Azadlıq və sevgi şəhəri - Varşava...
Maraqlı
Oxunub: 4223
25 Aug 2016 | 09:44
Azadlıq və sevgi şəhəri  - Varşava...


Fotolu, xatirəli reportaj

Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəam. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.

Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.

Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm.

warsaw

***

Maşınla çıxdığım bu dəfəki Polşa səfərimsə əvvəlkilərdən fərqlidi. İndi ailəyləyəm, uşaqları gəzməyə, görməyə, tanımağa gətirmişəm.

“Varş və Sava” əfsanəsi

Varşava Visla çayı sahilində yerləşir. Əfsanəyə görə Varş adında bir balıqçı bu yerdən üzüb keçərkən sehirli bir səslə oxunan gözəl mahnı eşidir. Səs onu valeh edir, tilsimləyir. Varş mahnı oxuyanı axtarıb tapır. Tapır və heyrətlənir. Sən Mermaid-statue-Warsawdemə, o sehirli səsin sahibi Sava adlı qəşəng bir su pərisiymiş ”“ yarı qız, yarı balıq.

Varş su pərisinə aşiq olur, onu evinə gətirir, amma Sava bütün günü göz yaşı tökür, “susuz yaşaya bilmərəm, məni Warsaw_emblemçaya qaytar”, deyib yalvarır. “Mən axı, səni sevirəm!” “Elə sevdiyin üçün yaşat məni, qaytar ora, sənin qoruyucun olaram, hər cür bəladan hifz edərəm”.

Sevgilisinin bu halına dözməyən Varş onu çaya gətirir. Onlar elə buradaca evlənib yurd salırlar. Sava dediyi kimi də edir, ailəsini, təzə yurdunu qoruyucu mələk kimi təhlükələrdən qoruyur.

Varşava sözü Varşla Sava adlarından yaranıb. Əlində qılınc və qalxan tutan su pərisi bu günkü Varşavanın emblemidir.

İşğallar ölkəsi

Elə bil Varşavanı gözləyən saysız-hesabsız təhlükələr Savaya əyanmış. Bilirmiş gələcəkdə nələr gələcək bu şəhərin başına.

Ölkə dəfələrlə istilaya məruz qalacaqdı, neçə-neçə müharibəyə meydan olacaqdı. Qonşuların biri qoşunu Qərbdən salanda, o biri Şərqdən çəkəcəkdi. Sözləşib aralarında bölən vaxtları da olacaqdı Polşa torpaqlarını.warszaw

Amma heç biri onun azadlıq əzmini qıra bilməyəcəkdi. Hər dəfəsində polyak xalqı yadellilərə qiyamla cavab verəcəkdi.

İkinci Dünya müharibəsində Varşava tamamən dağıdılmışdı. Bizim Ağdamın indiki günündə idi. Bu bənzətmə Ağdam xarabalıqlarını görən polyak kökənli ABŞ diplomatı Metyu Brayzaya məxsusdu.

1944-cü ildə Popianistlşa Müqavimət Hərəkatının faşistlərə qarşı qaldırdığı qiyam qanda boğuldu, şəhər yerlə-yeksan edildi. Qiyamın Londonda yerləşən gizli hökumətə bağlı olması səbəbindən sovet ordusu Vislanın Şərq sahilində gözləmə mövqeyi tutdu, müdaxilə etmədi. Polyak dostların çoxu bunu Rusiyanın tarix boyu onlara etdiyi çoxsaylı zülmlərdən ən dəhşətlisi sayır.

Varşava xarabalıqları Roman Polanskinin 2002-ci ildə şəkdiyi “Pianist” filmində iri planda təsvir edilib.

Müharibədən sonra şəhər yenidən tikilib. Onun Stare Miasto adlanan qədim hissəsi əvvəl olduğu kimi ”“ XVII-XVIII əsrlərin çertyojları əsasında bərpa olunub.

Elə həmin yerdəcə booking.com saytından xudmani bir mənzil kirayələdim.

Mənzilimizin pəncərəsi Rynek Starego Miastaya, yəni Bazar meydanına açılır. ŞuRynekşada buna oxşar yerə Bazarbaşı deyərdik. Qələbəlik bir yerdi. Çoxlu suvenirlər satılan butikləri, kafe-restoranları var.

Qəsr meydanı (Plac Zamkowy) burdan bir məhəllə aşağıdadı. Kral sarayının darvazası bu meydana açılır. Darvazadan keçib sarayın həyətinə giririk. Uşaqlara iştirakçısı olduğum konfransların birində Varşava merinin burada verdiyi ziyafət haqda danışıram. Onların “İrena nənə” çağırdıqları İrena Lasotanın sonralar Polşa prezidenti olan Lex Kaçinskiylə məni tanış eləməsindən söz açıram. Onda Varşavsiqizmundunanın meriydi. Uşaqların onun təyyarə qəzasında ölməsindən, bu haqda yazdığım “Xilas missiyalı ölüm” adlı məqaləmdən xəbərləri yoxmuş. Evə qayıdanda oxuyacaqlarını deyirlər.

Kral Ziqmunt III Vasanın (eyni zamanda İsveç kralı və Böyük Litva knyazı idi) 8,5 metrlik sütun üstündəki tunc abidəsi də Qəsr meydanındadı. 1644-cü ildə tikilib. Müharibə vaxtı faşistlər vurub heykəli yerə salıbmışlar. Onu da sonra bərpa ediblər.

Meydanın elə bura yaxın yerindən köhnə qala divarlarının qalıqları görünür. Divar köhnə şəhərlə təzə şəhər arasında yerləşən Barbakan (yarımdairəvi hərbi tikili) abidəsinədək uzanır. Buralar turistlərin çox gələn yeridi.barbakan

Qala divarlarının qalıqları başlayan yerdə Katın faciəsi qurbanlarının şərəfinə qoyulmuş abidə var. 1939-cu ildə Polşanının şərq torpaqlarını işğal edən sovet ordusunun əsir götürdüyü polyak zabitlərinin kütləvi güllələnməsi faktını faşistlər aşkarlayır, “kommunist vəhşiliyi” deyib düngettoyaya car çəkirlər.

Tarixə “Katın qırğını” kimi düşən faciə haqda məşhur polyak rejissor Anje Vaydanın çəkdiyi “Katın” filmində ətraflı bəhs olunur.

Sonra ÅšwiÄ™tojerska küçəsində vaxtilə yəhudi gettosunun divarları keçən yerdə qoyulmuş abidə önünə gəlirik.

Uşaqlar yəhudilərin tarixindən, zaman-zaman düçar olduqları talan və qırğınlarından dediklərimi həvəslə dinləyirlər, sual verirlər. “Azərbaycan yəhudilərin incidilmədiyi tək-tük ölkələrdəndi” deyib dağ yəhudilərindən də söz salıram.

BİRİNCİ HAŞİYƏ ”“ Ölüm muzeyi

Yəhudilərdən danışdığımız günün səhəri Krakova yollanmaqda əsas məqsədim uşaqlara Osvensim həbs düşərgəsini göstərmək idi. Almanların Auşvitz dediyi ölüm düşərgəsi Krakovdan 60 kilometr aralıdı.osvensim

Muzey kompleksə üç düşərgə daxildi. Auşvitz I əvvəl düşərgə kimi istifadə olunub. Auşvitz II və Auşvitz III düşərgələri tikiləndən sonra əvvəlkini ümumi düşərgə kompleksin inzibati ərazisi ediblər.

Auşvitz faşistlərin bir çox yerdə yaratdığı düşərgələrin ən böyüyüdü. Burada milyondan çox yəhudi, on minlərlə qaraçı, polyak və sovet əsiri məhv edilib.osvensim

Ot tayası boyda insan saçı, qalaq-qalaq eynək, çemodan, ayaqqabı, əlil protezi adamda vəhşət duyğuları yaradır.

Bəli, bura Yer kürəsinin ən vahiməli yeridi. Qaz kamerasından keçib krematoriyaya girəndə elə bilirsən osvensimmilyonlarla insanın bağırtısı qulağında cingildəyir.


Uşaqların üzündə əvvəllər rastlamadığım ifadə vardı. Balaca Ayanın gözlərindəki qorxu qarışıq kədəri görəndə bir anlıq onları bura gətirdiyim üçün özümü qınadım. Sonra ətrafda yüzlərlə turist arasında onlardan da kiçik uşaqlara baxdım, daha qınamadım.

Səfər öncəsi Stiven Spilberqin “Şindlerin siyahısı”, Uve Bollun “Auschwitz” kimi filmlərinə birgə baxmışdıq deyə onları hazırlıqlı bilirdim. Görünür muzey daha real təəssürat yaradırmış.osvensin

Qiyamlar diyarı

Divar boyu gəzintini davam edirik. 1944-cü il qiyamında iştirak etmiş uşaqların xatirəsinə düzəldilən heykəlin (Pomnik MaÅ‚ego PowstaÅ„ca) önündə dayanırıq.

gencUşaqlara Polşa tarixində olan qiyamlardan danışıram. 1830, 1863-cü illərdə Rusiya imperiyasına, 1944-cü ildə alman faşistlərinə, 1980-ci ildə kommunist rejiminə qarşı “Solidarnost” hərəkatından bildiklərimi deyirəm. Ötən yay Gdanskda olanda “Solidarnost” muzeyində olmuşduq, hərəkatın başladığı gəmiqayırma zavoduna getmişdik.

Dolanıb Bazar meydanına gəlirik. Burda saysız-hesabsız restoran-kafenin səyyar filialı var. Baxa-baxa keçirik. Menyüsündə əsasən polyak milli yeməkləri olan “Zapiecek” kafesini seçirik.

Kəmərin altını bərkidib qələbəlikdə gəzintiyə davam edirik. Axşam düşüb, şər qarışsa da heç kim evə tələsmir.

Ugur

Adamların sıx olduğu küçənin tinində bir dəstə gənc musiqiçi ötənlərin diqqətini çəkməyə çalışır. Yaxınlaşırıq. Yaraşıqlı qız skripkada tanış musiqi çalır. Uğura işarə edirəm ki, qoşul bunlara. Əvvəl utanır. Sonra qızdan skripkanı elə ərklə istəyir ki, sanki yüz ilin dostudu. Alıb əla bir popuri çalır.

Şopenin ürəyi

Növbəti günün səhəri Müqəddəs Xaç kilsəsində (KoÅ›ciół ÅšwiÄ™tego Krzyża) Şopenin ürəyi gömülən sütunun yanında uşaqlara dedim ki, qəlbiylə dinləməyi bacaran kəs bu ürəyin döyüntüsünü eşidə bilər. Elə inamla söylədim ki, dediyimə az qala özüm də inandım.

heart

İyirmi yaşında Polşanı tərk edəndə bir daha qayıtmayacağı Şopenin ağlına da gəlməzdi. Qəbri Parisdə qazılan bəstəkar ürəyinin vətəndə dəfn olunmasını vəsiyyət edib. Onun ürəyini vətənə bacısı gətirib. Yerji Antçakın çəkdiyi “Şopen. Sevgi arzusu” filmində bu səhnə yaxşı təsvir edilib, baxmağı şopensevər oxuculara tövsiyyə edirəm.

Kilsədə, ürəyin qoyulduğu sütunun önündə adam özünü ziyarətgahdakı kimi hiss edir. Şopen musiqisini duyub sevənlər üçün bura elə müqəddəs ziyarətgahdı. Allah evində uyuyan bəstəkar qəlbi ”“ məbəd içində altar.chopin

Şopenin muzeyi kilsədən elə də aralı deyil. Piyada 15 dəqiqəyə Okolnik küçəsi 1 ünvanında yerləşən
muzeyə çata bilərsən. Şopenin notları, əlyazmaları, fortepianosu sanki böyük bəstəkarla canlı ünsiyyət vasitələridi.

Qızım Nərgiz yaşadığımız Blekinge lənində (inzibati ərazi vahidi) keçirilən müsiqi müsabiqəsinin qalibi olanda Şopenin “Op.7 No.1” saylı mazurkasını da çalmışdı. İndi onun fortepianosuna elə maraqla baxırdı ki, elə bil, bəstəkarın özüylə danışacaqdı.

Palas Kultura ”“ mədəniyyət ironiyası

palas

Kommunist dövrünün “Palas Kultura” deyilən əzəmətli binası şəhərin mərkəzində Misir ehramı kimi durur. Eyfel qülləsi Parisin hər yanından göründüyü kimi bu nəhəng bina da Varşavanın dörd-bir tərəfindən boy verir.palas

Polyaklar ona ağır illərin acı xatirəsi kimi baxırlar. İkinci Dünya Müharibəsindən sonra qalib kommunistlər çox ölkənin paytaxt şəhərində belə möhtəşəm binalar tikiblər. Kommunizmin əzəmətini göstərən bu binalara “Stalin göydələni” deyirdilər. Bakıda “hökumət evi” dediyimiz bina da bu silsilə tikililərdəndi.

Stalin adına Elm və Mədəniyyət Sarayı kimi tikilən “Palas Kultura”dan hünpalasdür bina tikintisinə uzun illər icazə verilməyib. Yalnız kommunizm erası bitəndən sonra binanın ərtafında xeyli müasir göydələn tikildi.

231 metrlik “Palas Kultura”nın 33-cü mərtəbəsində şəhərə mənzərə açılır. Turistlərin çox gəldiyi yerlərdən biridir bura.

Yeri gəldi, onu da deyim ki, turistləri ən çox cəlb edən Polşa şəhəri Krakovdu.

İKİNCİ HAŞİYƏ ”“ Renesans yadigarı Krakov

Krakov 1611-ci ilədək Polşanın paytaxtı olub. Onun inkişaf edib başqa məşhukrakovr Avropa şəhərləriylə yanaşı durmasında İtaliyada başlayan İbtibah dalğası əsas rol oynayıb. O dövrün məşhur italyan rəssamları, tacirləri bura axışıb və təbii olaraq özləriylə yeni mədəniyyət havası gətiriblər.

Sürət qatarı Varşavadan bura iki saat yarıma gəlir. Dörd saata maşınla da yetişmək olur. Özü də əsl Avropa standartlarına cavab verən yeni magistral yolla gəlsəkrakov2niz yolurmazsınız.

Polyakların ən çox sevdiyi şəhər Krakovdu. Müharibədən salamat qurtulan şəhər saysız tarixi abidələrini qoruyub saxlayır. Yolunuz bura düşsə, şəhərin qədim hissəsinə ”“ Köhnə şəhərə (Stare Miasto) mütləq baş çəkin. Bazar meydanı (Rynek Główny), Müqəddəs Məryəm kilsəsi, Barbakan qala tikilisi, xüsusilə xoşuma gələn Qumaş bazarı (Sukiennice w Krakowie) burda yerləşir. Qumaş bazarı bir suyu İstanbulun Çarşı bazarını xatırladır, amma o boyda yekə yer deyil.

krakov4Krakova gəlib Vislanın Şərq sahilindəki Vavel təpəsində yerləşən, Polşanın simvollarından sayılan Vavel (Wawel) tarixi kompleksinə baş çəkməsəniz günah olar.

Kral qəsri, polyak müqəddəslərinin uyuduğu neçə-neçə kilsə, Məryəm Ana rotondası (dairəvi sütunlu günbəz), qüllələr, darvazalar, bir sözlə, müxtəlif təyinatlı tarixi tikililərə baxdıqca özünü orta əsr Avropasında hiss edirsən.

Varşavada barəsində uşaqlara danışdığım Polşa prezidenti Lex Kaçinski Müqəddəs Stanislav və Vatslav Kafedral kilsəsində uyuyur. Əvvəlki səfərimdə ziyarət etmişdim. Bu dəfə dini ayinlərin icra olunduğu vaxta düşdü deyə turistləri içəri buraxmadılar.

HAŞİYƏ İÇİNDƏ HAŞİYƏ. Əvvəlki səfərim 2010-cu ilin iyulunda olmuşdu. Demokratiyalar İcmasının 10 illik yubileyinə gəlmişdim. Konfransda dünyanın dörd bir tərəfindən neçə-neçə ölkənin hazırkı və keçmiş lideri, dünya çaplı siyasətşünaslar, iqtisadçılar, demokratiya fədailəri iştirak edirdi. ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun gənc demokratiyalara yönəlik çıxışını xatırlayıram. “Demokratiyanın yarımçıq təbəssümü” adlı yazıda o səfər haqda yazmışam. Uşaqlara bundan söz akrakov3çdım, maraqlı gəldi, oturub danışmamı istədilər, bir kafeyə döndük. Demokratiya fəalı olan hər kəsə tövsiyə edirəm o məqaləni ”“ bugün-sabah ABŞ prezidenti olacaq xanım Klintonun məni inandırmayan çağırış-çıxışından yaranan o yazını bloqumda oxuya bilərsiniz.

Krakovda qalmağa yer soraqlasanız “Royal” hoteli nişan verərəm. Sadaladığım yerlərə yaxın tarixi binadı. Bu yaxınlıq qəfil leysana düşəndə dadımıza elə çatdı ki, dedim, bir də gəlsəm yenə burda yer alacam. Aşağısında da xudmani restoranı var.

Rəsulzadənin ayaq izləri

Məmməd Əmin Rəsulzadənin Varsavadakı unvanı ”“ Poznanska 4. 1930-cu illərdə burada çap etdirdiyi vizit kartında bu unvan yazılıb. Tədqiqatçı dostumuz Dilqəm Əhməddən aldım bu vizit kartı.Resulzadenin

Ünvandakı bina yeni tikiliyə oxşayır, görünür müharibə vaxtı dağılıbmış. Bəlkə də yenidən nömrələmədə dəyişiklik olub. Əsas bina deyil, bu böyük insanın adı olan ünvandı.

resulzadeninUşaqlarla gəldik ziyarət edək və deyək ki, sən bizimsən, bizimsən, son azərbaycanlı yaşayanacan, ey böyuk insan! Sən bizim mənəvi atamız, səmt ulduzumuzsan! Sənin izin olan hər yer əzizdi bizə!

Rəsulzadə mühacirət illərini sürdüyü ölkələrdə Azərresulzadeninbaycanı nəşr etdirdiyi qəzet, jurnal və kitablarda yaşadıb. 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitabını bu şəhərdə yaşayan dostum Hicran Əliyevada görmüşəm.

İndi bu sakit küçəyə baxıram, xəyalımda o böyük insanın ayaq səslərini dinləyirəm elə bResulzadeil.

Budur! Yanımdan bir cüt adam keçdi, qol-qola, aramla, küçənin sükutu pozulmasın deyə pıçıltıyla danışırlar. Qulağım tək bir sözü çaldı: “Azərbaycan!” Qərib Məmməd Əmin sevgilisi Vandaya yurdundan danışırdı. Cütlük tarixin səhifəsi çevrilirmiş kimi döngəni dönüb o biri küçəyə keçdi.

Mənsə xəyalımdan ayrılıb yoluma davam etdim.

Visla sahilində Atillanın əsgəri

 

Atillanın

Lazienki parkı Varşavanın çox sevdiyim yerlərindəndi. 76 hektar ərazini əhatə edən parkda Polşa krallarının yay rezidensiyasından tutmuş rəsədxanayacan cürbəcür tarixi abidələr var. Sonalı göllər fonunda “Roma teatrı”, “Misir qəsri”, bir-birinə bənzəməyən saraylar xüsusilə gözəl görünür.

Şopenin heykəli ətrafındakı açıq konsert meydaçasında yay axşamları simfonik orkestrin ifasında dahi bəstəkarın musiqisini dinləmək şansı da qazanarsan, yolun burdan düşsə. Əvvəlki səfərlərin birində belə bir xoş təsadüfə rastlamışdım.

Chopin-panorama-O

Parkda heykəllərin sayı-hesabı yoxdu, amma biri haqda ətraflı yazmaq istəyirəm. Osmanlı ordusunu Vyana yaxınlığında durduran kral III Sobieskinin at belində heykəlini deyirəm. Atın ayaqları altında iki nəfər imdad diləyir. Başı çalmalı Osmanlı əsgəri məğlub orduya işarədi. İkinci əsgərin isə hörüklü saçı vardı.

“Osmanlılar hörük saxlamırdılar, bu, Atillanın əsgəridi. Heykəli 1788-ci ildə düzəldən heykəltaraş nə demək istəyib bununla?”, ”“ deyə uşaqlara sual verdim.

Sonra parkın skamyalarının birində oturub mövzunu davam etdik.

lazienki

Heykəl tökülən zaman Avropada türk ruhu hələ mövcud idi, heykəltəraş bu obrazları boş yerə yaratmayıb. Osmanlılar Avropaya gələnə qədər burada hərbi və bəzi rəsmi əmrlər qədim türk dilində verilirmiş.

Bəlkə də Osmanlıların buralara gəlməyi tarixi səhv olub. Onlar bununla özləri də bilmədən min il əvvəlki türk ruhunu təzələyiblər və nəticədə bu izlərin “yox edilməsinə” rəvac veriblər. Heykəltəraş kralın qələbəsi ilə qədim Hun türklərinin Avropadakı minillik nişanələrinə də son qoyulduğuna işarə edir”¦

Kopernikin göyüzü

Varşavaya uşaqlarınızla gələndə sadaladığım ünvanlara gedə bilməsəniz indi söz açacağım bu iki yerə mütləq gekopernikdin. Biri “Kopernik” Elm Mərkəzidi, o birisə “Varşava üsyanı” muzeyi. Hər iki yerdə alacağınız təəssürat uzun müddət sizi tərk etməyəcək, uşaqlarınızın isə istər bilik, istərsə də mənəvi dünyagörüşündə xoş iz buraxacaq.

“Kopernik” Elm Mərkəzi nəhəng elm muzeyidi. Burda yüzlərlə interaktiv eksponat var. Cürbəcür laboratoriya ziyarətçilərin ixtiyarına verilir ki, özləri təcrübə aparsınlar. Bu muzeyə ayrıca bir yazı həsr olunmalıdı.kopernik

Uzun yazmayım, bircə onu deyim ki, gəldiyiniz gün muzeyin istədiyiniz bölməsinə bilet tapmaya bilərsiniz. Odur ki, səfəröncəsi bileti muzeyin saytından almağınızı tövsiyyə edirəm. Ətraflı məlumatı bu səhifədə tapmaq olar: //www.kopernik.org.pl

ÜÇÜNCÜ HAŞİYƏ ”“ Kopernikin evində”¦

Kopernikin Varşavadan 260 kilometrlik məsafədə yerləşən Torun şəhərindəki ev muzeyi sarayı xatırladır. O dövr üçün kifayət qədər böyük olan ev zəngin tacir atasından qalıb.

kopernik“Səma cisimlərinin hərəkətinə dair” kitabı ilə elmi inqilabın başlanğıcını qoymuş  Kopernikin əsərləri ölümündən uzun illər sonra qadağan olunur. Kilsə onu kafir elan edir. İnkvizisiya məhkəməsi onun elmi varislərindən biri Qalileyi ömürlük ev dustağı etsə də, Brunonu tonqalda yandırır.

“Allahla söhbət eləyən” Kopernikin evinkopernik2də olmaq uşaqlara maraqlı gəldi. Əlbəttə, mənə də maraqlıydı, amma məni heyran edən onun əşyaları, əlyazmaları, ulduzölçən alətləridən çox bu evini 500 ildi qoruyub saxlayan bir xalqının öz tarixinə, tarixi şəxsiyyətinə verdiyi dəyər oldu.

Bakının istər İçərişəhərində, istər Bayırşəhərində sökülən neçə-neçə tarixi binada nə qədər tarixi şəxsiyyətin, elm, mədəniyyət adamının ev muzeyini aça bilərdik, tariximizə, bizə tarix yazan adamlarımıza dəyər verən olsaydıq.

***

“Varşava üsyanı” muzeyi 1944-cü ildə alman faşistlərinə qarşı gizli hökumətin başlatwarsaw-rising-museumdığı müqavimət hərəkatına həsr olunub. Dördmərtəbəli binada yerləşən muzeydə mindən çox foto, yüzlərlə eksponat nümayiş edilir. Muzeydə seyr etdiklərin azadlıq mücadiləsi aparan xalqın qəhrəmanlıq tarixinə işıq salmaqla yanaşı iki işğalçı dövlətin ”“ faşizm və kommunizm kimi bəşər düşməni ideologiyaların mahiyyətini anlamağa da kömək edir.

***

Polşa tarixi dövlət müstəqilliyi, insan hüquq və azadlıqları uğrunda mübarizə tarixidi. Varşavaya səfər yazımı da elə bu muzeylə ”“ “üsyan” muzeyi ilə də bitirdim.

warszawa

Azadlıq sözünün mahiyyətini tam dərk eləmək üçün saysız-hesabsız nümunələrlə zəngin bir ölkəyə hər bir azadlıqsevər insanı səfər etməyə həvəsləndirmək üçün yazdım bu yazını.

Gəlin, görün, tanıyın!

Vahid Qazi

Avqust 2016

Karlskrona, İsveç

Oxşar xəbərlər
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:43, Bu gün
İranda zəlzələ olub
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib