“Ölkədə sabitliyin qorunmasında müxalifətin də iqtidar qədər məsuliyyəti var”
Oxunub: 6993
05 Dec 2016 | 13:53
“Ölkədə sabitliyin qorunmasında müxalifətin də iqtidar qədər məsuliyyəti var”
Ötən həftə Milli Məclisin komitələri ilə birgə müzakirələrə çıxarılan 2017-ci ilin büdcə zərfi sabah parlamentin plenar iclasına təqdim olunacaq. Ancaq çoxlarını maraqlandıran bir məsələ var: hökumət komitə iclaslarında səslənən təklifləri, tənqidi fikirləri son variantda nəzərə alacaqmı? BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz də büdcə müzakirələri barədədir.

- Qüdrət bəy, Milli Məclisdəki müzakirələrdə sizin də büdcə layihəsi ilə bağlı tənqidi fikirlərinizi eşitdik, bir sıra təklifləriniz oldu. Necə hesab edirsiniz, hökumət ona ünvanlı çağırışlara müsbət mənada qarşılıq verəcəkmi, yoxsa plenar iclasa elə əvvəlki layihə təqdim olunacaq?

- Keçən il qaçqınların və məcburi köçkünlərin mənzil tikintisi ilə bağlı vəsait azaldılmışdı. Hər halda mənim çıxışımdan sonra, sağ olsunlar ki, bunu nəzərə aldılar və 2014-cü il, yəni 350 milyon manat səviyyəsində saxladılar. Sözün doğrusu, mən bilmirəm, o vəsaitlə bağlı icra vəziyyəti necədir, yəqin, bunu gələn il büdcənin icrasını müzakirə edəndə biləcəyik. Amma qaçqın və məcburi köçkünlər 25 il, hətta ondan çox müddətdə öz yurd-yuvalarını itiriblər, onların böyük qismi hələ də acınacaqlı vəziyyətə yaşayır. Biz xalq olaraq, vətəndaş olaraq buna dözməməliyik. Prezident bu ilin aprelində Sivilizasiyalararası Dialoq Forumunda çıxış edərək bildirdi ki, Azərbaycan indiyə qədər 90 qəsəbə tikib və hər il təqribən 20 min insan mənzillə təmin olunur, amma yenə də bu, yetərli deyil. O insanların böyük bir hissəsi yenə də öz mənzil şəraitinin nə vaxt yaxşılaşdırılacağını gözləyir. Yəni prezidentin özü də bu barədə demişdi. Bütün bunlardan sonra bu sahəyə mütləq xüsusi diqqət ayırmalıdır. 

Biz çalışmalıyıq ki, nəhayət, qısa bir müddət ərzində qaçqınların mənzil problemini həll edib başa çatdıraq. 2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və “Formula-1" yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrıldığı halda, qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına cəmi 90 milyon manat vəsait ayrılıb. Parlamentdəki çıxışımda da dedim ki, Azərbaycan dövləti və xalqı üçün prioritet 330 milyon 300 min manatlıq yeni idman obyektlərinin tikintisi yox, 9 min qəzalı vəziyyətdə yaşayan ailənin təcili mənzillə təmin olunmasıdır. Bu gün 40-45 min insan risk altında yaşayır. Necə ki, Füzulidən olan bir qaçqın ailəsi bu yaxınlarda yanğında məhv oldu. O binalarda elektrik naqilləri hörümçək toruna bənzəyir, bina hər an insanların başına uça bilər. 

- Dediyiniz kimi, prezident üçün bu problemlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçısı sahibkarlığın inkişafına önəm verir, bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Amma məlum oldu ki, 2017-ci ilin dövlət büdcəsində sahibkarlığın inkişafına bir manat da ayrılmayıb. Üstəlik, Tarif Şurası sahibkarlığa da böyük zərbə olan qiymət artımına gedir, narazılıq yaradır. Bu ziddiyyətlər  nədən doğur? 

- Sözün doğrusu, mən düşünürəm ki, hakimiyyət daxilində hansısa gözəgörünməyən, ola bilsin, kənar təsirlərin də nəticəsində çox vaxt qeyri-populyar, nəinki vəziyyətin düzəlməsinə xidmət etməyən, əksinə, vəziyyəti ağırlaşdıracaq istiqamətdə qərarlar qəbul edirlər və mən burada hansısa təxribatın da olacağını istisna etmirəm. Burada xaricdən də təsir ola bilər, daxildəki, elə hökumətin öz içindəki müəyyən qüvvələrlə birlikdə düşünülmüş bir addım da ola bilər. Əlimdə konkret faktlar yoxdur, amma ehtimallar və intuisiyam mənə deyir ki, nəsə xoşagəlməz bir proses başladılıb. Prezidentin bəzi tapşırıq və qərarlarının zamanında icra olunmaması bunu göstərir ki, hansısa bir təxribat var. Buna görə də ölkənin siyasi rəhbərliyi, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər bu  məsələlərin üzərində ciddi düşünməli və təhlil etməlidirlər.  

- Referendumdan sonra böyük islahatlara gediləcəyi ilə bağlı gözləntilər var idi.
 Mümkündürmü ki, kimlərsə bu kimi addımlarla islahatların reallaşmasını əngəlləməyə çalışır?

- Deyək ki, prezident özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı xüsusi fərman imzalamışdı. Amma Nazirlər Kabineti özəlləşdirmə ilə bağlı konkret addımlar atmalı idi. Az qala bir ildən artıq vaxt keçir, 1-2 kiçik müəssisədən başqa hələlik heç bir iri müəssisə özəlləşdirilməyə çıxarılmayıb. Yəni bacardıqları qədər bu prosesi yubadırlar. İkincisi,  bank sektorunda yaranmış vəziyyətin dəyişdirilməsi istiqamətində də qəbul olunmuş qərarlar yanlışdır. Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Mən çıxışımda da dedim, manatın kursu sabitləşməyənədək Azərbaycana heç bir iş adamı ciddi investisiya yatırmayacaq - nə daxili, nə də xarici investorlar. Ona görə də manat nəhayət ki, üzüb bir məntəqəyə gəlib çatmalıdır. Bunu nə qədər uzadacaqlarsa, deməli, iqtisadiyyata vəsait qoyuluşu olmayacaq. Əgər yeni zavod, fabrik tikməyəcəksənsə, yeni emal müəssisəsi yaratmayacaqsansa, qeyri-neft sektorunu necə inkişaf etdirəcəksən? Yaxud torpaqları münbitləşdirmək üçün vəsaitin yoxdursa, keyfiyyətli toxumun, texnikanın, gübrənin alınması imkanlarından məhrumsansa, kənd təsərrüfatını necə inkişaf etdirəcəksən? Bunların hamısı sonda gəlib maliyyətə bağlanır. Ölkənin milli valyutası sabitləşməyibsə, ora heç kim ciddi vəsait qoymayacaq. 

- Belə çıxır, gələn il bundan da ağır vəziyyət yarana bilər?

- Bunu tək mən demirəm. Maliyyə naziri Samir Şərifov, hökumətin digər üzvləri, nazirlər də deyir ki, bəli, gələn il daha pis, daha ağır olacaq. Deyək ki, 2017-ci ili keçirdik, bəs, qarantiya hardadır ki, 2018-ci il yaxşı olacaq? Siz 2017-ci ildə vəziyyətin yaxşılaşması üçün hansı işləri görəcəksiniz, söhbət bundan gedir. 

- Qiymət artımı və digər prosesləri müxalifətin, sadəcə, kənardan müşahidə etməsi də normal görünmür. Etirazlar bir tərəfə, hansısa təşəbbüslər, təkliflər də yox dərəcəsindədir. Sizcə, bu, normaldırmı? 

- Əlbəttə, müxalifət etiraz etməlidir və biz də qiymət artımına, islahatların ləngidilməsinə etiraz edirik. Amma müxalifət də öz məsuliyyətini dərk etməlidir ki, bu islahatların həyata keçirilməsi üçün mütləq ölkədə siyasi sabitlik lazımdır. Əgər insanlar küçələrə çağırılırsa və bu da sonra elə bir prosesə çevrilir ki, ölkə yenə də xaosa sürüklənir, əlbəttə, buna yol vermək olmaz. Etirazın bildirilməsi o formada olmalıdır ki, iqtidarı islahatları sürətləndirməyə stimullaşdırsın, yoxsa cəmiyyətdə bir az da qarşıdurmanı gücləndirməyə xidmət etməsin, ölkədə yaranmaqda olan sosial narazılıq ki, var, o narazı insanların idarəolunmayan bir prosesə qoşulmasına yol verilməsin. Yəni ölkədə sabitliyin qorunmasında müxalifətin də iqtidar qədər məsuliyyəti var. Müxalifətin də dediklərini iqtidar qulaqardına vurmamalıdır. Bizim təkliflər ciddi şəkildə öyrənilməli, müzakirə olunmalıdır. Mütləq və mütləq islahatlar genişləndirilməlidir. Birinci devalvasiyadan iki il keçir... Düzdür, bəzi dövlət orqanlarında şəffaflığın səviyyəsi xeyli dərəcədə artırılıb, neqativ hallar tam aradan qaldırılıb, ASAN Xidmətin fəaliyyəti xeyli dərəcədə genişləndirilib. Ancaq bu, cəmiyyətdəki vəziyyəti köklü surətdə dəyişmək üçün yetərli deyil. Ən azından iki nazirliklə bağlı gedən cinayət işinin istintaqı və məhkəmə istintaqı göstərir ki, doğrudan da, orda həm maliyyə nəzarəti yüksək səviyyədə təmin olunmayıb, həm də idarəetmədə  ciddi qanun pozuntuları mövcuddur. 

- Eyni zamanda, hakim komandada ciddi kadr dəyişikliyinə də gedilmədi. Bu komanda ilə islahatların aparılmasının mümkünsüzlüyü barədə də çox deyilib...

- Əlbəttə ki, dəyişikliklər etmək lazımdır. Biz bunu hər zaman deyirik ki, komanda mütləq yenilənməlidir. Birincisi, komanda yenilənəndə insanlar yeni təyin olunmuş şəxsə müəyyən ümidlər bağlayır, yeniliklər gözləyirlər. Təzə gələn adam həqiqətən də çalışır ki, nə isə bir yeniliklər eləsin. Ola bilər ki, təzə təyin olunmuş şəxs əvvəlkindən daha uğursuz ola bilər, o halda onu da dəyişmək lazımdır. Təzə təyin olunub deyə, oturub gözləmək lazım deyil ki, azı 5 il işləsin. Ölkədə çevik kadr siyasəti aparılmalıdır. Həm də verilmiş göstərişlərin tez yerinə yetirilməsi təmin olunmalıdır. İndi prezident göstərişlər verir, amma biz görürük ki, onların icrası  xeyli yubanır. 

- Qüdrət bəy, bəlkə də vitse-prezidentlər təyin olunsa, bu, sürəti xeyli artırardı. Razılaşırsınızmı?

- Əslində yeni konstitusiya qəbul olunandan sonra vitse-prezidentlərlə bağlı təyinat olmalı idi. Amma prezident 6 ay vaxt verdi ki, vitse-prezidentlərin statusunu müəyyənləşdirən yeni qanun qəbul olunsun və bundan sonra təyinat olsun. Bu qanun layihəsinin hazırlanmasına da, deyəsən, iki ay vaxt qoyulmuşdu. Dekabr ayında bu layihə parlamentin müzakirəsinə çıxarılsa, yeni ilin əvvəllərində artıq bu təyinatlar ola bilər. İnsanların bu institutla əlaqədar olaraq müəyyən gözləntiləri var. Amma sözün doğrusu, düşünmürəm ki, təkcə vitse-prezidentlərin təyin olunması vəziyyəti ciddi şəkildə dəyişə bilər. Müəyyən müsbət dəyişikliklər ola bilər, amma ciddi dəyişikliklər gözləmirəm. Ölkədə bazar iqtisadiyyatına keçid həyata keçilməlidir. Azərbaycan iqtisadiyyatı hibrid iqtisadiyyatdır. 

Yəni sosialist təsərrüfat sistemi ilə bazar iqtisadiyyatının bir anormal qarışığı, izdivacıdır. Nazirlər Kabinetinin 44 üzvü var. Bu rəqəm minimum iki dəfə azaldılmalıdır. Məmurların sayı minimum 30 faiz azaldılmalıdır. Qənaət olunmuş vəsait də o biri məmurların əmək haqqının artırılmasına sərf olunmalıdır ki, onların layiqli həyatını təmin etmək mümkün olsun. Yoxsa aldığı maaşla dolana bilməyəndə məmur mütləq qanun pozuntusuna yol verəcək, qulluq mövqeyindən istifadə etməklə həyatını yaxşılaşdırmaq barədə düşünəcək və bu zaman da neqativ hallar, sui-istifadə halları baş verir. Mütləq özəlləşdirməyə getmək lazımdır. Azərbaycanda bu qədər dövlət universitetləri ola bilməz. AMEA da BDU kimi bir universitetə çevrilməli, Akademiyanın institutları da ayrıca fakültələr olmalıdır. Ancaq bu qurum da özəlləşdirilməlidir. Bizim akademiklər təkcə elmi araşdırmalarla yox, həm də tədrislə məşğul olmalı və həm də qazanc götürməlidirlər. Dünyada tək keçmiş sovet respublikalarından başqa heç yerdə elmlər akademiyası deyilən təsisatlar yoxdur. Bu da dövlətin üzərində bir yükdür. Həmçinin səhiyyə obyektləri özəlləşdirilməlidir. 

Bunlar özəlləşdirilməlidir ki, onlar vergi ödəsinlər. Kasıbların övladları da təhsil kreditləri hesabına təhsil almalıdır. Həmçinin icbari tibbi sığorta tətbiq olunmalı, məktəb tikintisinə geniş meydan verilməli, ikinövbəli təhsil aradan qaldırılmalıdır. İş adamlarına vergi güzəştləri tətbiq olunsa, qat-qat ucuz qiymətə məktəblər tikilə bilər. İdman komplekslərinin özünü özəlləşdirmək lazımdır. Rayonlarda onlar baxımsız vəziyyətdə qalıb. Bu işlər həyata keçirilsə, biz xeyli dərəcədə irəli gedə bilərik və xaricdən də investisiya cəlb olunmasına nail olarıq. Bundan əlavə, müəllimlərin, həkimlərin maaşı artırılmalıdır. Həmçinin bizim ön cəbhədə xidmət edən zabitlə paytaxtdakı zabitin əmək haqqı eyni olmamalıdır. Həyatlarına risk etdikləri üçün onların maaşı daha yüksək olmalıdır. Parlamentdəki müzakirələrdə dediyim kimi, həm də devalvasiya nəzərə alınmaqla hərbçilərin maaşının artırılmasına da çox ciddi ehtiyac var.(musavat.com)
Oxşar xəbərlər
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI