.




- Cümşüd müəllim, bildirdiniz ki, prezident İlham Əliyev bir sıra məmurlar tərəfindən aldadılır və bununla bağlı əlinizdə kifayət qədər faktlar var. Bilmək istəyərdik ki, kimlərdir prezidenti aldadanlar?

- Əvvəlcə çağırışıma biganə qalmayıb mənə vaxt ayırdığınız üçün Moderator.az saytına təşəkkür edirəm. Müsahibəni sizə vermək istəməyəyim həm saytınıza olan rəğbətimdən, həm də saytınızın kifayət qədər oxucu auditoriyası olduğundan irəli gəlir. Qeyd edim ki, ölkəmizin indiki vəziyyəti olduqca ağırdı, bütün sahələrdə vəziyyət son dərəcə gərginləşib. Düzdür, bu, dünyada baş verən böhranla əlaqələndirilir, ancaq mən belə deməzdim. Mən Azərbaycan vətəndaşıyam, Azərbaycanı varlığım qədər sevirəm, xalqıma, vətənimə, prezidentimə bağlı olan bir insan kimi bəzi faktları açıqlamaq istəyirəm. 

İlk əvvəl ondan başlayım ki, mətbuatda külüng vurduğum 40 ilin son 10 ilini bələdiyyə sahəsində çalışıram və bu səbəbdən bütün bələdiyyələrdə olmuşam, rayonlarımızı kəndbə-kənd gəzmişəm. Həm yerli əhaliylə, həm də bələdiyyə sədrləri ilə söhbətlər aparmışam və gördüyüm faktlar məni dəhşətə gətirib. Əvvəla, bu gün bələdiyyə quruluşu Azərbaycanda iflasa uğrayıb. Son dövrlərdə çalışmışıq ki, bələdiyyənin gələcəyinə ümidlə yanaşaq, ancaq fakt göstərib ki, bələdiyyənin vəziyyəti günü-gündən gərginləşir. Bu gün bələdiyyə  şah rejimi qarşısında süpürgəçilərə bənzəyir. Yəni bələdiyyənin qapı süpürgəçisi qədər hörməti yoxdur. Bələdiyyənin nüfuzu həm də xalq arasında çox aşağı səviyyəyə düşüb. Bunun əsas səbəbi ölkədə prezidentə olan münasibətlə bağlıdır. Xalq bütün problemlərin səbəbini son ayaqda prezidentdə görür.

Image



- Nəyə görə deyirsiniz ki, prezident aldadılır, bu qənaətə niyə gəlmisiniz? 

- Açıq deyim ki, mən Azərbaycan Respublikasının prezidentinin gücünə, onun xalqımız üçün həm xarici, həm də daxili siyasətdə gördüyü işlərə şahidəm və buna inanıram. Bələdiyyə, eləcə də başqa sahələrdə çoxsaylı qanunlar təsdiq olunub, prezidentin sərəncamları var və bütün bunlar göstərir ki, bu işdə prezident çox fəaldır, prezidentin arzu və istəkləri xalq üçün gərəklidir. Ancaq vəziyyət bir qədər başqadır. İnanmıram ki, prezident baş verənləri görsün, bilsin, ancaq göz yumsun, buna qəti inamım yoxdur. İnamım odur ki, prezident Azərbaycan xalqının inkişafı üçün əlindən gələni edir və etmək istəyir, lazımi vəsaitlər ayrılmasına şərait yaradır, lazımi işləri həyata keçirməyə cəhd edir. Ancaq əfsuslar ki, bu tapşırıqlar yerlərdə öz əksini tapmır. 

- Cümşüd müəllim, konkret faktlara keçəsiniz bəlkə...

- 2014-cü ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçirildi və bu seçkilərdə nədənsə qadınların bələdiyyə sahəsinə cəlb olunmasına fəallıq göstərildi. Əslində buna irad bildirməyə haqqımız yoxdur, çünki seçkili orqanda qadın-kişi məsələsi yoxdur, əhalinin seçdiyi lider qadın da ola bilər, kişi də. Ancaq nədənsə rayonlarda yararsız icra başçılarının fəallığı sayəsində bələdiyyə sahəsində heç bir səriştəsi olmayan adamlar bu sahəyə gətirildi. Hətta məlumat verildi ki, həmin bələdiyyə seçkilərində 36 faiz qadınlar seçilib. Düzdür, respublika bələdiyyələrində çalışan çox fəal, bacarıqlı qadınlar çoxdur. Ancaq ayrı-ayrı rayonlarda heç bir əmək təcrübəsi olmayan, əhali tərəfindən tanınmayan 20-22 yaşlı qızlar bələdiyyəyə gətirildi. Seçki komissiyasına, eləcə də prezidentə hesabat verildi ki, seçilən 36 faiz qadınların 27 faizi bələdiyyə sədri olub. Hımin vaxtdan iki ildən çox vaxt keçib və icra başçıların əli ilə seçilmiş həmin qadınların 90 faizi bu və ya digər səbəbdən işdən kənarlaşıb. Bu zaman bələdiyyələr yenidən başsız qaldılar. Məsələn, Qazax rayonunda 4 bələdiyyənin sədri 20-24 yaşında qızlar seçilmişdi, həmçinin Qazaxbəyli bələdiyyəsinin sədri. Həmin bələdiyyənin əvvəlki sədri el arasında qəbul edilən, işi, fəaliyyəti ilə seçilən biriydi və 10 il bələdiyyəyə rəhbərlik etmişdi. Ancaq nədənsə son seçkidə onu kənarlaşdırdılar və yerinə tanınmayan, fəaliyyəti olmayan, qəbul edilməyən bir qız uşağı qoydular. Bir müddət keçməmiş isə həmin qızın yerinə tamam başqa bir adam qoydular. Belə hallar bütün rayonlarımızdakı bələdiyyələrdə mövcuddur və bu da yerli özünüidarəetmə sahəsinin işinə çox pis təsir göstərir. İnanmıram ki, bütün bunlardan prezident xəbərdar olsun, əgər məlumatlı olsaydı, indiyədək hər hansı bir tədbir görülərdi. 

Image


İkinci, hazırda prezidentin göstərişinə uyğun olaraq bütün rayonlarda torpaq sahəsində ciddi islahatlar aparılır, daha doğrusu prezidentin göstərişinə uyğun olaraq əkin sahələri genişləndirilir, inkişaf etdirilir. Ancaq bədbəxtçilik budur ki, rayonlarda bələdiyyə torpaqlarına üstünlük verilmir. Əksər rayonlarda icra başçıları özlərini rayonun ağası kimi apararaq, özlərinin yaxın adamlarına torpaq sahələri ayırıblar, xüsusi MMC-lər yaradıblar. Güya həmin MMC-lər torpaq sahələrini əkib becərirlər, ancaq həmin MMC-lərin heç sahibləri belə bəlli deyil. Bütün bələdiyyələrə tapşırıq verilib ki, sən müəyyən ərazini əkməlisən və bələdiyyə sədrləri axşama qədər ciblərindən pul xərcləyərək həmin yerləri əkdirirlər, ancaq bilmirlər ki, əkdikləri yerdəki məhsulun sahibi kim olacaq. Güya prezidentin tapşırıqlarına uyğun iş aparılır, ancaq torpaqlar icra hakimlərinin adamlarınındır. Hansı ki, əhalinin torpağı boş qalmamalıdır, çalışılmalıdır ki, əhalinin torpağı, bələdiyyənin torpağı becərilsin. Artıq əhaliyə məxsus çox az torpaq qalıb, icra başçılarının, ayrı-ayrı nazirlərin adamları bu torpaqları alıblar. Məsələn, Qəbələ, Oğuz rayonunda demək olar ki, əhalinin pay torpağı qalmayıb, Bakıda yaşayan məmurlar tərəfindən alınıb, kəndçinin əli torpaqdan çıxıb. Bundan yüz faiz prezidentin xəbəri yoxdur, olsaydı tədbir görülərdi. Belə getsə 5-10 ilə kəndlilər pay torpaqlarından məhrum olacaq və öz torpaqlarında qul kimi işləməyə məcbur olacaq. 


- Bu məsələdə bir müdaxilə etmək istəyirəm. Pay torpaqlarının satılmasında kəndlilərin özlərində də günah var. Nədənsə kəndli torpağını əkib-becərməkdənsə, daha çox dəyər-dəyməzinə satmağa meyllidir...

- Bu barədə sizinlə qismən razıyam. Azərbaycan kəndlisi əslində torpağa bağlıdır, ancaq hökumət tərəfindən göstərilən qayğı aşağı olduğundan, əkdiyi torpağa qoyduğu xərci götürə bilmədiyindən çarəni torpağı satmaqda görür. Misallar sadalayıb, Quba-Qusar zonası bildiyimiz kimi bağçılıq zonasıdır, əhaliyə pay torpaqları kimi vaxtilə məhsuldar olan alma bağları paylanılıb. Ancaq həmin bağların yanında hansısa məmurların yüz hektarlarla bağ sahəsi var və nazirlərə, hökumət adamlarına məxsus əraziləri suvarmaq üçün gecə-gendüz su axıdılır. Öz torpağını becərmək istəyən kəndlilər isə bir  qab su tapmır ki, ərazisini suvarsın. Belə olan halda da kəndlinin bağı məhsul vermir və bir neçə ildən sonra məcbur qalır ki, torpağını həmin məmura satsın, əlindəki pulla heç olmazsa başqa bir iş görsün. 



Şabran rayonu ərazisində əhalinin hektarlarla pay torpaqları zorla əllərindən alınıb və yerində üzüm bağı salınıb. Mən orada  olmuşam və əhalini dinləmişəm, öyrənmişəm ki, həmin hektarla üzüm bağı vergilər nazirliyində çalışan bir şəxsə məxsusdur. Hazırda Şabranın Ağbaş kəndinin sakinlərinin bağlarını suvarmağa su yoxdur, ancaq min hektrlarla olan hmin üzüm bağında sudan geninə-boluna istifadə olunur. Kəndlilərin həyətlərindəki ağaclar belə qurumaq üzrədir. Necə olur ki, bu boyda haqsızlıq yaranır? Deməli, əhali pay torpağını istifadə etməyə hazırdır, ancaq onlara şərait verilmir, subsidiya verilmir, məhsul ortaya çıxsa belə bazarda sata bilmir. Çarəsiz vəziyyətə düşmüş kəndlilər də ayrı-ayrı məmurları görmədiyindən ancaq prezidenti görür və düşünür ki, prezident bütün bu işləri görmürmü. Ancaq gerçəkdən də prezident bu işlərdən xəbərsizdir. 

- Telefonda demişdiniz ki, prezidentin bölgələrdə açılışını etdiyi müəssisələr belə yalandan açılır. Bu barədə hansı faktlarınız var?

- Hörmətli prezidentimiz bir neçə dəfə Ağstafa rayonunda səfərdə olub və mən onun 3 səfərini sizə xatırladım. Ağstafanın Dağ Kəsəmənli kəndi Qazax-Ağstafa yolunun yaxınlığındadır. Həmin ərazidə əhaliyə məxsus 500 hektardan çox pay torpağı əhalidən məcburən alınıb və bir hektarına görə 1000 manat ödənilib. Bunu edən də Ağstafada yaşayan, icra hakimiyytinə xidmət edən, əlləm-qəlləm işlərlə məşğul olan cavan uşaqlardır. Torpaqları əhalidən məcburi şəkildə çox ucuz qiymətə alıb, sotunu 3000-4000 manatdan ayrı-ayrı şəxslərə ev tikmək üçün satıblar. Prezident də Ağstafaya gələndə göstəriblər ki, güya orada şəhər salınır, şəhər genişlənilir, minlərlə ev tikilib. Halbuki, pay torpaqlarında tikinti aparmaq qanunla qadağandır və prezidentin fərmanına əsasən pay torpaqlarında daha yuxarı məhsuldarlıq almaq üçün fəallıq göstərmək lazımdır. Ancaq Ağstafanın düz gözü qarşısında əhalinin pay torpaqlarında heç bir sənəd olmadan yüzlərlə dəbdəbəli evlər tikilib. Beləliklə prezidenti burada da aldadıblar. 




Başqa bir məsələ, Ağstafanın mərkəzi küçəsi Heydər Əliyev prospekti  adlanır və uzunluğu təxminən 500-600 metrdir. Prezident hər dəfə Ağstafaya gələndə həmin o küçə və Ağstafa icra hakimiyyətinin binasının yanındakı açıq muzey prezidentə göstərilir. Ancaq ayrı-ayrı küçələr bağlanılır, insanlar evdən çölə buraxılmır. Prezident də həmin küçənin təmir olunduğunu, kanalizasiya çəkildiyini görüb və hətta əhali ilə də söhbət edib. Ancaq prezidentin olduğu küçənin onca metr arxasında gizlədilmiş bərbad ərazilərdən xəbəri olmayıb. Hər dəfə də Ağsatafaya gedib-qayıdandan sonra Ağstafaya büdcədən pul ayırıb. 

- Cümşüd müəllim, ancaq Ağstafadan danışdıq. Elə düşünə bilərlər ki, o rayona qarşı qərəzimiz var. O üzdən təklif edirəm ki, digər rayonlarda qarşılaşdıqlarınızdan danışasınız. 

- Bu hal bütün rayonlarda mövcuddur, həm prezident, həm də əhali aldadılır. Adadılma da əhaliyə çox pis təsir edir, prezidentin aldadılması isə ilk öncə yaramaz işdir, həmçinin də bu aldadılma əhalinin güzəranını aşağı salır. Prezidentə göstərirlər ki, hansısa müəssisə açıldı, nə qədər insan işlə təmin olundu.
Ağstafa rayonu ilə bağlı son faktı da bildirim sonra digər məsələlərə keçərik. Ağstafanın Poylu qəsəbəsində təxminən 10 il əvvəl milyonlar xərclənərək böyük bir şərab zavodu tikildi, xaricdən gətirilmiş ən müasir texnologiyalar quraşdırıldı. Prezident rayona birinci gəlişində şəxsən zavodun açılışında iştirak etdi. Hər kəs sevindi ki, rayonda bir sənaye müəssisəsi açıldı və 200-300 nəfər işlə təmin olunacaq. Ancaq  indiyədək həmin zavoddabir litr şampan belə hazırlanmayıb. Prezident rayondan qayıdandan sonra zavodun qapısına qıfıl vurulub, qiymətli avadanlıqlar aşılanaraq sıradan çıxıb. İndiyədək də orda cəmir bir nəfər qaravolçu işiylə təmin olunub. Əgər bu zavod lazım deyildisə nəyə görə milyonlarla vəsait qoyulurdu, prezident niyə açılış edirdi, niyə elan edirdi ki, burada bu qədər adam işləyəcək? Deməli prezident burada da aldadılıb. 

Image



Eyni vəziyyət Goranboy rayonunda da mövcuddur. Goranboyun girəcəyində böyük tikiş fabriki açılıb və onun da açılışında prezident iştirak edib, bildirib ki, fabrikdə yüzlərlə qadın işlə təmin olunacaq. Ancaq həmin fabrikdə bu günə kimi bir nəfər də işləməyib . Yaxşı xatırlayıram ki, prezident orada olanda fabrikin əməkdaşları ilə görüşdü, hər biri ağ xələtdə idi. Maraqlıdır, o ağ xələtlilər kimlər idi, hara getdilər, fabrik nəyə görə fəaliyyət göstərmir. Belə çıxır ki, kimlərsə 12 hektar torpaq sahələrini zəbt etmək üçün bu üsullara əl atırlar.

- Və yaxud da icra başçıları öz fəaliyyətləri barədə prezidentə hesabat verirmişcəsinə, işlədiklərini göstərmək məqsədilə bu üsullardan istifadə edirlər...

- Düz deyirsiniz, bu da bir səbəbdir. Hər rayona yeni icra başçısı gələn kimi işlədiyini göstərmək üçün tələsik nələrsə edir. Ancaq bir şeyi də qeyd edim ki, araşdırmalarıma görə həmin ərazilərin, müəssisələrin çoxusu icra hakimiyyətlərinə məxsusdur. Bununla bağlı başqa bir maraqlı faktı deyim, Qobustan rayonunda düz yolun kənarında əvvəlki icra  başçısına məxsus böyük yem zavodu var. Düzdür, mən sənədlərə baxmamışam, ancaq hər kəs deyir ki, bu gün göz dağı kimi duran o yem zavodunu əvvəlki icra başçısı tikdirib. Yem zavodu fəaliyyətə tam hazırdır, ancaq həmin icra başçısı Neftçala rayonuna göndərilib deyə bu günə kimi zavod boş qalıb. Yəqin ki, prezidentə həmin zavodu göstərib deyirlər ki, bu da bizim yem zavodumuzdur. 

Başqa bir maraqlı faktı da bildirim. Bir neçə ay öncə prezidentin Mingəçevir şəhərinə səfəri oldu və mən şəxsən bütün səfərlər kimi o səfərini də izlədim. Prezident  Mingəçevirdə Sənaye Parkının tikintisinin təməlini qoydu, həmin parkda müxtəlif zavodların, sexlərin, fabriklərin tikiləcəyi barədə geniş məlumat verildi. 




Bizim də ürəyimizdə ümid yarandı ki, Mingəçevirdə yeni sənaye sahəsi yaradılacaq və nə qədər adam işlə təmin olunacaq. Aradan 4-5 ay keçib və bu müddətdə orada bir iş belə görülməyib. Kimlərdən soruşuramsa deyirlər ki, necə gəlmişdilərsə, eləcə də getdilər. Demək bu da prezidentin gəlişi ilə bağlı imiş, Prezident gəldi və yenə aldadıldı.

Image





Göygöl rayonunda cins damazlıq heyvanların yetişdirilməsi üçün süni mayalanma mərkəzi yaradılıb. Prezidentin göstərişi ilə böyük sərmayə, milyonlarla pul qoyub və ora Azərbaycanda kənd təsərrüfatı məhsullarının artması üçün çox vacib bir obyektdir. Ancaq bu gün getsəniz görəcəksiniz ki, mərkəzdə direktorla katibədən başqa heç kim yoxdur, müəssisə işləmir. 

Rayonların əksriyyətində açılan müəssisələr bu gün işləmir, çox nadir hallarda işləyən müəssisələr var. Onlar da ayrı-ayrı məmurlara məxsus müəssisələrdir ki, işləyir.

Yenə Qazax rayonuna qayıdım...


Ardı var...


Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?