İrəvandakı “silahlı üsyan”, yoxsa “dərin dövlət”in oyunu?
Dünya
Oxunub: 1610
30 Jul 2016 | 09:40

İrəvandakı “silahlı üsyan”, yoxsa “dərin dövlət”in oyunu?

Serj Sərkisyan istefaya yola salınsa, Qarabağ danışıqları “0"dan başlanacaq, Azərbaycanın aprel döyüşlərindəki uğurları arxa plana keçəcək, düşmən öz mövqelərini möhkəmlətmək üçün vaxt qazanacaq

Qafar Çaxmaqlı: “Qarabağ danışıqları ərəfəsində, kritik qərarlar qəbul ediləcəyi gözləniləndə Ermənistanda belə olaylar baş verir”; Elxan Şahinoğlu: “Sərkisyan hakimiyyətdə ya sona qədər dirənməyə çalışacaq, ya da vəziyyətin çıxılmaz olduğunu anladıqda üçüncü ölkələrdən birinə qaçacaq”

İyulun 17-də Ermənistan polisinin post-patrul alayının binasını ələ keçirməklə ölkədə çox ciddi bir prosesin əsasını qoymuş silahlı dəstəni tamamilə ram etmək hələ ki mümkün olmayıb. İlk günlər “Şuşa” batalyonunun sabiq komandiri Jirayr Sefilyanın həbsdən azad edilməsini istəyən silahlılar artıq siyasi tələblər səsləndirir və prezident Serj Sərkisyanın istefasını tələb edirlər. 

Fasilələrlə Ermənistan paytaxtında silahlılara dəstək mitinqləri də davam edir və həmin aksiyaların iştirakçıları da Sərkisyandan hakimiyyəti təhvil verməyi istəyirlər. Ancaq hakimiyyətin bəzi istisnaları çıxsaq, silahlı birləşməyə qarşı səbirli davranışı ortada kifayət qədər müəmmaların olduğunu deməyə imkan verir. Düzdür, bir neçə dəfə silahlıların zərərsizləşdirilməsi üçün əməliyyatlar keçirilib, lakin müəyyən həbslər və itkilər olsa da, zəbt olunan post-patrul bölməsinin binasını azad etmək “mümkün olmayıb”.
Bu mənada proseslərin arxasında S.Sərkisyanın özünün dayandığı barədə iddialar var. Lakin bəzi müşahidəçilər hesab edir ki, İrəvanda baş verənlər “Ermənistan dərin dövləti”nin, üstəgəl, erməni lobbisinin ssenarisi üzrə davam edir. Lakin bu ssenaridən S.Sərkisyanın özünün də məlumatlı olduğu istisna deyil. Belə ki, aprel döyüşlərindəki uğursuzluqlardan sonra danışıqlarda mövqeləri kifayət qədər zəifləmiş Sərkisyanın artıq qarşı tərəfə diktə etmək imkanlarının olmadığını anlayan erməni lobbisi onun mövqelərini az da olsa, gücləndirmək üçün belə bir oyuna start verib. 

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

a8

Şübhəsiz ki, erməni lobbisi bu mərhələdə Qarabağ naminə hətta S.Sərkisyanı da vaxtından tez yola sala, istefaya göndərə bilər. Ötən illərin təcrübəsində Ermənistanda belə hallar az olmayıb. Belə ki, ermənilər “Ya hakimiyyət, ya Qaraba𔝠seçimi qarşısında qalanda birincini qurban veriblər. Ancaq əksəriyyət bu fikirdədir ki, S.Sərkisyanın istefaya göndərilməsi Azərbaycana sərf etmir. Əgər bu ölkədə növbədənkənar prezident seçkiləri olsa, a) ermənilər status-kvonu uzatmaq üçün əlavə vaxt qazanacaqlar, təmas xəttində mövqelərini möhkəmləndirəcəklər; b) yeni seçiləcək prezidentə vəziyyətlə “tanış olmaq” üçün xeyli vaxt lazım gələcək; v) Azərbaycanın aprel döyüşlərindəki uğurları və indiyədək aparılan Qarabağ danışıqlarının mənası qalmayacaq, yeni hakimiyyət hər şeyin “0"-dan başlamasını istəyəcək. 

a3

“Ermənistanda süni surətdə qızışdırılan qarşıdurmalar uydurulmuş məsələlərdir. Sərkisyan ölkəni məhz Qarabağa görə bir-birinə qatır. Ermənistanda belə bir fikir formalaşıb ki, guya danışıqlar prosesində Rusiyanın təklif etdiyi yol xəritəsi Azərbaycan üçün xeyli güzəştlər vəd edir. Ancaq sözügedən güzəştlərin nədən ibarət olduğunu açıqlaya bilmirlər”. Bunu axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Dağlıq Qarabağın həlli çoxdan tapılıb: “NATO-nun son sammitində qeyd edildi ki, postsovet dövlətlərinin ərazi bütövlüyü Helsinki yekun aktının müddəalarına uyğun surətdə həyata keçirilməlidir. Yəni hər hansı bir ərazi, sərhəd dəyişikliyinə gedilə bilməz. Beləliklə, Dağlıq Qarabağın taleyi də öz həllini tapmış olur. Güman edirəm ki, prezidentlərin Paris görüşündə Qarabağ məsələsi daha ciddi və sərt şəkildə qoyulacaq. Çünki Fransa nə qədər ermənipərəst dövlət olsa da, NATO-nun üzvüdür və sammitdə qəbul edilmiş qərarlara tabe olmaq məcburiyyətindədir. Helsinki yekun aktının müddəalarının nizamlanma prosesinə tətbiq edilməsi üçün həmsədr ölkə kimi Fransa da səy göstərməlidir”.


Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas alim, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistandakı prosesləri yaxından izləyir: “Şübhəsiz ki, gözlənilməz proseslər deyil. Qarabağ danışıqları ərəfəsində, kritik qərarlar qəbul ediləcəyi gözləniləndə Ermənistanda belə olaylar baş verir. Məsələn, Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasını xatırlayın. Guya ki, o, Azərbaycan torpaqlarını işğaldan azad edib, Dağlıq Qarabağı da Azərbaycanın tərkibində görmək istəmişdi. 1999-da İstanbul sammiti ərəfəsində Ermənistanın bəzi sənədlərə imza atması gözlənilərkən 27 oktyabr parlament basqını oldu və bunların hamısını edən də heç də Ermənistandakı qüvvələr deyildi. Bu gün Jirayr Sefilyan da həmin qüvvələrin ortaya atdığı proyektdir. Neçə vaxtdır ki, bunun üzərində işləyirdilər”. 

Q.Çaxmaqlı xatırlatdı ki, bir qədər əvvəl Sefilyan maşın karvanı ilə Qarabağa girmək istəmişdi, ancaq buna imkan verilməmişdi: “Bütün bunlar oyunlardır. İndi də guya onu həbsdən azad etmək üçün polis idarəsini tuturlar və narazı xalq ayaqlanır. Bütün bunlar Kremlin oyunlarıdır. Şəxsən mən Sərkisyanın istefaya gedəcəyinə inanmıram. Çünki Rusiya öz adamından hələ yetərincə istifadə etməyib. Qaldı ”dərin dövlət" məsələsinə, Ermənistanda belə yapının olmasına da ehtiyac yoxdur. Erməni diasporu var və bu qüvvələr daha çox Qərbin dediklərinin ifadəçisidir. Həm diaspora erməniliyi, həm də rusofillər eyni məqsədə xidmət edirlər". 

Q.Çaxmaqlı hesab edir ki, ermənilər Qarabağla bağlı heç bir güzəştə getməyəcəklər: “Əslində hamı bunu bilir, indi belə bir görüntü yaradılmağa çalışılır ki, xalq hətta 7 Azərbaycan rayonunun qaytarılmasını istəmir. Təbii ki, belə olan təqdirdə danışıqlar uzanacaq, sonra seçkilər yaxınlaşacaq və hər iki ölkədə bu məsələləri bəhanə edəcəklər. Fakt budur ki, nə Qərb, nə Rusiya bu məsələnin tezliklə həll edilməsini istəmir. Sadəcə olaraq, burada sabit həyat tərzinin olması onların strateji siyasətinə uyğun gəlmir. Sərkisyanın əlində isə həmişə Sefilyan kimi bəhanələr var”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirdədir ki, Serj Sərkisyan keçmiş prezident Levon Ter-Petrosyandan fərqli olaraq hakimiyyətdən asanlıqla ayrılmayacaq: “Levon Ter-Petrosyan faktiki modern çevrilişə məruz qaldı. Çevrilişi həyata keçirən iki əsas fiqur var idi: biri o zamankı baş nazir Robert Köçəryan, digəri isə indiki prezident, keçmiş daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyan idi. Hər ikisi Levon Ter-Petrosyanın hakimiyyəti tərk etməsi əvəzinə, ona toxunulmazlıq status vəd etdilər. Levon Ter-Petrosyandan fərqli olaraq Serj Sərkisyana heç kim hakimiyyətdən gedəcəyi qarşılığında ona toxunulmazlıq statusu verməyəcək. Onun yeri həbsxanadır. Ona görə də Sərkisyan bunu bildiyindən hakimiyyətdə ya sona qədər dirənməyə çalışacaq, ya da vəziyyətin çıxılmaz olduğunu anladıqda üçüncü ölkələrdən birinə qaçacaq. Sərkisyanın yerinə hakimiyyətə iki qüvvə gələ bilər: birinci qüvvə bu gün polis bölməsini nəzarət altında saxlayan sistemdənkənar silahlı müxalifətdir. Bunlar Sərkisyan qədər qəddardırlar və torpaqlarımızın işğalında və qətliamlarda Sərkisyan qədər günahkardırlar. Ona görə də mən belələrinin hakimiyyətə gəlişi halında onlardan Qarabağ danışıqlarında geri addım atacağını gözləmirəm. İkinci qüvvə Qarabağ klanına aid olmayan Ermənistanın parlament müxalifətindən formalaşanlar ola bilər. Bu qüvvələrlə təmas qurmaq mümkündür. Bilmirəm, onlar Qarabağ danışıqlarında hansı mövqeni tuta bilərlər, ancaq hər halda, münaqişənin davamının Ermənistan üçün necə böyük yük olduğunu anlamamış deyillər”.


Bu ərəfədə Azərbaycan ordusunun Ermənistandakı qarışıqlardan yararlanıb torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlamasını zəruri sayanlar da var. Ancaq E.Şahinoğlu hesab edir ki, qəfil hücum erməni cəmiyyətini birləşdirə bilər: “Məncə, buna hələ ehtiyac yoxdur. Ancaq ermənilərin hər atəşkəs pozuntusuna elə cavab verməliyik ki, itkiləri artsın. Snayper müharibəsini gücləndirmək lazımdır”. Ekspert bir az səbirli olmağı tövsiyə edir: “Bizdən tələb olunan bu prosesin gedişatına mane olmamaqdır. Əksinə, elə etməliyik ki, Ermənistandaxili qüvvələr mümkün qədər bir-birilərini zəiflətsinlər. Doğrudur, Sərkisyan diqqəti yayındırmaq üçün növbəti dəfə cəbhə bölgəsində təxribat yarada bilər. Onun bu təxribatla məqsədi Ermənistandakı bütün siyasi qüvvələrin diqqətini Azərbaycana qarşı yönəltmək olar. Ancaq biz apreldə olduğu kimi işğalçıya cavab atəşi ilə daha böyük zərər verəcəyimizdən Sərkisyanın durumunu daha da ağırlaşdıracağıq. Vaxtilə Azərbaycanda da eyni proseslər baş verib. İndi növbə Ermənistanındır və biz bu prosesdən istifadə etməyi bacarmalıyıq”. 

Politoloq şübhə etmir ki, hazırda Rusiya Sərkisyanı müdafiə edir: “Çünki erməni cəmiyyətində səslər ucalır ki, Rusiya Ermənistanın maraqlarını satıb. Moskvaya elə gəlir ki, Sərkisyanı əvəzləyəcək qüvvə Rusiyadan uzaqlaşacaq, hətta indinin özündə də rusiyalı siyasətçilərin bəziləri İrəvanda polis məntəqəsinin ələ keçirilməsində Amerikanın izini axtarırlar. Qoy axtarsınlar, Ermənistana nəzarət uğrunda baş sındırsınlar. Bu arada elə etməliyik ki, necə ki, işğalçı Ermənistan vaxtilə Surət Hüseynovun qiyamından və dövlətə xəyanətindən öz məqsədləri üçün istifadə edib işğalın miqyasını genişləndirdi, eləcə də biz Ermənistandaxili mümkün qiyamdan öz məqsədlərimiz üçün istifadəyə hazırlaşmalıyıq”. 

E.Şahinoğlu bugünlərdə ABŞ-ın Ermənistandakı vəziyyətlə bağlı öz vətəndaşlarına etdiyi müraciəti də şərh etdi. “Amerika hər yerdə öz vətəndaşlarını maksimum qoruyur. Ermənistan isə hazırda Amerika vətəndaşları üçün təhlükəli yerlərdən biridir. Amerikalı analitiklər yaxşı dərk edirlər ki, bu gedişlə Ermənistanı yaxşı heç nə gözləmir. Bu hesabatlarla Dövlət Departamenti də tanışdır. Ona görə də belə bir açıqlama veriblər”, - deyə, ekspert bildirdi.

Qəribəsi odur ki, nə Rusiya, nə də Qərb İrəvandakı təlatümlərə adekvat reaksiya vermir. Sanki silahlı dəstənin hansısa dövlət qurumunu ələ keçirməsi normal hadisədir. Belə görünür onların baş verənlərdən detallı şəkildə məlumatları var. (musavat.com)
Oxşar xəbərlər
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib