"Əsas odur ki, kürəyimə banka salan bir arvadım olsun, bir də katibəm" - Matişgə (18+)
Oxunub: 13359
25 Oct 2016 | 15:04
Professorun eşqbazlığı 

(Hekayə) 

Mən deyəndə ki, içən kimi gedib transformatora girirdim, doktor Gözəlov başını mənalı tərzdə yelləyib dedi: “Sənin başın xarabdır, içəndə də transformatora girmək olar”? - Puuufff... Girmək nədir? Hələ sevişmək də olar bu lənətə gəlmiş transformatorun içində. Hə, Allah haqqı, bax belə də dedim. İnanmırsız? Niyə inanmırsız ki, mənə? Mən həmişə içəndə belə edirdim, yəni demək istəyirəm ki, transformatora girirdim. Elə həmin gün də transformatora girmək istəyirdim. İmkan vermədilər. Yəni demək istəyirəm ki, tələbələrim imkan vermədilər. Hə, bayaqdan onu demək istəyirəm də. Mən professoram. Özü də balaca yox ha, lap yekə bir professoram. İnanmırsız? Vicdan haqqı yalan demirəm. Lap yekə bir professoram. Bu binaya gəlməzdən əvvəl də kos - koca bir universitetdə dərs deyirdim. Çoxlu tələbələrim var idi, lap çox. Tələbələrimdən biri mənə ləqəb də qoymuşdu, Şirindil deyirdi. Mən də acığa düşüb o tələbəmi sevirdim. Sevirdim deyəndə ki, elə belə uzaqdan- uzağa sevirdim də. Kişi qadını necə sevər? Bax mən də öz tələbəmi elə sevirdim. O çox məlahətli, incə hərəkətli, zərif bir qız idi. Yumru sifətində qara gözləri xəfif parıltı saçırdı. Əl - qərəz, zalımın qızı yandırıb- yaxırdı məni. Axır bir gün dözməyib ona sevgimi bəyan etdim. Sevgimi bəyan etdim deyəndə ki, elə belə, əlindən tutdum, sonra da üzündən öpdüm, başqa heç nə. Qız bilirsiz nə dedi? Dedi ki, “Cəhənnəm ol”! Hə, dəqiq yadımdadır, Allah haqqı elə belə də demişdi. Sonra da nə düşündüsə qulağımın dibinə tərs bir şillə ilişdirdi. Sonra da sorğusuz-sualsız getdi başqasına. Sorğu - sualsız deyəndə ki, bu haqda mənə bir kəlmə də demədi. Mən də acığa düşüb oldum yalquzaq. Yalquzaq deyəndə ki, başladım içməyə. Elə həmin gün də içib transformatora girmək istəyirdim. Amma girə bilmədim, girə bilmədim deyəndə ki, həmin gün çox içmişdim. O qədər içmişəm ki, yıxılıb qalmışam transformatorun qarşısında. Tələbələrim də bundan xəbər tutub yığışıblar başıma, o ki var “selfi” çəkdiriblər öz sevimli Şirindil müəllimləri ilə. Sonrası da məlum məsələdir də. Hərə öz profilində, öz səhifəsində paylaşıb tikiblər Şirindilin torbasın... 

Səhəri gün universitetdə bir həngamə, bir zıbbıltı qopdu ki, gəl görəsən. Əvvəl rektor danışdı, sonra da müəllimlər. Hələ deyəsən, rektorun katibəsi də orda idi. Vallah həmin gün “paxmel” idim deyə dəqiq xatırlamıram. Amma mənə elə gəlir ki, rektorun katibəsi də orda idi. Nə isə, sözüm onda deyil, sözüm ondadır ki, həmin gün universitetdə böyük bir toplantı oldu. Onbaşılar, yüzbaşılar, süpürgəçilər, katibələr hamısı bir yerə toplaşmışdılar. Hamı məni söyürdü, məni söyürdülər deyəndə ki, dünənki hadisədən danışırdılar, yəni tələbələrimlə mənim “selfi”mdən. Az danışdılar, çox danışdılar axırda rektor dedi ki, Şirindil müəllim ictimai təhlükədir. Yəni dedi ki, xalqın balalarını, millətin gələcəyini Şirindilə etibar etmək olmaz. Adam “alkaş”dır, adam əyyaşdır, nə bilim, arvadbazdır, şorgözdür- nədir. Hə, vallah rektor belə də deyirdi. Deyirdi ki, Şirindil müəllim ictimai təhlükədir. Kos- koca bir təhsil ocağında isə belə bir təhlükəni saxlamaq olmaz: “ Buna görə adama bilirsiz nə edərlər? Adamın anasını ağladarlar”! Axır qərar qəbul olundu, atdılar universitetdən məni... Gecə attraksionları... Sirli, sehirli bir teatır, Anarxist işıqlar, Bapbalaca bir qapı, Giriş hamı üçün deyil... Qəflətən həmin sirli-- sehirli axşamkı hadisəni xatırladım. Yadıma sirli qapı, onun üzərindəki sehrli lövhə, gizlənparç oynayan al- əlvan hərflər düşdü. Nə yazılmışdı orada? Hə yadıma düşdü, “Giriş hamı üçün deyil” və bir də “Yalnız dəlilər üçün”... Həmin günü dumanlı xatırlayıram, amma dəqiq yadımdadır, belə, bax belə də yazılmışdı: “Yalnız dəlilər üçün”! Mən? Adım Ədalətdir. Vallah ciddi sözümdür. Siz o Şirindil məsələsinə fikir verməyin. Şəxsiyyət vəsiqəmdə elə belə də yazılıb: Ədalət. Yəni demək istəyirəm ki, bu adı mənə atam verib. Amma zəhləm gedir bu addan. Bu ada görə başım o qədər çəkib ki... Bizim binada isə hamı mənə professor deyir. Burada ipləmələrin hamısı mənə hörmət edir, mənə təzim edirlər. Məni görən kimi ayağa durub yol verirlər. Mənə etibar edirlər. Hərdən doktor Gözəlov mənə iş də tapşırır. Bilirsiz, bu mənim çox xoşuma gəlir. Özümü önəmli, əvəzsiz insan kimi hiss edirəm həmin vaxtlar. Bura, bizim bu ev mənim çox xoşuma gəlir. Burdan başqa heç yeri xoşlamıram. Bir dəfə ağlıma nə isə gəldi gecə qacıb getdim, qoşuldum azad həyata. Amma üç gündən artıq qala bilmədim. Özüm qayıdıb gəldim və məni təzədən bu binaya qəbul etdilər. Çox sağ olsunlar. Ona görə sağ olsunlar deyirəm ki, buradan yaxşı yer əliçıraqlı axtarsam da tapa bilmərəm. Kim deyir ki, bura dəlixanadır? Vallah kim deyirsə yalan deyir. Ciddi sözümdür, inanmayın belə ara söz- söhbətlərinə. Bizim bina dəlixana deyil. Özüm də heç dəliyə oxşamıram. Sadəcə bir az ipləməyəm. Hətta doktor Gözəlov hərdən deyir ki, bizim bina üçün mən çox ağıllıyam. Deyir ki, mənim çox bəlağətli danışığım var. Bunu özüm də bilirəm, Allah haqqı ciddi sözümdür. Hərdən mənə elə gəlir ki, məndən yaxşı siyasi xadim, partiya sədri- zad olardı. Sonra düşünürəm ki, yox çətin olardı mənə. Siyasətbazların hamısı çərənçidir. Çərənçilik etməklə də orda- burda qarınlarını otarırlar. Əvvəl otlayıb qarınlarını qaldırırlar, sonra da başlarını. Başlarını qaldırırlar deyəndə ki, qarınlarını otarıb doyduqdan sonra başlayırlar danışmağa. Ay nə bilim, azadlıq belə gəldi, demokratiya elə getdi... Yəni onu demək istəyirəm ki, bizim binada dəli yoxdur. Sadəcə olaraq hamının başı bir az havalıdır. Elə doktor Gözəlovun da. Doktor Gözəlovdan söz düşmüşkən, bu binada hərdən kefaçan əhvalatlar da olur. Qulaq asın bir, görün nə deyirəm. Bizim doktor Gözəlov tez- tez tibb bacılarını dəyişir. Dəyişir deyəndə ki, hər il bizim binaya gözəl- göycək tibb bacıları gəlir. Gəlirlər, doktor Gözəlovun yanında bir az praktika keçirlər sonra da çıxıb gedirlər. Hə onu deyirəm də, bizim binada on- on iki tibb bacısı var. Arabir onlar işlərini vaxtından əvvəl bitirib dairə vurub çənə döyürlər. Ay danışırlar ha. Elə bil qırıq radiodur zalımın qızları. Onlar danışanda mən də özümü verirəm qapının arxasına, qızların danışığına qulaq asıram. Bilirsiz onlar nədən danışırlar? Əvvəl bir yerə toplaşıb ağızlarına su alırlar. Ağızlarına su alırlar deyəndə ki, heç nə danışmırlar, susub bir- birlərinin üzünə baxırlar. Sonra biri deyir: “ Şükür Allaha ki, doktur Gözəlovla sevişəndə məndə o hal baş vermədi”. O biriləri də qayğılı- qayğılı başlarını tərpədirlər. Yenə ağızlarına su alırlar. Bir az keçmiş başqa bir qız deyir: “ Şükür Allaha ki, doktur Gözəlovla sevişəndə məndə də o hal baş vermədi”. Bax beləcə, onlar növbə ilə eyni sözü təkrar edirlər. Görürsüz? Dəlidilər ya yox? Mən də ipləməyəm, amma şükür Allaha ki, onlar kimi deyiləm. O ki qaldı qızların dediyi “o hal” a vallah mən bilmirəm söhbət nədən gedir. Hərdən istəyirəm qızlar danışanda qapının arxasından çıxıb soruşam. Amma elə qorxuram ki. Qorxuram gedib doktor Gözəlova deyələr, o da qəzəblənib məni burdan qova. Eh onsuz da kefim istəyən vaxt mən burdan çıxıb gedə də bilərəm. Amma yox. O qədər də səfeh deyiləm ki, ağlıma belə bir şey gəlsin. Burada günüm pis keçmir. Bir də mənsiz burada hər şey kəllə- mayallaq olar. Bircə ondan qorxuram ki, günün birində doktor Gözəlov görə ki, mənim ağlım yerindədir, buradan qova, düşəm azad aləmə. Onda gərək özüm özümü dolandıram. Azad aləmin nə olduğunu yaxşı bilirəm. Mən bilirəm azad aləmdə insanlar necə dolanır. Hər gün səhər tezdən durub işə gedirlər, müdirlərinin nazı ilə oynayırlar. Yeri gələndə rəhbərin üst- başını da təmizləyirlər. Bilirsiz nə üçün? Sadəcə bir tikə çörək üçün. Qorxurlar ki, birdən müdirin qəzəbinə tuş gələrlər. Yadımdadır, biz həmişə rektorun otağına girəndə ehtiyatla girirdik. Özü də pencəyimizin üst düyməsin bərk- bərk bağlayırdıq. Yəni bununla demək istəyirdim ki, biz kişi deyilik, bu universitetdə tək kişi sənsən. Başqa necə olmalıdır axı? Qorxurduq də. Qorxurduq ki, birdən rektor katibəsi ilə sevişəndə gedib üstünə çıxarıq, o da qəzəblənib bizi işdən çıxarardı. Zarafat deyil e, bu boyda tərbiyəsizlik olar? O boyda rektor ətli- əndamlı katibəsi ilə sevişə, sən də gedib çıxasan üstünə. Təsəvvür edirsiz də? Universitetdə doqquz ballıq zəlzələ baş verərdi. Bax azad həyat belə olur. Burada isə yaxşı dolanıram. Artıq şey də könlümdən keçmir. Tələbələrimin də canı sağ olsun, mənə yaxşı baxırlar. Mənə yaxşı baxırlar deyəndə ki, hər həftə yanıma gəlirlər. Yox əşi, onların gəlməyi mənim vecimə də deyil. Əsas odur ki, əlidolu gəlirlər. Baldan, qaymaqdan-zaddan gətirirlər, mən də yeyib yatıram burda. Pfffuuu... Siz də elə bilirsiz mən darıxdığım üçün onları xatırladım? Yox, əşi, o qədər də ipləmə deyiləm. Əliboş qonaq mənim nəyimə lazımdır? Əliboş kişiyə heç arvadı da yaxınlıq vermir. Yaxınlıq vermir deyəndə ki, deyir “Get cəhənnəm ol”! Hardan bilirəm? Doktor Gözəlovun arvadından eşitmişəm. Vallah ciddi sözümdür. Gözəlov əliboş gedən kimi arvadı deyirdi “Get cəhənnəm ol”! Ya da özünü vururdu xəstəliyə, guya ki, xəstələnib. Nə isə, sözüm onda deyil, sözüm ondadır ki, bu binada günüm xoş keçir. Arabir mənim sifətimdəki təbəssümü görürsüz də. Ha istəyirəm, yaxamdan əl çəkmir. Bəzən isə bilə- bilə gülümsəyirəm, gülümsəyirəm ki, doktor Gözəlov mənim havalı olduğumu, e üzr istəyirəm, ipləmə olduğumu düşünsün. Belə hallarda saatlarla güzgü qarşısında durub özümə baxıram. Çox gülməli ağzım var. Sallaq dodaqlarıma, çürük dişlərimə baxanda gülməkdən ölürəm. Hələ bığımı demirəm... Kaş siz öz gözlərinizlə məni bu vəziyyətdə görəydiniz. İpləmələri tanımağa nə var ki? Ağzına və dişlərinə baxsan hər şey məlum olar. Ancaq mənim görkəmim dəliliyimə dəlalət etmir. İnanmırsız? Axı siz niyə inanmırsız ki, mənə? Vicdan haqqı düz sözümdür, sadəcə bəxtim gətirib, bəxtim gətirib ki, dəlilərə oxşayıram... Eh o qədər şeylər bilirəm ki, danışsam ürəyiniz gedər. Bir dəfə doktor Gözəlov mənə dedi ki, adını professor qoymusan, bütün günü də boşboğazlıq edib danışırsan. Danışmaqdansa niyə ağıldankəmlər palatası haqda kitab yazmırsan? Puuuffff... Kitab? Bilirsiz nə dedim doktora? Dedim ki, yazmağına yazaram e, amma kitab yazası olsam gərək bakirəliklərini burda itirən tibb bacılarından da yazam. Bax bunu doktor Gözəlova deyəndə o özündən çıxdı. Sən demə doktor bu haqda heç kimin heç nə bilməsini istəmirmiş. Amma nə vaxtsa mən bu haqda kitab yaza da bilərəm. Haçansa deyəndə ki, lap qocalıb əldən düşəndə yaza bilərəm. Onda qovulsam da vecimə deyil. Ondan sonra kimdir məni azad həyatda işlədən? Gedib qocalar evinə də sığına bilərəm. Mənim burda olduğum müddətdə necə neçə tibb bacısı dəyişib. Dəyişib deyəndə ki, onların hamısı doktor Gözəlovun əlindən keçib. Onların hamısı da bir- birindən gözəl, lap kefin istəyəndir. Vicdan haqqı ciddi sözümdür, siz onları öz gözlərinizlə görsəydiz... Amma onlar burda çox qalmırlar, gəlirlər, praktika keçirlər və gedirlər. Burdan gedən kimi də hamısı partapart ərə gedir. Deyəsən, bu mənada doktorun əli çox yüngüldür. Arabir mən də fikirləşirəm ki, evlənsəm pis olmazdı. Özü də elə bu tibb bacılarından birini qamarlamaq istəyirəm. Amma doktor Gözəlova bu haqda deyəndə o dəli oldu, mənə dedi ki, təəssüflər olsun, başıhavalılara evlənməyə icazə verilmir. Ancaq bir dəfə tibb bacılarından birinə əməlli- başlı vurulmuşdum. Qara gözləri, qara uzun saçları, zərif səsi var idi. Zərif deyirəm e sizə, elə ehtiraslı danışırdı ki, adamın ağlı başından çıxırdı. Özü də mən onun xoşuna gəlirdim. Xoşuna gəlirdim deyəndə ki, həmişə mənim qılığıma girirdi ki, yaxşı və üzüyola olum. Mən də onun yanında dəlilik eləmirdim. Bilirsiz, o da tələbəm kimi atdı məni. Atdı deyəndə ki, səssiz səmirsiz getdi. Bu haqda mənə bir kəlmə də demədi. O gedəndən sonra da ipləməliliyim yenidən tutdu. Ancaq mənə elə gəlir ki, evlənmək o qədər də xoş hadisə deyil. Məsələn elə doktor Gözəlovu götürək. Tez- tez arvadı ilə dalaşır. Dalşır deyəndə ki, arvadı Gözəlovun zəhləsini tökür. Hardan bilirəm? Bunların hamısını özüm görmüşəm. Bir dəfə isə öz qulaqlarımla eşitdim ki, arvadı onu dəli adlandırır. Bundan sonra doktor az qala həqiqətən dəli olacaqdı. Deyirəm yaxşı ki, bu tibb bacıları var. Tibb bacıları onu bu bəladan xilas etdilər. Amma evlənməyin də öz ləzzəti var də. Evlənmək deyəndə ki, cavan tibb bacılarından birini qamarlamağın nəyi pisdir ki? Günün birində gərək doktor Gözəlovla danışam ki, mənə başıvahalı olmadığım barədə arayış versin. Sonra da ondan xaiş edəcəyəm ki, məni bu binaya, yəni ipləmələr palatasına həqiqi professor kimi işə qəbul etsin, öz kreslom olsun, öz katibəm olsun. Katibə deyəndə ki, ora- buramı ovxalayan bir tibb bacısı olsa pis olmazdı. Ayda da 150-200 manat müəllim maaşından-zaddan alardım. Daha sonra isə bilirsiz nə istəyirəm? Evlənmək. Hə, tibb bacısı Ayka ilə evlənmək istəyirəm. Yox, əgər Ayka sözümü yerə salsa onda ya Gülya ilə, ya da başqa bir tibb bacısı ilə evlənərəm, fərqi yoxdur. Onsuz da onların çoxu ər üçün əldən gedirlər. İnanmırsız? Vallah ciddi sözümdür, hər bir cavan qadının içində vəhşi bir ehtiras yatır. Bax sizə dedim axı mən dəli deyiləm. Allah haqqı onların çoxu ər üçün yanıb kül olurlar. Heç vecimə də deyil ki, əgər günlərin bir günü arvadım əsəbləşib özündən çıxar və mənə dəli deyər. Əşi desin də, heç vecimə də deyil. Əsas odur ki, kürəyimə banka salan bir arvadım olsun, bir də katibəm. İpləmələrlə işləməyi öyrənəndən sonra bir arvadın və bir katibənin öhdəsindən gəlməyə nə var ki? Baxın doktor Gözəlov birinin yox e, lap yüzünün öhdəsindən gəlir. Allah haqqı ciddi sözümdür. Kaş siz özünün bu mənzərəni, eh üzr istəyirəm, bu səhnəni öz gözlərinizlə görəydiz. Bilirsiz nəyə bənzəyir? 

Hikmət Kərimoğlu
Oxşar xəbərlər
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ