““Kalaşnikov” avtomatını sökmək işində mənə heç kim çata bilməzdi Tovuzda”
Oxunub: 7970
27 Oct 2016 | 10:16
““Kalaşnikov” avtomatını sökmək işində mənə heç kim çata bilməzdi Tovuzda”
Təcrübəm mənə deyir - hər tarixi dövrün ömrü, nə az nə çox, bir köhnə dəyirmanın həyatı, cırıltısı qədərdi.

***

Dediklərim, köhnə Bakı dəyirmanının taleyi ilə təsdiqlənir. Ötən əsrin əvvəlində tikilmiş həmin dəyirman Nikolay dövrünü də üyütdü, sonrakı sovet zamanını da. Axır, özünü də üyüdüb döndü, çevrildi dəbdəbəli “Landmark” biznes-mərkəzinə. 

İndi də özünün bu qədim adətindən, şakərindən qalmır o - qədim qalın divarları arasında 4-cü Bakı Caz Festivalını üyüdür. 

***

Vədələşdiyimiz kimi, millət vəkili Qənirə Paşayevə ilə bu mistik, şairanə ünvanda görüşdük. “Landmark”ın ağır şüşə qapılarını güclə aralayıb əvvəlcə Qənirə xanımı içəri ötürdüm, sonra yoldaşım İlhamiyyə Rzanı. Dəhlizdə elə iki addım irəli keçmişdik ki,  gördük İsveç səfiri Tomas Danestad, ayaq götürüb sürətlə özü biz tərəfə yüyürür. Səfir alicənablığını nümayiş etdirməkdən elə biləsən xüsusi zövq alırdı - qadınlarımızın üst plaşlarını məhz özü təhvil alıb, sol qolu üstə atdı. Sakitliyə riayət edərək biz tərəfə əvvəl ingiliscə, sonra səlis rusca pıçıldadı:

- İcazə verin, 4-cü Bakı Caz Festivalı çərçivəsində keçirilən tədbirlərə dəvət edim sizləri. İsveç caz təranələrini - səfir biləyindəki bahalı saata baxdı - az sonra dinləyərik. Hələlik rəssam Kamal Əlinin rəsmlərini seyr edin "Landmark"ın bu dairəvi, möcüzəli “Ratunda” zalında.

Divar boyu yanbayan düzülmüş rəngarəng rəsmlərdə cazın tarixi təsvir edilmişdi - Ema Fiscerald bir tərəfdə caz oxuyurdu, Lui Amstronq bir başqa tərəfdə. Qorxurdum ətrafımızdakı gəl-getdə, sıxlıqda Qənirə xanımı gözlərimdən tam itirim. Əvvəlcə bu nigarançılıq hissini bir anlığa yaşadım elə bil. Amma caz ustası Əzizə Mustafazadənin portretini görüncə, inanın, xeyli sakitləşdim. Bildim ki, gözdən itirdiyim Qənirəni gec-tez məhz burda, bu tablonun önündə aşkarlayacam. Bir də gördüm, bəli, Qənirə ilə İlhamiyyə ordadırlar. Əzizənin şəkilinə baxıb öz aralarında nəsə müzakirə edirlər. Qənirəni, İlhamiyyəni, Əzizəni bax bu cür - bir yerdə, bir nöqtədə görüb uzaqdan müşahidə etmək, daha sizdən nə gizlin, çox maraqlı göründü mənə. Şəkildəki Əzizə, qara royal üzərində uzanıb uzun saçlarını ətrafına səpələmişdi. Gur vəhşi saçlar, royalın ağ dilləri, nəhayət, mənzərəni haşiyəyə almış qırmızı nar dənələri bir vahid kompozisiyada birləşib hamımızı heyran qoymuşdu.

Qısası, tablo önündə bir xeyli dayanıb eyni bədii zövqü, eyni mədəni maraqları, idealları bölüşdüyümüzə sevindik. Qənirənin daxili aləmi, zövqü ilə bizi birləşdirən ortaq xətti, şükür, artıq tapmışdım özüm üçün. Qalırdı indi ancaq bu incə xətləri, mövzuları bir süjet ətrafında birləşdirib son nəticəyə yetişmək.

***
“Landmark”ın “Ratunda” zalı dairəvidi, iti küncləri-falan yoxdu. Belə yerlərdə nəyisə gizlətmək, başqalarından gizlənmək qətiyyən və qətiyyən mümkün deyil. Belə ünvanlarda çox nadir imkan var hamını bircə poetik baxışın tərkibində görəsən. 

Hissiyyatımız da çox keçmir bu qanunlara tabe olur. Qənirə xanım, sərgidəki şəkilləri diqqətlə izləyə-izləyə yenə də qayıdır əvvəlki yerə - qara royal üzərində öz dünyasını qurmuş, saçlarını səpələmiş Əzizənin portreti önünə. Şəkildən ilhamlanaraq öz məktəb xatirələrini bizlə bölüşür burda.


- Tovuzun 1 saylı Düz Qırıxlı kənd məktəbində, yadımdadı, teatr tamaşaları qoyardıq səhnədə, şahmat yarışları keçirərdik, divar qəzeti buraxardıq. Mirzə Cəlilin “Ölülər” dramına növbə gəlib çatanda bərk sevindim. Amma səhnədə Kəblə Fatma kimilərini canlandırmaq mənlik deyildi. Dirəndim ki, bəs əsərdəki qadın rollarının ifası məni qəti qane etmir. Dedim, mənə kişi rolunu, Kefli İsgəndər rolunu verin, bədabətdə Şeyx Nəsrullah rolunu verin. Səhnədə, yadda saxlayın, yaşmaqlanıb xurafata yuvarlanan deyiləm. 

Qənirə xanımın səhnə mədəniyyətinə, natiqliyə yiyələnməsi, diqqət edin, məktəb günlərinin məhz bu ilginc, çılğın epizodundan başlayaraq indiyəcən davam edir. Təəccüblənməyin - bir var, pələng dərisi geymiş qəhrəman, bir də var Qənirə kimi, maarifçi İsgəndərin dərisinə bürünüb siyasətə, gündəmə atılan canlı azad qadın heykəli - yəni sözün əsl mənasında millət vəkili, jurnalist, maarifçi Qənirə Paşayevə. Vaxtilə yaşadığı komsomolçu həyatı da Qənirə Paşayevanın həyatında izsiz ötüşməyib. Məhsul, üzüm yığımında Qənirə şagirdlər sırasında həmişə birinci olub. Üzümçülük barədə mükəmməl biliklərə də məhz sovet dövründə yiyələnib o. Bilir, üzümə göy daşı nə vaxt vurmaq lazımdı, üzüm tarlalarına təyyarədən nə qədər, hansı ölçüdə dərman səpələmək tələb olunur. Sovet vaxtları qalsaydı, rəssamlar bu gözələ “tarla qızı, üzümçü qız” adını verib surətini yağlı boya ilə kətan üzərinə köçürərdilər bəlkə də. 

Sonra bu bədii tablo, mütləq gedib düşəcəkdi rəssamların hansısa ümumittifaq sərgisinə. Orda özünə birincilik qazanacaqdı.

***
Ancaq Qənirə xanımın indiki zövqüncə deyil həmin bu sosrealistik rəsm nümunələri. Kamal Əli fırçasından süzülmüş Əzizə Mustafazadənin poetik portreti barəsində isə mən bunu deməzdim. Deyəsən, bu şəkildə Qənirə hardasa özünü də tapıb. Tək özünü deyil, Rəfiqəsi İlhamiyyə Razanı da, hiss edirəm, bu poetik tablonun tərkibində görür o.
Bu vaxt İsveç səfiri Tomas Danestad yenə gəlib qoşulur bizə. Əzizənin qara royal üzərindəki şəklinə heyranlığımıza biganə qala bilmir.

Qənirə xanımın Qərb diplomatları ilə anında anlaşmağı, vallah, düz sözümdü, mənə çox maraqlı görünür.

- İsveçdə təkcə elə qadın cameəsi bərabərhüquqluluq, gender bərabərliyi tələb etmir özünə. İsveç kişiləri özü bunu istəyir. Özü!

İsveç səfiri bərk karıxır bu vaxt. Deyilənləri, xəsiscəsinə etiraf etməkdən başqa çarəsi daha qalmır.


- Həəəə....elədir...bizim kişilər...mənim həyat yoldaşım...

Həəəə... Bax budur adına “diplomatik həyat” deyilən sınaq meydançası. Gərək təkcə diplomat deyil, hərdən rəssam, hərdən bəstəkar, şair da olasan bu qəliz oyun meydançasında. Gərək mütləq gözəl olasan. Fotokameraları, diktofonları fəhmlə duyub hərəkətlərində, sözlərində ehtiyat nümayiş etdirəsən. Bax indi biz bunu yaşayırıq. Sözlərimiz, hərəkətlərimiz ehtiyatlı, əvvəlcədən düşünülmüş bir ssenari axarı ilə davam edir sanki.

*** 
Gecdi artıq. Caz dünyasından, Əzizənin portretindən həvəssiz ayrılıb Sumqayıt yoluyla Qənirə Paşayevanın Masazırdakı evinə doğru şütüyürük. Ev deyəndə ki, bu ünvan mənə daha çox hədiyyələr evini xatırlatdı. Həmin isti yuvanın divarlarını, taxçalarını vaxtilə Qənirə Paşayevaya verilmiş saysız hədiyyə nümunələri təşkil edir - bax bu sualtı qayıq maketini ona Rusiyanın Arxangelsk şəhərindəki diaspora fəallarımız bağışlayıb. Bu ipək xalça isə Şimali Azərbaycanın coğrafi xəritəsini özündə əks etdirir. Qənirə xanım bu xalçanı böyük məbləğdə pul verərək “Azərxalça” İstehsalat Birliyində toxutdurub. Elə bil özü də keçib xana arxasına. Xalçaya bir-iki ilmə özü də vurub.

- Hə, elədi. Azərbaycanlıyam daaaa... ilmə vurmağı, çay içməyi, dolma bükməyi, xəngəl asmağı, lazım gələndə başıma kəlağayı atmağı, nəhayət, deputat olmağı, sizdən nə gizlin, sevirəm... 

- Nəyi bəs sevmirsən, Qənirə?

Sualım, deyəsən, ev sahibəsinin lap ürəyincə olur.

- Vallah, düz sözümdü, əvvəllər öz adımı sevmirdim. Adımı kiçik əmim qoyub. Eşitdiyimə görə, onun vaxtilə eyniadlı nakam sevgilisi varmış... Bədii ədəbiyyatda bu adı tapammayıb, bərk əsəbiləşirdim. Adımı dəyişmək istədim hətta bir dəfə... Sonra qorxdum, əmimin hissiyyatına toxunum... Ancaq bir gün Qənirə adını rəhmətlik Firudun Ağayevin “Mən uşaq olmamışam” romanında aşkarlayıb, nəhayət, bir xeyli sakitləşdim.
Özü barədə mənə az məlumat ötürdüyünü hiss edən Qənirə xanım, bu vaxt səhvini düzəltmək,  mənə əlavə məlumatlar ötürmək istəyir.

- Hərbi hazırlıq dərsində də çox fəal idim. “Kalaşnikov”u sökmək işində mənə heç kim çata bilməzdi Tovuzda.

- Bildik, adını kiçik əmin qoyub sənə. Bəs böyük əminin - Qəzənfər müəllimi deyirəm, zəhməti azmı olub həyat yolunda? 

Çəp baxışlarımı Qənirədən gizləmirəm. Bilirəm ki, məhz bu sualla silahlanıb Qənirənin çox qapalı daxili aləminə daxil ola bilərəm mən.

Yanılmıram, deyəsən. Qənirə sualımdan əvvəlcə ehtiyatlanır elə bil. Durduğumuz nöqtədən bir-iki addım geriləyib süfrəyə yaxınlaşır. Heyva şirəsiylə dolu incə qədəhi əlində sıxaraq keçir çox incə mətləblərə.

- Həəəə... əmimin öz əsərlərində cızdığı coğrafiyanı təqib edə-edə gəlib yetişdim Dəclə, Fərat sahillərinə. ANS-də çalışdığım zaman reportyorluğum köməyimə gəldi. Əmimin yolunu, səyahət marşrutlarını təkrarladım orda. Köhnə dostlarımız Əbdüllətif Bəndəroğlu, Əta Tərzibaşı, Kuzəçi ailəsi ilə görüşdüm Dəclə, Fərat sahillərində.  

- Qısası, əminizin marşrutunu bir də yenidən kəşf etdiniz özünüz üçün. İndi bu ərazidə dava gedir, qan axır... Qaçqınlar məhz burdan qaçıb Avropadakı düşərgələri doldururlar.

- Qəzənfər Paşayev, böyük əmim, yaxşı ki, o vaxtdan, 50-ci illərdən bizi bu coğrafi ərazi ilə tanış etdi. Ən azı məni tanış etdi. Mövzuya bələd olmağım ANS-də çalışarkən çox karıma gəldi. Sonra həmin mövzunu siyasi fəaliyyətimdə də təkrarladım. Suriyada Türkmən dağına qalxmağımı, Kərkükdə soydaşlarımızla görüşlərimi heç vaxt unudan deyiləm. Təbriz sevdamı da uşaqlıqdan yaşayıram. Tovuzdakı evimizin qapısını gedib indi aç. Səni əvvəlcə Şəhriyarın divardakı şəkli salamlayacaq, sonra evimizdəki doğmalarım. Bu hisslərimdə, inanın, çox səmimiyəm.

Qənirə xanımın iti, sərrast baxışları bu vaxt gedib sancılır qarşı divara. Təbrizin məşhur “Traxtur” futbol komandasına məxsus bayraq orda tək-tənha deyil. Tovuzun “Turan”, “Qarabağ-Azərbaycan” bayraqları əhatəsindədir. Qənirə şahmatdan sonra sən demə, futbola da azarkeşlik edirmiş, biz heç bilməmişik.
 
- Tovuzun “Turan”ı futbol sezonuna pis başlamayıb. Siyahıda ən yaxşı futbol komandalarımızla birgə birinci yerləri bölüşür... Məncə...

Qənirənin kiçik vətəninə - Tovuza olan məhəbbəti, böyük vətəninə - bütöv Azərbaycana olan sevgisiylə təxminən eynidir. Tərəziyə qoysan, biri aşağı enib, digəri yuxarı qalxan deyil. Evindəki hədiyyələr, əşyalar türk dünyasının geniş coğrafiyasını özündə tam əks etdirib öz tamaşaçılarını, o cümlədən məni xeyli sevindirir.
***
Düzü, istəmirəm aramızdakı söhbət, siyasi gündəmə köklənsin. Axır nöqtəsini siyasi mövzularda gedib tapsın. Bilə-bilə, ABŞ-dakı seçkilər, feminist Hillari Klinton barəsində sual vermirəm şahmat taxtası önündə əyləşib növbəti gedişini düşünən Qənirə Paşayevaya. Kamal Əlinin bayaq gördüyümüz şəkilləri arasında Klintonun şəkli-zad da yoxdur ki, bəhanə edib bu mövzuya qayıdım.

Amma...

Amma lap axırda deyirəm bəlkə şeytanın qıçını bir qırım? Solaxay bir sual verim Qənirəyə dünya feminist hərəkatı barəsində? Hillari Klintonla Donald Tramp arasındakı seçimdə Qənirə xanımın kimə üstünlük verdiyini özümçün bir aydınlaşdırım. 

- Piyadaları qurban verməyi sevmirəm... Sən at gedişlərini sevirsən görürəm. Ehtiyatlı ol bu gedişlərində.

Şahmat taxtası üzərindən Qənirəyə bir də baxıb qarşımda çox peşəkar bir oyunçunu aşkarlayıram. Hiss edirəm ki, şahmat taxtası üzərində vəziyyətim o qədər də yaxşı deyil. Siyasi sualları bir kənara tolazlayıb, oyuna girişməyimin tam vaxtıdır.

Yoxsa bir-iki saniyədən sonra müqəddəratım, taleyim bax bu şahmat oyununda bir başqa cür həll olacaq.  

***
Xahiş edirəm, “azad qadın” deyərkən, təkcə elə "Nizami" metrosu tərəfdəki o məşhur heykəllə kifayətlənməyin.

Bu tərəfə də bir baxıb Qənirə Paşayevanı görün gözləriniz önündə.(musavat.com)









Oxşar xəbərlər
11:22, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları məlum olub
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
Tehranın Azərbaycanla bağlı daha bir QORXUSU budur - ŞOK AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:45
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:45
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır