Vasif Talıbov tələbələri mukafatlandırdı
Oxunub: 1893
23 Aug 2016 | 13:43
Vasif Talıbov tələbələri mukafatlandırdı
Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunubdur. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 12 məktəb binasının tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2016-cı ildə ümumtəhsil məktəblərini 3138 məzun bitirib. Məzunların 2469-u ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 78,9 faizini təşkil edir. Sənəd verənlərin 1244-nü və ya 50,4 faizini qızlar, 1225-ni və ya 49,6 faizini isə oğlanlar təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizidir. Məzunlardan 191-i xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib.
 
Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olubdur ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 65 faizini təşkil edir. Naxçıvan şəhəri üzrə 508 nəfər sənəd verib, 380 nəfər qəbul olub, Şərur rayonu üzrə 512 nəfər sənəd verib, 288 nəfər qəbul olub, Babək rayonu üzrə 452 nəfər sənəd verib, 251 nəfər qəbul olub, Ordubad rayonu üzrə 251 nəfər sənəd verib 167 nəfər qəbul olub, Culfa rayonu üzrə 302 nəfər sənəd verib, 156 nəfər qəbul olub, Şahbuz rayonu üzrə 136 nəfər sənəd verib, 83 nəfər qəbul olub, Kəngərli rayonu üzrə 146 nəfər sənəd verib, 87 nəfər qəbul olub, Sədərək rayonu üzrə 48 nəfər sənəd verib, 23 nəfər qəbul olub, Heydər Əliyev adına tam orta məktəb üzrə 58 nəfər sənəd verib, 49 nəfər qəbul olub, Naxçıvan Qızlar Liseyi üzrə 38 nəfər sənəd verib, 36 nəfər qəbul olub, Qarnizon tam orta məktəbi üzrə sənəd verən 18 nəfərin hamısı qəbul olublar. Yüksək bal toplayanların sayı ötən ilə nisbətən 25 nəfər, 600-700 arası bal toplayanların sayı isə 8 nəfər artıb. 2016-cı il qəbul imtahanlarında 121 məktəbin məzunları yüksək nəticələr göstərib.
 
Təhsil naziri deyib ki, ali təhsil müəssisələrinə qəbulda qızların da sayı artmaqdadır. 2016-cı ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 194 nəfər və ya 57,5 faiz olub. Ümumilikdə tələbə adını qazanan məzunların isə 813 nəfəri və ya 53 faizi qızlardır. 2015-2016-cı tədris ilində tələbə adını qazanan məzunlardan 63-ü xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Təhsil şöbələri və təhsil müəssisələri üzrə yüksək bal toplayanların sayı aşağıdakı kimidir: Naxçıvan şəhəri üzrə 90, Şərur rayonu üzrə 56, Babək rayonu üzrə 46, Ordubad rayonu üzrə 45, Culfa rayonu üzrə 35, Şahbuz rayonu üzrə 21, Kəngərli rayonu üzrə 16, Sədərək rayonu üzrə 5, Heydər Əliyev adına tam orta məktəb üzrə 10, Naxçıvan Qızlar Liseyi üzrə 10 və Naxçıvan Qarnizonunun tam orta məktəbi üzrə 4 məzun 500-700 arası bal toplayıb. Qeyd olunub ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. 2016-cı ildə 998 məzun ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Onlardan 655-i Naxçıvan Dövlət Universitetinə, 142-si “Naxçıvan” Universitetinə, 201-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olublar. 27 məzun “Qızıl” və “Gümüş” medallara layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlardan 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıblar. Yüksək bal toplayan abituriyentlərdən 178-i Naxçıvan Dövlət Universitetinə, 15-i Bakı Dövlət Universitetinə, 26-sı Azərbaycan Tibb Universitetinə, 23-ü Azərbaycan Dövlət İqtisad Universitetinə, 22-si Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 20-si Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 5-i Azərbaycan Diplomatik Akademiyasına, 5-i Bakı Ali Neft Məktəbinə qəbul olub.
 
Valideyn Cəmilə Əliyeva çıxış edərək deyib ki, muxtar respublikamızda Heydər Əliyev yolu davam və inkişaf etdirilir. Sosial-iqtisadi həyatda sürətli inkişafa nail olunur, şəhər və rayonlarımız günü-gündən abadlaşır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Övladlarımız yüksək qayğı ilə əhatə olunur və sağlam, milli ruhda böyüyürlər. Bu gün onların daha yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb. Bu şəraitin nəticəsidir ki, ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı ilbəil artmaqdadır. Sonra valideyn Cəmilə Əliyeva qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı nəticəsində onun övladı da 695 bal toplayaraq tələbə adını qazanıb. Valideyn üçün övladını təhsilli və vətənpərvər görməkdən böyük xoşbəxtlik ola bilməz. Cəmilə Əliyeva bütün bunlara görə valideynlər adından minnətdarlıq edib.
 
Qəbul imtahanlarında 696 bal toplayan Ramil Məmmədzadə çıxış edərək deyib: Bu gün bizim hamımız hədsiz sevinc və fərəh içindəyik. Ona görə sevinirik ki, tələbə adını qazanmışıq. Muxtar respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, məktəblərimizin ən müasir kompüter və elektron lövhələrlə, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi bizi daha yaxşı oxumağa ruhlandırıb. Bu şəraitdən istifadə edərək zəruri elmi biliyə və dünyagörüşə yiyələnmişik. Yaradılan şəraitə və çəkilən zəhmətə cavab olaraq digər həmkarlarım kimi mən də öz məsuliyyətimi dərindən dərk edərək qəbul imtahanlarında 696 bal toplamış və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq ixtisasına qəbul olunmuşam. Ramil Məmmədzadə gəncliyin inkişafına göstərdiyi qayğıya görə ali məktəblərə qəbulda yüksək bal toplamış bütün tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək söz verib ki, milli dəyərlərimizə hörmətlə yanaşacaq, savadlı, vətənpərvər gənclər kimi yetişəcək və ölkəmizin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: Hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyirsə, ilk növbədə təhsilə diqqət yetirməlidir. Təhsil olmadan gələcək haqqında düşünmək mümkün deyil. Təhsilin cəmiyyətdə rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan dövlətinin əsas məqsədi gənclərimizi təhsilə, elmə cəlb etmək, təhsilin keyfiyyətini artırmaq və bu sahəni daha da inkişaf etdirməkdir”.
 
Ali Məclisin Sədri deyib: Ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən əsası qoyulan yeni təhsil strategiyası bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında inkişafın əsas hərəkətverici qüvvəsidir. Hər il Naxçıvanda təhsil infrastrukturu müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları istifadəyə verilir. Ümumtəhsil məktəblərində ən müasir tədris şəraiti yaradılmış, 3725 kompüter və 600-dən çox elektron lövhə quraşdırılmış, distant təhsil tətbiq olunmuşdur. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, təhsildə ciddi dönüş yaranmış, tədrisin keyfiyyəti yüksəlmişdir. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 338-nin ali məktəblərə qəbulda 500-700 arasında bal toplaması da uğurlu təhsil strategiyasının nəticəsidir. Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Gənclər təhsil aldıqları ixtisas üzrə işlə təmin olunur, dövlət idarəçiliyində irəli çəkilirlər. Bir sözlə, müasir gəncliyə hər yerdə etibar və inam vardır.
 
Ali Məclisin Sədri gənclərə müraciət edərək deyib: Bu gün sizin həyatınızda mühüm mərhələ başlayır. Ölkəmizə və xalqımıza yararlı vətəndaş olmaq, əsl mütəxəssis kimi yetişmək üçün qarşınızda yeni imkanlar açılır. Bu imkanlardan yararlanmalı, daim öz üzərinizdə işləməli, mütaliə etməli, seçdiyiniz ixtisası dərindən mənimsəməlisiniz. Müasir dövrdə təhsil almaq gənclər üçün nə qədər vacibdirsə, peşə sahibi olmaq, əsl mütəxəssis kimi yetişmək də bir o qədər vacibdir. Bu gün sizə baxarkən gələcəyin həkimini, müəllimini, mühəndisini, hərbi qulluqçusunu və digər peşə sahiblərini görür və bununla qürur duyuruq. Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz.
 
Ali Məclisin Sədri bu yolda gənclərə uğurlar arzulayıb.
 
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.


Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB