Müharibə variantı yenidən gündəmə qayıdır...
Oxunub: 1566
03 Aug 2016 | 11:47

Müharibə variantı yenidən gündəmə qayıdır...
Ermənistan prezidentinin son bəyanatının ardınca Paris danışıqlarına hansı üzlə gedəcəyi sual doğurur; hərbi və siyasi şərhçilər işğalçı ölkənin qarşısında konkret tələblər qoymağı zəruri sayır... 
İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıqdır ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra prezident Serj Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxdı və bu çıxışı ilə də Ermənistandakı silahlı dəstənin arxasında əslində özünün dayandığını, bütün bu oyunların Qarabağla bağlı oynanıldığını nümayiş etdirdi.

İctimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edən Ermənistan prezidenti deyib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir. Onun sözlərinə görə, konstitusiya islahatları məhz buna yönəlib. “Əminliklə deyirəm ki, cəmi bir neçə ay sonra Ermənistanda məhz belə hökümət olacaq” - o bildirib. 

Daha sonra o, Qarabağ məsələsi haqda danışarkən “birtərəfli güzəştlərin olmayacağını” deyib. “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram” -Sərkisyan deyib.

Ölkədə Qarabağa görə qiyam təşkil edən, xalqın küçələrə çıxmasına şərait yaradan, radikalların Qarabağla bağlı silaha əl atmasında göz yuman S.Sərkisyan sonda verdiyi Qarabağ bəyanatı ilə həm etirazları səngitməyi düşünür, həm də bununla qarşıdakı görüşlər üçün kart-blanş əldə etməyə çalışır. Bundan əvvəl “dünya yığılsa da, Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa razı sala bilməz” deyən Sərkisyan indi də “xalq etirazları”nı əsas gətirib güzəştli sülhdən yayınmağa çalışır. 



Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti binanın tutulması ilə bağlı 47 şəxsin saxlanıldığı barədə məlumat yayıb. Proseslərin episentrində dayanmış, məhbus müxalifətçi Jirayr Səfilyan isə 2006-cı ildən sonra ikinci dəfə dövlət çevrilişinə cəhddə günahlandırılıb. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Səfilyan livanlı dostu Ralf İrikyanla birlikdə “Pekin” restoranında nahar edərkən tutulmuşdu. Ralf İrikyan Ermənistanın biznesini oğurluq və reket yolu ilə deyil, öz əlləri ilə qurmuş azsaylı milyarderlərindən biridir. O, “Vivasel MTS” telekommunikasiya şirkətinə rəhbərlik edir. 
Qeyd edək ki, iyulun ortalarında Jirayr Səfilyanın tərəfdarlarından ibarət bir qrup İrəvanda polis idarəsinin binasını ələ keçirmişdi. İki həftəlik silahlı qarşıdurma ərzində onlar hakimiyyətdən liderlərinin azad olunmasını tələb edirdilər. Silahlı şəxslərlə üz-üzə dayanmağın təhlükəli olduğunu anlayan erməni hakimiyyəti isə ölkədə bəzi silah növlərinin satışına qadağa qoyub. Bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.



Ermənistanda “İrs” partiyasının nüfuzlu nümayəndələri David Sanasaryan və Ovsep Xurşudyan da həbs olunanlar arasındadır. İrəvan Ağsaqqallar Şurasının üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryan haqqında iki ay müddətinə həbs qərarı verilib. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Sanasaryanın vəkili Robert Revazyan bildirib. Vəkil vurğulayıb ki, Sanasaryan kütləvi iğtişaşların təşkilində şübhəli bilinir. 

Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və “Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi" maddələri üzrə ittiham irəli sürülüb. Şübhəsiz ki, Sərkisyan daha il yarım müddətində məhkəmə şouları ilə ölkədə baş qatmağa çalışacaq və həm də vasitəçilərə Qarabağda güzəştlərə getməsinin ”riskli" olduğu barədə bəhanələr uyduracaq. Xüsusilə də onun Qarabağ üçün “canından keçməyə” hazır olduğunu bəyan etməsi Azərbaycana mövqeyini qətiləşdirmək və növbəti əməliyyatlara hazır olmaq mesajı da verir. Belə görünür ki, Sərkisyan son bir ayda cəbhəyə iki dəfə gəlməklə mövqelərdəki durumu öyrənmək istəyib. Bunun ardınca müharibə müsajını səsləndirməsi ondan xəbər verir ki, aprel döyüşləri Sərksiyana dərs olmayıb. “Ermənistan prezidenti Serj Sərkisyanın ”canımdan keçərəm, Qarabağdan keçmərəm" açıqlaması daxili və xarici auditoriyaya hesablanıb. Daxilə mesajı budur ki, narahat olmayın, Qarabağ danışıqlarında güzəştə getməyəcəm, xarici auditoriyaya isə demək istəyir ki, "mənə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsində təzyiq etməyin, yoxsa Ermənistanda xaos başlana bilər". 

Politoloq Elxan Şahinoğlu bunu “Yeni Müsavat”a açıqlamasında dedi. 

Ekspertin sözlərinə görə, bu mesajlar Sərkisyanı xilas etməyəcək: “Demaqogiya ilə məşğuldur, ölkəni uçuruma yuvarlandırıb, iqtisadiyyat və sosial sahə dağılıb, ölkəni tərk edənlərin sayı durmadan artır və ən nəhayət, Ermənistanı Rusiyanın əlavəsinə çevirib, indi də bəd ayaqda əhalini Qarabağla bağlı ”şüarla" sakitləşdirmək istəyir. Ona görə biz elə etməliyik ki, Sərkisyan Dağlıq Qarabağı itirməklə, özünün təbirincə desək, canından da keçsin. Çünki o, bizə başqa alternativ qoymur. Ötən müsahiblərimdə demişdim ki, Ermənistandakı daxili qarşıdurmanın gedişatını diqqətlə izləməli və buna uyğun qərar verməliyik. Qarşıdurma indiki mərhələdə nisbətən səngiyib, polis məntəqəsi qiyamçılardan azad edilib. Yəqin ki, indi ikinci mərhələ başlayacaq. Bu mərhələdə həbslərin sayı artacaq. Növbəti mərhələdə isə hakimiyyətlə sistemdən kənar müxalifətin və cəmiyyətin fəal hissəsi ilə növbəti qarşıdurması baş verəcək. Bu arada Ermənistanda terror hadisələrinin, sui-qəsdlərin baş verməsi ehtimalı da az deyil". 



E.Şahinoğluna görə, aydındır ki, biz bütün mərhələləri gözləməli deyilik: “Azərbaycan prezidenti İlham Əliyev erməni həmkarı ilə növbəti görüşdə məsələni sərt qoymalıdır: Ermənistan status və ya referendumun keçirilmə tarixi şərtini irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə hazırdır, ya yox? Sərkisyan bu suala növbəti dəfə ”yox" cavabı verdiyi halda, biz tədbirlərimizi buna görə verməliyik. Həm də bu cavabı beynəlxalq birlik də görəcək. Doğrusu, növbəti nəticəsiz danışıqlardan sonra Sərkisyanla bir müddət görüşməyin əhəmiyyəti qalmayacaq. Azərbaycan prezidenti İlham Əliyev özü də dəfələrlə vurğulayıb ki, imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etməyəcək. Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirsə, demək, növbəti danışıqların imitasiya əhəmiyyəti daşıyacağı üzə çıxacaq. Aprel ayından bu yana danışıqların gedişatı göstərir ki, Sərkisyanın masa arxasındakı mövqeyi dəyişməyib. Ona görə də cəbhə bölgəsində işğalçıya qarşı təzyiqi artırmalıyıq".



Politoloq Arzu Nağıyev isə hesab edir ki, bu, Sərkisyan tərəfindən verilən birinci belə bəyanat deyil: “Bəzi kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də bunu deyib. Məlumdur ki, İrəvanda düzənlənən sonuncu siyasi şouda Sərkisyan öz istəyinə çata bilmədi. Çünki əsas tələb Dağlıq Qarabağ münaqişəsində güzəştə getməməkdən ibarət idi. Eyni zamanda Dağlıq Qarabağdakı separatçılar qarşısında da ”müstəqillik" sözü verməkdə davam edən Sərkisyan bununla öz hakimiyyətini qoruyur və status-kvonu saxlayır, danışıqları uzadır. Məqsəd də seçkilərə qədər uzatmaq və hakimiyyətdən getməkdir. Təbii ki, bu, ilk növbədə Azərbaycanı qane etmir, bundan başqa, Qərb də regionda təhlükəsizliyin təmin edilməsinə çalışır. Əsas oyunçu kimi Rusiya da stabillikdə maraqlı olmalıdır. Yəqin ki, Türkiyənin də Rusiya ilə yaxınlaşması problemin həllinə müsbət təsir edə bilər. Azərbaycan belə bir vəziyyətdə təbii ki, öz prinsiplərindən geri çəkilməyəcəkdir və bütün beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə çalışacaqdır . Bunun üçün də ATƏT müvafiq qərarlar verməlidir. 

Əsasən ilk mərhələ kimi rayonların işğalçı ordudan təmizlənməsidir. Ermənistanda isə etiraz aksiyaları müvafiq ssenari üzrə davam edəcəkdir, çünki bununla onlar dünya ictimaiyyətinə sübut etməyə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanin ərazi bütövlüyü çərçivəsində həll olarsa, guya Ermənistanda dövlət çevrilişi baş verə bilər. Buna da məlumdur ki, Rusiya və hətta Qərb də imkan verməz. Bütün bunlardan belə nəticə çıxarmaq lazımdır ki, Azərbaycan sülh danışıqlarına getsə də, hərbi yolla olan variantı daima ehtiyat variant kimi hazır vəziyyətdə saxlamalıdır və düşünürəm ki, belədir".



“Ermənistanın cinayətkar rəhbəri Serj Sərkisyan faktiki olaraq Qarabağla bağlı indiyə kimi gizli şəkildə, tülkücəsinə zaman-zaman üstüörtülü, bəzən açıq formada danışıqlar aparmaqla imitasiya edən mövqeyini artıq konkret olaraq bütün dünyaya bəyan etdi”. Bu fikirlər isə hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur. Əməkdaşımızla söhbəti zamanı o bildirdi ki, bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi təcili olaraq ATƏT-in Minsk Qrupundan bu məsələ ilə bağlı açıqlama və mövqe tələb etməlidir: “Yəni onlar İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıq ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra Sərkisyanın Qarabağla bağlı verdiyi açıqlama ilə bağlı sözlərinə aydınlıq gətirməlidirlər. Zatən, onsuz da biz bilirdik ki, ermənilər 1994-cü ildən bu yana, sadəcə, vaxt udmaqla bu prosesi bacardıqca uzatmaq istəyirdilər. İndi isə Sərkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edərkən ”birtərəfli güzəştlərin olmayacağını" deyib. Bununla da, mən hesab edirəm ki, bundan sonra heç bir danışıq prosesinə vaxt sərf etməyə dəyməz. Elə Minsk Qrupu da üzüsulu fəaliyyətini dayandırsa, pis olmaz. Bir cani və ona havadarlıq edən qüvvələr, faktiki olaraq bütün dünyanı Qarabağ məsələsinin həlli ilə bağlı barmağına dolamış kimi davranır. Heç kimin də ona yerinin göstərməsinə cəhd etməsini biz görmürük. Ona görə də bu məsələnin yeganə çözümü Azərbaycan dövləti və onun Silahlı Qüvvələri olmalıdır. Başqa yol artıq qalmayıb. Mənasız danışıqlar və vaxt itkisi bizim ziyanımıza işləyə bilər".

***

Bu arada məlum olub ki, avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbəndyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü olacaq. Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib. “Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb”, - deyə konqresmen bildirib. Hələlik rəsmi Bakı görüş faktını təsdiqləməyib. Mümkündür ki, nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün detallarını müzakirə etsin. Vyana və Sankt-Peterburq görüşünün ardınca dövlət başçılarının Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi deyilir. Lakin Sərkisyanın son bəyanatından sonra görüşün mənası qalmır. 

Prezidentlərin Fransada gözlənilən növbəti görüşünü şərh edən politoloq Rasim Musabəyov deyib ki, Azərbaycanın əsas təkidi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mahiyyət üzrə danışıqlar getməlidir, hansısa kənar məsələlər barədə yox (axar.az). İrəvandakı son olaylara gəlincə, politoloqun sözlərinə görə, Sərkisyan hazırkı manevrləri ilə vaxt udmağa çalışır. “Məqsəd isə təbii ki, Dağlıq Qarabağla bağlı Fransada danışıqlar prosesinin növbəti mərhələsindən yayınmaqdır. Ancaq onun bu planı da baş tutmayacaq”-politoloq deyib.(musavat.com)
Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT