“Dünyanın 170 ölkəsində Fətullah Gülənin ən azı məktəbləri, ticarət əlaqələri var. Bu ölkələrin hər birində bu insanların dövlət çevrilişi etmək və ya siyasətə hər hansı formada təsir etmək imkanları demək olar ki, 0-a yaxındır. O cümlədən də, Azərbaycanda”.
Bunu
Moderator.az-a açıqlamasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada
olan polkovnik-leytenantı İlham İsmayıl Fətullah Gülən tərəfdarlarının Azərbaycanda
çevriliş təşkil etmək imkanında olması ətrafında yazılanlara münasibət bildirərkən
deyib.
İlham İsmayıl
daha sonra bildirib ki, məsələ digər ölkələrdə Türkiyədəki kimi deyil:
“Sadəcə
olaraq Ankaranın rəsmi siyasəti bu istiqamətə yönəlibdir ki, Fətullah Gülənin tərəfdarları,
onun nəzəriyyəsi, təlimi ilə olan tədris, ticarət və s. sahələrdə çalışanlar zərərsizləşdirilsin.
Yəni, bu daha çox Türkiyəni nəzərdə tutur, nəinki başqa ölkələri, çünki o
adamların əksəriyyətinin Türkiyə ilə ciddi əlaqələri var.
Bilirsiniz ki,
Azərbaycanda da 2-3 il bundan öncə təxminən belə bir dalğa yaşandı. O dalğa da
bir neçə şəxsin vəzifəsindən xaric edilməsi ilə nəticələndi. Bu, hələ o dövrdə Türkiyənin
təkidlərinin nəticəsində baş verdi. Müəyyən işlər görüldü, Qafqaz Universitetinin
51 faizi dövlətin sərmayəsinin keçdi.
Türkiyədəki
15 iyul hadisələrindən sonra isə Türkiyə rəsmilərinin həm Türkiyənin daxilində,
həm də kənarda xüsusi bir basqısı var. O basqının nəticəsində də bizdə Qafqaz
Universiteti, Gülənçilərlə heç bir əlaqəsi olmayan ANS telekanalı bağlandı”.
Ekspert sonda
bir daha vurğulayıb ki, Gülənçilərin Azərbaycanda dövlət çevrilişi etməsi mümkün
deyil:
“Gülənçilər Nigeriyada
belə var və onlar yenə deyirəm ki, daha çox tədris və ticarət əlaqələriylə məşğuldurlar.
Düzdür, Gülən yəni, nurçuluq nəzəriyyəsinin
səhv etmirəmsə, 21 və ya 22-ci maddəsinin sonunda şəriət dövlətinin, İslam dəyərlərinə
əsaslanan bir dövlətin qurulması məsələsi durur. Gülənçilər də bu istiqamətdə
iş görürdülər və təbii ki, bunun qarşısı alınmalı idi. Amma Azərbaycanda indiki
şəraitdə onların fəaliyyəti dövlət çevrilişi məsələsində 0-dan da aşağıdır. Bu,
mümkün deyil.
Onlar özləri
də siyasətdə aqressivliyin tərəfdarı deyillər, hələ ki, dünyanın hər yerində təkmilləşmə
prosesini keçirlər. Bəlkə də düşünürlər ki, zaman elə bir dövrə gəlib çatacaq və
bir 50 ildən sonra Azərbaycanda da nəsə
başqa bir iş görmək olacaq. Amma indiki hadisələr tamam başqa istiqamətdə gedir. Azərbaycanda
demək olar ki, adi bir siyasi partiyanın gücü daha çoxdur, nəinki Fətullah Gülən
məktəbindən keçənlərin”.
Xatırladaq ki,
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin
terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə
toxunub. Bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz
sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.
Rumiyyə