“Niyə Eldar Mahmudovun əvəzinə bizim "Tarzan" Akif içəridə yatır?”
Oxunub: 12057
18 Nov 2016 | 10:23
“Niyə Eldar Mahmudovun əvəzinə bizim
Marneulinin indiki Alqeti, qədimi Gorarx kəndində eşitdiyimiz bu irad bir müddət qulaqlarımızda uğuldayıb bizə bir xeyli zaman rahatlıq vermədi. Kəndin qədim "Həzrəti Əli" məscidi önünə yığılmış izdihamlı kütlə bir ağızdan elə hey bax bu cümləni təkrarlayıb, sakitləşmirdi. 

Akif
Durmadan, dayanmadan elə hey üstümüzə yeriyirdi. Axır bu axın bizi meydandan sıxışdırıb gətirib çıxardı Akif Çovdarovun ata mülkü qarşısına. Ətrafımıza göz atanda düz lazım olan ünvanın qarşısına gəlib çıxdığımızı bir daha yəqinləşdirdik. Mülkün qapısındakı “Mercedes”in nömrə nişanı sanki dil açıb danışır, sahibinin kimliyini ortaya qoyurdu. Vallah, çox yaddaqalan nömrə idi: MTN-009. Bakıda çox az adam MTN-in, xüsusən Eldar Mahmudovun, yaxın ətrafının 009 nömrəsindən istifadə etdiyini bilməz. Bakıda maşınının nömrəsinə MTN sözünü yazdıra bilməzsən. Qanunlar icazə vermir. Gürcüstanda isə qanunlar dövlət büdcəsinin doldurulmasına xidmət edir. Pulunu ver, get adını yazdır, vur maşınının nömrə yerinə... 

Hazırda Akif Çovdarovun doğma kəndi Algetdəyik. Biz burdaykən, Bakıda, daha dəqiqi, Sabunçu Rayon Məhkəməsində Akif Çovdarovun məhkəməsi keçirilir. Onu hansı cinayətlərdə ittiham etmirlər ki? 

 

Adamların qanunsuz həbsi, rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla üz-üzə qalıb o. Qəzetlərdə, saytlarda, hətta TV-lərdə də barəsində “qanlı general”, “odioz general”, “qəssab oğlu” kimi ifadələr işlədilməkdədir. 
Bəs generalın doğma kəndində barəsində nə düşünürlər? Yaxınları, doğmaları, qohumları, qonşuları onun haqqında nə deyir, nə danışır?

Gürcüstana jurnalist səfərimiz çərçivəsində həm də bu suallara cavab almaq qərarına gəldik. 

Çovdarovların mülkü qarşısındakı “Həzrəti Əli" məscidi önünə sorağımızı eşidib xeyli adam toplanmışdı. İynə atsan, yerə düşməzdi burda. Söhbətə qoşulanlardan biri, Akif Çovdarovun tələbəlik dostu Cavanşir İsmaylov barəsində görün bir nə dedi:

- Əvvəlcə, hamı kimi, Çovdarov atasının istəyini həyata keçirdi. Bakıya getdi. Politexnik İnstitutuna daxil olub “Nəqliyyatın avtomatlaşdırılmış istismarı” sahəsində ixtisaslaşdı.

Akifin sevimli filmləri vardı. Bax o filmlərin qəhrəmanları idi onu Rostova, ordakı Ali Milis Akademiyasına gətirib çıxaran. “İstintaq davam edir”, “Onu bağışlamaq olarmı” filmlərinə dönə-dönə baxmışdı. Filmlərin qəhrəmanları onu uzaq Rusiyada əzmlə təhsil almağa sövq etmişdi. Milis məktəbini fərqlənmə diplomu ilə bitirdi. Qayıdıb Bakıda, Böyük Şordakı əmək-islah koloniyasında işlədi, sonra “Narkobiznes”də rəis müavini kürsüsündə əyləşdi.

Yadıma düşmüşkən deyim. Bakıda Avropa Oyunları keçirilən günlərdə mən övladıma toy edirdim. Əlbəttə ki, uşaqlıq dostumu da lap birinci dəvət etmişdim məclisə. Akif gəlmədi, xəbər göndərdi ki, prezidentin qatılacağı bir möhtəşəm idman oyunu keçirilir, təhlükəsizliyə cavabdehəm, üzürlü say. Deməyim odur ki, o, işinə bağlı adam olub, heç vaxt xəyanət etməzdi. Belə bir adamı həbs edib, ağır xəstəliklərini nəzərə almamaq düz deyil, vallah. 


“Ona Tarzan deyərdik. Saçları uzun idi, çiyninə tökülürdü, eynən filmdəki Tarzana oxşayırdı”


Biz onunla lap uşaqlıqdan dostluq edirik. Aramızda onu Tarzan kimi çağırırdıq. 

- Bəs niyə o, aranızda Tarzan ayaması, adı ilə tanınır?

Daşdan xəbər çıxdı bu vaxt, adamlardan çıxmadı. Sualımız göydən asılı qaldı bir müddət. Cavabımız, ön sıralardakılardan deyil, arxa sıralardan gəldi, nəhayət. Bir də gördük kütlə tən ortadan ikiyə ayrıldı. Arasından birisi çıxıb özünü təqdim etdi.

- Yaz dəftərinə adımı - Aslan Gorarxlı. 8 kitab müəllifiyəm. Çelyabinskidəki Azərbaycan diasporu rəhbərlərindənəm. Akif Çovdarov, kəndimizdən çıxmış ilk general kimi, hamımızın fəxridir. 

Çelyabinskdə 200-dək soydaşımızın evini onun general geyimindəki şəkli bəzəyir. Şəkilləri böyüdüb hamıya paylayan mənəm. Vallah, o yaxşı adamdı. Kəndə gələrkən əvvəlcə heç evinə dəyməz, siftə gedib kəndin kasıb çayxanasında əyləşərdi.
Kütlə ürəklənib cuşa gəldi bu vaxt. Arxa sıralardan çıxmış bir başqası, qarşılarındakıları itələ-itələyə önə atıldı.


- Yaz adımı dəftərinə - Göyüşov Aqil. Bizim Tarzanın çayxanada əyləşdiyi stul üzərində, inan, siz heç vaxt oturmazdınız. Qorxardınız kora-zad batsın bədəninizə. Tarzan isə oturardı. Durarkən tək öz hesabını deyil, əlini cibinə atıb bütün digər müştərilərin borcunu da ödəyərdi adətən. Belə görmüşük həmişə. 

Bu vaxt görürəm ön sıraların arxasından bir qabarlı əl irəli uzandı. Bir topa kağız-sənədi əlimə dürtdü.

- Bax bunu da, xahiş edirəm, olduğu kimi dərc edin. Bütün kənd camaatı son nəfərinədək imza atıb bu sənədin altına.

“Oxuyuram, qəzetində yazmağını da xahiş edirəm” -  deyən ağsaqqal məktubda yazılanları xırdalayır:
 

 - Biz Gürcüstanda yaşayan azərbaycanlılar başqa dövlətin vətəndaşı olsaq da, daim gözümüz Azərbaycanda, ulu öndərin davamçısı İlham Əliyevdədir. Akif Çovdarov vəzifədəykən Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir ümid, inam yeri olub. Yüzlərlə problemimiz məhz onun müdaxiləsi ilə öz həllini tapıb. Təbii ki, heç vaxt unutmayıb ki, bütün bu xeyirxah işləri o, məhz prezidentin ona verdiyi dəstək əsasında edib. O, bizdən həmişə tələb edirdi ki, İlham Əliyevin ətrafında sıx birləşək. Bizlər bir il dözdük. Akif Çovdarovun həbsinə heç bir reaksiya vermədik. Bu Akif Çovdarova qarşı laqeydliyimizdən, ittihamlara inandığımızdan deyil. Sadəcə, ölkənin ədalətli bir rəhbəri olduğunu bildiyimiz üçün bir xeyli gözlədik. İstəyimiz budur ki, Akif Çovdarovun səhhətindəki təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz nəzarətinizə götürəsiniz. Bax, bu məktubu biz göndəririk. Ancaq bilirik ki, məktub gedib ünvanına çatmır. Məktubu 2000-dən çox həmkəndlimiz imzalayıb. Hələ çoxları da imzalamaq arzusundadır. Məktubu tez göndərdik ki, yaranmış gərgin vəziyyətə təcili müdaxiləniz olsun".


Tələblər bitmirdi. Hamı bir ağızdan Akif Çovdarov haqda danışır, ittihamları yaxına belə buraxmaq istəmirdi. 

“Akif kənddə olanda birdən dedi ki, kəsin bunların başını. Hamı çaşıb qalmışdı”


“Akif nə edib? Kimin toyuğuna daş atıb? İşdən çıxarıblar, əl çəksinlər, gəlib otursun yurdundakı mülkündə - bizlərin istəyi budur”. 

Fayla yerləşdirilən qalın sənəd topasını götürüb basdım çantama. Camaata dedim ki, bəs bu sənədlərlə tezliklə dövrü mətbuatda tanış ola biləcəksiz. Sonra keçdim cavabsız qalmış əvvəlki sualıma.  

- Bəs Tarzan adını nə vaxt qazandı o sizin dilinizdən? 

Cavabım yenə də yubandı. Axır, yaşlı ağsaqqallardan biri aramızdakı sükut buzunu qırmağa müvəffəq oldu.

- Çiyninə düşən uzun saçları Tarzana oxşadardı o vaxtlar Akifi. Kinodakı Tarzandan bir vaxtlar, inan, bax, bu Əli yolu haqqı, ayıra bilməzdik biz onu. Ekrandakı Tarzanı həmişə Akifə oxşadardıq. 

 

Kələfin ucunu burda tapıb onu day əlimizdən buraxmamaq qərarına gəldik. Camaatla sağollaşıb üz tutduq Akif Çovdarovun vaxtilə təhsil aldığı ünvana. Rəhmətlik atası Teymurxan Çovdarovun adını daşıdığı 1 saylı kənd orta məktəbinə.

***

2015-ci ildə sonuncu məzuniyyətini Akif Çovdarov öz doğma kəndində - Algetdə keçirir. Gecəykən, ətrafında dost-tanışı yaxınlaşır məktəb qapısı həndəvərinə. Ətrafına, yan-yörəsinə diqqətlə boylanır. Sonra verdiyi bir əmrlə qapıdakı köhnə dostlarını xeyli çaşdırır, vallah.


- Başlarını kəsin. Bir də deyirəm, başlarını kəsin bunların, vəssalam. 

Ay işığının nurunda deyilmiş bu sözlər əvvəlcə hamını qorxudur. Müəllimlər çaşıb bir müddət nə edəcəklərini anlamayırlar. Akifə də elə bu lazımmış sanki. Əvvəlcə o, bu pauzasının ömrünü bir xeyli uzadır. Lap axırda rəhmə gəlib sözlərini başqaları üçün xırdalayır.

- Deyirəm, bu ağacların başını kəsin də... Gövdələri incədi bu sərvlərin. Yel əsincə, qırılıb aşacaqlar. Kəsin deyirəm sizə.

Hacıyev Əmiraslan Aslan oğlu, fizika-riyaziyyat müəllimi, o hadisəni indi belə xatırlayır bizimçün.



- Ağıllı, savadlı, mərifətli adamdı. Gördüyünüz kimi, başı bədəninə ağırlıq edən ağacları yaxşı tanıyırdı o.

Çoxdan unutduğumuz məktəb zəngi ətrafa səs salıb bizi köhnə xatirələrin cəngindən qurtarır. Qalxırıq məktəbin müəllimlər otağına. Sorağımızı eşidib bura gələnlərin sayı az deyil. Aralarında Akif Çovdarovun doğma bacıları Qənirə, ailənin sonbeşiyi Fəridə də var. Əks istiqamətlərdə əyləşib heç danışmırdılar. Əvvəlcə, həəə, vəziyyət belə idi. Söhbət qızışdığı vaxt bacısı Qənirə özünü saxlaya bilmədi.

(ardı var, musavat.com)
Oxşar xəbərlər
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama