Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib? MÜSAHİBƏ
Oxunub: 2968
28 Aug 2016 | 16:10
Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib?   MÜSAHİBƏ
Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
Itkinlik var, ayrılıq var, ölüm var”¦
 
Bu məşhur misraları Şəhriyar yazdı, amma ona can verən o oldu-Rubabə Muradova. Səsinin yanğısını, könlünün qubarını-həsrətini, taleyinin acısını, nisgilini Şəhriyarın misralarına töküb, elə oxudu ki, naləsi ilə ürəkləri dağladı. “Öləndə bir ovuc Ərdəbil torpağını qəbrim üstə səpərsiniz”- deyən sənətkar əli çatmayan, ünü yetməyən vətən nisgilini də elə özüylə məzarına daşıdı.
 
Payına cəmi 50 il ömür düşən Rübabə Muradovanın bizə verdiyi bəxşiş daha uzunömürlü oldu - yanıqlı səsini, avazını deyirəm. Özü bizimlə olmasa da, səsi, avazı bizimlədir.
 
Moderator.az  xalq artisti Canəli Əkbərovla müahibni təqdim edir:
 
 
- Canəli müəllim, səhnədəki ilk Leylinizdən danışacağıq, xatırlayırsınız?

- Rübabəni heç yaddan çıxarmaq olar? Rübabəni həm ilk Leylim olduğu, həm də gözəl sənətkar olduğu üçün çox sevmişəm. Bəzən rəhmətə gedən elə sənətçilər barədə soruşurlar ki, deməyə söz tapmırsan. Amma elə sənətkarlar da var ki, heç düşünmürsən, söz özü gəlir. Rübabə elə sənətkarlardandır. Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi məcnunu olmuşam.
 
- Bəlkə o günlərə qayıdaq, xatirələrinizi ipə-sapa düzəsiniz”¦

- 1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov “Leyli və Məcnun” tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada “Şam” səhnəsi var, orda  Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki, görəndə duz kimi yalayırdı.
 
- Rübabə xanımı o biri Leylilərdən fərqləndirən nə idi?

- Qəddi-qaməti vardı, qaşı-gözü gözəl idi, buna söz yox. Amma Rübabənin səsi adamı öldürüb-dirildirdi. Ərdəbildən gəlmişdi, vətən həsrətini çəkən qadın idi. Vətəndən söz düşəndə gözünün yaşını leysan kimi tökürdü.
 
- Onun da sizdən başqa çox Məcnunları olub - Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev, Mayis Salmanov, Baba Mahmudoğlu”¦ Onu o biri Məcnunlara qısqanırdınız?

- Yox, çünki mən də elə-belə, sıradan bir Məcnun olmamışam. O biri məcnunlardan heç də zəif deyildim, qısqanmaq zəif insanların işidir. Bir əhvalat danışım sizə, onda görəcəksiniz ki, Leylim mənə necə aşiq idi. Mən Məcnunun Leylinin dərdindən divanə olub, çöllərə düşdüyü səhnəni oynayırdım. Orda ürəkləri titrədən bir səhnə var, nalə çəkirəm. Qrim otağında olan Rübabə necə həyəcanlanmışdısa, səhnənin kənarından mənə baxıb. Səhnəni tərk edəndən sonra mənə qayıtdı ki: “Ədə, camaatı mən ağladıram, sən də məni ağladırsan?” Həmişə şirin Ərdəbil ləhcəsi ilə bizə “ədə” - deyə müraciət edərdi.
 
- Görünür, siz də onun sevimli Məcnunu olmusunuz. Bəs, xasiyyətcə necə insan idi?

- Gözəl. Zarafatcıl, yumoru sevən, səmimi, həm də xanım-xatın bir qadın idi. Bir xatirə yadıma düşdü. “Leyli və Məcnun”da ilk dəfə Məcnun olmağımın şərəfinə evimdə qonaqlıq təşkil etdim və bütün yaradıcı heyəti qonaq çağırdım. Amma Rübabənin dalınca özüm getdim, yolüstü tarzən Bəhram Mansurovu da götürdüm. Rübabə onda Voladarski adına Tikiş Fabrikinin yanında qalırdı. Qalxdım yuxarı, gördüm oturub güzgünün qarşısında özünə bəzək vurur. Biz ona “Rubuş“ deyə müraciət edərdik. Dedim ki, bəs, Rubuş, səni evdə gözləyirlər, gəlmişəm səni aparım. Gördüm getmək istəmir, qayıtdı ki, yenə toy olsaydı, gələrdim. Mən də ona zarafatla dedim ki, ay Rubuş, bu yazıq Leyli heç Məcnundan yarımadı, onun çörəyini yemədi, heç olmasa, gəl, evimdə bir tikə çörək kəs. Zarafat qanan adam idi, bu sözlərimdən sonra bizə gəldi. Evdə də bir gecə qonaq saxladıq. Çünki arvad-uşaq onu çox istəyirdi.
 
- Xoşbəxt sənətkar olduğu bəllidir, bəs, həyatda necə, xoşbəxt qadın idi?

- Yox. İki dəfə ailə qurdu, heç birindən yarımadı. Həyatında müəyyən səhvlərə yol verdi, indi o barədə danışmaq istəmirəm. Çünki böyük sənətkarlar elə yaddaşda böyük insan kimi də qalmalıdır.
 
- Ustad xanəndə Qulu Əsgərovla sevgili olduqları barədə deyilənlər doğrudurmu?

- Bu barədə də heç nə deyə bilmərəm. Olubsa da, öz aralarında olub.
 
- Bacısı Tahirə xanım demişdi ki, uzun illərdən sonra Ərdəbildə  sevdiyi oğlanla tale onları yenidən qarşılaşdırıbmış və ömrünün son 15 ilini Rübabə xanım o kişi ilə birgə yaşayıb... 

- Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilirdi. Eşitdiyimə görə, hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da  ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Amma onların sonradan yenidən bir-birlərini tapdıqlarını bilmirdim. Rübabə gözəl qadın idi, çatma qaşları nəyə desən dəyərdi. O vaxt Hindistandan məşhur “Cənab 420”  adlı hind filminin yaradıcı heyəti Bakıya gəlmişdi. Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.
 
- Sevənləri çox olardı yəqin?

- Sevənləri deyəndə ki, sənətinə pərəstiş edənlər çox idi.
 
- Sağlığında ikən haqqında şayilər gəzirdi?

- Rübabə heç vaxt belə şeylərə fikir verməzdi.
 
- O dövrün xanım sənətkarları ilə münasibəti necə idi, heç küsülü olduğu müğənni vardı?

- O vaxtkı xanımlarla indiki müğənni xanımlar arasında yerlə-göy qədər fərq var. Onlar hətta kiminləsə düşmən olsalar belə, bunu üzə vurmazdılar. Üz-üzə gəldikləri məclisdə bir-birlərinə salam verərdilər ki, kənardan baxanlar münasibətlərinin pis olduğunu anlamasınlar. Onu denən indikilərə, bir şey olmamış qaçırlar efirə, açırlar sandığı, tökürlər pambığı.
 
- Deyilənə görə, xanım sənətkarlar arasında onun paxıllığını çəkənlər çox olub və hətta ondan anonim məktublar da yazıblar?

- Əlbəttə o cür səsin sahibini qısqananlar, paxıllığını çəkənlər vardı. Bəzən oturub tonlarla çörək yediyimiz adamdan elə nankorluq görürük ki”¦ Rübabəylə də oturub çörək kəsən adamlar gizlindən işlərini görürdü. Təbii ki, bu mənada istəməyənləri vardı, yuxarılara gizlin şikayətlər də olurdu. Amma imanımı yandıra bilmərəm, onları kimlərin yazdırdığından xəbərsizəm.
 
- Heç olmasa, anonim məktub yazdıranların “zəhməti” öz bəhrəsini verirdimi?

- Əziyyətləri elə özlərinə qalırdı. Rübabə, əksinə, daha çox sevilirdi. Müəyyən dairələrdə İrandan gəldiyi üçün sıxışdırılsa da, çox böyük hörmətə sahib idi. Bilirsiniz ki, Rübabə 13 yaşında ikən müəyyən səbəblər üzündən atası ilə Azərbaycana gəlmişdi. Bu səbəbdən ona xaricə getməyə qadağalar da qoymuşdular. O vaxtlar bir çox sənətkarlar İrana konsert verməyə gedirdi, amma Rübabəni qoymurdular. Ona görə gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurdu. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzətmişdi, ordakı ağaclardan əkmişdi. Bir dəfə Astaraya qastrola getmişdik, sərhəddin kənarından dayanıb İrana baxdı. Qəfildən bir nalə çəkdi, elə ağladı ki, elə bildik yer titrədi. Onu uzun müddət özünə gətirə bilmədik.
 
- Ən çox hansı mahnısını sevirdi?

- “Ay dağlar, səndə gözüm var,
Ay, məndə hər dərdə dözüm var,
Xəbər verin yar gəlsin,
Mənim ona sözüm var.
Gəl bizə, gəl bizə, gəl bizə yar,
Qurbanam o qaş gözə yar”¦” Ömrünün son günlərində bu mahnını tez-tez oxuyardı.
 
- Toylara gedirdi?

- O dövrün bütün məmurları onu həvəslə toylarına aparırdılar.
 
- Hər bir sənətkarın kaprizi olur, Rübabə xanımın kaprizləri vardımı?

- Mən görmədim. Onu da deyim ki, Rübabəni toya aparan adamlar onun səsinin dəyərini yaxşı qiymətləndirirdi.
 
- Varlı sənətkar idi?

- Yox. Çox sadə həyat tərzi vardı. Varı-dövləti səsi idi. Heyif ki, çox az yaşadı, 50 il. Qaraciyər serrozundan dünyasını dəyişdi. Ölümündən qabaq görüşmüşdük. Çox arıqlamışdı, xəstəlik onu əldən salmışdı. Nə yaxşı ki, onu yad eləmisiniz. İlk Leylimi xatırlamaq mənə də çox xoş oldu.(publika.az)
Oxşar xəbərlər
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi