Seyidi suya atıb yağış yağdırırlar  ”“ Xaçmazda möcüzə 
Oxunub: 27633
24 Sep 2016 | 16:20
Seyidi suya atıb yağış yağdırırlar  ”“ Xaçmazda möcüzə 

«Qurani-Kərimdən və Həzrət Peyğəmbərin (s.ə.s) hədislərindən sonra Rəbbin xas qullarının sözlərindən daha gözəl heç bir söz yoxdur. Çünki onların sözləri lədun elmidir. Kəsbi deyildir. Buna görə də onlara peyğəmbərlərin varisləri deyilir. O xas qulların kəlamlarını dinləyənlərin qəlbi feyzlə dolar. Səy və cəhdləri artar. Sirlər onlara ayan olmağa başlayar və şeytani vəsvəsələrdən, dünyəvi ehtiraslardan xilas olarlar». (Mövlanə Cəlaləddin Rumi)


Murad piri adı ilə tanınan ziyarətgah Xaçmaz rayonunun Qarğalı kəndinin ərazisində yerləşir. Neçə əsrlərdir ki, insanlar burada etdikləri dualarla murada çatdıqları üçün, pirin adı “Murad” qalmışdır. Burada ən çox yel xəstəliyindən (və digər xəstəliklərdən) əziyyət çəkənlər şəfa tapdıqlarından el arasında bura “Yel piri” də deyirlər. Buradakı günbəzin içərisində kəramətli bir övliyanın qəbri vardır. Əvvəllər qəbrin üzərində yazılı daş olsa da, 2000-ci ildə burada günbəz tikilərkən həmin daş yoxa çıxmışdır. 
Keçən əsrin əllinci illərində bu kəndin sovxoz direktoru Murad pirini dağıdıb, yerində əkin əkmək istəyib. Bu məqsədlə Rus millətindən olan bir traktorçunu ora göndərib. Amma rus nə qədər cəhd etsə də, traktor pirə toxuna bilməyib. Hər dəfə qəbrə yaxınlaşanda motor sönürmüş. Nəhayət, əlacsız qalıb geri qayıdıb. Ondan sonra heç kəs piri dağıtmağa cürət etməyib.

Xaçmazda olarkən Murad pirinin kəramətindən faydalanan bir çox insanlarla rastlaşdım. Onlardan birinin söhbətini diqqətinizə çatdırıram.

Nadirov Əvəz Abuzər oğlu ”“ Xaçmaz rayonunun Çarxı kəndinin 60 yaşlı sakini: 

- Gəncliyimdə möhkəm xəstələnmişdim, yerim-dən tərpənə bilmirdim. Müalicələrin də effekti yox idi. Bir gün qohumlarım məni maşının arxa oturacağına uzandırıb Murad pirinə apardılar. Çatanda yenə də əllərimdən, ayaqlarımdan yapışıb, maşından düşürdülər və övliyanın qəbrinin yanına uzandırdılar. Mən burada övliyanı vəsilə tutub  Allahdan özümə şəfa dilədim. Sonra mənə pirin tütyəsindən içirdilər. Qayıdandan sonra yaxşılaşmağa başladım. Üç gündən sonra mən işə çıxdım. Hansı ki, mən neçə illər idi yel xəstəliyindən əziyyət çəkirdim. Hərdən bir az yaxşılaşıb gəzsəm də, bir yanı üstə gəzirdim, düz yeriyə bilmirdim. İndi düz yeridiyimi görüb iş  yoldaşlarım hamısı təəcüblənirdilər. Həmin gündən neçə il keçib, hələ də xəstələnməmişəm.



Coşan ələm

Murad pirini ziyarət edərkən mənə Hacılar kəndinin bələdiyyə sədri Məşhədi Əbülfəz bələdçilik edirdi. Qonaqpərvər bir ziyalı olan Əbülfəz müəllim məni evinə qonaq dəvət etdi. Böyük məmuniyyətlə dəvəti qəbul edərək, onlara gəldik. Kənd ağsaqqalları 72 yaşlı Kərbəlayi İslam Nuru oğlu və Hacı Nəzər İmanqulu oğlu da gəlişimizi eşidib, axşam Əbülfəz müəllimgilə  söhbət etməyə gəldilər. Onlar Nikolay zamanında  Hacılar kəndinə gətirilmiş ələmin coşmasından tutmuş, kəramət sahibi Seyid Mircəfər ağanın suya atılıb yağış yağdırmasına qədər şahid olduqları bir çox maraqlı əhvalatları danışdılar. 
Həmin söhbətlərin bir hissəsini moderator.az-ın oxucularına təqdim edirəm.

Kərbəlayi İslam Nuru oğlu:

- Kəndimizdə bir neçə evdə ələm var. Onlardan ancaq biri ”“ rəhmətlik Gülhüseyn kişinin evindəki ələm coşan ələmdir. Onun babaları Nikolay zamanında Kərbəladan gətiriblər. Deyilənə görə imamlarımızın döyüşlərdə istifadə etdikləri ələmdir. Həmin ələm də hər adamın əlində coşmur. Mən hələ cavan uşaq olanda qonşu Qarağaşlı kəndindən Abdulla adında kişinin əlində coşan görmüşəm onu. Hər il Məhərrəm ayında Abdulla kişi gəlib ələmi gəzdirərdi. Çox maraqlı və unudulmaz səhnələr idi. Camaat ələmin gəzməsinin həqiqiliyini yoxlamaq üçün verəcəkləri nəziri aparıb uzaq bir yerdə gizlədirdilər ki, görək onu tapacaqmı? Abdulla dayı xahiş edirdi ki, evin damında, ağacın başında gizlətməyin, yıxılıb, qolqıçımı sındıraram. Nəziri gizlətdilər. Abdulla dayı dua oxumağa başladı. Ələm coşub, sürətlə irəli şığıdı və Abdulla kişini də özü ilə bərabər yüyürtdürməyə başladı. Camaat gördü ki, ələm kanala doğru gedir, kişini kanala salacaq, beş-altı nəfər yüyürüb, onu qucaqladılar ki, dayandırsınlar. Amma ələm onlardan güclü oldu, Abdullanın qolundan, paltarından yapışan adamlar yerdə bir qədər sürünəndən sonra məcbur olub əllərini buraxdılar. Ələm dərin su kanalından keçmək istəyəndə  Abdulla kişi cəld tərpənib onu qurşağından çıxartdı. Beləliklə, ələm sakitləşdi. Kişi kanalın körpüsündən keçəndən sonra ələmi yerinə taxıb, axtarışı davam etdirdi. Nəhayət, həyətlərdən birində ağacın koğuşunda gizlədilən nəziri tapdıqdan sonra ələm sakitləşdi. Bu cür ağır sınaqdan çıxandan sonra kənd camaatı hamısı ələmə nəzir verirdilər. Bu sınaqlar hər il Məhərrəm ayında təkrarlanırdı. 
Bu ələmlə bağlı şahidi olduğum bir gülməli əhvalatı heç vaxt unuda bilmirəm ”“ deyə, Kərbəlayi İslam söhbətini davam etdirir -  ələmin belə bir xüsusiyyəti vardı ki, kimin bu ələmə nəziri vardısa, coşan kimi ələm onun üzərinə gedirdi, o da qabaqcadan niyyət tutduğu nəziri  ələmin üstünə qoyurdu. Kəndimizdə bir baməzə kişi də vardı ki, bu rəhmətlik hər dəfə işi çətinə düşəndə ələmə nəzir deyərdi, amma, işi düzələndən sonra heç vaxt nəziri verməzdi. O heç ələm gəzdirilən mərəkəyə də gəlməzdi. Bir dəfə Aşura günü Abdulla kişi gəldi kəndimizə, ələmə dua oxuyan kimi, ələm coşub kəndi gəzməyə başladı. Camaat da düşdü bunun arxasıycan ki, görək hara gedəcək? Birdən küçədə həmin baməzə kişi çıxdı qabağımıza, ələm şığıdı bunun üstünə, elə bil elə onu axtarırmış. Qış vaxtı idi, yer də palçıq idi. Kişinin əynində qalın sırıqlı vardı, ələm bunun sırıqlısının cibinə girib, kişini qaldırdı yuxarı, ordan çırpdı yerə, başladı palçıqda kişini sürüməyə. İnanın ki, Abdulla kişi azca da ləng tərpənsəydi, ələm həmin adamın qarnın deşəcəkdi. Ondan sonra həmin kişi bir də ələmə yalandan nəzir demədi.

Hacı Nəzər:

-Sovet dövründə Aşurə mərasimini keçirməyə icazə vermirdilər. Ona görə də mərasimi evlərdə gizli keçirirdilər. Kəndin girişində, çıxışında atlı adamlar dayanırdılar ki, polis gələndə camaata xəbər versinlər. Bir il mərasim Gülhüseyn kişinin evində keçirilirdi, cavan olsam da, mən də məclisdə iştirak edirdim. Mərsiyə deyilən vaxt evdə möhkəm taqqıltı eşitdik. Gördük səs otağın küncündəki sandıqdan gəlir. Sanki içəridən bir adam sandığı döyəcləyirdi. Mərsiyəni dayandırıb hamı heyrətlə sandığa tərəf baxdı. Ağsaqqallardan biri sandığı açanda içərisində həmin coşan ələmin olduğunu gördük. Mərsiyə oxunduqca ələm coşub, sandıqdan çıxmaq istəmişdi. Özünü necə qəzəblə sandığın divarlarına vurmuşdusa, barmaqlarının ikisi qırılmışdı. Ondan sonra Aşurə günlərində qonşu kənddən Abdulla kişi gəlib o ələmi gəzdirirdi. 

Seyidi suya atanda yağış yağırdı

Kərbəlayi İslam:
- Bizim bu Hacılar kəndində Seyid Mircəfər ağa adında təqvalı bir seyid yaşayırdı. Çox gözəl insan idi. Xəstələnəndə həmişə onun yanına gedir, o da əlini başımıza çəkib bizə dua edirdi, onunla da ağrımız keçib gedirdi. Kəndimizdə sınaqdan çıxmış bir adət də vardı ki, yay quraqlıq keçəndə Mircəfər ağanı ya da onun qızı Seyid Zəhranı qəflətən itələyib suya salırdılar, onlar da hirslənirdilər, həmin gün mütləq yağış yağardı. Sonra camaat onlara nəzir gətirirdi ki, hirsləri soyusun. Çünkü bu cur hallarda onlar o qədər möhkəm hirslənirdilər ki, rəngləri qapqara qaralırdı. Mən özüm bir neçə dəfə bu cür hadisənin şahidi olmuşam.


Hacı Nəzər: 

- Mən də Seyidin suya atılmasını bir neçə dəfə görmüşəm. 1950-ci illər idi, yay quraqlıq keçirdi. Çoxdandı yağış yağmadığından camaatın əkinləri yanırdı. Bir gün kəndin kişiləri kolxozun istixanasının yanındakı gimgədə toplaşıb söhbətləşirdilər. Söhbət quraqlıqdan düşəndə briqadir Məmmədşah dedi gəlin Mircəfər ağanı salağın suya, yağış yağsın. Təklifi hamı bəyənsə də, bu işi icra etməyi heç kəs öz üstünə götürmək istəmirdi. Məmmədşah dedi ki, bu işi mən eləyərəm, amma siz nəziri qabaqcadan toplayın. Oradakı adamlar əllərini ciblərinə salıb, hərə imkanı daxilində nəzir çıxartdı. Bir nəfər nəzirləri topladı. Bu vaxt gördük Seyid bizə tərəf gəlir. Gəlib çatanda Məmmədşah onu götürüb, yaxınlıqdakı su quyusuna saldı. Hirsindən ağanın rəngi qapqara qaraldı. Onu quyudan çıxardandan sonra toplanan nəzirləri verib üzürxahlıq elədilər ki, yağışa görə elədik. Mircəfər ağa paltarını dəyişmək üçün evinə getdi. Bu hadisə səhər-səhər baş vermişdi. Axşam üstü yağan yağış kəndin bütün əkinlərini suladı.

Müəllifdən: Yuxarıda haqqında söhbət açılan ələm Hacılar kəndində bu gün də saxlanmaqdadır. İndi onu gəzdirən olmasa da, bir şey itirənlər gəlib onu ziyarət edirlər. Çünkü, camaat arasında olan inanca görə bu ziyarətdən sonra itən şey mütləq tapılır.
 
Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı,
Xaçmaz ”“ Bakı  

Müəllifin arxivi:

Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt