ABŞ-da prezident seçkiləri: niyə Tramp? ”“ Ərəstun Oruclu Vaşinqtondan yazır
Oxunub: 2518
17 Nov 2016 | 10:25

ABŞ-da prezident seçkiləri: niyə Tramp?  ”“ Ərəstun Oruclu Vaşinqtondan yazır

Bir neçə aydır ABŞ-a köçən, mediada və sosial şəbəkələrdə də görünməyən politoloq Ərəstun Oruclu özəl olaraq “Yeni Müsavat” üçün məqalə hazırlayıb. Onun yazısını təqdim edirik:

*** 

ABŞ-dakı son seçkilərdən bir həftə keçdi, amma ölkə və dünya mətbuatı hələ də bu seçkilərlə bağlı emosional notlardan uzaqlaşa bilmir. Donald Trampın prezident kürsüsünə yiyələnməsinin səbəbləri və ehtimal olunan nəticələri ilə bağlı ən müxtəlif şərhlər, dəyərləndirmələr və proqnozlar verilir. Halbuki 8 noyabr seçkiləri əslində daha geniş və konseptual müzakirələrin predmetidir. Ona görə ki, bu, sadəcə, milyarder Trampın qələbəsi deyil, bu, həm də ABŞ siyasi istebleşmentinin ağır məğlubiyyətidir. Bəlkə də bu yerdə “iflasıdır” demək daha yerinə düşərdi. Bəli, məhz demokratlara və respublikaçılara bölmədən bütövlükdə isteblişmentin, həm də ABŞ siyasi elitasının son 25-30 ildə yürütdüyü, artıq cəmiyyətə də həzm etdirə bildiyini düşündüyü yanlış strategiyanın iflasıdır. 

8 noyabr seçkilərini və onun nəticələrini, həmçinin bu nəticələrin səbəblərini bir qədər daha dərindən anlamaq üçün ABŞ siyasətinin son 25-30 ilinə ötəri bir diqqət yetirməli olacağıq. Zənnimcə, həmin dövrü ölkə siyasətinin durğunluq dönəmi kimi qiymətləndirsək çox da yanılmarıq. 1988-ci ildə respublikaçı Corc Herbert Uolker Buş (ata Buş) ABŞ-ın 41-ci prezidenti seçildi və cəmi bir prezidentlik müddətindən sonra öz yerini 42-ci prezident demokrat Bill Klintona təslim etməli oldu. Bu illərdən də başlayaraq ABŞ siyasəti faktiki olaraq 2 partiyanın, başqa sözlə isə 2 ailənin inhisarına keçdi - Respublikaçılar Partiyası Buş ailəsinin təmsilçisinə, Demokratlar Partiyası isə Klinton ailəsinin maraqlarının reallaşdırılması vasitəsinə çevrildi. Hətta 2008-ci ilin praymerizində Hillari Klintonun Barak Obamaya məğlub olması da klintonların Demokratlar Partiyasına inhisarına son qoya bilmədi. Paralel olaraq, həmin dövrdən bu partiyalara yaxın bir sıra beyin mərkəzləri “Elitaların dialoqu” anlayışını dövriyyəyə buraxmağa və siyasi leksikona daxil etməyə başladı. “Elitaların dialoqu”, sadəcə, siyasi anlayış və ya siyasi terminlə məhdudlaşmırdı, o, böyük bir strateji xəttin siyasi leksikonda ifadəsi idi. Strateji xəttin əsas mahiyyəti isə ikiqütblü siyasi sistemin daxilində hakimiyyətin mütəmadi olaraq bir qütbdən (daha doğrusu, qrupdan) digərinə ötürülməsindən ibarət idi. Həmin strategiyadan doğan elita maraqlarının üst-üstə düşməsi fonunda üçüncü tərəf tamamilə unudulurdu. 

Image

Unudulan tərəf ABŞ siyasi sisteminin verdiyi geniş hüquq və azadlıqlara malik olan xalq və ya seçicilər idi. Tədricən siyasi elitaların xalqdan uzaqlaşması başladı ki, son nəticədə bu, faktiki olaraq ölkənin bir çox sosial-iqtisadi problemlərinin də arxa plana keçməsinə gətirib çıxardı. Əhalisinin 40-45 milyona yaxını yoxsul sayılan ABŞ üçün isə belə bir dinamika perspektivdə yaxşı heç nə vəd eləmirdi. Siyasətdə hər zaman olduğu kimi, “Elitaların dialoqu”nun da qısamüddətli cəlbediciliyi onun uzun vadəli baxdıqda ortaya çıxaracağı neqativ effektləri kölgədə qoymuşdu. 

Qeyd edim ki, adıçəkilən strategiyanı diqqətlə izlədikdə asanlıqla görmək olur ki, o, elə ABŞ siyasətinin son illərdə digər ölkələrə də fəal şəkildə ixrac etdiyi modeldir. Təsadüfi deyildi ki, bir sıra ABŞ beyin mərkəzlərinin təmsilçiləri keçən əsrin 90-cı illərinin sonlarında Bakıda da bu mövzuda dəyirmi masalar və digər tədbirlər təşkil edib, müzakirələr aparırdılar. Analogiya üçün çox da uzağa getməyə ehtiyac yoxdur - elə 1993-cü ildən başlayan elitaların dialoqu (söhbət Azərbaycansayağı dialoqdan gedir, əlbəttə) və həmin vaxtdan bugünədək mövcud olan siyasi sistem həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyişməz qalmaqdadır. Həmin model spesifik formalarda Rusiya da daxil olmaqla, postsovet məkanda və həmçinin Avropa ölkələrində son 25-30 ildə mövcud olan oturuşmuş və sabit kimi görünən siyasi idarəçilik sisteminin də sütununu təşkil edir. İctimai-siyasi və sosial-iqtisadi sabitlik nəzər nöqtəsindən ilk baxışdan cəlbedici görünən bu modelin yuxarıda qeyd etdiyim kimi, çatışmayan bir iştirakçısı da vardı ki, əslində o, elə ən həlledici iştirakçıdır. Təbii ki, söhbət xalqdan gedir. 

Image
Demokratik sistemdə isə xalq həm də seçicidir. Gördüyümüz kimi, mövcud model xalqın seçim imkanını məhdudlaşdırmışdı və uzun illər idi ki, xalq öz seçimində demokratlar və respublikaçılar tandemi arasında məhdudlaşmaq zorunda qalmışdı. Başqa sözlərlə, ABŞ seçicisi öz iradəsinə zidd olaraq “Elitaların dialoqunun” passiv iştirakçısına çevrilmişdi. Amma ABŞ seçicisinin bir çox digərlərindən əsas fərqi onun öz səsinin sahibi olmasıdır ki, bu da seçici əhvalının hansı durumda olmasını artıq 2016-cı il prezident seçkiləri ərəfəsində qabarıq şəkildə nümayiş etdirməyə başlamışdı. Bu da təsadüfi deyildi ki, həm respublikaçıların, həm də demokratların prezidentliyə namizədinin müəyyənləşdirilməsi prosesində (praymeriz) məhz bu partiyalara aidiyyəti olmayan potensial namizədlər əsas favoritlər kimi görünürdülər. 

Həmin mərhələdə demokratların praymerizində partiyanın əsas namizədi kimi nəzərdə tutulan Hilları Klintona ciddi rəqabət təşkil edən senator Berni Sandersə və respublikaçılar partiyasının potensial namizədlərini bir-bir sıradan çıxaran milyarder Donal Trampa kütləvi seçici rəğbətini görməmək mümkün deyildi. Bu da səbəbsiz deyildi. Bir-birindən prinsipial fərqi olmayan hər iki düşərgə xalqdan (seçicidən) xeyli uzaqlaşmışdı və onların nəinki geriyə dönmək, hətta boylanmaq fikrində olduqları belə görünmürdü. 

Məhz ona görə də həmin mərhələdə siyasi sistemin təmsilçiləri olmayan müstəqil senator Sanders və milyarder Tramp liderlik edirdilər. ABŞ seçiciləri onların simasında öz çabalarının ifadəçisini görürdü. Bu yerdə onu da qeyd edim ki, bir çox yerli analitiklər demokratların Klinton ailəsinin siyasi iddialarına müqavimət göstərə bilib senator Sandersi namizəd vermiş olduqları halda seçkidən qalıb çıxacaqlarını söyləsə də, bu, artıq tarixdir. Amma hakimiyyətdə olan demokratlar görünür, məhz iqtidarda olmalarına, ABŞ maliyyə elitasının dəstəyinə və digər amillərə arxalanaraq, israrla Hillari Klintonun namizədliyini irəli sürdülər. Sadalanan resursların təsiri də bütün seçki kampaniyası boyu özünü çox qabarıq şəkildə göstərirdi. Məsələn, ABŞ-ın 80-ə yaxın aparıcı media resursundan cəmi 2-si Donal Trampa rəğbət göstərirdi, bütün kampaniya dövründə milyarderi ifşa edən müxtəlif faktlar üzə çıxarılırdı. Ədalət naminə onu da qeyd edim ki, qeyri-ordinar (çox yumşaq desək) bəyanatları ilə Donald Tramp özü də bu işə hərtərəfli imkan yaradırdı. Aparılan sosioloji rəy sorğuları isə Klintonun prezident seçiləcəyinə heç bir şübhə yeri qoymurdu. Amma bütün bunlara rəğmən Donal Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. O, hətta demokratların ənənəvi dayaqları sayılan Miçiqan, Viskonsin və bu kimi bir sıra digər ştatlarda belə opponentinə heç bir ümid yeri qoymadı. 

Sosioloji sorğular haqqında bir qədər detallı yazmaq istərdim, çünki bir çox hallarda onların obyektivliyi şübhə altına alınır. Əslində isə istənilən sorğunun idealdan uzaq olması ilə yanaşı, prezident seçkiləri ərəfəsində ABŞ-da keçirilən sorğuların ilk baxışdan görünməyən bir özəlliyi də vardı. 

Image

Donald Trampın bir sıra hallarda açıq şəkildə verdiyi ksenofob, islamofob və digər bu ruhlu bəyanatları demokratların siyasi texnoloqları tərəfindən məharətlə istifadə edildi və milyarder “irqçi sentimentlərin” daşıyıcısı kimi qabardılmağa başladı. Bərabərlik, azadlıq və hüquq kimi dəyərlərin üstünlük təşkil etdiyi Amerika cəmiyyətində isə belə şəxsə etimad göstərmək alqışlanan mövqe deyil. 

Görünür, elə bu səbəbdən də bir çox rəyi öyrənilən amerikalılar Donald Trampa simpatiyalarını gizlətməyə məcbur olurdular. Amma gizli səsvermədə onların öz seçimini reallaşdırmasına heç bir maneə yox idi və olmadı da. Yeri gəlmişkən, seçkilərin heç kəsin və o cümlədən Donal Trampın özünün də gözləmədiyi nəticələri elan olunan kimi onun saytındakı seçki proqramından müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlə bağlı bənd “buxarlandı”. Bunu müsbət dinamika kimi qeyd etmək olar, məncə: deməli, milyarder Tramp prezident Trampın məsuliyyət çərçivələrini artıq ilk dəqiqələrdən duymağa başlamışdı.

Bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də seçkiqabağı kampaniya dövründə Tramp-Rusiya münasibətləri ilə bağlı daim qabardılan müzakirələr idi. 

Şübhəsiz ki, biznesmen Trampın Rusiya ilə iqtisadi əlaqələri olmamış deyil və Rusiyadakı kapitalın əsasən hakim oliqarxiyaya yaxın və ya birbaşa məxsus olduğunu nəzərə alsaq, demək, Rusiya siyasi dairələri ilə də. Amma zənnimcə, bu mövzunun gündəmdən düşməməsinin başlıca səbəbi Donald Trampın guya az qala Rusiyaya işləməsi haqda dəlilsiz-sübutsuz iddialar deyildi. Mövzunun istismarı həm Rusiya hakimiyyətinin, həm də ABŞ siyasi dairələrinin marağında idi. 

Birincilər bununla daxili auditoriyaya Putin hakimiyyətinin hətta ABŞ seçkilərinə təsir edəcək dərəcədə güclü olmasını, ikincilər isə uğursuzluğun səbəblərinin ölkədən kənarda olduğunu vurğulamaqda (xarici “düşmən” faktoru) maraqlı idilər. Şübhəsiz ki, bu məsələdə “qara piar” elementləri də yox deyildi. Amma gördüyümüz kimi bu “tezis” də işləmədi. 

Image
Ümumiyyətlə, Hillari Klintonla Vladimir Putinin şəxsi münasibətlərində neqativ çalarların üstünlük təşkil etməsinə baxmayaraq, Rusiya hakimiyyətinin ABŞ-da respublikaçı prezidentin olmasını arzuladığını düşünmək bir qədər çətindir. Unutmayaq ki, respublikaçıların xarici siyasətində ənənəvi olaraq sərt xətt üstünlük təşkil edir ki, bu da indiki şəraitdə heç də Rusiyanın milli maraqlarına cavab vermir.

Beləliklə, amerikalı jurnalistlərin, ekspertlərin və müşahidəçilərin təbirincə desək, ABŞ tarixində ən qalmaqallı və ən bölücü seçki prosesi başa çatdı. Ölkədə az qala hər gün keçirilən etiraz aksiyalarına baxmayaraq, Donal Tramp ABŞ prezidenti seçilib və gələn ilin yanvarından bu vəzifənin icrasına başlayacaq. ABŞ siyasi sistemi yavaş-yavaş şokdan çıxmağa başlayır. Prezident Obama Donald Trampla görüşdü və hər iki tərəf bir-birinə yetərincə pozitiv mesajlar verdi. Bu da təbiidir, Barak Obamanın “Donal Trampın uğursuzluğu ABŞ-ın uğursuzluğu olardı” tezisi ölkə maraqlarının hər şeydən yüksəkdə durmalı olmasına ciddi siqnaldır. Yeni seçilmiş dövlət başçısının “Mən gözləyirdim ki, prezident mənə 10-15 dəqiqə vaxt ayıracaq, amma bizim düz 90 dəqiqəlik ətraflı fikir mübadiləmiz oldu” mesajı da Barak Obamanın fikrini gücləndirməyə yönələn cavab idi. 

Image

ABŞ siyasəti tədricən öz ənənəvi siyasi etika çərçivəsinə qayıdır və bunun hər iki prezident səviyyəsində bu şəkildə nümayiş etdirilməsi həm də seçkilərin nəticəsini qəbul edə bilməyənlər üçün çox zəruri mesaj idi. Demokratlar Partiyası artıq struktur islahatlarına başladı və bu işdə senator Sanders əsas liderlərdən biri kimi görünür. Sandersin təklifinin nəzərə alınacağı halda Demokratlar Partiyasının rəhbərliyinə Minnesotadan olan afroamerikalı konqresmen Keith Ellisonun gətiriləcəyi gözlənilir. Ellison həm də Konqresin ilk müsəlman üzvüdür. 

Bu, təkcə partiyanın keyfiyyətcə yenilənməsi deyil, həm də cəmiyyətdə baş qaldırmağa cəhd edən ayrı-ayrı irqçi, ksenofob, antisemit və islamofob meyllərə ciddi xəbərdarlıqdır. Görünür, ideyanın müəllifləri həm də demək istəyirlər ki, biz Amerika dəyərlərini kimlərinsə bölücü baxışlarına qurban vermək fikrində deyilik. Bəli, Amerikada yaşayan bütün insanları amerikalı edən də elə həmin dəyərlərə hörmət və riayət etmələridir.

Sonra nə olacaq? İndi bu sual çoxlarını düşündürür. Əslində, heç nə baş verməyəcək, çünki bütün baş verməli olanlar artıq baş verib. Dünya bir gündə dəyişdi. Bəlli oldu ki, seçicilərin iradəsini anlamayan, onların istəklərini görə bilməyən siyasi idarəçilik modeli ağır məğlubiyyətlə üzləşə bilər və bu baxımdan da Avropanın demokratik dövlətlərindən tutmuş avtoritar-antidemokratik rejimlərin mövcud olduğu ölkələrədək hakim zümrələrdə yaşanan diskomfort anlaşılandır. 

Deməli, uğursuz modelin demontajı hələ davam edəcək. ABŞ seçkilərindən çıxan əsas nəticəni heç kəs səsləndirmək istəməsə də, zənnimcə, hər kəs çox yaxşı anlayır. Nəticə isə budur: istənilən siyasi idarəçilik modelində bütün ictimai-siyasi proseslərdə daim mövcud olan bir tərəf də var ki, onun fəal iştirakının və maraqlarının təmin olunmaması ciddi fəsadlara yol açır. Sadəcə bir fərqlə ki, demokratik və hüquqi şəraitdə həmin tərəf öz iradəsini seçki yolu ilə həyata keçirə bilirsə, bu hüquqlardan məhrum olunduqda o, iradəsini zorakı yollarla reallaşdırır. Deməli, ənənəvi yanaşmalardan ayrılıb həmin tərəfi nəzərə almaq, onu dinləmək və onun ayağına getmək lazım olacaq. Əks halda, formasından asılı olmayaraq məğlubiyyət qaçılmaz olacaq. ABŞ-da olduğu kimi.

Demokratlardan əsas kürsünü, respublikaçılardan isə az qala bütün sosial bazanı alan Donald Tramp prezident oldu, Hillari Klinton isə ola bilmədi və bunlara dair əsas qərarları verən Amerika seçicisi, yəni Amerika xalqı oldu. Bu mübarizədən yeganə qalıb çıxan tərəf də elə odur. Deməli, qalib həm də Amerika demokratiyası və ABŞ dövləti oldu, çünki Amerikanın “atalarının” təsəvvür etdikləri və yaratmağa çalışdıqları güclü dövlət konstitusion hüquq və azadlıqları təmin olunmuş özünə inamlı vətəndaşın çiyinlərində dayanan dövlətdir. 

Image
 
P.S. Zənnimcə, 8 noyabr seçkiləri saxtakarlığın hakim kəsildiyi ölkələrdə tez-tez səsləndirilən “ABŞ-da da seçkilər saxtalaşdırılır” kimi iddialara da net cavab oldu. Yuxarıda qeyd elədiyim kimi, Donald Trampın prezident seçiləcəyini özü də daxil olmaqla, heç kəs gözləmirdi və həm siyasi, həm də iqtisadi elitada mütləq əksəriyyət arzulamırdı da. Amma seçici iradəsi öz sözünü dedi. ABŞ seçicisi göstərdi ki, özünün də, ölkəsinin də taleyinin həllində əsas söz sahibi O-dur. Seçki günü Virciniya ştatında səhər saat 6-da açılmalı olan seçki məntəqələrinin qarşısında yarım saat əvvəldən növbəyə düzülmüş yüzlərlə seçicini görəndə artıq buna heç bir şübhəm qalmamışdı. Bu da təsadüfi deyildi ki, Donald Trampın seçki kampaniyasında səsləndirdiyi “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!” bəyanatı ABŞ-ın həm respublikaçı, həm də demokrat siyasi dairələrilə yanaşı, sadə amerikalılarda da hiddət doğurdu. Ölkənin fundamental dəyərlərindən olan azad və ədalətli seçkini şübhə altına almaq başqa reaksiya doğura bilməzdi də.

Ərəstun Oruclu, “Yeni Müsavat” 
Oxşar xəbərlər
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:10
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
03 May 2024 | 13:15
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:20
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
03 May 2024 | 13:05
Ceyhun Bayramov Qambiyaya getdi
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:10
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
03 May 2024 | 13:15
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:20
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
03 May 2024 | 13:05
Ceyhun Bayramov Qambiyaya getdi
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib