Terrorizmin spesifik cəhətləri...
Cəmiyyət
Oxunub: 1421
24 Sep 2016 | 14:05
Terrorizmin spesifik cəhətləri...


05 sentyabr 2016-cı ildə Çinin Xancjou əyalətində inkişaf etmiş 20 dövlət başçılarının iştirak etdiyi sammitdə terrorizmlə mübarizə hər bir dövlətin siyasi və iqdisadi maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının ana xətti kimi vurğulanmışdır. Məsələ ABŞ və Rusiya prezidentlərinin bir saat ərzində davam edən görüşünün müzakirə predmetinə çevrilmişdir. Zənnimcə hər bir dövlət özünün xarici siyasəti ilə yeni dünya yaratmaq istiqamətinə səmtləmək istəyirsə terrorizmə qarşı barışmaz olmalıdır.

Daxili İşlər Naziri Ramil Usubovun da Türkiyəli həmkarı ilə terrorizmə qarşı birgə mübarizə ətrafında fikir mübadiləsi aparılmış, səmərənin olacağına ümid bəslənilmişdir.

“Cinayətkarlığın xəbərdarlığı və cinayətkarlarla rəftar” üzrə BMT-nin 1990-cı ildə Havanada keçirilmiş VIII beynəlxalq konqresində terrorçuluğu doğuran səbəb və şərait, onun qarşısının alınması məsələləri müzakirə predmetinə çevrilmişdir. Bu səbəblər sırasında - yoxsulluq, işsizlik, beynəlxalq aləmdə ümumi maraqlara xidmət edən ideologiyanın qatı əleyhinə olmaq, sosial həyatın qurulmasında çətinliklər, təhsil səviyyəsinin təkmil olmaması, kadrların hazırlanmasında mənəvi dəyərlərin nəzərə alınmaması, əhalinin müəyyən hissəsinin marginallaşması (latın sözü marginalis-sosial həyatın kənarında - son həddində olma ”“ avaraçılıq, yoxsulluq) sosial bərabərsizliyin hiddətlə qarşılanması, ailədə, cəmiyyətdə mədəni və mənəvi tərbiyənin aşağı düşməsi, miqrasiyanın neqativ nəticələri, özünü dərketmə qabiliyyətinin ibtidailəşməsi, mədəni- -məişət obyektlərinin hamı üçün “açıq” olmaması, KİV-də bərabərsizliyə və zorakılıqlara səbəb olacaq ideya və baxışların təbliği və s. göstərmək olar.

Terrorizm, cinayətkarlığın və cinayətlərin xüsusi növü kimi daha çox “idarə olunan” qrupun düşmən axtarışında olduğu yerlərdə inkişaf edə bilir. Müvafiq qurumlar belə yerləri vaxtında görə bilmədiyindən baş verəcək olayları zərərsizləşdirməkdə və lokallaşdırmaqda çətinliklər yaranır.

İşsizliyin və inzibati amirliyin hökm sürdüyü ölkələrdə narkomanlığı da əlavə etsək, bir az da miqyaslı düşünsək terrorçuların və kriminal aləmin sərbəst hərəkətləri, cəzasızlıq mühiti və onlara beynəlxalq səviyyədə havadarlıq terrorçuluğun inkişafına imkan yaradır. Uzun illər Rusiyada, Dağıstan, İnquşetiya, Çeçenistan və s. ölkələrdə baş verən belə faktlar bu gün də ciddi narahatlıq doğurur. Dünya terrorçuların və İŞİD-in əlində aciz qalıb.

Hüquqşünas ekspertlərin terrorçuluğun səbəbləri barədə mülahizələri siyasi, diplomatik personalara və beynəlxalq təşkilatlara yaxşı məlumdur. Bu səbəblərə:

İlk növbədə Sosial-iqtisadi faktorları göstərmək olar.

Bu qrupa həyat şəraitinin aşağı düşməsi, (həsəd, paxıllıq, qisasçılıq, keçmişə nostalji hisslərlə qapanma) iqtisadi və enerji böhranı, qiymətlərin sürətlə artımı, inflyasiya, insanların alıcılıq imkanlarının yoxluğu, müəyyən sosial və professional qrupların fəaliyyətində böhran və durğunluq, xüsusən hərbçilərin ”“ peşəkarlığı və təcrübəsi ilə seçilən hərbi zabitlərin məşğulluğunun olmaması (partlayıcı maddələrlə bağlı geniş biliyə və təcrübəyə malik zabitlər nəzərdə tutulur, bu insanların peşəkarlığından terrorçular məharətlə istifadə edə bilirlər), işsizliyin miqrantların axınına təsir edəcək səbəblərin qarşısını almaqda mürəkkəb şərait, bazar iqtisadiyyatı sahəsində şəxsiyyətin psixoloji və peşəkarlıq cəhətdən deqradasiyası; əhali arasında odlu silahın, hərbi sursatın daşınması və saxlanılmasına meylin artımı; müəyyən qrupun hakimiyyətin devrilməsinə cəhdi (məs: Qərbi Almaniyanın “Qırmızı ordu Fraksiyası”, İtalyada yenə “Qırmızı Briqada” və s.); Son hadisələrdə qardaş Türkiyədə baş verən qiyamı və s. aid etmək olar.

Ermənistanın güya erməniləri xilas etmək istəyən “Asala” terror qrupu da, bura aiddir.

KİV-də zorakılıq və bərabərsizliklərlə bağlı ideya və baxışların heç bir maneə olmadan yayımı diqqət çəkən məqamlardandır.

Məlumat üçün - Rövşən Lənkəranskinin Türkiyədə qətli və mərhumun həyatına aid aramsız, bəzən bir ”“ birinə zidd, “nüfuz dairəsini genişləndirən” müəllif yazıları əslində cinayətkar aləmi tərənnüm etməkdən başqa bir şey deyil.

Daha sonra siyasi səbəblər kimi, yəni, hakim elita tərəfindən repressiv metodların, cəmiyyətin ikrah hissi ilə qəbul etdiyi qeyri ənənəvi xarakter daşıyan sosial- -siyasi qaydaların tətbiqi; dövlət daxilində siyasi münaqişələrin güclənməsi, müəyyən regionda iki dövlətin siyasi və iqtisadi maraqlarının (uyğun gəlməməsi) toqquşması; hakimiyyətin daxili, xarici və milli siyasətində kobud səhvlərin buraxması; ayrı-ayrı adamlar, qruplar, partiyalar (dini radikal qruplar) tərəfindən milli münaqişələrin inkişafına çağırışların edilməsi, məqsədyönlü qızışdırmalar və s. göstərmək olar.

Başqa dövlətlərə qarşı aqressiya və işğalçılıq siyasəti nəticəsində, silah və güc tətbiq etməklə dinc əhaliyə maddi ziyan dəyir. Əhali ”“ qurbanlar qismində uzun dövr ərzində bu vahimənin və dəhşətin “təəssüratından ayrıla bilmir, psixoloji gərginliklər, daxili iztirablar tükənmir. Terrorçuları həvəsləndirmə, onları hərbi arsenal və maliyə ilə təchizetmə, onlara dövlət siyasəti daxilində dəstək vermə; Dominant dövlətlərin kiçik saydıqları müstəqil dövlətlərin siyasəti ilə razılaşmaması və s. siyasi səbəblərdəndir.

Dini səbəblərin mövcudluğu daha təhlükəlidir.

Son zamanlar dini fanatizm, dini səbirsizliklər sanki nümayiş etdirilir. Müsəlman ölkələrində, bütövlükdə dünyada məscidlərin sayı indi 3, 4 dəfə artmışdır. Mən, Allaha onun tövhidinə - birliyinə, möcüzələrinə, heç bir şübhəm yoxdur. Məscidlərdə dinə, cəmiyyətə və dövlətçiliyə zidd hər hansı məsələləri müzakirə etmək Allaha asi olmaq qədər xətalıdır, şeytana xidmət etməkdir. Qeyd etdiyim kimi, burada bəzən başqa

ideyaları camaata çatdırırlar. İnsanları hidayət yoluna çağıranların şəxsiyyətləri ətrafında bulanıq məlumatların olması dini radikalizmə meyli artırır.

(Bəşəriyyət əhlinə, yaşadığımız dövlətə və vətənə sevgimiz, ümumi maraqlar naminə xeyirxah əməllərimiz olmazsa, qəlbimizdəki boşluqda yad baxışlar, sədaqətsizlik və arzulamadığımız şeytan xislətli insanların əməlləri yuva salacaq. Həzər o gündən və o kəslərdən.)

Bəzi “İmamların”ilahiyyatla bağlı səviyyələri ya çox aşağı, ya da natamamdır. İmamın vəzifəsi təkcə saqqal saxlamaqdan ibarət deyil. Qənaətimə görə Allah evlərinin əksəriyyətində yad baxışlı xüsusi kəşfiyyat nümayəndələrinin izi var, namaz qılmağa gedən “möminlər” sonradan radikallaşaraq vəhşiliyə doğru addımlayırlar. Bu baxımdan Terrorun bir səbəbi də fanatizmdir. Fanatizm siyasi, ideyalı və dini ola bilər. Dini fanatizm radikallığa aparan mütləq inamda ifadə olunduğundan, “kafirləri - inanmayanları” öldürməklə guya qatil cənnəti qazanmış olur. Bu damğa altında öldürülənlərin hər biri, bu insanların yaddaşında kafir kimi qəbul olunur, bir növ “Rəbbimiz qarşısında borcumu yerinə yetirdim”- deyə öyünürlər. Bəzən də, qadınlar bu missiyanı çiyninə götürürlər. Terrorçular adətən proqramlaşdırılan adamlar olur. Belələri bu yolla “şəhid” olmağı şərəf sayırlar. İslam isə bu cür vəhşi təxəyyüllüləri rədd edir. Bu sayaq davrananlar Məhəmməd (s.ə.s) peyğəmbərin vəsfə sığmaz nüfuzuna da ziyan vururlar.

Aparılan tədqiqatlardan məlum olur ki, terrorçular axmaq, ağlı dayaz adam da deyillər. Vahimə doğuran, xüsusi ilə ağır cinayəti, yaxud hansı düyməni basmaqla nəyi dağıtmaq olar ”“ vəzifəsini kəmağıla həvalə (etməzlər) etməyin özü də ağılsızlıqdır. Burada hər şey zərgər incəliyi və saat dəqiqliyi ilə icra edilir. Allahın “qanunlarına” sədaqət göstərənlər çirkin əməllərinin həyata keçirilməsində tərəddüd etmirlər, vicdanları üşümür. Məscidlərdə ruhanilərin izdihamı silkələyə və yaxud, ağır bir cinayətin qarşısını ala biləcək, kütləvi qırğına yox deyəcək, nüfuzlu şəxsin qətlini pisləyəcək moizələri çox azdır ( bəlkə də yoxdur.) Qurani Kərim, inananın da, inanmayan bir günahsızın da, qətlə yetirilməsini pisləyir. “Sizinlə vuruşanlara qarşı siz də vuruşun” - deyir. Bir günahsızı qətlə yetirməklə, bütün insanlara qarşı törədilən əməlin ağır olduğu vurğulanır.

İnamına görə hər bir müsəlman, (mömin) aləmlərin Rəbbinə olan münasibətini öz düşüncəsi və təfəkkürü daxilində müəyyən edir. Lakin, düşündüyünü psixoloji və fiziki zor tətbiq etməklə başqasına diktə etmək küfürlükdür. Azərbaycan Respublikasının Konstitusiyası dində zorakılığı rədd edir. “Hər kəs istədiyi dinə etiqad edə və yaxud, ondan imtina edə bilər.” - müddəası diqqət çəkir.

Qeyd etdiyim kimi insanların hər biri ağıl və düşüncəsi həddində Allahı tanıyır və Ona sığınır. Bunu qiymətləndirən də Odur! Biz kimik?

Çeçenistanda “müsəlmanların tətili” kimi uzun illər davam edən müharibə terror xislətli subyektlərin öz qanunlarına uyğun yaşamaq istəklərinin bariz nümunəsi idi. Rusiyada yaşayan Çeçen gəncləri də, həmin yazılmamış qanunlara sədaqət göstərərək həmrəylik və birlik nümayiş etdirir, ağır hadisələrə razılıq verirdilər. İslam isə əsl həmrəyliyin və birliyin tərəfdarıdır, riyakarlığı, insanlığa zidd sağlam təfəkkürə sığmayan əməlləri, haqsızlıqları qəbul etmir.

ABŞ-da 11 sentyabr məlum terror aktından sonra İordan çayının qərb sahilindəki fələstinlilər ərəb gənclərindən ibarət tərkibdə nümayişlər keçirmiş, bir-birilərini qisas almaqda təbrik etməklə, kütləvi insan qırğınına sevinclərini, əllərində dünyanın bir nömrəli terrorçusu Usama Bin Ladenin portretini qaldıraraq törətdikləri faciəyə dəstək olduqlarını nümayiş etdirmişlər. Bu da, bir cür səfehlikdir, Allaha, Onun yaratdıqlarına, islam nəzəriyyəsinə qarşı çıxmaqdır. Obyektiv varlığı inkar edən və onu dərk edə bilməyən belə şəxslərdən başqa nə gözləmək olar?

Əfqanıstandakı “Taliban hərəkatı” da bu qəbildəndir. Müxtəlif güc sahibləri məqsədlərinə çatmaq üçün “danışan alətlərin” imkanlarından yararlana bilirlər. Belə sərsəmlər ABŞ-dan, Səudiyyə Ərəbistanından, Pakistandan dəstək alır, əməllərini peşimançılıq çəkmədən davam etdirirlər. Talibanlar sərt, islama sığmayan şəriət normaları ilə hərəkət etməyə başlayırlar. Qızlar örtülməli, evdə oxumalı, kişilər saqqal saxlamazsa deməli, islamın düşmənləri ilə əlaqələri var ”“ deyə hərəkət edirlər. Narkotikaya yox! ”“ desələr də, sonralar həmin vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlə silah ”“sürsat alır, miqyasını genişləndirirlər.

Dünyada vahiməli əməllərin - terror hadisələrinin baş verməsində bəzi dövlətlərin xüsusi xidmət sahələrinin yarıtmaz fəaliyyətini qeyd etməmək olmur. Bu xidmət sahələrinin təhlükəsizliyin təminatına yönələn faktor kimi cəmiyyətin dəstəyindən istifadə edə bilməməsi, necə deyərlər əhalidən kənar fəaliyyətləri, məlumat bankında maraq doğuran hadisələr və törədiləcək ağır cinayətlər barədə “şəbəkənin” məlumatsızlığı ictimaiyyətə baha başa gəlir. Əməliyyat məlumatları ya yoxdur, ya da həmin məlumatlarla işləmək bacarığı və yaxud qabiliyyəti aşağıdır. Belə ölkələrin kəşfiyyat miqyası həddən artıq dar və hüquq mühafizə orqanlarına işə qəbul qaydaları proteksiya yolu ilə həyata keçirildiyindən professionallığın inkişafı yubanır, terrorla mübarizə adı altında hakimiyyət qorunur, insanların təhlükəsizliyinin müdafiəsi unudulur, cəmiyyətdə zorakılıqlara şərait yaradılır..

Faktiki olaraq beynəlxalq aləmdə terrorizmi doğuran səbəb və şəraiti aradan qaldırmaq, onunla mübarizə Don Kixotun yel dəyirmanı ilə mübarizəsinə bənzəyir. Ona görə də, ötən əsrdə, həm də XXI 100 ildə terrorçuluq artıq bütün dövlətlərin baş ağrısına çevrilmişdir. Güc yolu ilə bunun qarşısını almaq ən azı siyasi sadəlöhvlükdür. Çünki terrorçuluq vəhşi heyvanların nümayişi deyil ki, onlara qarşı güc, silah tətbiq edilsin. Bu, vətəndaş müharibəsinin variantlarından biri, özülündə isə sosial, iqtisadi, dini radikalizm və siyasi səbəblər durur.

Bir neçə il Belçikada “Kommunist məntəqəsi” adı altında dörd nəfərdən ibarət terror qrupunun şəhəri gərginlikdə saxlaması, Çeçenistanda “partizan terror qruplarının” fəaliyyəti terrorçuluğa qarşı təşkil edilən birgə mübarizənin sönüklüyünün nəticəsi idi. Yenə dağıntılar, kütləvi qırğınlar var və hələ olacaq.

Vətəndaşların asudə vaxtlarını necə keçirmək, sosial problemlərin həlli və təhsilin davamlı inkişafı üçün dövlətlər tərəfindən məqsədyönlü iş görülməli, məşğulluq yerləri açılmalı, sosial obyektlərin inşasına imkan verilməlidir.

Rusiyanın siyasi analitikləri “Çeçen terrorunu” Kremlin səhv, acı və təəssüf doğuran müqəvva siyasətinin nəticəsi kimi görürlər. Oradakı faciələrin ssenarisi Yeltsin və Qarbaçov politikasının bəhrəsidir - deyə vurğulayırlar... General Dudayevə Rusiyanın 53-min ədəd avtomat silahları, hərbi sursat, yüzlərlə tankı, BTR-ləri miras qaldı. Faktiki olaraq Çeçen şəcərəsinin gənclərindən ibarət diplomatları olmasa da, onların hər biri istənilən hərbi texnikanın və sursatın dilini, ondan istifadə qaydalarını yaxşı bilir və bu imkanlardan istifadə edərək dinc rus əhalisinə qarşı istifadə edirlər. “Xəmir hələ çox su aparacaq”! Bu dünya düzənində yarıtmaz siyasətin meyvəsidir...

Çeçenistanın, dağılmış Suriyanın, İraqın, Liviyanın və dağılmaqda olan digər ölkələrin çoxlu sayda kişi ordusu ərsəyə gəlir. Bu ölkələrin əksəriyyətində iqtisadiyyat dağılmış, mədəni, nadir, tarixi abidələr və təhsil ocaqları yerlə yeksan olunmuşdur. Dinc əhali qaçqınlar ordusuna çevrilmiş, onları adam saymayan dövlətlərə sığınmağa məcbur olurlar. Kimdir günahkar? Cavabı zamanı gələndə sorulacaq. O insanlar, iş almasa da, yaşamaq uğrunda, ölməmək üçün mübarizə aparacaqlar, maliyyə mənbəyi arayacaqlar və tapacaqlar, qisas alacaqlar. Onlara dəstək verən bir mənbə də artıq tapılıb ”“ islam radikallığı. Bu olmasaydı, başqa bir mənbə tapacaqdılar. Məs: çeçenlər əvvəllər neft oğurluğu və insanları girov götürməklə maliyələşirdilər, indi onlara baxanlar var.

Mübarizə plansız aparıldığından terrorçuluq qloballaşır, peşəkarlaşır və ekstremist ideyalarla möhkəmləndikcə həyasızlaşır, beynəlxalq xarakterə malik özünə xas cəhətlərini əks etdirir. Bu cəhətlər müasir dövrün nüvə, kimyəvi və bakterioloji silahlardan istifadəni istisna etmir. Ehtiyatlı olaq!

Terrorçuluq müasir dünyanın müasir münaqişə tipidir- desəm səhv etmərəm. (XX əsrin yeni müharibəsinin yeni tipi) BMT-nin TŞ-nın 23 sentyabr 2001-ci ildə qəbul etdiyi 1373 saylı qətnaməsində qeyd edilir ki, terrorçuluq transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, odlu silahların qanunsuz dövriyyəsi, nüvə, kimyəvi və bioloji (kütləvi) qırğın silahlarının qanunsuz daşınması ilə sıx bağlıdır. Terrorçuların texniki təchizatına bəzi dövlətlər tərəfindən qeyri aşkar dəstək verilməsi halları artır. Öz çirkin niyyətlərinə çatmaq üçün terror təşkilatları internet şəbəkəsindən, radio və televiziyadan geniş istifadə edə bilirlər. Beynəlxalq aləmdə terrorçuluğun təhlükəliliyi onunla ölçülür ki, artıq hamılıqla tanınmış qaydalara və dövlətlər arası münasibətlərin inkişafı üçün xüsusi təhlükə var.

İstənilən beynəlxalq xarakterli terror aksiyası ən azı iki dövlətin maraqlarına qəsd edir. Ona görə də terrorçuluğa sədd çəkmək üçün dövlətlər arasında ikili standartlardan uzaq əməkdaşlığın eskalasiyası genişlənməli, BMT-nin normaları, beynəlxalq hüququn prinsipləri işləməli, danışan alətə çevrilməməlidir. “Dəstək bazarı” bağlanmasa səmərə gözləməyə dəyməz.

Terrorizmlə bağlı məsələ ilk dəfə Millətlər Liqasında 1934-cü ildə müzakirə edilmişdir. Həmin ilin oktyabrın 9-da Marseldə Yuqoslaviya kralı I Aleksandırın və Fransanın Nazirlər Kabinetinin sədri Lui Baktun öldürülməsi ilə terror cinayətlərinin özülü qoyuldu. Uzun illər beynəlxalq terrorizm başlanğıcda müxtəlif dövlətlər arasında mübarizə alətinə çevrilmiş, adi müharibələrin alternativi, ekvivalenti kimi bir dövlət, digər dövlətə qarşı terrorçulardan istifadə etmişlər. Təhlükənin dərəcəsi və miqyasına təsir edən faktorlardan biri də beynəlxalq normaların imperativ xarakterə malik olmaması, bəzi dövlətlərin dominantlığı, habelə distant idarəçilik metodlarından istifadə edilməsidir.

Məlumat üçün qeyd etmək olar ki, 1990-cı ildən 2000-ci ilə qədər dünyada 500-ə yaxın terror təşkilatları fəaliyyət göstərmiş, törədilən beynəlxalq xarakterli 6500 akt nəticəsində 11 min adam ziyan çəkmiş, 5000-dən çox adam həlak olmuşlar. (Amma statistik rəqəmlər həqiqəti əks etdirmir, ölənlərin sayı daha çoxdur.)

11 sentyabr 2001-ci ildən sonra “Əl Kaidə” güclənməyə başlasa da, sonradan onun liderinin öldürülməsi ilə təşkilatın coğrafiyası daralmışdır. Ekspertlərin qənaətinə görə 2008-ci il ərzində dünyada 12000 terror aktının törədilməsi nəticəsində 56000 insan zərər çəkmiş, 15000 nəfər həlak olmuşdur. Mübarizənin gücü beynəlxalq aləmin, beynəlxalq hüququn subyektləri olan dövlətlərin və TŞ-nin daimi üzvlərinin ”“ həlledici səsə malik dövlətlərin birliyindən asılıdır. Əks təqdirdə cəmiyyət dəhşətli, güc yetməz bir “Anakondanın” qurbanına çevriləcək.

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Qeyd: Mövzu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsindən keçmişdir.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama