Hadı Rəcəblidən şəhid ailələrinə 1 milyon -TƏKLİFİ
Oxunub: 3126
21 Oct 2016 | 11:04

Hadı Rəcəblidən şəhid ailələrinə 1 milyon  -TƏKLİFİ

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər. Əlbəttə ki, şəhidlərlə bağlı təkliflərə komitəmizdə hər zaman xüsusi həssaslıqla yanaşmışıq”. 

Bu sözləri modern.az saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. 


Deputat 14 oktyabrda Milli Məclisin iclasında həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təklifinə də münasibət bildirib: “Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərlə bağlı təkliflər ümumiləşdirilib komitədə baxılacaq. Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul  olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.

Moderator.az  H.Rəcəbli ilə bu məsələlərlə bağlı müsahibəni təqdim edir:

- Hadı müəllim, Milli Məclisin son iclasında şəhid ailələrinə verilən müavinətin 10 min manatdan 100 min manata qədər artırılması ilə bağlı təklif səsləndi. Amma mətbuata son açıqlamalarınızdan belə məlum olur ki, həmkarlarınızın dediklərinə qarşısınız. Fikir ayrılığına səbəb nədir? 

- Mən parlamentdəki çıxışımda da dedim ki, bu barədə danışanların hamısının dediklərinə hörmətlə yanaşıram. Lakin o məsələ müzakirə olunmayıb. Gündəmdə yoxdur. Amma mən də təklif edə bilərəm ki, 1 milyon verilsin. Elə belə də yazın, Hadı müəllim deyir 1 milyon verilsin! Deməklə deyil ki... Bunun maliyyə tutumu, hesablaması var. Biz bu barədə müzakirələr də aparmamışıq.

- Amma həmkarlarınızın da dediyi kimi, şəhid ailələrinə ayrılan 11 min manat devalvasiyadan sonra elə də böyük vəsait deyil. Bu vəsaiti nə qədər artırmaq olar?

- Bəli, şəhid ailələrinə 11 min manat ayrılır. Əlilliyə görə isə 8 minə yaxındır. Bu, birdəfəlik yardımdır. Mən də sizə dedim, vəsaiti 1 milyona qaldırmağın tərəfdarıyam. Gərək bu, real olaraq hesablana. Yoxsa Əflatun Amaşovun, Aydın Mirzəzadənin deməyi ilə onu müzakirə etmək olmaz axı. Mən o sahənin mütəxəssisiyəm, onunla məşğulam. Ancaq mən heç kimə də deməmişəm ki, nə qədər olsun, 100, ya 200 min olsun. Bunun hesabı olmalıdır, elə deyilmi? Büdcə vəsaitinin imkanları, reallıq nəzərə alınmalıdır. Biz nağıl danışaq, ya ailələri müdafiə edək?   

“Bizim adamlarımızın böyük əksəriyyəti istəyir ki, birdəfəlik Amerika qurulsun”

- Ancaq reallıq budur ki, şəhid ailələrinin və əlillərin də həll olunmamış problemləri var və ölkə prezidenti də daim həmin ailələrin dövlət qayğısı ilə əhatə olunmasını tövsiyə edir. Deməli, çatışmazlıqlar həllini tapmalıdır. 

- Prezidentimiz milli qəhrəmanların ailələrinə ayrılan müavinəti 30 faiz artırdı və 1300 manat oldu. Ola bilər o tendensiya davam eləsin. Lakin bu gün biz bu məsələni müzakirə etmirik, gündəmdə yoxdur. Söz kimi var. Necə ki, mən dedim 1 milyon verək. 100 min verək, deməklə deyil axı. Mən də deyərəm 200 min olsun. Belə mülahizələr ciddi deyil. Bunun hesabı olmalıdır. Təklif verilməlidir, Müdafiə Nazirliyi buna rəqəm deməlidir, say öyrənilməlidir, Maliyyə Nazirliyi ilə müzakirələr aparılmalıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu müzakirə etməlidir. Belə məsələləri söz xətrinə, xoşa gəlmək üçün deməzlər axı. Mən onun əleyhinəyəm ki, xoşa gəlmək üçün belə oyun oynamazlar, bu, düzgün deyil. 

- Amma dediyiniz kimi, müzakirələr aparılmır, müvafiq qurumlar hərəkətə keçmir, deməli, problemlər də qalır. 

- Bütün o məsələlər, o ailələrin mənzillə təminatı da, birdəfəlik vəsaitin verilməsi də gündəmdədir. Bu gün bizim problem başqadır. Biz o dövrdə şəhid olanların böyük bir qisminin sığorta haqqını ödəyə bilməmişik, sizin bundan xəbəriniz varmı?

- Nə qədər ödənilməmiş vəsait var?

- Orda böyük bir rəqəm var. Onu müzakirə etməliyik. Rəqəmləri dəqiq deyə bilmərəm, sonra düz olmaz, gərək sənədlərə baxam. 

- Şəhidlərin sayını faiz etibarilə götürsək, yarıdan çoxdur, ya az? 

- Qarabağ döyüşləri zamanı bizim qanunlarda cürbəcür maddələr olub. Məsələn, əvvəl bizdə belə idi ki, 3 il müddətində müraciət etməyənlərə o məbləğ verilmirdi. Sonra biz qanuna dəyişiklik etdik və həmin şəxslər istənilən vaxt bu məbləği almaq imkanı qazandı.  Ancaq sonra sığorta qurumlarında vəsait olmadı. Çünki ora sığorta haqları getməlidir. Ardınca kiçik məbləği artırdıq və böyük bir qrup insanın məbləği yığıldı. Odur ki, indiyədək həmin məsələ açıq qalıb.

- Bir qrup insan da “qanpulu”nu almaq üçün dəfələrlə parlamentin qarşısına toplaşıb...

- Bəli, sən də şahidsən. İndi Aydın Mirzəzadənin dediyini eləyək, yoxsa həmin qrup insanlara dönək? 

- Amma Aydın Mirzəzadə də yəqin ki, seçicisi ilə görüşür, şəhid ailəsi ona öz dərdini danışır, banka kreditinin olduğunu, işsizlikdən əziyyət çəkdiyini deyir. Tam haqlı olaraq deyir ki, bu ailələrə ciddi yardım olsun ki, həmin ailələr də öz gün-güzəranını təmin etsin, asılı olmasın kimdənsə. Normal deyilmi?

- Vallah, sən də neçə illərdir mətbuatdasan, ağıllı adamsan. Bunu belə deməklə iş bitmir axı. Mən də sizinlə birlikdə bu barədə danışım. İlk olaraq əvvəlki şəhidlərlə bağlı vəsaitin ödənməsi məsələsi həllini tapmalıdır. Ondan sonra bu məsələyə dönmək olar. 

- Heç olmasa həmkarlarınız təşəbbüs qaldırandan sonra bu barədə cəmiyyətdə xeyli müzakirələr getdiyini nəzərə alıb məsələni hökumətlə müzakirə edəcəksinizmi? 

- Əlbəttə. Hətta parlamentdə də dedim ki, mənə müraciət edin, yazın, parlamentdə deyilən fikirləri ümumiləşdirək. Bunlar sonra müzakirə olunur. Hər hansı bir qanun layihəsinin maliyyə tutumu olur. Maliyyə tutumu varmı? Söz havadan asılı qalmayacaq ki? Xoşa gəlmək üçün deyildi, ancaq sonra hökumət pis vəziyyətdə qalar axı. Gərək bunu hesablayasan. Görün şəhid ailələrinə nə qədər imtiyazlar var. Şəhid ailələrinə mənzil, maşın verilir. Özü də onların hamısı nəzarətdədir. Şəhid ailələrinin böyük əksəriyyəti maşın da alıb. Həmçinin şəhid övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir, bunu da bilirsiniz. 

- Belə fikirlər də var ki, ölkənin bayrağını beynəlxalq yarışlarda ucaldan idmançılarına dəyər verən, daha çox vəsait ayıran dövlət torpaq uğrunda şəhid olanlara bu qədər vəsait ayıra bilər. Bu iddialarla razısınızmı? 

- Görürsən, o məsələnin qoyuluşu da düz deyil. İdmançı ayrıdır. Yaxud əməkdar artistə nə isə verirlərsə, bu, ayrı məsələdir. İdmançı bir qrup insandır. Məsələlərə belə baxmaq doğru deyil. 

- Hesab olunur ki, bu gün imkanı olan hər kəs vəziyyətdən çıxış yollarını təklif etməlidir. Neftin ucuzlaşması, manatın dəyərdən düşməsi şəraitində sizin rəhbərlik etdiyini komitə hansı təkliflərlə çıxış etmək niyyətindədir? 

- Biz əmək tutumlu iş yerlərinin yaradılması haqqında danışırıq. Əmək tutumlu yerlərdən biri də turizm və istirahət biznesidir. Mən turizm haqqında qanun hazırlayıram. Bizim işimiz də budur, bu sahədə işləyirik. 

- Fakt budur ki, turizm sahəsi ilə bağlı kifayət qədər şikayətlər var, çatışmazlıqlar mövcuddur.

- Elə ona görə də qanun hazırlayırıq. 

- Bu qanun nəyi dəyişəcək?

- Çox böyük, əsaslı qanundur, 84 maddədən ibarətdir. Orda elə böyük müddəalar var ki, turizmin inkişafına kömək edəcək. Köhnə qanundan fərqli bir qanun olacaq.

- Referendumdan sonra ölkədə ciddi islahatların olacağı barədə...

- Mən həmişə islahatlardan müsbət nəticələr gözləyirəm. Amma bir şey var ki, bizim adamlarımızın böyük əksəriyyəti istəyirlər ki, birdəfəlik Amerika qurulsun. Amerika yavaş-yavaş qurulur. Reallıqlar, maliyyə imkanları nəzərə alınmalıdır. Həyatın gedişi diktə edir ki, davamlı şəkildə nələri etmək lazımdır. Odur ki, bu il islahatlar ilidir. Ardıcıl olaraq maraqlı islahatlar gedir və davam edəcək. 

“Biz o dövrdə şəhid olanların böyük bir qisminin sığorta haqqını ödəyə bilməmişik, sizin bundan xəbəriniz varmı?”


- Təyin olunacaq vitse-prezidentlərlə bağlı nə deyə bilərsiniz? Parlament rəhbərliyinin namizədi varmı?

- Yox. O məsələ prezidentin səlahiyyətidir. Vitse-prezidentləri prezidentimiz seçəcək, özü bilən yaxşıdır. 

- Hadı müəllim, gələn ay hökumət büdcə müzakirələri ilə əlaqədar parlamentə gələcək. Hesab olunur ki, siz hökumətdən hesabat istəmək əvəzinə, onun müdafiəçisi statusunda çıxış edirsiniz. Bu iddia ilə razısınızmı? Budəfəki müzakirələrdə hökumətə ünvanlı suallarınız varmı? 

- Xeyr, doğru yanaşma deyil. Hökumətin tənqidçisi də oluram, müdafiəçisi də. Elə sahələr var ki, tənqid edirəm. Bu ilin əvvəlində mən Bakı-Astara yolu ilə bağlı tənqidi çıxış etdim,  sizin yadınızdan çıxıb? Onu da deyirik, bunu da. 

- Yeri gəlmişkən, son günlər yağışlı havalarla əlaqədar Bakıdakı vəziyyətlə bağlı şikayətlər xeyli artıb. Siz də bu vəziyyətdən  əziyyət çəkirsiniz? 

- Mən yox...(gülür)
(musavat,com)
Oxşar xəbərlər
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir