Müdafiə Nazirliyində Zakir Həsənov dövrü - 3 il - HƏRBİ TƏHLİL
Oxunub: 5621
22 Oct 2016 | 14:33
Müdafiə Nazirliyində Zakir Həsənov dövrü -  3 il - HƏRBİ TƏHLİL
Ehtiyatda olan polkovnik E.Məmmədov “Müdafiə Nazirliyində Zakir Həsənov dövrü - 3 il” adlı hərbi təhlil yazıb. “Report” həmin məqaləni təqdim edir
“Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir”. General-polkovnik Zakir Həsənov
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Vahid komandanlığa tabe olan və bir mərkəzdən idarə edilən müasir tələblərə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, orduda hərbi nizam-intizamın möhkəmləndirilməsinə, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. O qeyd etmişdir ki, “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri düşmənlərimiz üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı.”
Ordudakı mənəvi-psixoloji mühit və döyüş hazirliğının səviyyəsi Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprelində cərəyan edən hadisələrin nəticələri Azərbaycanın Qafqazda ən güclü orduya malik olduğunu bir daha təsdiq etdi. Artıq dünyada tanınmış hərbi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin bu gün müasir standartlaracavab verən səviyyədə formalaşdığını və qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malik olduğunu qeyd edirlər.
Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Zakir Həsənovun Azərbaycanın Müdafiə Naziri vəzifəsinə təyin edilməsi çox düzgün və dəyərli bir seçimdir. O, nazir təyin olunduqdan sonra Müdafiə Nazirliyi sistemində köklü dəyişiklər edilir. Artıq dəyişikliklər göz qabağındadır. Problemlərin həllinə kosmetik və ya yarımçıq yanaşma deyil, köklü dəyişikliklər edilməkdədir. Qısa müddət ərzində cəmiyyətimizin çoxdan gözlədiyi və düşmənlərimizi ciddi qorxuya salan addımlar atıldığının şahidi oluruq. Ordumuz keyfiyyətcə yeni mərhələyə iti addımlarla irəliləyir. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən mütəmadi olaraq Müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayırlar. Onun öz komandası ilə yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə və hərbi poliqonlarda təlimdə olan müxtəlif kateqoriyadan olan hərbi qulluqçularla görüşləri artıq ənənə halını almışdır. Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, oradakı əsgər yataqxanaları, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxışlarkeçirir, hərbi qulluqçularla birlikdə nahar edir, onların istək və arzularını dinləyir. Ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlari daim qüvvədədir. Bu görüşlər zamanı şəxsi heyətin döyüş hazırlığının, təminatının, sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yoxlanılmasına xüsusi diqqət yetirilir. Aşkar edilən nöqsanlar dərhal aradan qaldırılır. Bu ənənəni yaradan və həyata keçirən məhz Zakir Həsənov və onun cəsarətli, peşəkar komandasıdır.
Zakir Həsənov Müdafiə Naziri təyin ediləndən sonra bütün növ qoşunların fəaliyyətlərinin qiymətləndirilməsində əsas meyar olaraq döyüş hazırlığının səviyyəsi götürülür.Təlim məşqlərində kiçik manqalardan başlayaraq birlik və birləşmələrədək döyüş hazırlığının bütün elementləri hərbi normativlərə uyğun olaraq yerinə yetirilir. Hərbi qulluqçular onlara təhkim olunmuş hərbi texnikaları və silahları dərindən öyrənir, təlim məşqlərində və real döyüşlərdə onlardan məharətlə istifadə edirlər. Şəxsi heyətlə birlikdə zabitlərin komandir hazırlığı da daim diqqət mərkəzindədir. Şəxsi heyətin verilən tapşırıqların təşəbbüskarlıq göstərərək qısa müddətdə, normativlərə uyğun və təhlükəsizlik qaydalarına əməl etməklə yerinə yetirilməsinə diqqət yetirilir. Bu zaman zabitlərin və kiçik komandirlərin komanda vermə bacarıqları və davranışları da qiymətləndirilir. Xüsusilə, komandirlərin döyüş şəraitinə yaxınlaşmış təlimlər zamanı düzgün müstəqil qərarlar qəbul etmələri rəhbərliyin diqqət mərkəzindədir. Döyüş əməliyyatlarında komandirlərin məharətlə doğru qərarlar qəbul etmələri yeni nəsil komandir və rəis heyətinin yetişdiyini bir daha göstərdi.
Hal-hazırda Müdafiə Naziri tərəfindən Silahlı Qüvvələrin Baş Qərargahı qarşısında qoyulmuş tapşırıqlar, döyüş hazırlığı üzrə planlar və həyata keçirilən əməliyyat planları, gündəlik fəaliyyətin təşkili, qoşunların idarəetmə və nəzarət sisteminin qurulması, həmçinin qoşunların təmas xəttindəki əməliyat şəraitinə nəzarət və əməliyyat şəraitinin idarə edilməsi tam həcmdə və yüksək keyfiyyətlə yerinə yetirilir.
Zakir Həsənovun apardığı islahatların nəticəsində Ordumuzdakı mənəvi-psixoloji mühit dəyişmiş, bütün hərbi hissələrdə hər bir hərbi qulluqçunun dərk edərək əməl etdiyi ciddi nizam-intizam yaranmışdır. Şəxsi heyət nizamnamələrin tələblərinə uyğun olaraq sərt idarə edilməklə yanaşı yüksək qayğı ilə əhatə olunmuşdur. Şəxsi heyətin sosial-məişət şəraitinin və hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar bir cox işlər görülüb. Hərbi qulluqçulara verilən müasir standartlara cavab verən tam təmirli mənzillər yataq, qonaq, mətbəx mebelləri və digər lazımi avadanlıqlarla təchiz olunub.
“Azərbaycan Ordusu təmas xəttinin şimal-şərq hissəsində təxminən təkcə Talış kəndi istiqamətində 7 milyon kvadratmetr ərazini işğaldan azad edib. Bizim hakimiyyət isə 100-200 metr ərazidən danışır, amma bu yalandır. Faktiki itkilər daha böyükdür”. Bu barədə Ermənistanda “Şuşa batalyonunu döyüşçülərinin ittifaqı” İctimai Birliyinin sədri Jurayr Sefilyan deyib. Talış yüksəkliyinin bizim ordumuzun nəzarətinə keçməsi Tərtər, Goranboy və Ağdərə istiqamətlərində, Madagiz kəndi və Sərsəng su anbarı istiqamətlərinə nəzarət etməyə imkan yaradır. Talış yüksəkliyi isə çox strateji yüksəkilikdir. Həmin yüksəklikdən Ağdərə şəhəri, Madagiz kəndi, Sərsəng su anbarı və Gülüstan istiqamətlərində düşmənin açıq və gizli hərəkətlərinə nəzarət etməyə imkan yaradır. Talış yüksəkliyinin bizim nəzarətimizdə olması ordumuzun sabah çox asanlıqla Ağdərəni və ətraf bölgələrini işğaldan azad etməsinə imkan yaradacaq. Həmçinin, Talış yüksəkliyi Tərtər və Goranboy rayonlarının, Naftalan şəhərinin əhalisinin, eyni zamanda Yevlax-Gəncə yolunun təhlükəsizliyini tam təmin edir.
Azərbaycan ordusu Lələtəpə yüksəkliyi vasitəsi ilə Horadiz şəhərinin, Füzuli rayonunun ətraf ərazilərin təhlükəsizliyini tam təmin etmək imkanı verir. Həmçinin Lələtəpə yüksəkliyi bizim Ordumuz aktiv fəaliyyətə keçdikdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad edilməsinə zəmin yaradacaqdır. Qeyd edilməli əsas amillərdən biri də budur ki, 4 günlük müharibə zamanı gedən döyüşlərdə Azərbaycan ordusunun ehtiyatları cəlb edilməmişdir. Döyüşlər ancaq ön xəttdə döyüş növbətçiliyi aparan hərbi hissələrimizin gücü ilə aparılmışdır. Ordunun ehtiyatlarının irəliyə çəkilməsinə və səfərbərlik elan edilməsinə ehtiyac olmamışdır. Bu döyüşlərdə yalniz korpus komandirlərinin tabeliyində olan uzaqmənzilli artilleriyadan, aviasiya, tank və yaylım atəş sistemlərindən istifadə olunmuşdur. Mərkəzə tabe olan digər qoşun növləri və qoşun ehtiyatı cəlb olunmamışdır.
Azərbaycan son illərdə istehsal etdiyi müxtəlif müasir silahları döyüş təyinatı üzrə istifadə etdi. Bu döyüşlər müasir silahların istifadə edilməsi üçün bizim orduya böyük döyüş təcrübəsi verdi. Döyüşlərdə Azərbaycan istehsalı olan silah”“sursatlar istifadə olundu. Real döyüşlərdə onların keyfiyyəti, üstünlükləri və qüsurları müəyyən edildi. Azərbaycan son illərdə istehsal etdiyi müxtəlif müasir silahları döyüş təyinatı üzrə istifadə etdi. Bu döyüşlər müasir silahların istifadə edilməsi üçün bizim orduya böyük döyüş təcrübəsi verdi. Döyüşlərdə Azərbaycan istehsalı olan silah”“sursatlar istifadə olundu. Real döyüşlərdə onların keyfiyyəti, üstünlükləri və qüsurları müəyyən edildi.
Hörmət və ehtirama layiq olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun daim cəbhənin ön xəttində olaraq birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində əzmlə çalışmalarıdır. Zakir Həsənov sələfindən fərqli olaraq Ordunu isti kabinetdən idarə etmir. Onun Talış istiqamətində Azərbaycan bayrağini ucaldan yaralanmış əsgərin qanlı əllərindən öpməsi xəbəri bütün orduya və Azərbaycan xalqına ildırım sürəti ilə yayildı və ona olan hörməti birə min artırdı.
Bu gün Ordumuzda döyüş ruhu çox yüksəkdir. Bir əsgər, bir zabit komandanlığın diqqətindən kənar qalmır. Ordumuzun şəxsi heyəti əldə edilən uğurlarına görə cənab Ali Baş Komandan İlham Əliyev və Müdafiə Naziri Zakir Həsənov tərəfindən mükafatlandırıldılar. Döyüşlərdə əldə edilən qələbələr Xalqın döyüş ruhunu özünə qaytardı. Azərbaycan cəmiyyətində milli vətənpərvərlik yüksəldi ”“ hətta ordumuzun ehtiyacı olmadığı halda, ordumuza maddi dəstək olmaq istəyənlər döyüş bölgələrinə axını başladı. Könüllü döyüşə getmək və Vətən yolunda vuruşmaq, hətta şəhid olmaq istəyən gənclərimizin sayı gündən”“günə artdı. Onu da qeyd etmək lazımdır ki, aprel döyüşlərində bir nəfər belə döyüşdən yayınma halına yol vermədi. Düşmən tərəf isə pərən-pərən oldu.
Xatırlayıram ki, 1995-ci ilin may ayınadək zabitlər vəzifələrə bacarıqlarına və döyuşlərdəki şücaətlərinə görə təyin olunurdular. Həmin dövrdə kadrların təyinatında bilavasitə Nəcməddin Sadıkovun böyük rolu var idi. Son 3 ildə bu gözəl ənənə -vəzifələrə bacarıqlarına və döyuşlərdəki şücaətlərinə görə təyin olunması bərpa olunub. Zabitlər, komandir və rəis heyəti vəzifələrə Vətənə sədaqətinə, göstərdikləri şücaətlərə və bacarıqlarına görə təyin olunurlar. 19 illik Səfər Əbiyev dönəmində Nəcməddin Sadıkov öz şəxsi keyfiyyətlərini tam olaraq göstərə bilmirdi. Belə ki, Səfər Əbiyev buna imkan vermirdi, o ordu quruculuğunu başqa rakursda görürdü. Ordunu öz biznesinə çevirmişdi və orduya ancaq gəlir mənbəyi kimi baxırdı. Ona görə Nəcməddin Sadıkovla yola getmirdi. Nəcməddin Sadıkov Səfər Əbiyevin bu siyasətini dəstəkləmirdi və axıra qədər də onların münasibərləri düzəlmədi. Nəcməddin Sadıkov isə döyüşlər keçmiş, böyük döyüş təcrübəsi olan komandir kimi öz döyüş təcrübəsindən yararlana bilmirdi, onunla paylaşa bilmirdi. Onun yetirmələri olan bir çox kadrlar Əbiyev repressiyasının qurbanlarına çevrildilər. İstedadlı kadrları qorumaq niyyəti ilə o bir qədər geri çəkilməli oldu.
Əlamətdar hal budur ki, bu gün Müdafiə nazirliyinin rəhbər heyəti tandem yaradaraq və bir-birini başa düşərək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların üzərində böyük əzmlə çalışırlar. Onların belə davranışı Ordumuzda sağlam ruhlu, döyüş qabiliyyətli möhkəm hərbi kollektivlərin yaranmasının təməlini təşkil edir. Bu proses uğurla davam edir. Yeni nəsil Azərbaycan zabitlərinin-komandir və rəis heyətinin keyfiyyətləri göz qabağındadır. Onların əsas göstəriciləri yüksək komandir xüsusiyyətlərinə malik olmaları, gözlənilməz situasiyalarda ədalətli və düzgün qərarlar qəbul etmələridir. Müdafiə nazirliyinin rəhbərliyi komandir və rəis heyətinin peşəkarlığının artırılması üzərində daim işləyir. Bu hadisə Vətənimizi, Xalqımızı və Ordumuzu sevən hər kəsin ürəyini açmalıdır. Qeyd edilənlər təkcə sözlər deyil, həm də əməllərdir. Aprel döyüşlərində biz Hikmət Həsənov, Mais Bərxudarov Xaqani Cəbrayılov və s. kimi zabitlərimizin Ali Baş Komandan və Müdafiə Naziri tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün təşəbbüs göstərərək döyüş şəraitinə uyğun düzgün qərarlar qəbul etmələrinin şahidi olduq.
Aparılan kadr islahatları nəticəsində əsl peşəkarlar layiqli yerlərini tutaraq öz bacarıqlarını və iş qabiliyyətini nümayiş etdirirlər. Artıq hər kəsin real nəticələr əldə etmək və nəyə qadir olduğunu göstərməyə imkan yaradılmışdır. Amma bundan əvvəlki nazirin dövründə peşəkar kadrların möqsədyönlü şəkildə sıradan çıxarılması ilə nəticələnən kadr siyasəti həyata keçirərək xeyli sayda akademik təhsilli, böyük hərbi təcrübəsi, həyat bilgisi, yüksək intellektual bilik və bacarığı olan zabitlərimizi layiq olduqları vəzifələrdən, alın təri ilə tutduqları mövqelərdən sıxışdırıb çıxarıb, onları daim mənəvi və psixoloji təzyiq altında saxlayıb, onlara bilik və bacarıqlarını orduda tətbiq etməyə, gənclərə öyrətməyə imkan vermirdi.
Bu gün Müdafiə nazirliyinin mərkəzi aparatında, Silahlı Qüvvələrin Baş Qərargahında, Qoşun növlərinin və Korpusların idarə heyətində xidmət edən zabitlərin döyüş qabiliyyətinin artırılması üzrə daim işlər aparılır. Zabitlərə komandirlərin döyüşdəki vəzifələri tam həcmdə öyrədilir, onlara döyüş tapşırığını yerinə yetirərkən təşəbbüskar olmaları, döyüş şəraitinə uyğun düzgün qərarlar qəbul etmələri və döyüş tapşırığını yerinə yetirərkən şəxsi nümunə göstərmələri aşılanır. Zabitlərin hər biri Ordu rəhbərliyinin simasında onları başa düşən, onların və ailələrinin məişət problemlərini həll edən, onların qayğısına qalan, döyüş əməliyyatları zamanı onlara Azərbaycanın gələcəyi naminə, torpaqlarımızın erməni işğalından azad olması naminə ədalətli və düzgün əmrlər verən, döyüş əməliyyatları zamanı və təlim məşqlərində hər tərəfli döyüş təminatını həyata keçirə biləcək Ordu rəhbərliyin onlara daim dəstək olacağına inanırlar və döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirmək üçün daim hazırdırlar. Bu da ölkə Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarına əsasən Ordumuzu qələbəyə aparan əsas amillərdəndir.
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz