Yaradıcılıq fondu yaradıcılığa nə kömək edir?
Oxunub: 1775
24 Sep 2016 | 13:51
Yaradıcılıq fondu yaradıcılığa nə kömək edir?
Azərbaycanda yaradıcı sahəyə dəstək vermək üçün dövlətin yaratdığı təşkilatların fəaliyyəti daim tənqid olunur. Azərbaycan Yaradıcılıq Fondunun isə "Quran motivləri əsasında hekayə müsabiqəsi" bəzi yazıçılar tərəfindən tənqidlə qarşılanmışdı. 

Moderator.az Yaradıcılıq Fondunun fəaliyyəti ilə bağlı fondun mətbuat katibi Ağa Cəfərli ilə müsahibəni təqdim edir.

”“ Bildiyim qədərilə Yaradıcılıq Fondu Sovet dövründə yaradılmış Azərbaycan Mədəniyyət Fondunun varisidir. Sonradan adı dəyişdirilib. İstərdim bir az bu barədə məlumat verərdiniz.

”“ Bəli, fond 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Yaradıcılıq Fondu adlanmağa başlayıb. Qurumun təsisçiləri sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Xadimləri İttifaqı, Jurnalistlər İttifaqı, Elmlər Akademiyası, M.F.Axundov adına Milli Kitabxana, Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti var. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev olub. Professor Kamal Abdulla isə o vaxtdan sədrin birinci müavini kimi çalışıb. 1991-ci ildə 2-ci Konfrans keçirilib və idarə heyətinin qərarı ilə professor Kamal Abdulla sədr seçilib. Həmin konfransda çıxış edən yeni sədr belə bir fikir səsləndirir ki, Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub. Biz isə artıq müstəqil dövlət olduğumuz üçün bu fondun tərkibində qala bilmərik. Buna görə də bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etmədi vəmüstəqil qurum kimi fəaliyyət göstərdi. O vaxt Fondda Almaniyadakı “Avropa Türk-İslam Kültür Birliyi”nin nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlayıb.

Azərbaycan yaradıcılıq fondunun iş otağı.Azərbaycan yaradıcılıq fondunun iş otağı

Fondun əsas məqsədi Azərbaycanda bütün yaradıcı sahələrin inkişafına, habelə yaradıcılıqla məşğul olan şəxslərin fəaliyyətinə dəstək olmaqdır. Əsasnaməmizdən çıxış etsək fəaliyyət istiqamətlərimiz az-çox aydınlaşacaq: milli xalq yaradıcılığı nümunələrinin araşdırmaq, dünya yaradıcılıq irsini ölkə əhalisinə dolğun şəkildə çatdırmaq, yeniyetmə və gənclərin mənəvi-intellektual səviyyəsinin inkişafına yardım göstərmək, ölkə daxilində və xaricdə sərgilər, konfranslar təşkil etmək, xarici ölkələrdə fəaliyyət göstərən yaradıcılıq fondları və aidiyyəti təşkilatlarla ortaq layihələr həyata keçirmək, xeyriyyə aksiyaları, dəyirmi masalar, kurslar və seminarlar təşkil etmək kimi genişçaplı işlər hamısı bizim üçün prioritetdir.


”“ “Quran motivləri əsasında hekayə” müsabiqəsi də mətbuatda çox müzakirə olundu. Yaradıcılıq Fondu əsas bununla yadda qaldı. Hətta məhz “Quran” motivlərinin ədəbiyyata gətirilməsi də bir çoxları tərəfindən tənqid edildi.

”“ İş olan yerdə tənqid də olacaq. Buna normal yanaşmaq lazımdır. Haqlı tənqiddirsə, bundan nəticə çıxarmağa, yol verilən səhvləri düzəltməyə ehtiyac yaranır. Amma biz adını çəkdiyiniz müsabiqədən sonra daha çox qərəzli yanaşmanın şahidi olduq.

Dünya ədəbiyyatında dini motivlər əsasında çox gözəl əsərlər yaranıb. Götürək, Azərbaycanda demək olar ki, hamının adını eşitdiyi Dostoyevski və Tolstoyu. Onlar məhz “İncil” motivləri əsasında fəlsəfi-estetik şedevrlər yaradıblar. Başqa misallar da çəkmək olar. Ancaq düşünürəm ki, elə bu iki ad kifayətdir. Bizim nəsrdə isə bu ənənə çox zəifdir. Bəlkə də bizdə də belə ənənə olsaydı, daha yaxşı nəsr əsərləri yaranacaqdı? Nə bilmək olar?

Biz məhz bu ənənəni yaratmaq, inkişaf etdirmək məqsədilə “Quran motivləri əsasında” hekayə müsabiqəsi keçirdik. Çox yaxşı da nəticə verdi. Dini motivlər əsasında yazılmış maraqlı hekayələr ortaya çıxdı və mənə elə gəlir ki, indən belə bu proses davamlı olacaq.

Yeri gəlmişkən, istərdim, bu günlərdə nəticələri elan olunacaq,Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi haqqında danışım. Müsabiqə bu dəfə təkcə “Quran”a yox, bütün səmavi kitablara istinad edən poeziya nümunələrini əhatə edir. Bu yanaşma böyük marağa səbəb oldu. Müsabiqəyə 70-ə yaxın şeir təqdim olunmuşdu. Artıq münsiflər heyəti dəyərləndirmə prosesini başa çatdırıb.

Onu da deyim ki, gələcəkdə də bu cür müsabiqələr keçiriləcək.Təklif var ki, “Dini motivli qısa film” müsabiqəsi də keçirək. Bunun üzərində fikirləşirik.

”“ Fond bu günə qədər hansı layihələri həyata keçirib?

”“ Belə demək mümkündürsə, ən çox yaşı olan layihəmiz "Sönməyən ulduzlar” teatrıdır. Bu teatr 1990-cı illərdə yaradılıb. O dövrdə siyasi proseslər, Qarabağ hadisələri teatra münasibəti, mədəniyyət tədbirlərini bir növ ikinci plana atmışdı. Məhz buna görə işsiz qalmış, təqaüdə çıxmış məşhur yaradıcı adamlarımızı, xalq artistlərini, əməkdar artistləri bir araya gətirmək üçün bu cür layihə həyata keçirildi. Özünüz bilirsiniz ki, yaradıcı adamlar boş dayana bilmirlər, mütləq öz sənətləri ilə məşğul olmalıdırlar. Təsəvvür edin: Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofa Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdı. Çoxları fikirləşirdi ki, bu qoca adamlar daha teatra lazım deyil. Və sonucda görkəmli adamlarımız həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkirdilər. Bu səbəbdən də 1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədi ilə assosiasiya yaratmağa qərar verildi. Sonradan bu assosiasiyanın adı “Sönməyən ulduzlar”oldu. Bu adın qoyulmasında hədəf yaşlı sənətkarlarımızın sənət ulduzlarının hələ sönmədiyini, onların öz peşələrindən, incəsənətdən uzaqlaşdırılmasının tez və əsassız olduğunu göstərmək idi. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu.

"Sönməyən ulduzlar" teatrının bir tamaşası

1998-ci ildə isə “Sönməyən ulduzlar” teatrı yarandı. Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov idi. Vaxtilə o, A. İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında S. Vurğunun “Vaqif” əsərini tamaşaya qoymuşdu. “Sönməyən ulduzlar” teatrında da ilk olaraq elə bu əsər səhnələşdirildi. Tamaşada Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynandı. Uğurla keçən bu tamaşadan sonra Məmmədkamal Kazımov C. Cabbarlının 100 illiyi münasibəti ilə“Solğun çiçəklər” əsərini səhnələşdirdi. Bu tamaşa da çox yüksək səviyyədə keçdi. M. Kazımov dünyasını dəyişəndən sonra teatrın baş rejissoru tanınmış sənətkar Hafiz Fətullayev oldu. Qısa müddət ərzində o, Şıxəli Qurbanovun məşhur “Sənsiz” əsərinihazırladı.

İndi isə teatra əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı rəhbərlik edir. 2014-cü il iyun ayının 16-da Teatr Xadimləri İttifaqının tamaşa zalında “Sönməyən ulduzlar” teatrının ifasında dahi Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası nümayiş olunub. “Sönməyən ulduzlar” teatrının ifasında göstərilən tamaşadan əldə olunan vəsait qocaman mədəniyyət xadimlərinə verilib.


”“ Bir ara gənc yazıçıların kitablarını da çap edirdiniz. Bu layihə davam edir, yoxsa artıq yekunlaşıb?


”“ Düşünürəm ki, həmin layihə çox maraqlı, əhəmiyyətli və faydalıdır. Bu layihə çərçivəsində “Yaradıcılıq Fondunun kitabxanası” seriyasından Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı” , Fəridə Məmmədovanın “Sevgili üçün notlar” , Alik Əlioğlunun “Günəş qalib gəldi” , Ramilə Qurbanlının“33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı” kitabları çap olunub. Yaxın vaxtlarda yeni kitabların nəşrini nəzərdə tuturuq. Müəlliflər bizə əsərlərini göndərirlər,bu əsərlər ekspertlər tərəfindən dəyərləndirilir və ələkdən keçənləri çapa imzalanır. Üzümüzdə gələn aylarda Aqşin Evrənin, Ulucay Akifin, Fərhad Amurun kitablarını, eləcə də, Qismətin tərcüməsində Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr”ini, bir də kollektiv iş olan “Paris Revyu müsahibələri”ni çap etmək planımız var.


Yaradıcılıq Fondunun çap etdirdiyi bəzi kitablar.
Yaradıcılıq Fondunun çap etdirdiyi bəzi kitablar

”“ Belə bir fikir var ki, ədəbiyyat qurumları ətrafında dəstəbazlıq yaradılır. Yaradıcılıq Fondu ətrafında da ayrıca bir dəstəbazlıq var. Bu fikrə münasiəbtiniz necədir?

”“ Bizdə dəstəbazlıq yoxdur. Fondun iki nəşri var: Sim-sim.az və “Multikulturalizm” jurnalı. Hər iki nəşrimizdə heç bir qadağa olmadan hər kəsi çap edirik. Sim-sim.az-ın artıq bir yaşı tamam oldu. Bu sayt demək olar ki, akademik saytdır və çalışırıq ki, reytinq dalınca qaçmayaq. Həmçinin “Multikulturalizm” jurnalının birinci sayı işıq üzü görüb və il ərzində daha 3 sayı çap olunacaq. Hər iki orqanımızda kimliyindən, tutduğu vəzifədən asılı olmadan hər kəs çap edilir. Əsas odur ki, istedadlı mətn ortaya qoyulsun.

Ümumi qənaətimiz də budur ki, hamını çap etməliyik. Hamını çap etməyə hazırıq, amma təbii, hər şeyi yox.(azadlıq.org)
Oxşar xəbərlər
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
GÜNLÜK
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…